Allopurinol 100 mq N50 tablet Ukranya

Təsiredici maddə: ALLOPURINOL
Təsiredici maddəALLOPURINOL
Dərman formasıTablet
Farmakoloji təsirPodaqra zamanı istifadə olunan preparatlar. Sidik turşusunun əmələ gəlməsini tormozlayan preparatlar. Allopurinol
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,95 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ALLOPURİNOL tabletlər ALLOPURINOL

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində (100 % quru maddə hesabı ilə) 100 mq allopurinol vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, qarğıdalı nişastası, hipromelloza, maqnezium stearat.

Təsviri

Girdə, yastı səthli, iti qıraqlı və xətli, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Podaqra zamanı istifadə olunan preparatlar. Sidik turşusunun əmələ gəlməsini tormozlayan preparatlar. Allopurinol. ATC kodu: М04АА01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Allopurinol – orqanizmdə sidik turşusunun və onun duzlarının sintezini tormozlayan podaqraəleyhinə preparatdır. Preparat, hipoksantinin ksantinə və ksantinin sidik turşusuna çevrilməsində iştirak edən ksantinoksidaza fermentini inhibə etmək üçün xüsusi qabiliyyətə malikdir. Bunun nəticəsində, qan zərdabında uratların miqdarı aşağı düşür ki, bu da onların toxumalarda və böyrəklərdə çökməsinin qarşısını alır. Orqanizmdə allopurinol oksipurinola (alloksantin) çevrilir ki, bu da həmçinin sidik turşusunun əmələ gəlməsinin qarşısını alır, lakin, aktivliyinə görə allopurinoldan zəifdir. Farmakokinetikası Daxilə qəbul edildikdən sonra, allopurinol sürətlə və tamamilə sorulur. Mədədə demək olar ki, absorbsiya olunmur, preparatın sorulması onikibarmaq bağırsaqda və yoğun bağırsağın yuxarı hissəsində baş verir. Preparatın metabolizmi nəticəsində farmakoloji cəhətdən aktiv əsas metabolit – oksipurinol əmələ gəlir. Oksipurinolun maksimal səviyyələri 3-4 saatdan sonra əldə olunur, əmələ gəlmə sürəti fərdi presistem metabolizmin dərəcəsindən və sürətindən asılıdır. Qanda allopurinol və oksipurinol demək olar ki, zülallarla birləşmirlər. Qan plazmasından allopurinolun yarımxaricolma dövrü təxminən 40 dəqiqə, oksipurinolun yarımxaricolma dövrü isə 17-21 saat təşkil edir. Allopurinolun və oksipurinolun 80 %-i böyrəklər vasitəsi ilə, 20 %-i isə bağırsaqlardan xaric olunur. Böyrək çatışmazlığı olduqda, oksipurinolun yarımxaricolma dövrü uzanır.

İstifadəsinə göstərişlər

Böyüklər – hiperurikemiya (qan zərdabında, pəhrizlə idarəolunmayan sidik turşusunun səviyyəsi 500 mkmol/l (8,5 mq/100 ml) və daha yuxarı olduqda); – qanda sidik turşusunun səviyyəsinin yüksəlməsi nəticəsində meydana çıxan xəstəliklər, xüsusilə podaqra, uratlarla əlaqəli nefropatiya və uratların əmələ gəlməsi ilə müşayiət olunan sidik daşı xəstəliyi olduqda; – müxtəlif etiologiyalı ikincili hiperurikemiya, o cümlədən, psoriaz zamanı; – müxtəlif hemoblastozlar (kəskin leykoz, xroniki mieloleykoz, limfosarkoma) zamanı birincili və ikincili hiperurikemiya; – neoplastik və mieloproliferativ xəstəliklərin sitotoksik müalicəsi. Uşaqlar – leykemiyanın müalicəsi nəticəsində uratlarla əlaqəli nefropatiya; – müxtəlif etiologiyalı ikincili hiperurikemiya; – anadangəlmə ferment çatışmazlığı, xüsusilə, Leş-Niyen sindromu (hipoksantin-quanin- fosforiboziltransferaza fermentinin qismən və ya tam çatışmazlığı) və adenin-fosforibozil- transferaza fermentinin anadangəlmə çatışmazlığı.

Əks göstərişlər

– Allopurinola və ya preparatın tərkibində olan digər komponentlərə qarşı hiperhəssaslıq; – qaraciyər və ya böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları (kreatinin klirensi 2 ml/dəqiqədən aşağı); – kəskin podaqra tutması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hiperhəssaslıq Allopurinoldan istifadə etdikdə meydana çıxan hiperhəssaslıq reaksiyaları müxtəlif formalarda özünü biruzə verə bilər, o cümlədən, makulopapulyoz səpgilərlə, həyat üçün təhlükəli reaksiyalarla (Stivens-Conson sindromu (SCS) ilə, toksik epidermal nekrolizlə (TEN), DRESS- sindrom kimi tanınan, hipersensitiv sindromla (eozinofiliya və sistem təzahürlərlə müşayiət olunan dərman səpgisi)). Dəri üzərində səpgilər və ya hər hansı digər hiperhəssaslıq əlamətlərinin (gözlərin, ağız boşluğunun və ya cinsiyyət üzvlərinin selikli qişalarının zədələnməsi, qızdırma, limfadenopatiya, dəri eroziyaları) ilk təzahürləri meydana çıxdıqda, daha ciddi hiperhəssaslıq reaksiyalarının qarşısını almaq üçün, allopurinolun istifadəsini dərhal dayandırmaq lazımdır. Müalicə müddətində istənilən vaxt DRESS-sindrom və ya SCS/TEN inkişaf etdiyi halda, allopurinolun istifadəsini birdəfəlik dayandırmaq lazımdır. Hiperhəssaslıq reaksiyalarının müalicəsi üçün kortikosteroidlərdən istifadə etmək olar. SCS/TEN-in meydana çıxmasının ən yüksək riski, müalicənin ilk həftələrində müşahidə olunur. HLA-B*5801 alleli Retrospektiv farmakogenetik hal-nəzarət tipli tədqiqatlarda HLA-B*5801 allelin mövcudluğu, xan çinliləri, taylandlılar, koreyalılar, yaponlar və avropa əsilli pasiyentlərdə allopurinolla assosiasiya olunmuş SCS/TEN (və ehtimal edilir ki, digər ciddi hiperhəssaslıq reaksiyaları) üçün, genetik risk faktoru (genetik marker) kimi identifikasiya edilmişdir. Göstərilən genetik markerin mövcudluğunun tezliyi, müxtəlif etnik qruplarda əhəmiyyətli dərəcədə fərqlənir (xan çinliləri, afrikalılar, hindilər arasında allel daşıyıcılarının 20-30 %-dən koreyalıların populyasiyasında 12 %-ə qədər və avropeoid irqinin nümayəndələrində, yaponlarda 1-2 %-ə qədər). Pasiyent HLA-B*5801 allelin məlum daşıyıcısı olduqda, allopurinolun istifadəsini başlamaq olmaz. Digər münasib terapevtik imkanlar olmadıqda, allopurinolun təyin olunması barədə qərarı yalnız, müalicənin gözlənilən faydası ehtimal edilən risklərdən üstün olduğu hallarda nəzərə almaq olar. Böyrək funksiyalarının xroniki pozğunluqlarından əziyyət çəkən və eyni zamanda diuretiklərdən, xüsusilə tiazidlərdən istifadə edən pasiyentlərdə, allopurinolla assosiasiya olunmuş hiperhəssaslıq reaksiyalarının, o cümlədən, SCS/TEN-in inkişaf etmə riski yüksəkdir. DRESS-sindrom və ya SCS/TEN əlamətlərinin meydana çıxmasına nəzarət etmək məqsədi ilə xüsusilə diqqətli olmaq lazımdır. Pasiyent məlumatlandırılmalıdır ki, hiperhəssaslıq simptomlarının ilk əlamətləri meydana çıxdıqda, allopurinolun istifadəsini dərhal və birdəfəlik dayandırmaq lazımdır. Aşağıdakı hallarda allopurinolu xüsusilə ehtiyatlı istifadə etmək lazımdır: – böyrək və qaraciyər funksiyaları pozulduqda – müntəzəm həkim nəzarəti tələb olunur; müvafiq tövsiyələri nəzərə alaraq, allopurinolun dozalarını aşağı salmaq lazımdır; – əvvəllər hemopoez pozğunluqları müəyyən edildikdə; – böyrək funksiyalarının pozulması ehtimalını nəzərə alaraq, arterial hipertenziyadan və ya ürək çatışmazlığından əziyyət çəkən və eyni zamanda AÇF inhibitorlarından və/və ya diuretiklərdən istifadə edən pasiyentlərdə. Simptomsuz hiperurikemiya, bir qayda olaraq, allopurinolun istifadəsi üçün göstəriş hesab edilmir, çünki adətən, müvafiq pəhrizə və adekvat maye qəbulu rejiminə riayət etmək kifayət edir. Pəhrizin saxlanılmasına görə tövsiyələrə riayət etdikdə və ağır dərəcəli böyrək zədələnməsi olmadığı halda, sidik turşusunun səviyyəsi 500 mkmol/l-dən (8,5 mq/100 ml-ə müvafiqdir) aşağı olduqda, preparatı istifadə etmək tövsiyə olunmur. Tərkiblərində purinlərin səviyyəsi yüksək olan məhsullardan (məsələn, subməhsullar: böyrəklər, beyin, qaraciyər, ürək və dil; bişirilmiş qatı və yağlı ət məhsulları və alkoqol, xüsusilə pivə) istifadə etmək olmaz. Allopurinolla müalicə aparıldıqda, diurezi ən azı 2 l/sutkada səviyyəsində saxlamaq lazımdır; bu zaman, sidiyin reaksiyası neytral və ya zəif-qələvi olmalıdır, çünki bu, uratların presipitasiyasının və konkrementlərin əmələ gəlməsinin qarşısını alır. Bu məqsədlə, allopurinolu sidiyi qələviləşdirən preparatlarla birlikdə təyin etmək olar. Kəskin podaqra tutması: tutma tam aradan qaldırılmayana qədər allopurinolla müalicəyə başlamaq olmaz, çünki bu zaman, növbəti tutmalar baş verə bilər. Digər urikozurik preparatların istifadəsi zamanı olduğu kimi, allopurinolla müalicənin əvvəlində, çox miqdar sidik turşusunun mobilizasiyası nəticəsində, kəskin podaqra tutmaları baş verə bilər. Bu səbəbdən, podaqra tutmalarının profilaktikası məqsədi ilə, müalicənin ən azı ilk 4 həftəsi müddətində, eyni zamanda qeyri-steroid iltihabəleyhinə preparatlardan (aspirin və ya salisilatlar istisna olmaqla) və ya kolxisindən istifadə etmək lazımdır. Artıq allopurinoldan istifadə edən pasiyentlərdə, kəskin podaqra tutması meydana çıxdığı halda, terapiyanı eyni dozanın istifadəsi ilə davam etdirmək, kəskin tutmanı isə müvafiq iltihabəleyhinə preparatlarla müalicə etmək lazımdır. Qan zərdabında sidik turşusunun səviyyəsinə müntəzəm nəzarət etmək lazımdır. Ksantin depozitləri: urat birləşmələrinin əmələ gəlmə sürəti əhəmiyyətli dərəcədə yüksəldikdə (məsələn, bədxassəli xəstəliklərin radioterapiyası və ya kimyəvi-terapiyası aparıldıqda, Leş- Niyen sindromunda), nadir hallarda sidikdə ksantinin mütləq konsentrasiyası əhəmiyyətli dərəcədə yüksələ bilər və onun sidik-ifrazat yollarında çökməsinə səbəb ola bilər. Diurezin kifayət qədər dəstəklənməsi üçün adekvat hidratasiyanı təmin etməklə və sidiyin optimal həll olunmasını əldə etmək üçün sidiyi qələviləşdirməklə bu riski minimuma endirmək olar. Neoplastik xəstəliklərdən, Leş-Niyen sindromundan əziyyət çəkən pasiyentlərdə hiperurikemiyanın qarşısını almaq məqsədi ilə allopurinolu, radioterapiyadan və ya kimyəvi- terapiyadan əvvəl təyin etmək tövsiyə olunur. Belə hallarda, minimal effektiv dozadan istifadə etmək lazımdır. Allopurinolla aparılan adekvat müalicə böyrəklərdə iri urat daşlarının həll olunmasına və onların sidik-ifrazat yollarına düşməsinə (böyrək sancıları) və ehtimal ki, sidik-ifrazat yollarının tutulmasına səbəb ola bilər. Allopurinol preparatının tabletlərinin tərkibində laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Kumarin tipli antikoaqulyantlar – varfarinin və digər kumarinlərin effektlərinin güclənməsi; bu səbəbdən, koaqulyasiya göstəricilərinə daha tez-tez nəzarət etmək tələb olunur və həmçinin, antikoaqulyatların dozasının aşağı salınması tələb oluna bilər. Azatioprin, merkaptopurin – allopurinolun ksantinoksidaza fermentini inhibə etməsini nəzərə alaraq, göstərilən purin törəmələrinin metabolizmi ləngiyir, effektləri uzanır, toksiklikləri yüksəlir; bu səbəbdən, onların adi dozalarını 50-75 % (adi dozanın ¼-nə qədər) aşağı salmaq lazımdır. Vidarabin (adenin arabinozid) – sonuncunun toksiklik riskinin yüksəlməsi ilə müşayiət olunan, yarımxaricolma dövrünün uzanmasına səbəb olur. Bu kombinasiyanı ehtiyatla istifadə etmək lazımdır. Salisilatlar (yüksək dozalarda), urikozurik preparatlar (məsələn, sulfinpirazon, probenesid, benzbromaron) – əsas metabolit olan oksipurinolun xaricolmasının sürətlənməsinə görə allopurinolun terapevtik effektivliyinin aşağı düşməsi ehtimal olunur. Allopurinol həmçinin, probenesidin xaricolmasını ləngidir. Allopurinolun dozalarını korreksiya etmək lazımdır. Xlorpropamid – böyrək funksiyaları pozulduqda, uzunmüddətli hipoqlikemiya riski yüksəlir, çünki, böyrək borucuqlarında allopurinol və xlorpropamid ekskresiya üçün rəqabət apara bilərlər; bu zaman, xlorpropamidin dozasının aşağı salınması tələb oluna bilər. Fenitoin – allopurinol qaraciyərdə fenitoinin metabolizmini tormozlaya bilər; bu qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyil. Teofillin, kofein – yüksək dozalarda allopurinol teofillinin, kofeinin metabolizmlərini tormozlayır və onların plazma konsentrasiyalarını yüksəldir. Allopurinolla aparılan müalicənin əvvəlində və ya onun dozasını artırdıqda, qan plazmasında teofillinin səviyyəsinə nəzarət etmək lazımdır. Ampisillin, amoksisillin – göstərilən kombinasiyadan istifadə etməyən pasiyentlərlə müqayisədə, eyni zamanda allopurinoldan istifadə edən pasiyentlərdə allergik reaksiyaların, o cümlədən, dəri səpgilərinin meydana çıxmasının tezliyi yüksəlir. Bu səbəbdən, allopurinol qəbul edən pasiyentlərdə digər antibiotiklərdən istifadə etmək lazımdır. Siklosporin – qan plazmasında siklosporinin konsentrasiyası yüksələ bilər və müvafiq olaraq, preparatın toksikliyinin, xüsusilə nefrotoksikliyinin artması müşahidə oluna bilər. Sitostatiklər (məsələn, siklofosfamid, doksorubisin, bleomisin, prokarbazin, mexloretiamin) – neoplastik xəstəliklərdən (leykemiya istisna olmaqla) əziyyət çəkən pasiyentlərdə bu dərman preparatlarının ayrı-ayrılıqda istifadəsi ilə müqayisədə, eyni zamanda allopurinoldan istifadə etdikdə, mielosupressiyanın riski yüksəlir; bu səbəbdən, qısa fasilələrlə qan göstəricilərinə nəzarət etmək lazımdır. Lakin, yaxşı nəzarət olunan klinik tədqiqatlarda göstərilən sitostatiklərdən istifadə edən pasiyentlərdə, allopurinolun istifadəsi nəticəsində sitostatiklərin toksikliyinin yüksəlməsi nümayiş etdirilməmişdir. Didanozin – allopurinol bu preparatın toksiklik riskini yüksəldir; didanozini allopurinolla (300 mq/sutkada) eyni zamanda istifadə edən sağlam könüllülərdə və İİV-infeksiyasına yoluxmuş pasiyentlərdə qan plazmasında didanozinin C və AUC göstəriciləri təxminən 2 dəfə artmışdır,max terminal yarımxaricolma dövrü isə dəyişməmişdir. Adətən, bu preparatların eyni zamanda istifadəsi tövsiyə olunmur. Preparatların eyni zamanda istifadəsi üçün zərurət yarandıqda, didanozinin dozasının aşağı salınması tələb oluna bilər; pasiyentlərin vəziyyətlərinə diqqətlə nəzarət etmək lazımdır. Diuretiklər, o cümlədən tiazid diuretikləri və onlarla əlaqəli preparatlar – hiperhəssaslıq reaksiyalarının inkişaf etmə riski yüksəlir, xüsusilə böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə. Qan zərdabında uratların və qan plazmasında oksipurinolun konsentrasiyalarının yüksəlməsinə gətirib çıxaran, allopurinol və furosemid arasında qarşılıqlı təsirin meydana çıxması barədə məlumatlar mövcuddur. Kapesitabin – kapesitabinin istehsalçısı, preparatın allopurinolla birlikdə istifadəsindən çəkinməyi tövsiyə edir. AÇF inhibitorları, o cümlədən, kaptopril – leykopeniya kimi hematotiksik reaksiyaların və xüsusilə, xroniki böyrək çatışmazlığı zamanı hiperhəssaslıq reaksiyalarının, o cümlədən, dəri reaksiyalarının inkişaf etmə riski yüksəlir. Antasidlər – allopurinolu, alüminium hidroksidin qəbulundan 3 saat əvvəl istifadə etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə allopurinolun istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Allopurinolun purin metabolizminə təsir göstərməsini və bunun insan üçün potensial riskinin məlum olmamasını nəzərə alaraq, hamiləlik dövründə allopurinolun istifadəsi əks göstərişdir. Allopurinol ana südünə nüfuz edir, bu səbəbdən laktasiya dövründə preparatı istifadə etmək olmaz. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Başgicəllənmənin və ya yuxuya meyilliliyin, ataksiyanın meydana çıxma ehtimalını nəzərə alaraq, preparatın istifadəsinə qarşı fərdi reaksiya müəyyən edilməyənə qədər, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Preparatı qida qəbulundan sonra, çeynəmədən, çox miqdar su ilə birlikdə daxilə qəbul etmək lazımdır. Böyüklər və 10 yaşdan yuxarı uşaqlar Qan zərdabında sidik turşusunun səviyyəsindən asılı olaraq, böyüklərə və 10 yaşdan yuxarı uşaqlara sutkalıq dozanı fərdi qaydada müəyyən etmək lazımdır. Adətən, sutkalıq doza 100-300 mq/sutkada təşkil edir. Əlavə reaksiyalar riskini aşağı salmaq üçün, müalicəni allopurinolu 100 mq dozada sutkada 1 dəfə qəbul etməkdən başlamaq lazımdır. Zərurət yarandıqda, maksimal effekt əldə olunana qədər, başlanğıc dozanı hər 1-3 həftədən bir 100 mq artırmaq olar. Preparatın dəstəkləyici dozası adətən, 200-600 mq/sutkada təşkil edir. Fərdi hallarda preparatın dozasını 600-800 mq/sutkaya qədər artırmaq olar. Preparatın sutkalıq dozası 300 mq-dan artıq olduqda, onu 2-4 bərabər qəbula bölmək lazımdır. Doza səviyyəsini aşdıqda, qan zərdabında oksipurinolun səviyyəsinə nəzarət etmək lazımdır ki, bu da 15 mkq/ml-dən (100 mkmol) artıq olmamalıdır. Maksimal birdəfəlik doza 300 mq, maksimal sutkalıq doza 800 mq təşkil edir. 3 yaşdan 6 yaşa qədər uşaqlara preparatı sutkalıq 5 mq/kq bədən kütləsinə dozada təyin etmək lazımdır. 6 yaşdan 10 yaşa qədər uşaqlara preparatı sutkalıq 10 mq/kq bədən kütləsinə dozada təyin etmək lazımdır. Uşaqlara preparatı sutkada 3 dəfə təyin etmək lazımdır, maksimal sutkalıq doza 400 mq-dır. Böyrək çatışmazlığı Müalicəni sutkalıq 100 mq dozadan başlamaq lazımdır və yalnız preparat kifayət qədər effektiv olmadığı halda dozanı artırmaq olar. Preparatın dozasını seçdikdə, kreatinin klirensinin göstəricisini nəzərə almaq lazımdır: Kreatinin klirensi Allopurinol preparatının sutkalıq dozası 20 ml/dəqiqədən yüksək Standart doza 100-300 mq 10-20 ml/dəqiqədə 100-200 mq 10 ml/dəqiqədən aşağı Preparatın hər qəbulu arasında uzunmüddətli fasilələrlə 100 mq və ya daha yüksək dozalar (pasiyentin vəziyyətindən və böyrəklərin funksional qabiliyyətindən asılı olaraq, 1-2 gün və daha çox) Hemodializ proseduraları qəbul edən pasiyentlərə, hər hemodializ seansından sonra (həftədə 2-3 dəfə), Allopurinol preparatını 300-400 mq dozada istifadə etmək lazımdır. Neoplastik və mieloproliferativ xəstəliklərin sitostatik müalicəsi aparıldıqda, hiperurikemiyanın profilaktikası üçün Allopurinol preparatını 400 mq/sutkada dozada təyin etmək lazımdır. Preparatın qəbulunu, antiblastom müalicədən 2-3 gün əvvəl və ya həmin müalicə ilə eyni zamanda başlamaq və spesifik müalicə sona çatdıqdan sonra, bir neçə gün müddətində preparatın istifadəsini davam etdirmək lazımdır. Optimal diurezin dəstəklənməsi üçün adekvat hidratasiyanı təmin etmək və uratların sidikdə həll olunmasını artırmaq üçün sidiyi qələviləşdirmək vacibdir. Müalicənin davametmə müddəti əsas xəstəliyin gedişindən asılıdır. Yaşlı pasiyentlər Konkret məlumatlar olmadığı halda, minimal effektiv dozalardan istifadə etmək lazımdır. Qaraciyər funksiyalarının pozulması Qaraciyər funksiyaları pozulduqda, dozanı minimal effektivliyə qədər aşağı salmaq lazımdır. Uşaqlar 3 yaşa qədər uşaqlarda preparatı istifadə etmək olmaz.

Əlavə təsirləri

Allopurinolun istifadəsi zamanı ən tez-tez meydana çıxan əlavə reaksiyalar dəri üzərində səpgilərdir. Böyrək və/və ya qaraciyər funksiyaları pozulduqda, əlavə reaksiyaların tezliyi yüksəlir. Əlavə reaksiyaların inkişaf etmə tezliyi əsas xəstəlikdən, istifadə olunan dozadan və həmçinin, digər dərman preparatları ilə qarşılıqlı təsirindən asılı ola bilər. Allopurinolla aparılan müalicənin əvvəlində, podaqra düyünlərindən və digər depolardan sidik turşusunun mobilizasiyasına nəticəsində, reaktiv podaqra tutmaları meydana çıxa bilər. Qan və limfa sistemində baş verən pozğunluqlar (xüsusilə, böyrək və/və ya qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə): – sümük iliyinin ağır dərəcəli zədələnmməsi (trombositopeniya, aqranulositoz, aplastik anemiya); – leykopeniya, leykositoz, qranulositoz, eozinofiliya, hemolitik anemiya, qanın laxtalanmasının pozulması. Allopurinolla aparılan müalicə ilə əlaqəli, kəskin həqiqi eritrositar aplaziya hadisəsinin baş verməsi barədə məlumat mövcuddur. İmmun sistemdə baş verən pozğunluqlar: – hiperhəssaslıq reaksiyaları, o cümlədən, dəri reaksiyaları; – limfadenopatiya, o cümlədən, angioimmunoblast T-hüceyrəli limfoma (adətən, preparatın istifadəsi dayandırıldıqda, geri dönən); anafilaksiya, o cümlədən, anafilaktik şok; – artralgiya. Ciddi generalizəolunmuş hiperhəssaslıq reaksiyaları, o cümlədən, eksfoliasiya, qızdırma, limfadenopatiya, artralgiya və/və ya eozinofiliya ilə assosiasiya olunmuş dəri reaksiyaları, nadir hallarda meydana çıxır. Hiperhəssaslıq reaksiyaları ilə assosiasiya olunmuş vaskulitlər və toxuma reaksiyaları, hepatitlər, böyrəklərin zədələnməsi (interstisial nefrit) və çox nadir hallarda – qıcolmalar daxil olmaqla, müxtəlif təzahürlərə malik ola bilərlər. Göstərilən reaksiyalar müalicənin istənilən mərhələsində müşahidə oluna bilərlər və onlar meydana çıxdıqda, allopurinolun istifadəsini dərhal dayandırmaq lazımdır. Qızdırma, səpgilər, vaskulit, limfadenopatiya, psevdolimfoma, artralgiya, leykopeniya, eozinofiliya, hepato-splenomeqaliya, qaraciyər funksiyalarının qeyri-normal testləri və öd yollarının itməsi (qaraciyərdaxili öd axacaqlarının dağılması və itməsi) sindromu ilə müşayiət olunan, müxtəlif kombinasiyalarda baş verən ləng gedişli hipersensitiv sindromun (DRESS- sindrom) inkişaf etməsi barədə məlumatlar mövcuddur. Həmçinin, digər orqanlarda zədələnmələr baş verə bilər (məsələn, qaraciyərdə, ağciyərlərdə, böyrəklərdə, mədəaltı vəzisində, miokardda, yoğun bağırsaqda). Bu növ reaksiyalar meydana çıxdıqda (bu, müalicənin istənilən mərhələsində baş verə bilər), allopurinolun istifadəsini dərhal və birdəfəlik dayandırmaq lazımdır. Ciddi generalizəolunmuş hiperhəssaslıq reaksiyalarının inkişaf etməsi üçün risk faktorlarına eyni zamanda aparılan diuretik müalicə, böyrək çatışmazlığı, HLA-B*5801 gen daşıyıcılığı aiddir. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: – qaşınma; səpgilər, o cümlədən, kəpəyəbənzər, purpurabənzər, makulopapulyoz səpgilər; – eksfoliativ dermatit, Stivens-Conson sindromu, toksik epidermal nekroliz; – angioödem (generalizəolunmuş hiperhəssaslıq reaksiyalarının simptomları ilə birlikdə və ya onlarsız meydana çıxa bilər), təsdiq olunmuş dərman eriteması, alopesiya, tüklərin rəngsizləşməsi/rənginin dəyişməsi; – eozinofiliya ilə assosiasiya olunmuş dəri reaksiyaları, övrə. Ən geniş yayılmış reaksiyalar, dəri reaksiyalarıdır və bu reaksiyalar müalicənin istənilən mərhələsində meydana çıxa bilər və onlar müşahidə olunduqda, allopurinolun istifadəsini dərhal dayandırmaq lazımdır. Simptomlar azaldıqdan sonra, preparatı aşağı dozalarda (məsələn, 50 mq/sutkada) təkrar təyin etmək və zərurət yarandıqda, dozanı tədricən artırmaq olar. Ağır dərəcəli generalizəolunmuş hiperhəssaslıq reaksiyalarının inkişaf etmə ehtimalını nəzərə alaraq, dəri üzərində səpgilərin residivi müşahidə olunduqda, preparatın istifadəsini birdəfəlik dayandırmaq lazımdır. İnfeksiyalar və invaziyalar: – furunkulyoz. Metabolik pozğunluqlar: – şəkərli diabet, hiperlipidemiya; – müalicənin əvvəlində reaktiv podaqra tutmaları baş verə bilər. Psixikada baş verən pozğunluqlar: – depressiya. Sinir sistemində baş verən pozğunluqlar: – baş ağrısı, ataksiya, koma, neyropatiyalar, qıcolmalar, periferik nevritlər, paresteziyalar, ifliclər, yuxuya meyllilik, dadbilmə qabiliyyətinin pozulması; – başgicəllənmə. Görmə orqanında baş verən pozğunluqlar: – katarakta (xüsusilə, yaşlı pasiyentlərdə, uzun müddət ərzində yüksək dozalardan istifadə etdikdə), makulopatiya, görmə qabiliyyətinin pozulması. Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozğunluqlar: – vertiqo. Ürək-damar sistemində baş verən pozğunluqlar: – stenokardiya, bradikardiya, arterial hipertenziya; – vaskulitlər. Həzm traktında baş verən pozğunluqlar: – ürəkbulanma, qusma (allopurinolu yeməkdən sonra istifadə etdikdə, bu halın qarşısını almaq mümkündür); – defekasiya ritminin dəyişməsi, stomatit, steatoreya, hematemezis; – diareya, abdominal ağrı. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: – qaraciyər funksional test göstəricilərinin simptomsuz yüksəlməsi; – hepatit (hepatonekroz və qranulematoz hepatit daxil olmaqla), kəskin xolangit. Qaraciyər disfunksiyası (adətən preparatın istifadəsi dayandırıldıqdan sonra geri dönən), generalizəolunmuş hiperhəssaslıq reaksiyalarının aşkar əlamətləri olmadan meydana çıxa bilər. Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: – interstisial nefrit, hematuriya, uremiya; – nefrolitiaz. Reproduktiv sistemdə və süd vəzilərində baş verən pozğunluqlar: – ginekomastiya, impotensiya, kişi sonsuzluğu; – gecə pollyusiyaları. Ümumi pozğunluqlar: – asteniya, qızdırma, əzginlik hissi, ödemlər, miopatiya/mialgiya, toxumalarda, o cümlədən əzələlərdə ksantin çöküntüləri. Qızdırma, generalizəolunmuş hiperhəssaslıq reaksiyalar simptomları ilə və ya onlar olmadan meydana çıxa bilər.

Doza həddinin aşılması

Sonralar neqativ reaksiyalar müşahidə olunmadan, 22,5 q allopurinolun qəbulu barədə məlumat verilmişdir. Digər pasiyentdə, 20 q allopurinolun qəbulundan sonra, ürəkbulanma, qusma, diareya və başgicəllənmə müşahidə olunmuşdur. Böyrək funksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlərdə uzun müddət ərzində sutkada 200-400 mq allopurinoldan istifadə etdikdən sonra, ağır dərəcəli intoksikasiya simptomları (dəri reaksiyaları, qızdırma, hepatit, eozinofiliya və böyrək çatışmazlığının kəskinləşməsi) təsvir edilmişdir. Çox miqdar allopurinolun absorbsiyası, ksantinoksidaza fermentinin aktivliyinin əhəmiyyətli dərəcədə tormozlanmasına gətirib çıxara bilər ki, bu da, heç bir əlavə effektlərin meydana çıxmasına səbəb olmamalıdır. Lakin, adenin arabinozidlə, 6-merkaptopurinlə və ya azatioprinlə eyni zamanda istifadə edildikdə, bu preparatların toksikliyi yüksəlir və allopurinolun istifadəsi əhəmiyyət kəsb edən əlavə təsirlərin meydana çıxması ilə müşayiət olunur. Simptomları: ürəkbulanma, qusma, diareya, başgicəllənmə, baş ağrısı, yuxuya meyllilik, abdominal ağrı. Bəzi hallarda – böyrək çatışmazlığı, hepatit. Müalicəsi: simptomatik müalicə təyin etmək, dəstəkləyici tədbirlər həyata keçirmək lazımdır. Optimal diurezin dəstəklənməsi üçün adekvat hidratasiyanın təmin olunması, allopurinolun və onun metabolitlərinin ekskresiyasına səbəb olur. Zərurət yarandıqda, hemodializ təyin etmək lazımdır. Spesifik antidotu məlum deyil.

Buraxılış forması

10 tablet, blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

EİM “Borşaqovskiy kimya-əczaçılıq müəssisəsi” İSC, Ukrayna. Ünvan Ukrayna, 03134, Kiyev ş., Mir k., 17.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Allopurinol 100 mq N50 tablet Ukranya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar