YENLIP N7 SAM

Təsiredici maddə: CLINDAMYCIN
Təsiredici maddəCLINDAMYCIN
Dərman formasıRektal şam
Farmakoloji təsirGinekoloji xəstəliklərin müalicəsi üçün antiseptik və mikrobəleyhinə preparat. Antibiotik
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

39,50 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

YENLİP vaginal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Clindamycin

Tərkibi

Təsiredici maddə: 1 şamın tərkibində 100 mq klindamisin (klindamisin fosfat şəklində) vardır. Köməkçi maddələr: bərk yağ.

Təsviri

Ağ və ya sarımtıl çalarlı suppozitoriyadır.

Farmakoterapevtik qrupu

Ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptik və mikrobəleyhinə preparat. Antibiotik. ATC kodu: G01AA10.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Antibakterial preparatdır. Klindamisin linkozamid qrupuna daxil olan antibiotikdir. Ribosom membranının 5OS subvahidi ilə birləşib, mikroorqanizmlərdə zülal sintezinə tormozlayıcı təsir göstərir. Müalicəvi dozalarda bakteriostatik, yüksək dozalarda həssas ştammlara qarşı bakterisid təsir göstərir. Aşağıda göstərilən çoxsaylı mikroorqanizmlərə qarşı aktivdir: aerob qrammüsbət bakteriyalar (Staphylococcus aureus, S. epidermidis, Streptococcus spp. (S. faecalis istisna olmaqla), Bacillus anthracis, Corynebacterium diphtheriae, Pneumococci); Anaerob qrammənfi bakteriyalar (B. fragilis və B. melaninogenicus qrupları daxil olmaqla Bacteroides spp., Fusobacterium spp. (F. Varium istisna olmaqla), Veillonella); Anaerob qrammüsbət spor əmələ gətirməyən bakteriyalar (Propionibacterium, Eubacterium); Anaerob və mikroaerofil qrammüsbət koklar (Peptococcus spp., Peptostreptococcus spp.). Trichomonas vaginalis, Candida albicans preparatın təsirinə davamlıdır. Farmakokinetikası Preparatın intravaginal yeridilməsi zamanı sistem absorbsiya təxminən 5% təşkil edir. Plasentar və histoloji baryerləri yaxşı keçir; bioloji mayelərə və toxumalara asan keçir, HEB-i çətin keçir (beyin qişalarının iltihabında HEB keçiricilliyi yüksəlir). Klindamisinin yüksək konsentrasiyası öddə qeyd olunur. Klindamisin leykositlərdə və makrofaqlarda toplanır; dölün orqanlarında aşkar edilir; ana südü ilə sekresiya olunur. Qaraciyərdə aktiv (N-dimetilklindamisin və klindamisin sulfoksid) və qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə intensiv metabolizə olunur. Yarımxaricolma dövrü 1,5- 3,5 saat təşkil edir, ağır böyrək xəstəlikləri olan xəstələrdə artır. Dozanın təxminən 10%-i sidiklə və təxminən 4%-i nəcislə xaric olur. Ekskresiya 7gün ərzində tədricən davam edir. Preparat qandan dializ yolu ilə xaric olmur.

İstifadəsinə göstərişlər

Preparata qarşı həssas mikroorqanizmlərin törətdiyi vaginal infeksiyalar.

Əks göstərişlər

Klindamisinə (eləcə də linkomisinə) və suppozitoriyanın digər komponentlərinə qarşı yüksək həssaslıq. Anamnezdə antibiotiklərin istifadəsi ilə əlaqədar yarana bilən kolit.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

YENLIP vaginal suppozitoriyaların istifadəsindən öncə və sonra müvafiq laborator üsullarla Trichomonas vaginalis, Chlamydia trachomatis, N. Gonorrhoeae, Candida ablicans və Herpes simplex infeksiyaları təyin edilməlidir. YENLİP suppozitoriya istifadə olunduğu zaman kontraseptiv vasitə kimi qoruyucu və diafraqmanın istifadəsinə etibar edilməməlidir. Müalicə zamanı cinsi əlaqə tövsiyyə olunmur. Digər intravaginal müalicələr (tampon və yuyucu vasitələr) istifadə edilməməlidir. Müalicə zamanı psevdomembranoz kolit əmələ gələrsə, müalicə dayandırılmalıdır. Qeyri spesifik xoralı kolit və Kron xəstəliyi zamanı ehtiyatla təyin olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat rifampisinin, aminoqlikozidlərin – streptomisinin, gentamisinin təsirini gücləndirir, N- xolinoblokatorların yaratdığı miorelaksasiyanı dərinləşdirir. Eritromisinlə, ampisillinlə, difenilhidantoinlə, barbituratlarla, aminofillinlə, kalsium qlükonatla və maqnezium sulfatla preparatın uyuşmazlığı vardır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Klinik tədqiqatların nəticələrinə görə klindamisinin hamiləliyin 2 və 3 trimestrindən intravaginal və sistemli (per os) qəbulu nəticəsində teratogen effektlərləri qeydiyyata alınmayıb. Hamilə qadın üçün gözlənilən fayda döl üçün mümkün riskdən yüksək olduğu halda klindamisin hamiləliyin II və III trimesterində çox vacib olduqda istifadə edilə bilər. Hamiləliyin I trimestrində istifadə tövsiyyə olunmur. Klindamisinin intravaginal istifadəsi zamanı, ana südünə keçməsi barədə məlumat yoxdur, amma bu ehtimalı nəzərə alaraq, laktasiya dövründə preparat ehtiyatla, ana üçün gözlənilən fayda döl üçün mümkün riskdən yüksək olduğu halda və həkimi məsləhəti ilə qəbul olunmalıdır!

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyətə, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Preparat intravaginal istifadə olunur. İstifadəsindən öncə 1suppozitoriya kontur qablaşdırmadan azad olunaraq, uşaqlıq yolunun daxilinə arxası üstdə uzanmış vəziyyətdə dərinə yeridilir. Böyüklər: 3-7 gün ərzində gündə 1dəfə yuxudan bilavasitə öncə 1 suppozitoriya.

Əlavə təsirləri

Sidik-cinsiyyət sisteminə: servisit, vaginit, vulvovaginal qıcıqlanma, göbələk infeksiyası, mensturasiya pozğunluqları; Qanyaradıcı orqanlara: nadir hallarda keçici leykopeniya, neytropeniya, eozinofiliya, aqranulositoz, trombositopeniya; Allergik reaksiyalar: makulo-papulyoz səpgilər, yüksək həssalıq reaksiyaları, övrə, qaşınma. Digər: baş ağrısı, baş gicələnmə, qarın ağrısı, diareya, ürəkbulanma, qusma, dispepsiya, qəbizlik, pielonefrit, dizuriya, proteinuriya, sidik yolu infeksiyaları, bel ağrısı, psevdomembranoz kolit, hipertiroidizm, endometrioz, çanaq ağrısı.

Doza həddinin aşılması

Preparatın zəif absorbsiya olunması ilə əlaqədər doza həddinin aşılması çox az mümkündür.

Buraxılış forması

7 suppozitoriya, PVX/PE konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma (7 suppozitoriya) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, dondurulmamaq şərti ilə, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Pedini İoanninon, İoannina 45500, Yunanıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

Verisfield S.M.S.A. Vironos 8, Halandri, Athens,15231, Yunanıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“YENLIP N7 SAM” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar