ESTOLAM 10MG N28 TAB

Təsiredici maddə: ESCITALOPRAM
Təsiredici maddəESCITALOPRAM
ReseptReseptlə satılır
Dərman formasıTablet
Farmakoloji təsirAntidepressant
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,22 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizdə əlavə suallar yaranarsa, zəhmət olmasa, həkiminizdən və ya əczaçıdan soruşun. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. • Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getməli olsanız, həkiminizə bu dərmanı istifadə etdiyiniz barədə məlumat verin. • Bu təlimatda yazılanlara dəqiq əməl edin. Dərmanın Sizə təyin edilən dozasından yüksək və ya aşağı doza istifadə etməyin. ESTOLAM 10 mq örtüklü tabletlər ESTOLAM Beynəlxalq patentləşdirilməmiş adı: Escitalopram

Tərkibi

Təsiredici maddə: 1 tabletin təkibində 10 mq essitaloprama ekvivalent miqdarda essitalopram oksalat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, kolloidal susuz silisium dioksid, kroskarmelloza natrium, PVP K30, maqnezium stearat, HPMC 15cP, talk, titan dioksid (E171), makroqol (PEG 6000).

Təsviri

Ağ rəngli, oval formalı, bir üzündə bölmə xətti, digər üzündə “E10” yazılmış örtüklü tabletdirdir.

Farmakoterapevtik qrupu

Antidepressant. ATC kodu:N06AB10.

Farmakoloji xüsusiyyətləri

ESTOLAM-ın təsiredici maddəsi olan Essitalopram serotoninin geriyə udulmasının selektiv inhibitorları (SGUSİ) adlanan antidepressantlar qrupuna aiddir. Bu dərmanlar baş beyində serotonin sisteminə təsir göstərməklə, serotoninin səviyyəsini yüksəldir. Serotonin sistemində baş verən pozğunluq depressiyanın və oxşar xəstəliklərin baş verməsinin mühüm faktoru hesab edilir.

İstifadəsinə göstərişlər

ESTOLAM-ın tərkibində essitalopram vardır və o, depressiya (böyük depressiv epizodlar) və həyəcan pozğunluqları (aqorafobiyalı və aqorafobiyasız panik pozğunluq, sosial həyəcan pozğunluğu, generalizəolunmuş həyəcan pozğunluğu və obsessiv-kompulsiv pozğunluq kimi) zamanı göstərişdir.

Əks göstərişlər

• Essitaloprama və ya ESTOLAM-ın köməkçi maddələrindən (bax: “Tərkibi”) hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya). • Selegilin (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunur), moklobemid (depressiyanın müalicəsi üçün istifadə olunur) və MAO-nun inhibitorları adlanan qrupa daxil olan linezolid (antibiotik) ilə birlikdə istifadə . • Pimozidlə (antipsixotik) birlikdə istifadə. • Əgər Siz qeyri-normal ürək ritmi ilə doğulmusunuzsa və ya anamnezinizdə qeyri-normal ürək ritmi epizodu varsa (EKQ-də görünən; ürəyin necə fəaliyyət göstərməsini qiymətləndirmək üçün müayinə metodu). • Əgər Siz ürək ritminin problemləri ilə əlaqədar və ya ürək ritminə təsir göstərə bilən dərman vasitəsi qəbul edirsinizsə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər Sizdə digər vəziyyət və ya xəstəlik varsa, zəhmət olmasa bunu həkiminizə bildirin, belə ki, həkiminizin bunu nəzərə alması tələb oluna bilər. Xüsusilə, aşağıdakı vəziyyətlər barədə həkiminizə məlumat verin: • Əgər Sizdə epilepsiya varsa. Əgər qıcolmalar ilk dəfə baş verərsə və ya qıcolma tutmalarının tezliyi yüksələrsə, ESTOLAM ilə müalicə dayandırılmalıdır (bax: “Əlavə təsirləri”). • Əgər Sizdə qaraciyərin və ya böyrəklərin disfunksiyası varsa, həkiminiz dozaya düzəliş etməli ola bilər. • Əgər Sizdə şəkərli diabet varsa; ESTOLAM-la müalicə qlikemik nəzarəti dəyişə bilər. İnsulinin və/və ya oral hipoqlikemik preparatlrın dozasına düzəliş edilməsi tələb oluna bilər. • Əgər Sizin qanınızda natriumun səviyyəsi aşağıdırsa. • Əgər Sizdə qanaxmaya və ya qançırın yaranmasına meyillilik varsa. • Əgər Siz elektrokonvulsiv (elektroşok) müalicə alırsınızsa. • Əgər Sizdə ürəyin işemik xəstəliyi varsa. • Əgər Siz ürək xəstəliklərindən əziyyət çəkirsinizsə və ya yaxın zamanlarda ürək tutması keçirmisinizsə. • Əgər Sizin ürək ritminiz aşağıdırsa və/və ya Sizdə ağır davamlı diareya və qusma nəticəsində və ya diuretiklərdən (sidikqovucu tabletlər) istifadə nəticəsində orqanizmdə duzların tükənməsi baş vermişdirsə. • Əgər Sizdə sürətli və ya qeyri-müntəzəm ürək döyüntüləri, bayılmalar, kollaps və ya ayağa duran zaman başgicəllənmə baş verərsə, bu, Sizin ürək ritminizin qeyri-normal fəaliyyətini göstərə bilər. • Durğunluq ürək çatışmazlığı, yaxın zamanlarda keçirilmiş miokard infarktı, ürək yığılmalarının tezliyinin aşağı olması və ya yanaşı xəstəlik və ya dərmandan istifadə nəticəsində hipokaliemiyaya (qanda kaliumun səviyyəsinin azalması) və ya hipomaqneziemiyaya (qanda maqneziumun səviyyəsinin azalması) meyillilik kimi, torsades de pointes-in (ürək ritminin pozulmasının bir növü) inkişafının yüksək risk faktorları olan pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunur. Zəhmət olmasa, nəzərə alın ki, maniakal-depressiv xəstəliyi olan bəzi pasiyentlər maniakal fazaya keçə bilər. Bu, qeyri-adi və sürətlə dəyişən ideyalarla, yersiz xoşbəxtlik hissi ilə və həddindən artıq aktivliklə xarakterizə olunur.Əgər bunlar Sizdə baş verərsə, həkiminizə müraciət edin. Müalicənin ilk həftələri ərzində narahatlıq və ya oturan və ya ayağa duran zaman çətinlik kimi simptomlar baş verə bilər.Sizdə bu simptomlar baş verərsə, dərhal bu barədə həkiminizə məlumat verin. İntihar barədə fikirlər və ya depressiyanızın pisləşməsi və ya həyəcan pozğunluqları: əgər Siz depressiyadan əziyyət çəkirsinizsə və/və ya həyəcan pozğunluğu hiss edirsinizsə; bəzən Siz özünüzə zərər yetirmək və ya özünüzü öldürmək barədə fikirləşə bilərsiniz. Bu simptomlar antidepressantlarla müalicənin istifadəsinə ilk dəfə başlayan zaman arta bilər. Ona görə də bu dərmanların effektiv təsir göstərməsi üçün uzun müddət, adətən, iki həftəyə yaxın, bəzən daha çox vaxt lazım gəlir. Bu yəqin ki, aşağıdakı hallarda baş verə bilər: • əgər Sizdə əvvəllər özünüzü öldürmək və ya özünüzə zərər vurmaq kimi fikirlər olmuşdursa. • Əgər Siz cavan yetkin adamsınızsa. Klinik sınaqlardan alınan nəticələr psixi xəstəlikləri olan və antidepressant alan 25 yaşa qədər böyüklərdə intihar davranışlarının yüksək riskinin olduğunu göstərir. Əgər Sizdə istənilən vaxt özünüzə zərər yetirmək və ya özünüzü öldürmək baradə fikirlər yaranarsa, dərhal həkimə və ya xəstəxanaya müraciət edin. Antidepressantlar 24 yaşa qədər pasiyentlərdə intihar barədə fikirlərin və ya intihara dair davranışların ehtimalını yüksəldə bilər. Ona görə də, dozanın artırılması/azaldılması zamanı və ya preparatdan imtina dövründə, xüsusilə müalicənin əvvəlində və ilk aylarında narahatlıq, hiperaktivlik və ya pasiyentlərdə potensial intihar kimi gözlənilməz davranış dəyişikliklərinə görə pasiyentlərə qəyyumları tərəfindən ciddi nəzarət edilməlidir. ESTOLAM-ın bəzi köməkçi maddələri barədə mühüm məlumat ESTOLAM-ın tərkibində laktoza monohidrat vardır. Əgər həkiminiz tərəfindən Sizə bəzi şəkərlərə qarşı dözümsüzlüyünüzün olduğu deyilibsə, bu dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Əgər bu xəbərdarlıqlar keçmişdə olmuş olsa belə Sizin üçün keçərlidirsə, həkimə müraciət edin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, zəhmət olmasa, bu barədə həkiminizə məlumat verin. Monoaminooksidazanın qeyri-selektiv inhibitorları (MAOİ) (tərkibində fenelzin, iproniazid, izokarboksazid, nialamid və tranilsipromin dərman maddəsi olan). Əgər Siz bu dərman preparatlarından hər hansı birini istifadə edirsinizsə, ESTOLAM-ın qəbuluna başlamazdan əvvəl 14 gün gözləməlisiniz. ESTOLAM-ın qəbulunun dayandırılmasından sonra bu dərmanlardan hər hansı birini istifadə etməyə başlamazdan əvvəl 7 gün gözləməlisiniz. • MAO-A-nın geri dönən, selektiv inhibitorları” (depressiyanın müalicəsi üçün istifadə olunan moklobemid tərkibli). • MAO-B-nin geri dönməyən inhibitorları (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunan selegilin tərkibli). Bunlar əlavə təsirlərin başvermə riskini yüksəldir. • Linezolid (antibiotik). • Litium (maniakal-depressiv pozğunluğun müalicəsi üçün istifadə olunur) və triptofan (amin turşusudur və qidalanmaya dəstək kimi istifadə olunur). • İmipramin və dezipramin (hər ikisi depressiyanın müalicəsi üçün istifadə olunur). • Sumatriptan və ona oxşar dərmanlar (miqrenin müalicəsi üçün istifadə olunurlar) və tramadol güclü ağrıların müalicəsi üçün istifadə olunur). Bunlar əlavə təsirlərin başvermə riskini yüksəldir. • Simetidin və omeprazol (mədə xorasının müalicəsi üçün istifadə olunurlar), fluvoksamin (antidepressant) və tiklopidin (insult riskini azaltmaq üçün istifadə olunur). Bunlar qanda ESTOLAM-ın səviyyəsini yüksəldə bilər. • Dazotu (Hypericum perforatum) – depressiyanın müalicəsi üçün istifadə olunan bitki mənşəli preparat. • Asetilsalisil turşusu və qeyri-steroid iltihabəleyhinə preparatlar (ağrının yüngülləşdirilməsi və qanın laxtalanma qabiliyyətini aşağı salmaq üçün (antiaqreqantlar) istifadə olunan dərman preparatları). Bunlar qanaxmaya meyilliliyi yüksəldə bilər. • Varfarin, dipiridamol və fenprokumon (antikoaqulyant adlanan və qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunan dərman preparatları). Həkiminiz antikoaqulyantın Sizin üçün hələ də yararlı olduğunu müəyyən etmək üçün Sizin ESTOLAM istifadə etməyə başladığınız və onunla müalicəni dayandırdığınız zaman qanınızın laxtalanma vaxtını yoxlaya bilər. • Mefloxin (malyariyanın müalicəsi üçün istifadə olunur), bupropion (depressiyanın müalicəsi üçün istifadə olunur) və tramadol (ağır ağrıların müalicəsi üçün istifadə olunur), qıcıqlanmaların qıcıq qapısını aşağı salma riskinə görə. • Neyroleptiklər (şizofreniyanın, psixozların müalicəsi üçün istifadə olunur) və antidepressantlar qıcıqlanmaların qıcıq qapısını aşağı salma riskinə görə. • ESTOLAM-la flekainidin, propafenonun və metoprololun (ürək-damar xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparatlar), klopiraminlə və nortriptilinlə (antidepressantlar) və risperidonla, tioridazinlə və haloperidonla (antipsixotiklər) birlikdə istifadə zamanı ESTOLAM-ın dozasına düzəliş edilməsi tələb oluna bilər. • Əgər Siz IA və III sinif antiaritmik preparatlar kimi, ürək ritmi ilə ilə bağlı və ya ürək ritminə təsir göstərən dərmanlar, antipsixotik preparatlar (məsələn, fenotiazin törəmələri, pimozid, haloperidol), trisiklik antidepressantlar, müəyyən antimikrob preparatlar (məsələn, sparfloksasin, moksifloksasin, eritromisin IV, pentamidin, malyariyaəleyhinə müalicə, xüsusilə halofantrin), müəyyən antihistamin preparatlar (məsələn, astemizol, mizolastin) qəbul edirsinizsə, ESTOLAM istifadə etməyin. Əgər Siz resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman preparatı qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizə və ya əczaçıya müraciət edin. Əgər hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bu barədə həkimi məlumatlandırın. Əgər Siz hamiləsinizsə, həkiminizlə müalicənin risk və faydası ilə bağlı müzakirə aparmadan ESTOLAM qəbul etməyin. Əgər Siz hamiləliyin son trimestrində ESTOLAM istifadə edirsinizsə, bilməlisiniz ki, Sizin yenidoğulmuş uşağınızda aşağıdakı hallar müşahidə edilə bilər: tənəffüsün çətinləşməsi, göyümtül dəri, qıcolmalar, bədən temperaturunun dəyişməsi, qida qəbulu ilə bağlı çətinlik, qanda şəkərin səviyyəsinin aşağı düşməsi, əzələlərin bərkiməsi və ya passiv olması, həddindən artıq canlı reflekslər, tremor, narahatlıq, əsəbilik, letargiya, ağlağanlıq, yuxululuq və yuxuyagetmənin çətinləşməsi. Əgər bu simptomlardan hər hansı biri Sizin uşağınızda meydana çıxarsa, dərhal həkimə müraciət edin. Əgər Siz ESTOLAM qəbul edirsinizsə, mütləq bu barədə həkiminizə məlumat verin. Hamiləlik dövründə, xüsusilə hamiləliyin son trimestrində ESTOLAM kimi dərmanların istifadə edilməsi körpələrdə yenidoğulmuşun persistəedici ağciyər hipertenziyası adlanan ciddi xəstəliyin yaranması riskini yüksəldə bilər. Bu, uşağı sürətlə nəfəs almağa məcbur edir və uşaq göyərmiş kimi görünür. Bu simptomlar adətən uşağın doğulmasından sonra ilk 24 saat müddətində meydana çıxır. Əgər Sizin uşağınızda bu baş verərsə, dərhal həkimə müraciət edin. Əgər Siz hamiləlik dövründə ESTOLAM istifadə edirsinizsə, heç bir zaman onun istifadəsini kəskin şəkildə dayandırmayın. Əgər Siz müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövrü Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz uşaq əmizdirirsinizsə, həkiminizlə müalicənin risk və faydası ilə bağlı müzakirə aparmadan ESTOLAM qəbul etməyin. Müalicə zamanı südvermə tövsiyə olunmur. 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadəsi ESTOLAM bir qayda olaraq, 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, 18 yaşa qədər pasiyentlərdə belə dərmanlardan istifadə zamanı intihara cəhd, intihar barədə fikirlər və düşmənçilik (əsasən aqressiya, müxalif mövqe və qəzəb) kimi əlavə təsirlərin başvermə riski daha yüksək olur. Buna baxmayaraq, həkim 18 yaşa qədər pasiyentlər üçün bu müalicənin daha yaxşı olduğunu hesab edərsə, ESTOLAM təyin edə bilər. Əgər həkim 18 yaşa qədər pasiyentə ESTOLAM təyin etmişdirsə və Siz bunu müzakirə etmək istəyirsinizsə, bu barədə həkimə məlumat verin. Əgər Siz 18 yaşdan aşağı yaşdasınızsa və ESTOLAM qəbul edərkən yuxarıda sadalanan simtomlardan hər hansı biri inkişaf edərsə və ya pisləşərsə, bu barədə həkiminizə məlumat verin. Bundan başqa, boyatma ilə, yetişkənliklə və davranışla bağlı inkişafla əlaqədar essitalopramın bu yaş qrupunda uzun vədəli təhlükəsizlik effektləri bu vaxta qədər nümayiş etdirilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ESTOLAM-ın Sizə necə təsir etdiyini bilməyənə qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmək tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Həmişə ESTOLAM-ı həkiminizin tövsiyələlərinə dəqiq əməl etməklə qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. ESTOLAM qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər. Tabletləri bir stəkan su ilə udaraq qəbul etmək lazımdır. Onu çeynəməyin, dadı acıdır. Əgər lazım gələrsə, tableti bölmə xətti yuxarı olmaqla düz səth üzərinə qoyub, şəhadət barmaqları ilə kənarlarından basmaqla iki bərabər hissəyə bölmək olar. Böyüklərdə depressiya ESTOLAM-ın tövsiyə olunan dozası gündə 1 dəfə 10 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər. Panik pozğunluq ESTOLAM-ın başlanğıc dozası birinci həftə ərzində dozanın gündə 10 mq-a qədər yüksəldilməsinə qədər bir gündəlik doza şəklində 5 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər. Sosial həyəcan pozğunluğu ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəbul edilməklə 10 mq təşkil edir. Sizin dərmana cavab reaksiyanızdan asılı olaraq, həkiminiz dozanı ya gündə 5 mq-a qədər azalda, ya da 20 mq/gün-ə qədər artıra bilər. Generalizəolunmuş həyəcan pozğunluğu ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəbul edilməklə 10 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər. Obsessiv-kompulsiv pozğunluq ESTOLAM-ın tövsiyə olunan dozası gündə 1 dəfə 10 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə maksimum 20 mq-a qədər yüksəldilə bilər. Müxtəlif yaş qrupları Uşaqlar və yeniyetmələr (18 yaşdan aşağı) ESTOLAM uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir. Əlavə məlumat üçün “Əks göstərişlər” bölməsinə baxın. Yaşlı pasientlər (65 yaşdan yuxarı) ESTOLAM-ın tövsiyə olunan gündəlik dozası gündə 1 dəfə qəbul edilməklə 5 mq təşkil edir. Doza həkiminiz tərəfindən gündə 10 mq-a qədər yüksəldilə bilər. Müalicə müddəti Özünüzü daha yaxşı hiss etməyiniz üçün bir neçə həftə vaxt lazım gələ bilər. Vəziyyətinizdə hər hansı bir yaxşılaşma hiss etməyiniz üçün müəyyən vaxt lazım gəlsə də ESTOLAM istifadə etməyə davam edin. Həkiminizlə danışmadan dərmanınızın dozasını dəyişdirməyin. Həkiminizin tövsiyə etdiyi müddət ərzində ESTOLAM-ın qəbulunu davam etdirin. Əgər müalicəni lazım olduğundan əvvəl dayandırsanız, xəstəliyin əlamətləri təkrarlana bilər. Özünüzü yenidən yaxşı hiss etdikdən sonra müalicəni ən azı 6 ay davam etdirməyiniz tövsiyə olunur. ESTOLAM-ın qida və içkilərlə birlikdə istifadəsi ESTOLAM qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər (bax: “İstifadə qaydası və dozası”). ESTOLAM-ın alkoqolla qarşılıqlı təsiri gözlənilmir. Lakin, bir çox dərmanlar kimi, ESTOLAM-ın alkoqolla birlikdə qəbul edilməsi tövsiyə olunmur. ESTOLAM-ın təsirinin çox güclü və ya çox zəif olduğunu düşünürsünüzsə, zəhmət olmasa, bu barədə həkiminizə və ya əczacınıza məlumat verin. ESTOLAM-ın qəbulu unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Siz dozanın qəbulunu unutmusunuzsa və onu yatmazdan qabaq xatırlamısınızsa, onu dərhal qəbul edin. Növbəti gün preparatın qəbulunu adi qaydasında qəbul edin. Əgər Siz unutduğunuz dozanı gecə və ya növbəti gün xatırlamısınızsa, unudulmuş dozanı buraxıb preparatın qəbulunu adi qaydada davam etdirin. ESTOLAM-la müalicəni dayandırmazdan əvvəl Həkiminizin tövsiyəsi olmadan, ESTOLAM-ın qəbulunu dayandırmayın. Əgər Siz müalicə kursunu bitirmisinizsə, ESTOLAM-ın dozasını bir neçə həftə ərzində tədricən azaltmaq tövsiyə olunur. Əgər ESTOLAM-ın qəbulunu qəfil dayandırsanız, Siz ləğvetmə simptomu hiss edə bilərsiniz. Bu simptomlar adətən ESTOLAM-la müalicə kəskin şəkildə (qəfil) dayandırıldıqdan sonra meydana çıxır. ESTOLAM-dan uzun müddət və ya yüksək dozalarda istifadə etdikdə və ya dozanın sürətlə azaldılması zamanı bu risk daha yüksək olur. Əksər pasiyentlərdə simptomlar yüngül olur və iki həftə müddətində öz-özünə keçib gedir. Lakin, bəzi pasiyentlərdə onlar daha ağır və ya daha uzunmüddətli (23 ay və daha çox) ola bilər. Əgər ESTOLAM-ın qəbulunu dayandırdıqda Sizdə ciddi ləğvetmə simptomlar baş verərsə, həkiminizə müraciət edin. Həkiminiz tabletlərinizi yenidən qəbul etməyə başlamağınızı və onların qəbulunu daha yavaş-yavaş dayandırmağı məsləhət görə bilər. Ləğvetmə simptomları aşağıdakılardır: başgicəllənmə (müvazinətin pozulmasıvə ya disbalans), iynəsancmaya oxşar hisslər, yanma hissi və elektrik cərəyanı ilə zədələnmə hissi, o cümlədən başda (nadir hallarda), yuxunun pozulması (parlaq yuxular, gecə qorxulu yuxugörmələri, yata bilməmək), narahatlıq, baş ağrıları, ürəkbulanma, tərləmə (o cümlədən gecələr tərləmə), narahatlıq və ya oyanıqlıq, tremor, çaşqınlıq, emosiya və ya əsəbilik, diareya (duru nəcis), görmə pozğunluqları, çarpıntı və ya palpitasiya (ürəkdöyünmə hissi). Əgər Sizin bu dərman preparatının istifadəsinə dair hər hansı əlavə sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, ESTOLAM-ın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə müalicə zamanı əlavə təsirlər meydana çıxa bilər. Əlavə təsirlər adətən müalicənin başlanmasından sonra bir neçə həftə ərzində aradan qalxır. Zəhmət olmasa, nəzərə alın ki, bu təsirlərdən çoxu həmçinin Sizin xəstəliyinizin simptomları ola bilər və ona görə də Sizin vəziyyətiniz yaxşılaşdıqca onlar da aradan qalxar. Əlavə təsirlər aşağıdakı başvermə tezliklərinə görə sadalanmışdır: Çox tez-tez: 10 pasiyentdən birindən çoxunda baş verə bilər. Tez-tez: 100 pasiyentdən 1-10-da baş verə bilər. Bəzən: 1000 pasiyentdən 1-10-da baş verə bilər. Nadir: 10000 pasiyentdən 1-10-da baş verə bilər. Məlum deyil: mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, həkiminizlə əlaqə yaradın: Bəzən: • Mədə-bağırsaq qanaxmaları daxil olmaqla, qeyri-adi qanaxmalar Nadir: • Əgər Siz dərinizdə, gözlərinizdə, dodaqlarınızda və ya üzünüzdə ödem hiss edirsinizsə və ya tənəffüslə və ya udqunma ilə bağlı çətinlik çəkirsinizsə (allergik reaksiya), dərhal həkimə müraciət edin və ya xəstəxanaya gedin. • Əgər yüksək qızdırma, aqitasiya, çaşqınlıq, tremor və əzələlərin kəskin yığılması baş verərsə, bu, serotonin sindromu adlanan nadir vəziyyətin əlaməti ola bilər. Əgər Siz bunlardan bəzilərini hiss edirsinizsə, bu barədə həkiminizə məlumat verin. Əgər aşağıda göstərilən simptomlar meydana çıxarsa, Siz həkiminizlə əlaqə yaratmalı və ya dərhal xəstəxanaya getməlisiniz:ağ • Urinar (sidiklə əlaqədar) çətinliklər. • Qıcolmalar (həmçinin bax: “Xüsusi xəbərdarlıqlar”). • Dərinin və skleranın saralması qaraciyərin funksional pozğunluğunun/hepatitin simptomları ola bilər. • Sürətli, qeyri-müntəzəm ürəkdöyünmə, bayılma: bunlar torsades de pointes adlanan, həyat üçün təhlükəli vəziyyətin simptomları ola bilər. Yuxarıda qeyd edilənlərdən başqa, aşağıdakı əlavə təsirlər barədə məlumat verilmişdir: Çox tez-tez: • Ürəkbulanma. Tez-tez: • Burun tutulması və ya axması (sinusit). • İştahanın azalması və ya artması. • Həyəcan, narahatlıq, qeyri-normal yuxu, yuxuyagetmənin çətinləşməsi, özünü yuxulu hissetmə, başgicəllənmə, əsnəmə, tremor, dəriyə iynəbatma hissi. • Diareya, qəbizlik, qusma, ağızda quruluq. • Tər ifrazının güclənməsi. • Əzələlərdə və oynaqlarda ağrı (mialgiya və artralgiya). • Seksual pozğunluqlar (eyakulyasiyanın gecikməsi, erektil problemlər, qadınlarda cinsi həvəsin azalması və orqazmın çətinləşməsi). • Yorğunluq, qızdırma. • Bədən kütləsinin artması. Bəzən: • Övrə, səpgi, qaşınma. • Dişlərin qıcaması, aqitasiya, əsəbilik, panik həmlə, çaşqınlıq. • Yuxu pozğunluqları, dadbilmə pozğunluqları, bayılma (sinkop). • Göz bəbəyinin böyüməsi (midriaz), görmə pozğunluğu, qulaqlarda cingilti (tinnitus). • Saçın tökülməsi. • Menstrual qanaxma. • Bədən kütləsinin azalması. • Sürətli ürəkdöyünmə. • Əllərdə və ayaqlarda şişkinlik. • Burun qanaxması. Nadir: • Aqressiya, depersonalizasiya, hallüsinasiya. • Yavaş ürəkdöyünmə. Bəzi pasiyentlər tərəfindən haqqında məlumat verilən əlavə təsirlər (mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil). • Özünə zərər yetirmək və özünü öldürmək barədə fikirlər (həmçinin bax: “Xüsusi xəbərdarlıqlar”). • Qanda natriumun səviyyəsinin azalması (simptomları: ürəkbulanma, özünü xəstə hiss etmək və ya əzələ zəifliyi və ya çaşqınlıq). • Ayağa duran zaman qan təzyiqinin aşağı düşməsi hesabına başgicəllənmə (ortostatik hipotoniya). • Qaraciyərin funksional testlərinin qeyri-normal nəticələri (qanda qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi). • Hərəki pozğunluqlar (əzələlərin qeyri-iradi hərəkəti). • Ağrılı ereksiya (priapizm). • Dəri və ya selikli qişa qanaxmaları (ekximoz) daxil olmaqla, qanaxma pozğunluqları və trombositlərin səviyyəsinin azalması (trombositopeniya). • Dərinin və ya selikli qişanın qəflətən şişməsi (angiodistrofiya). • Sidiyin miqdarının artması (ADH-nin qeyri-adekvat ifrazı). • Uşaq əmizdirməyən qadınlarda süd ifrazı. • Maniya • Bu növ dərmanlar qəbul edən pasiyentlərdə sümüklərin sınma riskinin yüksəlməsi müşahidə olunur. • Ürək ritmində dəyişiklik (“QT-intervalının uzanması” adlanan, EKQ ilə monitorinqdə ürəyn elektrik aktivliyi). Bundan başqa, essitalopram (ESTOLAM-ın təsiredici maddəsi) kimi təsir göstərən preparatlardan istifadə zamanı baş verən bir sıra əlavə təsirlər məlumdur. Bunlar aşağıdakılardır: • Hərəki narahatlıq (akatiziya) • Anoreksiya (iştahanın itməsi) Əgər bu içlik vərəqədə sadalanmayan hər hansı əlavə təsir meydana çıxarsa, zəhmət olmasa, həkimə və ya əczaçıya müraciət edin.

Doza həddinin aşılması

Əgər Siz lazım olduğundan artıq miqdarda ESTOLAM qəbul etmisinizsə, zəhmət olmasa, həkiminizə və ya əczaçıya müraciət edin və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Hətta heç bir narahatlıq simptomu olmazsa belə, bunu edin. Həkimə və ya xəstəxanaya gedərkən ESTOLAM-ın qablaşdırmasını özünüzlə götürün. Doza həddi aşılmasının bəzi simptomları aşağıdakılardır: başgicəllənmə, tremor, həyəcan, çaşqınlıq, koma, ürəkbulanma, qusma, taxikardiya və ya bradikardiya, qan təzyiqinin azalması və orqanizmdə maye/duz balansının dəyişməsi.

Buraxılış forması

14 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

° 25 C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın/xarici qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonraistifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Santa Farma İlaç Sanayii A.Ş., Turkey. Kocaeli-Gebze V (Kimya) İhtisas OSB Erol Kiresepi Cad. No 8, Dilovası-Kocaeli, Turkey. Tel.: (+90 262) 674 23 00. Faks: (+90 262) 674 23 21.

Qeydiyyat vəsiqəsinin sahibi

Santa Farma İlaç Sanayii A.Ş., Turkey. Okmeydanı, Boru Çiçeyi Sok. No-16, Şişli, İstanbul, Turkey. Tel.: (+90 212) 220 64 00. Faks: (+90 212) 222 57 59 .

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ESTOLAM 10MG N28 TAB” üçün ilk rəyi siz yazın.