Aldegin 1,25 % 60 q gel
| Təsiredici maddə | DEXKETOPROFEN |
|---|---|
| Dərman forması | Gel |
| Farmakoloji təsir | Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. Oynaq və əzələ ağrısı zamanı yerli istifadə üçün preparatlar. Yerli istifadə üçün qeyri-steroid iltihab əleyhinə preparatlar. Deksketoprofen |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,76 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
™ ALDEGİN xaricə istifadə üçün gel ™ Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 12,5 mq deksketoprofen (18,5 mq deksketoprofen trometamol şəklində) vardır Köməkçi maddələr: karbomer 980, propilenqlikol, polietilenqlikol (PEG 400), 96%-li etanol, natrium hidroksid məhlulu 18%, lavanda aromatizatoru, deionizəedilmiş su.
Təsviri
Rəngsiz, şəffaf homogen geldir.
Farmakoterapevtik qrupu
Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. Oynaq və əzələ ağrısı zamanı yerli istifadə üçün preparatlar. Yerli istifadə üçün qeyri-steroid iltihab əleyhinə preparatlar. Deksketoprofen. ATC kodu: M02AA27.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Deksketoprofen qeyri-steroid iltihab əleyhinə preparatdır. Ağrıkəsici və qızdırmasalıcı təsir göstərir. Təsir mexanizmi siklooksigenazanı inhibə etməsi nəticəsində yaranan prostaqlandin sintezinin azalması ilə əlaqədardır. Deksketoprofenin SOG-1 və SOG-2 aktivliyinə inhibəedici təsiri göstərilmişdir. Ağrıkəsici təsiri preparatın istifadəsindən 30 dəq sonra başlayır və 4-6 saat davam edir. Farmakokinetikası Sorulması Deksketoprofenin yerli istifadə zamanı dərialtı absorbsiyası cüzi olur. Aşağı sistem biomənimsənilməsinə görə sistem təsiri gözlənilmir. Paylanması Deksketoprofen trometamolun yarımpaylanma dövrü 0,35 saatdır. Plazma zülalları ilə yüksək birləşmə dərəcəsi (99%) olan digər preparatlarda kimi deksketoprofenin orta paylanma həcmi 0,25 l/kq-dan aşağıdır. Biotransformasiya Deksketoprofen trometamolun tətbiqindən sonra sidikdə yalnız S-(+) enantiomer təyin olunur. Preparat orqanizmdə kumulyasiya olunmur. Xaric olması Deksketoprofen trometamolun yarımxaricolma dövrü 1,65 saat təşkil edir. Preparat əsasən böyrək vasitəsilə qlükuronlaşma yolu ilə əmələ gələn metabolitlər şəklində xaric olunur.
İstifadəsinə göstərişlər
Oynaqlarda, vətərlərdə, bağlarda və əzələlərdə ağrı və iltihab əlamətləri ilə müşayiət olunan travmatik və degenerativ mənşəli vəziyyətlər.
Əks göstərişlər
Deksketoprofenə, ketoprofenə və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Anamnezdə aspirinin və digər qeyri-steroid iltihab əleyhinə preparatların istifadəsindən sonra müşahidə olunan astma, allergik rinit və ya övrə. Anamnezdə tiaprofen turşusunun, fenofibratın və ya kosmetik vasitələrin istifadəsindən sonra müşahidə olunan bronxial astma. Gel ekssudativ dermatozlarda, ekzemada, zədələnmə növündən asılı olmayaraq dərinin hər hansı bir zədələnməsində, həmçinin selikli qişaya, gözə, anal və ya genital nahiyəyə istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərman vasitələrinin uzunmüddətli yerli istifadəsi yüksək həssaslığın və yerli qıcıqlanmanın əmələ gəlməsinə səbəb ola bilər. Geldən istifadə zamanı və müalicədən 2 həftə sonra fotosensibilizasiya və ya yüksək həssaslığın yaranması mümkün olduğundan, dəri günəş və ultrabənövşəyi şüalardan qorunmalıdır. Gel açıq yara sahələrinə və ya daimi zədələnmiş dəriyə istifadə edilməməlidir. Gel selikli qişaya, anal və ya genital nahiyəyə istifadə edilməməlidir. Gel sıx geyim ilə və ya okklüziv sarğı altında istifadə olunmamalıdır. Geli çəkdikdən sonra əllər yaxşıca yuyulmalıdır. ™ ™ bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Deksketoprofen qan dövranına əhəmiyyətsiz dərəcədə keçdiyindən digər dərman vasitələri və maddələri ilə qarşılıqlı təsiri nadir hallarda müşahidə olunur. Əlavə təsirlərin yaranma ehtimalı artdığından deksketoprofen digər qeyri-steroid iltihab əleyhinə preparatlarla birlikdə istifadə olunmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Qeyri-steroid iltihab əleyhinə preparatların toksik effektlərinin yaranması mümkün olduğundan, ™ hamiləlik dövründə Aldegin gelin istifadəsi tövsiyə olunmur. Ehtiyac olmadıqda hamiləlik dövründə istifadə edilmir. Deksketoprofenin ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur. Buna görə laktasiya ™ dövründə Aldegin gelin istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.
İstifadə qaydası və dozası
™ Ümumi gündəlik doza 7,5 mq-dan (təqribən 14 sm gelə müvafiqdir) çox olmamalıdır. Müalicə müddəti 7gündən çox olmamalıdır. ™ və selikli qişalara düşməsindən çəkinmək lazımdır. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı Preparatın gel formasının sistem təsirlərinin minimal olmasına baxmayaraq QSİƏP-lərin sistem təsirləri dəridən sorulmasından, tətbiq edilən gelin miqdarından, sahənin səthindən, dərinin bütövlüyünün dərəcəsindən, müalicə müddətindən və okklüziv sarğıların (həzm sisteminə və böyrəklərə təsir göstərir) istifadəsindən asılıdır. Buna görə ağır böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Pediatrik xəstələr 6 yaşdan kiçik olan uşaqlarda gelin istifadəsi tövsiyə olunmur. Yaşlı xəstələr Yaşlı xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Əlavə təsirləri
Gelin tətbiq olunan sahəsində yerli dəri reaksiyaların yaranması haqqında bildirilmişdir. Eritema, qaşınma və fotosensibilizasiya müşahidə olunur. Əlavə təsirlərin rastgəlmə tezliyi: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum olmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil). Dəri və dərialtı piy toxumasına nadir: dermatit (eritema, qaşınma, iltihab); çox nadir: sistem hiperhəssaslıq reaksiyaları (övrə, bronxospazm); məlum olmayan tezlikdə: fotosensibilizasiya reaksiyaları (eritema, iltihab və bəzi hallarda qovuqcuqların əmələ gəlməsi). Şübhəli əlavə reaksiyalar haqqında məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında həkimə məlumatın verilməsi vacibdir. Belə məlumatlar dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam etdirilməsinə imkan verir. Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
™ Təsadüfən daxilə qəbul olunduqda udulan miqdardan asılı olaraq sistem təsirləri yarana bilər. Belə hallarda mədə yuyulmalı, dəstəkləyici və simptomatik müalicə aparılmalıdır. Deksketoprofen trometamol dializ vasitəsilə orqanizmdən xaric oluna bilər.
Buraxılış forması
Xaricə istifadə üçün gel. 60 q gel, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlamaq lazıımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Deva Holding A.Ş. Çerkezköy Organize Sanayi Bölgesi Karaağaç Mah., Atatürk Cad. № 32 Kapaklı/Tekirdağ/Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Deva Holding A. Ş. Halkalı Merkez Mah. Basın Ekspres Cad. №1 Küçükçekmece/İstanbul/Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.