Drinex 2,5 mq 150 ml sirop
| Təsiredici maddə | DESLORATADINE |
|---|---|
| Dərman forması | Sirop |
| Farmakoloji təsir | Antihistamin dərman vasitəsi. H -histamin reseptorlarının blokatoru.1 |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,56 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DRİNEKS şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Desloratadine
Tərkibi
Təsiedici maddə: 5 ml şərbətin tərkibində 2,5 mq desloratadin vardır. Köməkçi maddələr: saxaroza, sorbitol 70%, propilenqlikol, susuz limon turşusu, natrium benzoat, trinatrium sitrat dihidrat, günəş qürubu sarısı, təmizlənmiş su.
Təsviri
Narıncı rəngli şirin dadlı şərbətdir.
Farmakoterapevtik qrupu
Antihistamin dərman vasitəsi. H -histamin reseptorlarının blokatoru.1 ATC kodu: R06AX27. Farmakoloji xüsusiyyətlər Farmakodinamikası DRİNEKS – antihistamin, allergiyaəleyhinə və iltihabəleyhinə təsir göstərir, yuxu gətirmir. Daxilə qəbul zamanı desloratadin (loratadinin 1-li aktiv metaboliti) selektiv olaraq periferik H -1 histamin reseptorlarını blokada edir. Sitostatik reaksiyaları tormozlayır: iltihabəleyhinə sitokinlərin, o cümlədən interleykin-4 (İL-4), interleykin-6 (İL-6), interleykin-8 (İL-8), interleykin-13 (İL-13), RANTES tipli iltihabəleyhinə xemokinlərlə bağlı polimerfnüvəli neytrofillərlə aktivləşmiş ifrazını, eozinofillərin adqeziyası və xemataksisini, o cümlədən P- selektini, IgE, histamin azad olmasını.
İstifadəsinə göstərişlər
− mövsümi polinoz və ilboyu allergik rinit (burundan selik ifrazını, göyərmə, gicişmə və burun tutulmasını, gözlərin gicişməsi və qızarmasını asanlaşdırmaq və aradan qaldırmaq üçün) − xroniki idiopatik övrədə dəri gicişməsinin və səpginin azaldılması və ya aradan qaldırılması
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Xüsusi göstərişlər Ağır böyrək çatışmazlığı olan pasiyentlərə ehtiyatla təyin olunmalıdır. Şərbət formasında, DRİNEKS şəkərli diabetli olan xəstələrə ehtiyatla təyin edilir, çünki hipoqlikemik vasitələrin dozasının korreksiyası tələb oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Desloratadin uzun müddət, ketokonazol, eritromisin, azitromisin, fluoksetin və simetidinlə birgə istifadəsi zamanı, bu preparatların arasında klinik əhəmiyyətli qarşılıqlı təsir baş verməmişdir. Desloratadin, alkoqolun mərkəzi sinir sisteminə təsirini gücləndirmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
DRİNEKS-in, hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi haqqında klinik məlumatlar yoxdur, ona görə hamiləlik zamanı preparatın istifadəsi yalnız o halda mümkündür ki, ana üçün güman edilən fayda, döl üçün potensial riskdən yüksək olsun. Desloratadin ana südünə daxil olur, ona görə də, DRİNEKS-dən istifadə zamanı ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi 6 aylığa qədər uşaqlarda DRİNEKS-in effektivliyi və təhlükəsizliyi sübut olunmayıb. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri DRİNEKS avtomobil və digər yüksək sürətli psixomotor reaksiyalar tələb edən işlərin idarəedilməsi qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
DRİNEKS-i qida qəbulundan asılı olmayaraq az miqdarda su ilə içərək daxilə qəbul etmək lazımdır. 1 yaşdan 5 yaşa qədər uşaqlar üçün: gündə 1 dəfə 1,25 mq (2,5 ml şərbət) təyin edir. 6 yaşdan 11 yaşa qədər uşaqlar üçün: gündə 1 dəfə 2,5 mq (5 ml şərbət) təyin eilir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün: gündə 1 dəfə 5 mq (10 ml şərbət) təyin edilir. Şərbət dozalanması üçün 10 ml, 5 ml və 2,5 ml dərəcələnmiş ölçü stəkanından istifadə edilir. Müalicə müddəti və qəbulun davamlılığı xəstəliyin xarakteri ilə müəyyənlədirilir. Mövsümi polinozların müalicəsi zamanı simptomlar itdikdən sonra preparatın qəbulu dayandırılır. İlboyu, allergik rinitin müalicəsində preparat pasiyentin allergenlə kontraktda olduğu dövrdə fasiləsiz olaraq qəbul olunur.
Əlavə təsirləri
Yüksək yorğunluq, ağızda quruluq, baş ağrısı. Nadir hallarda aşağıdakı əlavə təsirlər müşahidə olunur. MSS-nə: baş ağrısı, yuxululuq Ürək-damar sisteminə: taxikardiya, ürəkdöyünmə Həzm sisteminə: qarında ağrılar, ürəkbulanma, qusma, dispepsiya, diareya, qanda bilrubinin, qaraciyəri fermentlərin səviyyəsinin artması. Allergik reaksiyalar: anaflaksiya, angionevrotik ödem, gicişmə, səpgi, övrə. 2 yaşa qədər uşaqlarda: diareya, bədən temperaturunun artması, yuxusuzluq.
Doza həddinin aşılması
Simptomları: əlavə təsirlərin güclənməsi. Müalicəsi: mədənin aktivləşdirilmiş kömürün qəbulu ilə yuylması, lazım olduqda simptomatik terapiya. Hemodializ qeyri-effektivdir. Peritoneal dializin effektivliyi təyin olunmayıb.
Buraxılış forması
Daxillə qəbul üçün sərbət. 150 ml məhlul, sarı rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqlarının əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra preparatı bir ay müddətində istifadə etmək olar. Yararlıq müddəti 2 il. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz!
Aptekdən buraxılma şərti
Resept əsasıda buraxılır.
İstehsalçı
Atabay İlaç Fabrikası. A.Ş., Turkey. Acıbadem, Köftüncü Sk. No:1, 34718 Kadıköy/İstanbul, Turkey. Qeydiyyat vəsiqəsinini sahibi Atabay Kimya San. ve Tic. A.Ş., Turkey. Acıbadem, Köftüncü Sk. No:1, 34718 Kadıköy/İstanbul, Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.