Declaren 2,5 mq 150 ml sirop

Təsiredici maddə: DESLORATADINE
Təsiredici maddəDESLORATADINE
Dərman formasıSirop
Farmakoloji təsirSistem istifadə üçün digər antihistamin preparatları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,56 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki orada Sizə lazım olan vacib məlumatlar vardır. • Bu içlik vərəqəni saxlayın: ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin. • Əgər Sizdə əlavə suallar yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. • Bu dərman vasitəsi yalnız Sizin üçün təyin edilib. Onu digər insanlara vermək olmaz. Bu onların sağlamlığına mənfi təsir göstərə bilər, hətta onların simptomları eyni olduğu hallarda. • Ciddi əlavə təsirlər meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir əmələ gələrsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin. DEKLAREN 2,5 mq/5 ml şərbət Beynalxalq patentləşdirilməmiş adı: Desloratadine

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq dezloratadin vardır. Köməkçi maddə: saxaroza, sorbitol (70%), propilenqlikol, natrium benzoat, natrium sitrat dihidrat, susuz limon turşusu, dinatrium EDTA, günəş qürubu sarısı FCF, Tutti frutti aramatizatoru, təmizlənmiş su.

Təsviri

Şəffaf, açıq narıncı rəngli məhluldur.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün digər antihistamin preparatları. ATC kodu: R06AX27. Farmakoloji xüsusiyyətlər Farmakodinamikası Deklaren – antihistamin, allergiyaəleyhinə və iltihabəleyhinə təsir göstərir, yuxu törətmir. Daxilə qəbul zamanı dezloratadin (loratadinin 1‐li aktiv metaboliti) selektiv olaraq periferik H ‐histamin1 reseptorlarını blokada edir. Sitostatik reaksiyaları tormozlayır: iltihabəleyhinə sitokinlərin, o cümlədən interleykin‐4 (İL‐4), interleykin‐6 (İL‐6), interleykin‐8 (İL‐ 8), interleykin‐13 (İL‐13), RANTES tipli iltihabəleyhinə xemokinlərlə bağlı polimorfnüvəli neytrofillərlə aktivləşmiş ifrazını, eozinofillərin adgeziyası və xemotaksisini, o cümlədən P‐selektini, IgE, histaminin azad olmasını.

İstifadəsinə göstərişlər

Mövsümi pollinoz və ilboyu allergik rinit (burundan selik ifrazını, göyərmə, qaşınma və burun tutulmasını, gözlərin qaşınması və qızarması, göz yaşarmasını asanlaşdırmaq və aradan qaldırmaq üçün) – xroniki idiopatik övrədə dəri qaşınmasının və səpginin azalması və ya aradan qaldırılması.

Əks göstərişlər

• Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. • Tərkibindəki şəkərlərə qarşı irsi dözümsüzlük. • 1 yaşa qədər uşaqlarda istifadəsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ağır böyrək çatışmazlığı olan pasiyentlərə ehtiyatla təyin olunmalıdır. Dezloratadin anamnezində qıcolma tutmaları olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır və əsasən, uşaqlar dezloratadin müalicəsi zamanı yeni qııcolma tutmalarının inkişafına daha həssas olurlar. Preparat yüksək dozalarda ,xüsusilə, qaraciyər və ya böyrək çatışmazlığı olan pasiyentlərdə kumulyasiya və toksiklik riski (metabolik asidoz) səbəbiylə ehtiyatla və yalnız zəruri olduqda istifadə edilməlidir. Şərbət formasında Deklaren şəkərli diabeti olan xəstələrə ehtiyatla təyin edilir, çünki hipoqlikemik vasitələrin dozasının korreksiyası tələb oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ketokonazolla, eritromisinlə, azitromisinlə, fluoksetinlə, simetidinlə dəfələrlə birgə istifadə zamanı dezloratadinlə bu preparatların arasında klinik əhəmiyyətli qarşılıqlı təsir baş verməmişdir. Dezloratadin alkoqolun mərkəzi sinir sisteminə təsirini gücləndirmir. Digər dərman vasitələri ilə qarşılıqlı təsir tədqiqatları yalnız böyüklərdə aparılmışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Deklarenin hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi haqqında klinik məlumatlar yoxdur, ona görə hamiləlik zamanı preparatın istifadəsindən çəkinmək lazımdır. Dezloratadin ana südünə daxil olur, ona görə də Deklarendən istifadə zamanı ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Deklarenin effektivliyi və təhlükəsizliyi 1 yaşa qədər uşaqlarda sübut olunmayıb.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Deklaren avtomobil və digər yüksək sürətli psixomotor reaksiyalar tələb edən işlərin idarə edilməsi qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə edir.

İstifadə qaydası və dozası

Deklareni qida qəbulundan asılı olmayaraq az miqdarda su ilə içərək daxilə qəbul etmək lazımdır. 2 yaşdan 5 yaşa qədər uşaqlar üçün: gündə 1 dəfə 1,25 mq (2,5 ml şərbət) təyin edilir. 6 yaşdan 11 yaşa qədər uşaqlar üçün gündə 1 dəfə 2.5 mq (5 ml şərbət) təyin edilir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün: gündə1 dəfə 5 mq (10 ml şərbət) təyin edilir. Şərbətin dozalanması üçün 10 ml, 5 ml və 2,5 ml dərəcələnmiş ölçü stəkanından istifadə edilir. Müalicə müddəti və qəbulun davamlılığı xəstəliyin xarakteri ilə müəyyənləşdirilir. Mövsümi pollinozların müalicəsi zamanı simptomlar itdikdən sonra preparatın qəbulu dayandırılır. İlboyu allergik rinitin müalicəsində preparat pasiyentin allergenlə kontaktda olduğu bütün period boyu fasiləsiz olaraq qəbul olunur.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Metabolizm və qidalanma pozğunluqları Tezliyi məlum deyil: iştahanın artması. Sinir sistemi pozğunluqları Tez-tez: baş ağrısı Tez-tez( 2 yaşdan aşağı uşaqlarda): yuxululuq. Nadir hallarda: başgicəllənmə, yuxululuq, yuxusuzluq, psixomotor hiperaktivlik, qıcolma tutmaları. Ürək‐damar sistemi pozğunluqları Nadir hallarda: taxikardiya. Tezliyi məlum deyil: ürəkdöyünmə. Həzm sistemi pozğunluqları Tez-tez: ağız quruluğu. Tez-tez( 2 yaşdan aşağı uşaqlarda): diareya Nadir hallarda: abdominal ağrı, ürəkbulanma, qusma, dispepsiya, diareya. Hepatobiliar pozğunluqlar Nadir hallarda: qaraciyər fermentlərinin səviyyəsinin artması, bilirubinin artması, hepatit. Tezliyi məlum deyil: sarılıq Dəri və dərialtı toxuma pozğunluqları Tezliyi məlum deyil: hiperhəssaslıq Dayaq-əzələ sistemi pozğunluqları Nadir hallarda: mialgiya Ümumi pozğunluqlar Tez-tez: yorğunluq Tez-tez( 2 yaşdan aşağı uşaqlarda): qızdırma Nadir hallarda: hiperhəssaslıq reaksiyaları (məsələn, anafilaksiya, angoödem, təngnəfəslik, qaşınma,səpgi və övrə) Tezliyi məlum deyil: asteniya, bədən çəkisinin artması.

Doza həddinin aşılması

Simptomları: əlavə təsirlərin güclənməsi. Müalicəsi: mədənin aktivləşdirilmiş kömürün qəbulu ilə yuyulması, lazım olduqda simptomatik terapiya. Hemodializ qeyri‐effektivdir. Peritoneal dializin effektivliyi təyin olunmayıb.

Buraxılış forması

150ml şərbət, (III tip) sarı rəngli şüşə flakonda. 1 flakon, ölçü stəkanı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30˚C‐dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz!

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Nobel İlaç San. ve Tic. A.Ş. 81100 Sancaklar-Düzce, Türkiyə.

Qeydiyyat vəsiqəsinin sahibi

İlko İlaç San. ve Tic. A.Ş. Veysel Karani qəsəbəsi. Çolakoğlu küç. No: 10, 34885 Sancaktepe / Istanbul, Türkiyə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Declaren 2,5 mq 150 ml sirop” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar