Eslorat Normon 0,5 mq 120 ml sirop

Təsiredici maddə: DESLORATADINE
Təsiredici maddəDESLORATADINE
Dərman formasıSirop
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,05 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını qəbul etməyə başlamazdan əvvəl içlik vərəqini tam olaraq diqqətlə oxuyun, çünki onun mətnində Sizin üçün vacib olan məlumatlar vardır. – Bu içlik vərəqəsini saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Əgər Sizin əlavə hər hansı bir sualınız olarsa, o zaman həkiminizdən, yaxud əczaçıdan soruşun. – Bu dərman preparatı ancaq Sizin üçün yazılıb. Onu başqalarına verməyin. Onlarda olan xəstəliyin əlamətləri Sizinki ilə eyni olsa belə bu preparat onlara zərərli təsir edə bilər. – Əgər Sizdə hər hansı əlavə təsir baş verərsə, lütfən, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Bu əlavə təsirlərə bu içlik vərəqində qeyd olunmayan mümkün əlavə təsirlər də aiddir. ESLORAT NORMON 0,5 mq/ml oral məhlul ESLORAT NORMON Beynəlxalq patentləşdirilməmiş adı: Desloratadine

Tərkibi

Təsiredici maddə: 1 ml oral məhlulun tərkibində 0,5 mq (0,5 mq/ml) dezloratadin vardır. Köməkçi maddələr: natrium benzoat, natrium saxarin, sorbitol, propilenqlikol, susuz limon turşusu, hidroksietilsellüloza, susuz natrium sitrat,portağal aromatizatoru, təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsiz, portağal dadlı oral məhlul

Farmakoloji xüsusiyyətləri

Eslorat NORMON yuxugətirici təsirə malik olmayan allergiyaəleyhinə dərman preparatıdır. O, allergiya reaksiyalarınıza və onların simptomlarına nəzarət etməkdə Sizə kömək edəcək. Eslorat NORMON allergik rinitlə (ot qızdırması, yaxud tozda olan gənələrin səbəb olduğu burun yollarının iltihabı) əlaqəli simptomları yüngülləşdirir. Onların simptomlarına asqırma, burnun qaşınması, yaxud burun axması, damaqların qaşınması, gözlərin qızarması, qaşınması və sulanması aiddir. Eslorat NORMON, həmçinin, köpüşüklə (dəridə allergiyanın səbəb olduğu dəyişikliklər) müşayiət olunan simptomların yüngülləşdirilməsi zamanı istifadə olunur. Bu simptomlara qaşınma və övrə daxildir. Bu simptomların aradan qalxması bütün gün ərzində davam edir və nəticədə Sizin gün ərzində aktivliyinizə və yatmağınıza köməklik edir.

İstifadəsinə göstərişlər

Allergik rinitin, dərinin allergik reaksiyalarının simptomatik müalicəsi.

Əks göstərişlər

Eslorat NORMON preparatını aşağıdakı hallarda qəbul etməyin. Desloratadinə, Loratadinə, yaxud Eslorat NORMON preparatının hər hansı bir inqrediyentinə qarşı yüksək həssaslıq. 1 yaşından aşağı uşaqlara istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər Sizdə böyrək çatışmazlığı, Sizdə və ya ailənizdən birində qıcolmalar varsa, Eslorat NORMON preparatını qəbul etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin. Eslorat NORMON preparatının tərkibində Sorbitol vardır. Bu preparatın tərkibində sorbitol vardır. Əgər həkiminiz tərəfindən Sizə bəzi şəkərlərə qarşı tolerantlığın olmaması deyilibsə, o halda bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz hər hansı dərman preparatı qəbul edirsinizsə, yaxud son zamanlar qəbul etmisinizsə və ya hər hansı bir dərman preparatı qəbul etməyi planlaşdırırsınızsa bu haqda həkiminizə, yaxud əczaçıya məlumat verin. Eslorat NORMON preparatının digər dərmanlarla qarşılıqlı təsiri məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə, yaxud körpənizi əmizdirirsinizsə və ya hamilə olmağınıza şübhəlisinizsə, eləcə də hamiləliyi planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə Eslorat NORMON preparatının qəbulu məsləhət görülmür. Fertillik Kişi və ya qadın fertilliyinə təsiri barədə məlumat mövcud deyil. Uşaqlarda və yeniyetmələrdə istifadəsi 1 yaşından aşağı uşaqlara istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məsləhət görülmüş dozalarda Eslorat NORMON sürücülük və mexanizmləri idarəetmə qabiliyətinə təsir edilməsi gözlənilmir. Baxmayaraq ki, əksər insanlar mürgüləmə yaşamamışdır, dərman preparatına öz cavab reaksiyanızı müəyyənləşdirməmiş maşın sürmə və ya mexanizmləri idarəetmə kimi əqli aktivlik tələb edən fəaliyyətlər ilə məşğul olmamaq məsləhət görülür.

İstifadə qaydası və dozası

Bu preparatı həmişə həkiminiz və yaxud əczaçının dediyi kimi qəbul edin. Əgər əmin deyilsinizsə, həkiminiz və yaxud əczaçıdan soruşun. Uşaqlar 1-5 yaşlı uşaqlar: Məsləhət görülən doza 2,5 ml gündə bir dəfə ölçü qaşığı ilə qəbul olunmuş oral məhlul. 6-11 yaşlı uşaqlar Məsləhət görülən doza 5 ml gündə bir dəfə ölçü qaşığı ilə qəbul olunmuş oral məhlul. Böyüklər və yeniyetmələr (12 yaş və bu yaşdan yuxarı) Məsləhət görülən doza 10 ml gündə bir dəfə ölçü qaşığı ilə qəbul olunmuş oral məhlul. Oral ölçü şprisi oral məhlul flakonu ilə təmin olunduğu hallarda, Siz alternativ olaraq uyğun oral məhlulun qəbulu üçün istifadə edə bilərsiz. Bu dərman oral qəbul üçündür. Oral məhlulu qəbul edin və sonra üstündən bir az su için. Siz bu preparatı qida ilə və yaxud onsuz qəbul edə bilərsiniz. Sizin əziyyət çəkdiyiniz allergik rinitin tipini müəyyənləşdirməklə, həkiminiz Eslorat NORMON preparatı ilə müalicə müddətini təyin edəcək. Əgər Sizdə allergik rinit fasilələrlə davam edirsə, (simptomları həftədə azı 4 dəfə, yaxud 4 həftədə bir dəfə baş verirsə) həkiminiz xəstəliyin gedişatına müvafiq müalicə cədvəli təyin edəcək. Əgər Sizdə allergik rinit dayanıqlıdırsa (simptomları həftədə 4 dəfədən çox, yaxud 4 həftədə bir dəfədən çox baş verirsə), həkiminiz müalicənin uzun müddət davam etdirilməsini məsləhət görəcək. Köpüşüklər olan halda müalicə müddəti xəstələrdə fərdi olduğundan həkimin təlimatlarına əməl edin. Eslorat NORMON preparatının qida və maye ilə qəbulu Eslorat NORMON qida ilə və yaxud onsuz qəbul edilə bilər. Eslorat NORMON alkoqol ilə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Əgər Siz Eslorat NORMON preparatını qəbul etməyi unutmusunuzsa Əgər Siz dozanı vaxtında qəbul etməyi unudmusunuzsa, o halda xatırlayan kimi dozanı mümkün qədər tez qəbul edin və sonra doza cədvəlinə əməl edin. Yaddan çıxmış dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Siz Eslorat NORMON preparatını qəbul etməyi dayandırırsınızsa Əgər Sizin bu preparatla əlaqəli hər hansı bir sualınız varsa həkiminizdən, yaxud əczaçıdan soruşun.

Əlavə təsirləri

Bütün digər dərman preparatları ilə baş verə bildiyi kimi, Eslorat NORMON preparatının istifadəsi zaman əlavə təsirlər baş verə bilər, baxmayaraq ki, bunlara hər bir adamda rast gəlinməyə bilər. Eslorat NORMON preparatının satışı müddətində kəskin allergik reaksiyaların (tənəffüsdə çətinlik, səsli tənəffüs, qaşınma, köpüşük və şişkinlik) nadir hallarda olması məlumatları vardır. Əgər siz bu ciddi əlavə təsirlərin hər hansı birini müşahidə etsəniz, dərman qəbulunu dayandırın və yaxınlıqda olan təcili tibbi yardıma müraciət edin. Əksər uşaqlarda və böyüklərdə Eslorat NORMON preparatının əlavə təsirləri plasebo ilə aparılan əlavə təsirlərlə eyni olmuşdur. 2 yaşından aşağı uşaqlarda ortaq rast gələn əlavə təsirlər diareya, qızdırma, yuxusuzluq ağızda quruluq və başağrısı, böyüklərdə yorğunluq, ağızda quruluq və baş ağrısı plasebodan daha çox bildirilmişdir. Klinik tədqiqatlarda deslorotadinin aşağıdakı əlavə təsirləri bildirilmişdir: Uşaqlar Çox tez-tez: hər müalicə alan 10 nəfərdən 1-də • diareya • qızdırma • yuxusuzluq Böyüklər Çox tez-tez: hər müalicə alan 10 nəfərdən 1-də • yorğunluq • ağızda quruluq • baş ağrısı Satış müddətində deslorotadinin aşağıdakı əlavə təsirləri bildirilmişdir: Böyüklər Çox nadir hallarda: hər müalicə alan 10000 nəfərdən 1-də • müxtəlif allergik reaksiyalar • ürək döyüntüsünün artması • qusma • başgicəllənmə • əzələ ağrısı • hərəkət artanda narahatlıq • dəri səpgisi • mədə ağrısı • mədənin pozulması • yuxululuq • hallüsinasiyalar • qaraciyərin iltihabı • nizamsız ürək döyüntüsü • xəstə hiss etmək • diareya • yatmaqda çətinlik • qıcolma • qaraciyər funksiyası testlərində dəyişiklik Tezliyi məlum deyil: tezlik mövcud məlumatlardan təyin edilə edilə bilmir • adət olmayan zəiflik • dərinin və/və ya gözlərin sarılaşması • dərinin günəşə və UB şüalara, məsələn solarium UB şüalarına olan həssaslığının artması • ürək döyüntüsündə dəyişiklik • qeyri-adi davranış • aqressiya • çəki artımı, iştahda artım Uşaqlar Tezliyi məlum: tezlik mövcud məlumatlardan təyin edilə edilə bilmir • yavaş ürək döyüntüsü • ürək döyüntüsündə dəyişiklik • qeyri-adi davranış • aqressiya Əlavə təsirlərin bildirilməsi Əgər Sizdə hər hansı əlavə təsir baş verərsə, lütfən, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Bu əlavə təsirlərə bu içlik vərəqəsində qeyd olunmayan mümkün əlavə təsirlər də aiddir.

Doza həddinin aşılması

Həmişə Eslorat NORMON preparatını həkiminiz məsləhət gördüyü kimi qəbul edin. Doza həddinin təsadüfi aşılması zamanı ciddi problemlər gözlənilmir. Lakin, əgər Siz Eslorat Normonu məsləhət görüləndən çox qəbul etsənizz həkiminizə, əczaçı və ya tibb bacısına dərhal bildirin. Doza həddinin təsadüfi, yaxud digər səbəblərdən aşılması halında dərhal həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxanaya müraciət edərək, qəbul etdiyiniz dərmanı və onun miqdarını bildirin.

Buraxılış forması

120 ml oral məhlul, flakonda. 1 flakon, 2,5 və 5 ml-lik ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondur olmaz. Dərmanları axar su, yaxud məişət tullantıları ilə birgə atmayın. İstifadə etməyəcəyiniz dərmanların necə atılması haqda əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühiti qorumaqda yardımçı olacaq.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun və flakonun üzərində qeyd olunmuşdur. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın axırıncı gününə müvafiqdir. Oral məhlulun görünüşündə hər hansı dəyişiklik hiss etdiyiniz zaman bu haqda əczaçıya məlumat verin.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

LABORATORIOS NORMON, S.A. Ronda de Valdecarrizo, 6 – 28760 Tres Cantos – Madrid (SPAIN).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Eslorat Normon 0,5 mq 120 ml sirop” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar