ASKARNIT 5 ML N5 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Aminturşular və onların törəmələri |
| İstehsal ölkəsi | Yunanıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,26 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ASKARNİT inyeksiya üçün məhlul ASKARNIT Beynəlxalq patentləşdirilmiş adı: Levokarnitine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 200 mq levokarnitin vardır. Köməkçi maddələr:durulaşdırılmış xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Rəngiz və ya açıq-sarı rəngli şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Aminturşular və onların törəmələri. ATC kodu A16AA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Levokarnitin təbii komponent kimi mikroorqanizmlərin,bitkilərin və heyvanların toxumalarında vardır. İnsanın karnitinə olan tələbatı tərkibində karnitin olan qida məhsullarının istifadəsi hesabına və ya qaraciyərdə trimetillizindən endogen sintez hesabına ödənir.Yalnız L-izomeri bioloji aktivdir. Levokarnitin lipid mübadiləsində və keton cisimciklərinin mübadiləsində vacib rol oynayır. Levokarnitin uzunzəncirli yağ turşularının,onların beta-oksidləşməsi üçün mitoxondrilərə nəqlində iştirak edir. Mürəkkəb tioefirlərdən koenzim-A-nı azad edərək, Krebsin üçkarbonlu turşu dövranın- da karbohidratların oksidləşməsini sürətləndirir,qlikolizin əsas fermenti piruvatdehidrogenazanın aktivliyini stimulə edir,skelet əzələlərində isə haçalanmış zəncirli aminturşuların oksidləşməsini sürətləndirir. Beləliklə, levokarnitin birbaşa və ya dolayı yolla bir çox energetik proseslərdə iştirak edir və yağ turşularının, aminturşuların, karbohidratların və keton cisimciklərinin oksidləşməsi üçün vacib elementdir. Levokarnitinin ən yüksək konsentrasiyası əzələ toxumasında,miokardda və qaraciyərdə olur. Levokarnitin ürək metabolizmində vacib rol oynayır, çünki, yağ turşularının oksidləşməsi yalnız bu maddənin kifayət qədər iştirakı ilə baş verir. Eksperimental tədqiqatlar göstərmişdir ki, stress, kəskin işemiya, miokardit zamanı miokardial toxumada levokarnitinin miqdarı azalır. Heyvanlar üzərində aparılan çoxsaylı tədqiqatların nəticələri levokarnitinin müxtəlif ürək patologiyalarında: kəskin və xroniki işemiya,ürək fəaliyyətinin dekompensasiyası, miokardit nəticəsində ürək çatışmazlığı, medikamentoz kardiotoksiklik (taksanlar, adriamisin və s.) müsbət effektlərini sübuta yetirmişdir. Farmakokinetikası Sorulması Levokarnitin nazik bağırsağın selikli qişa hüceyrələrindən sorularaq, tədricən qan dövranına düşür; sorulma aktiv translüminal mexanizmlə bağlıdır. Sorulma peroral qəbuldan sonra məhdud (<0%) və dəyişkəndir. Paylanması Sorulmuş levokarnitin qan vasitəsilə müxtəlif orqanlara nəql olunur; hesab olunur ki, nəqlolunma prosesində eritrositlərin nəqletmə mexanizmi iştirak edir. Xaricolması Levokarnitin əsasən böyrəklər vasitəsilə xaric olur. Xaricolma sürəti levokarnitinin qandakı kon- sentrasiyası ilə düz mütənasibdir. Metabolizmi Levokarnitin demək olar ki,orqanizmdə metabolizmə uğramır.
İstifadəsinə göstərişlər
Birincili və ikincili karnitin çatışmazlığının müalicəsi. Hemodializdə olan xəstələrdə ikincili karnitin çatışmazlığı. Hemodializdə olan xəstələrdə ikincili karnitin çatışmazlığına şübhə aşağıdakı hallarda olur: hemodializ zamanı hipotenziv epizodlar və/və ya güclü və təkrarlanan əzələ spazmları; həyat keyfiyyətinə mənfi təsir göstərən energetik çatışmazlıq; miopatiya və/və ya əzələ zəifliyi; kardiopatiya; eritropoetin müalicəsinə tabe olmayan və ya yüksək dozada eritropoetin tələb edən anemiyalar; əzələ kütləsinin itirilməsi. Əks-göstərişlər Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Qlikokortikoidlərlə eyni vaxtda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Levokarnitin qlükozanın mənimsənilməsini yaxşılaşdırır, buna görə də şəkərsalıcı preparatlar qəbul edən şəkərli diabet xəstələrində Askarnit preparatının istifadəsi hipoqlikemiyaya gətirib çıxara bilər. Belə hallarda terapiyanın vaxtında korreksiyası üçün, qanda qlükozanın miqdarını mütəmadi nəza- rətdə saxlamaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qlükokortikoidlərlə birgə istifadə olunduqda karnitinin toxumalara toplanması (qaraciyərdən başqa) baş verə bilər. Lipoy turşusu, anabolik preparatlar levokarnitinin effektini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Klinikayaqədər tədqiqatlarda preparatın teratogen effekti aşkar olunmayıb. Heyvanlarda tədbiq olunan ən böyük dozada – 600 mq/kq istifadəsi zamanı hamiləliyin erkən dövrlərində dölün postimplantasion məhvi halları artmışdır.Bu göstəricinin insanlar üçün nəticələri məlum deyil. Hamilələrdə karnitin çatışmazlığının ağır fəsadlarını nəzərə alsaq, müalicə müddətində qəbulun dayandırılması riski dölə olan zərərdən daha böyük kimi qiymətləndirilir. Levokarnitin – ana südünün daimi komponentidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Reaksiya sürətinə və diqqətin toplanmasına təsir etmir.
İstifadə qaydası və dozası
Preparatı 2-3 dəqiqə müddətində, çox yavaş sürətlə vena daxilinə yeridirlər. Kəskin metobolik derequlyasiya hallarında 50-100mq/kq çəkiyə müvafiq olaraq gün ərzində 3-4 dəfə vena daxilinə yeridilir. Böyrək çatışmamazlığının terminal mərhələsində hemodializ xəstələrində 2-cili L-karnitin çatışmamazlığı zamanı doza həftədə 3 seans 10-20 mq/kq çəkiyə müvafiq olaraq dializ seansının sonunda vena daxilinə yeridilir. L-karnitinin əzələ səviyyəsini bərpa etmək üçün venadaxili qəbul müddəti 3 aya qədər olmalıdır. Təkrar müalicəyə ehtiyac xəstənin vəziyyəti və plazmada L-karnitin səviyyəsinin yenidən izlənməsi ilə qiymətləndirilir.
Əlavə təsirləri
Levokarnitinin uzunmüddətli peroral istifadəsi zamanı keçici ürəkbulanma və qusma, qarında ağrı və diareya daxil olmaqla, mədə-bağırsaq traktının mülayim pozulmaları müşahidə olunmuşdur. Preparatın orqanizm tərəfindən necə qəbul edidiyini qəbulun ilk həftəsində və hər dəfə dozanı artırdıqdan sonra yoxlamaq lazımdır. Askarnitin venadaxili istifadəsi adətən orqanizm tərəfindən yaxşı qəbul edilir.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı levokarnitinin toksikiliyi barədə məlumat yoxdur. Preparatın böyük dozaları diareya yarada bilər. Levokarnitin qandan dializ vasitəsi ilə asanlıqla xaric olunur. Müalicəsi: peroral qəbul zamanı preparatın həzm sistemindən xaric olunması, simptomatik və dəstəkləyici müalicənin aparılması. Doza həddinin həyati təhlükəli dərəcədə aşılması barədə məlumat yoxdur.
Buraxılış forması
5 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
HELP S.A. Pedini İoanninon, İoannina,45500, Yunanıstan. Perrery Farmaceutici üçün Corso San Lorenzo 1,37026,Pescantina,Verona,İtaly. www.perrery.it
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.