Bonasef 0,5 q flakon
| Təsiredici maddə | CEFTRIAXONE |
|---|---|
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
| Farmakoloji təsir | III nəsil sеfаlоspоrin аntibiоtiki |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,08 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BONASEF inyeksiya məhlulu hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Ceftriaxone Tərkibi: Təsiredici maddə: 1 flakonda 0,5 q seftriakson (natrium duzu şəklində) vardır. Həlledici məhlul: lidokain hidroxlorid. Təsiredici maddə: 1 flakonda 1,0 q seftriakson (natrium duzu şəklində) vardır. Həlledici məhlul: lidokain hidroxlorid.
Təsviri
Ağ rəngli tozdur.
Farmakoterapevtik qrupu
III nəsil sеfаlоspоrin аntibiоtiki. ATC kodu: J01DD04
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası BONASEF – geniş təsir spektrinə malik yarımsintetik sefalosporin antibiotiki olub, qrammüsbət, qrammənfi aerob və anaerob bakteriyaların hüceyrə membranının sintezini pozaraq bakterisid təsir göstərir. Preparat bakteriyalar tərəfindən ifraz edilən beta-laktamaza, penisillinaza, sefalosporinaza fermentlərinə qarşı yüksək davamlılığa malikdir. Aşağıdakı mikroorqanizmlərə qarşı yüksək aktivlik göstərir: – Qrаmmüsbət аеrоblаr: Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Streptococcus viridans; – Qrammənfi aeroblar: Aeromonas spp., Alcaligenes spp., Branhamella catarrhalis (beta- laktamaz yaradan və yaratmayanlar), Citrobacter spp., Enterobacter spp., Escherichia coli, Haemophilus ducreyi, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella spp. (Klebsiella pneumoniae daxil olmaqla), Moraxella spp., Morganella morganii, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Plesiomonas shigelloides, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp., Salmonella spp., Salmonella typhi, Serratia spp., Serratia marsescens, Shigella spp., Vibrio spp., Vibrio cholerae, Yersinia spp., Yersinia enterocolitica, Pseudomonas aeruginosa (bəzi ştammları); – Anaeroblar: Bacteroides spp., Bacteroides fragilis (bəzi ştammları), Clostridium spp. (Clostridium difficile-dən başqa), Fusobacterium spp., Peptococcus spp., Peptostreptococcus spp.. Farmakokinetikası Əzələdaxili yeridildikdə tez və tam sorulur. Biomənimsənilməsi 100%-dir. 2-3 saat ərzində plazmada maksimal konsentrasiyası yaranır. Plazma zülalları ilə qeyri-sabit birləşmələr (85- 95%) əmələ gətirir. Toxumalara və bioloji mayelərə asanlıqla keçir. Yarımparçalanma dövrü 5,8- 8,7 saatdır. 50-60%-i dəyişilməmiş halda sidiklə, 40-50%-i ödlə xaric olur.
İstifadəsinə göstərişlər
– Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları (pnevmoniya, ağciyər absesi daxil olmaqla) – Sidik- cinsiyyət orqanlarının infeksiyaları (qonoreya (süzənək) daxil olmaqla) – Bakteriemiya/septisemiya – Dərinin və yumşaq toxumaların infeksiyaları – Qarın boşluğu orqanlarının infeksiyaları – Sümük və oynaqların infeksiyaları (osteomielit daxil olmaqla) – Mərkəzi sinir sisteminin infeksiyaları (meningit) – Cərrahi əməliyyatdan öncə və sonra profilaktik məqsədlə
Əks göstərişlər
Sefalosporin qrupu antibiotiklərinə və penisillinlərə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat təyin olunmazdan əvvəl xəstənin seftriakson natriuma qarşı həssaslığı dəqiq öyrənil- məlidir. Sefalosporin antibiotikləri ilə müalicə zamanı psevdomembranoz kolit və bağırsaq flo- rasının pozğunluğu ola bilər. Bu proses meydana çıxan zaman dərhal müalicəni saxlamaq və uyğun simptomatik müalicəyə başlamaq lazımdır. Lidokain hidroxlorid məhlulunda hazırlanmış preparatı vena daxilinə yeritmək olmaz! Gözlənilməz effektlər olduqda həkimə müraciət edin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bir çox qrammənfi bakteriyalara qarşı Bonasef və aminoqlikozidlər sinergist təsir göstərir. Oral antikoaqulyantlarla eyni vaxtda istifadə edildikdə qanaxma riskini artırır. İn vitro xloramfenikolla antaqonist təsir müşahidə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik dövründə istifadəsi haqqında məlumat yoxdur. Laktasiya dövründə ehtiyatla təyin olunmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə təsiri haqqında məlumat yoxdur.
İstifadə qaydası və dozası
BONASEF əzələ və vena daxilinə yeridilir. Əzələdaxili inyeksiya üçün 0,5 q preparat 2 ml, 1,0 q preparat isə 4 ml 1 %-li lidokain hidroxlo- rid məhlulunda həll edilir və sağrı əzələsinə dərinə yeridilir. Venadaxili inyeksiya üçün 0,5 q preparat 5 ml, 1,0 q preparat isə 10 ml inyeksiya üçün suda həll edilir və 2-3 dəq. ərzində vena daxilinə yeridilir. Venadaxili infuziya üçün 2,0 q preparat (tərkibində kalsium ionları saxlamayan məhlulda) 40 ml inyeksiya üçün su və ya 5-10 %-li qlükoza məhlulunda həll edilir. 30 dəq. ərzində damcı üsulu ilə venadaxili yeridilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara əzələdaxili inyeksiya üçün 1,0 q birdəfəlik dozada gündə 1 dəfə yeridilir. İnfeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq maksimal gündəlik doza 4,0 q-a qədər artırıla bilər. Yenidoğulmuşlarda gündəlik doza 20-50 mq/kq təşkil edir. 12 yaşa qədər uşaqlarda gündəlik doza 50-80 mq/kq-dır. Maksimal gündəlik doza 2,0 q-dan çox olmamalıdır. Meningitin müalicəsində gündəlik doza 100 mq/kq-dır. Maksimal gündəlik doza 4,0 q. Müalicə müddəti 7-14 gündür. Fəsadlaşmamış qonoreyada əzələ daxilinə birdəfəyə 250 mq təyin olunur. Cərrahi əməliyyat zamanı profilaktik məqsədlə əməliyyatdan 30 dəqiqə əvvəl 1,0 q preparat birdəfəlik təyin olunur. Streptococcus pyogenes tərəfindən törədilən infeksiyalar zamanı müalicə 10 gün davam etdirilməlidir. Yaşlı və qaraciyər, böyrək çatışmazlığı olan xəstələrdə maksimal gündəlik doza 2,0 q təşkil edir. Böyrək funksiyası pozulmuş şəxslərə (kreatinin klirensi 10 ml/dəq. aşağı olduqda) gündəlik doza 2,0 q-dan artıq olmamalıdır.
Əlavə təsirləri
BONASEF adətən xəstələr tərəfindən yaxşı qəbul edilir. Nadir hallarda: inyeksiya nahiyəsində ağrı, flebit, dəri səpgiləri, qaşınma ola bilər. Bundan başqa, leykopeniya, eozinofiliya, trombo- sitopeniya, ürəkbulanma, qusma, ishal, stomatit, başağrı, başgicəllənmə, bronxospazm baş verə bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması hallarının müalicəsi üçün simptomatik tədbirlərin görülməsi tövsiyə olunur.
Buraxılış forması
BONASEF 0,5 q toz, flakonda. 1 flakon içərisində 2 ml həlledici (1%-li lidokain hidroxlorid məhlulu) olan ampulla dəst şəklində içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. BONASEF 1,0 q toz, flakonda. 1 flakon içərisində 4 ml həlledici (1%-li lidokain hidroxlorid məhlulu) olan ampulla dəst şəklində içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Preparatı qutuda olmaq şərtilə, otaq temperaturunda (25° C-dən aşağı) və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NCPC Co. Ltd şirkəti tərəfindən SLOVPHARM d.o.o. şirkəti üçün, 13, UI. İvana Regentova, Piran, Sloveniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.