Almiba 5 ml N5 inyeksiya

Təsiredici maddə: LEVOCARNITINE
Təsiredici maddəLEVOCARNITINE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirMetabolik preparat. Amin turşular və törəmələri
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,26 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

ALMİBA inyeksiya üçün məhlul

ALMIBA
Beynəlxalq patentləşdirilməmiş adı: Levocarnitine

Tərkibi

Təsiredici maddə: 1 ampulda (5 ml) 1q levokarnitin vardır.
Köməkçi maddələr: xlorid tuşusu, inyeksiya üçün su.

Təsviri

Tünd şüşə ampulda şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Metabolik preparat. Amin turşular və törəmələri.
ATC kodu: A16AA01

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Levokarnitin canlı toxumaların və bitkilərin təbii maddəsidir. İnsan orqanizmində karnitinə olan tələbat qida maddələri və qaraciyərdə lizinlə metionindən karnitinin sintezi hesabına ödənilir. Karnitinin yalnız L izomeri olan levokarnitin lipid metabolizmində iştirak edir. Belə ki, levokarnitin uzunzəncirli yağ turşularını (palmitin, stearin və s.) mitoxondrilərin membranından keçirərək enerji (ATF) əmələ gəlməsinə səbəb olur. Yağ turşuları beyindən başqa bütün toxumaların enerji substratıdırlar. Karnitin həmçinin, Krebs siklində də metabolizmi yaxşılaşdırır, skelet əzələlərində piruvatdehidrogenazanın aktivliyini artırır.

Farmakokinetikası

Absorbsiya olunmuş levokarnitin qanla bir çox orqan və toxumalara yayılır. Yüksək konsentrasiyalarda skelet əzələləri və miokardda tapılır. Sərbəst karnitin təkrar qana sorulur, metabolitləri isə əsasən böyrəklərlə asile firləri şəklində xaric olunur.

İstifadəsinə göstərişlər

Yenidoğulmuşlarda, uşaqlarda və böyüklərdə ilkin və ikincili karnitin çatışmazlığının müalicəsi.
Uzun müddət hemodializdə olan və aşağıdakı simptomlar müşahidə olunan xəstələrdə ikincili karnitin çatışmazlığ:
– güclü və davamlı əzələ spazmları, dializ zamanı hipotenziya epizodları
– ümumi zəiflik
– kardiomiopatiyalar
– yüksək dozada eritropoetin tələb edən anemiya
– əzələ kütləsinin itirilməsi.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Şəkərli diabeti olan xəstələrdə karnitinin insulin və digər antidiabetik dərmanlarla birgə tətbiqi qlükozanın sürətli sərfi ilə əlaqədar hipoqlikemiyanın əmələ gəlməsinə səbəb ola bilər. Buna görə belə xəstələrdə qanda qlükozanın miqdarı müntəzəm yoxlanmalı və lazım gəldikdə antidiabetik müalicə korreksiya olunmalıdır. Ağır böyrək çatışmazlığı olan xəstələrdə levokarnitinin oral formasının yüksək dozalarda uzun müddətli istifadəsi sidikdə toksik metabolitlərin (trimetilamin və trimetilamin N-oksid) artmasına səbəb olduğundan məsləhət görülmür. Almibanın v/d və ya ə/d yeridilməsi zamanı isə bu hallar müşahidə olunmur. Məsləhət görülən dozanı aşmamaq tövsiyə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərmanlarla eyni vaxtda təyin edildikdə uyuşmazlıq aşkar edilməmişdir.
Levokarnitin və kumarin tipli preparatları eyni vaxtda qəbul edən pasiyentlərdə BNN-in artması barədə çox nadir məlumatlar var.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi öyrənilməyib. Levokarnitin ana südünün tərkib hissəsinə daxildir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Almiba vena və ya əzələ daxili istifadə edilir. V/d olaraq damcı üsulu və ya şırnaqla (2-3 dəq ərzində) təyin edilir. İstifadədən əvvəl ampul 100-200ml məhlul ilə (0,9%-li Na Cl və ya 5%-li qlükoza) həll edilir. Doza və müalicə kursu göstərişdən asılı olaraq fərdi təyin edilir.

Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda

Sutkalıq doza adətən 1-3 q olub, 3-4 dəfəyə yeridilir. Başlanğıc doza 1q/gün olub, 3q/gün-ə qədər artırılır. Karnitinin ilkin və ikincili çatışmazlığında doza 50-100mq/kq/gün olmaqla 3-4 dəfəyə yeridilir. Hemodializ alan terminal böyrək çatışmazlığı olan xəstələrə hər hemodializ seansının sonunda 10-20 mq/kq/gün olmaqla 3 aydan az olmamaqla təyin edilir.

Anadangəlmə metabolizm pozulmalarında

Dozalanma metabolizm pozulmasının spesifikliyindən və klinikasından asılı olaraq 100mq/kq/gün olmaqla 3-4 dəfəyə bölünmüş şəkildə təyin edilir.

Hemodializ alan xəstələrdə karnitinin ikincili çatışmazlığında

Karnitin çatışmazlığı biokimyəvi olaraq plazmada sərbəst karnitinin miqdarının 20 mkmol/l-dan az olması və plazmada asilkarnitinin levokarnitinə olan nisbətinin 0,4-dən yüksək olması hallarında hər dializ seansının sonunda 20mq/kq dozada v/d yeridilir.
Parenteral müalicə 3 aydan az olmamalıdır, çünki yalnız bu müddətdə əzələlərdə karnitin normal miqdara çatır. Preparatın venadaxili yeridilməsinin birinci kursundan sonra əhəmiyyətli klinik fayda əldə edilərsə, dəstəkləyici terapiya kimi 1 q/gün peroral karnitinin istifadəsini nəzərdən keçirmək olar. Dializ günü peroral karnitini seansın axırında qəbul etmək lazımdır.

Əlavə təsirləri

15 q /gün qədər yüksək dozaların istifadəsi zamanı əlavə təsirlər müşahidə edilməmişdir.
Preparatın istifadəsi enerji ayrılması ilə müşayiət olunduğundan nadir hallarda yuxusuzluq baş verə bilər. Tez keçən ürəkbulanma, qusma, qarında ağrı, ishal, BNN artması müşahidə oluna bilər.

Doza həddinin aşılması

Levokarnitinin toksikliyi və ya ifrat yüksək dozalarda qəbulun yaratdığı simptomlar barədə məlumat yoxdur.

Buraxılış forması

5 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Mefar İlaç Sanayi”A.Ş., Türkiyə.

Marketinq hüquqları

“Qrand Medikal Qrup” AG, İsveçrə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Almiba 5 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.