TRIXOPOL 250 MG 20 TB.
| Təsiredici maddə | METRONIDAZOLE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Protozoy əleyhinə vasitələr. Nitroimidazol törəmələri |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,89 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TRİXOPOL 250 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq metronidazol vardır. Köməkçi maddələr:kartof nişastası, maye qlükoza, maqnezium stearat, jelatin.
Təsviri
Sarımtıl çalarlı ağ rəngli, dairəvi formalı, hər iki tərəfi yastı və bir ərəfində bölünmə xətti olan tabletlərdir, işığın təsirindən saralır.
Farmakoterapevtik qrupu
Protozoy əleyhinə vasitələr. Nitroimidazol törəmələri. ATC kodu: P01AB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Metronidazol protozoy əleyhinə və antibakterial təsirə malik 5-nitroimidazol törəməsidir. Metronidazol Trichomonas vaginalis, Giardia lamblia, Entamoeba histolytica və Balantidium coli mikroorqanizmlərinə qarşı aktivdir. Həmçinin, aşağıdakı anaerob bakteriyalara qarşı güclü bakterisid təsirə malikdir: − qrammənfi çöplər: Bacteroides fragilis qrupu daxil olmaqla, (B. fragilis, B. distasonis, B. ovatus, B. thetaiotaomicron, B. vulgatus) Bacteroides species; Fusobacterium species, − qrammüsbət çöplər: Eubacterium, Clostridium, − qrammüsbət koklar: Peptococcus species, Peptostreptococcus species. Metronidazol əksər aerob və qismən anaerob bakteriyalara, göbələklərə və viruslara qarşı bakterisid təsir göstərmir. Farmakokinetikası Sorulması Metronidazol mədə-bağırsaq traktından asanlıqla sorulur (minimum 80%). Preparatın sağlam könüllülər tərəfindən 250 mq, 500 mq və ya 2 q dozada qəbul edilməsindən sonra qan plazmasında maksimal konsentrasiyası 1-3 saat ərzində müvafiq olaraq 4,6-6,5 mkq/ml, 11,5-13 mkq/ml və 30- 45 mkq/ml təşkil etmişdir. Qida qəbulu sorulma sürətini və qan zərdabında metronidazolun maksimal konsentrasiyasını azaldır. Metronidazolun təxminən 20%-i qan zülalları ilə birləşir. Раylanması Metronidazol, öd, sümüklər, ağız suyu, peritoneal maye, uşaqlıq yolu sekreti, toxum mayesi, onurğa beyni mayesi, baş beyin və qaraciyər toxumaları daxil olmaqla, orqanizmin toxuma və mayelərində paylanır. Həmçinin plasentar baryerdən keçir və qan plazmasında preparatın səviyyəsi ilə müqayisə olunan konsentrasiyada ana südü ilə xaric olunur. Qaraciyər və böyrək funksiyası normal olan böyüklərdə metronidazolun bioloji yarımxaricolma dövrü (T ) 6-8 saat təşkil edir. Qaraciyər0,5 funksiyasının pozğunluğu olan pasiyentlərdə metronidazolun yarımxaricolma dövrü uzana bilər. Biotransformasiyası Daxilə qəbul edilən metronidazolun təxminən 30-60%-i qaraciyərdə hidroksilləşmə, oksidləşmə və qlükuron turşusu ilə konyuqasiya yolu ilə bitransformasiya olunur. Əsas metabolit 2-hidroksimetronidazol da antibakterial və protozoy əleyhinə aktivliyə malikdir. Xaric olması Metronidazol və onun metabolitləri əsasən böyrəklər vasitəsilə (60-80%) xaric olunur. Metronidazolun dozasının yalnız 6-15%-i nəcislə xaric olunur. Böyrək klirensi 70-100 ml/dəq təşkil edir. Preparatın biotransformasiya məhsulları olan, suda həll olunan boya maddələrinin hesabına sidik tünd və ya qırmızı-qəhvəyi rəngdə ola bilər. Azsaylı tədqiqatlar göstərir ki, ahıl yaşlı pasiyentlərdə metronidazolun böyrəklər vasitəsilə xaric olması azalıır. Metronidazol orqanizmdən hemodializ yolu ilə xaric oluna bilir, lakin peritoneal dializ qeyri- effektivdir.
İstifadəsinə göstərişlər
Metronidazol böyüklərdə və uşaqlarda aşağıdakı göstərişlərdə istifadə olunur: − Bacteroides, Fusobacterium, Clostridium, Eubacterium, аnaerob kokklar və Gardnerella vaginalis növlü anaerob bakteriyalar tərəfindən, həmçinin Trichomonas, Entamoeba histolytica, Giardia lamblia və Balantidium ibtidailəri tərəfindən törədilən infeksiyaların müalicəsi; − Bacteroides və Streptococcus növləri daxil olmaqla, anaerob bakteriyalar tərəfindən törədilən əməliyyatdan sonrakı infeksiyaların profilaktikası; − anaerob bakteriyalar tərəfindən törədilən infeksiyaların müalicəsi (sepsis, bakteriemiya, peritonit, beyin absesi, ağciyərlərin iltihabı, osteomielit, doğuşdan sonrakı qızdırma, kiçik çanaq nahiyəsində abses, endometrit, cərrahi müdaxilələrdən sonra əməliyyat yaralarının iltihabı); − həm qadınlarda, həm də kişilərdə sidik-cinsiyyət sisteminin trixomonad infeksiyası; − bakterial vaginoz; − аmöbiaz; − giardiazis (lyamblioz); − kəskin xora gingiviti; − kəskin periodontit; − aşağı ətrafların trofik xoraları və yataq yaraları; − eyni zamanda Helicobacter pylori-nin eradikasiyası ilə peptik xoranın kombinəolunmuş müalicəsi. Antibakterial preparatların etibarlı istifadəsinə dair yerli rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
Əks göstərişlər
Preparatın istənilən komponentinə və digər 5-nitroimidazol törəmələrinə qarşı yüksək həssaslıq. Hamiləliyin I trimestri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
− Metronidazol aerob və fakultativ anaerob bakteriyalara birbaşa təsir göstərmir. − Trichomonas vaginalis-in eliminasiyasından sonra qonokokk infeksiyasının persistensiyası (orqanizmdə davamlı saxlanılması) ehtimalı vardır. − Pasiyentləri xəbərdar etmək lazımdır ki, metronidazol sidiyə daha tünd rəng verə bilər. − İnsanda mutagen risk barədə kifayət qədər məlumat olmadığından, metronidazolun adətən tələb olunduğundan daha uzun müddət ərzində müalicə üçün istifadəsinə ehtiyatla yanaşmaq lazımdır. − Metronidazolun istifadəsi zamanı Stivens-Conson sindromu (SCS) və toksik epidermal nekroliz (TEN) kimi ağır, bəzən ölümlə nəticələnən bullyoz dəri reaksiyaları qeydə alınmışdır. SCS-in qeydə alınmış hallarının əksəriyyəti metronidazolla müalicənin başlanmasından sonra 7 həftə ərzində baş vermişdir. Əgər SCS və ya ТEN simptomları (məsələn, qripəbənzər simptomlar, tez- tez qabarıqlarla və ya selikli qişaların zədələnməsi ilə müşayiət olunan proqressivləşən dəri səpgisi) yarandıqda, müalicə dayandırılmalıdır. − Metronidazol mərkəzi sinir sisteminin xəstəliyi olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. − Müalicə dövründə nevroloji pozğunluqlar qeyd edilən (keyləşmə, qarışqa yeriməsi hissi və ya qıcolmalar) pasiyentlər preparatı yalnız onun istifadəsi nəticəsində gözlənilən fayda fəsadların mümkün başvermə riskindən üstün olduğu halda qəbul edə bilərlər. − Ağır qaraciyər çatışmazlığı və qaraciyər ensefalopatiyası olan pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir. − Metronidazolla müalicədən əvvəl və sonra qanın mənzərəsində dəyişiklik qeyd edilən pasiyentlərdə metronidazolun təkrar istifadəsinə zərurət yarandıqda, onlar tibbi müşahidə altında olmalıdırlar. Müalicə zamanı qanın mənzərəsinə nəzarət etmək lazımdır. Preparat 10 gündən artıq istifadə olunduqda, belə nəzarət mütləqdir. − Metronidazolun istifadəsindən sonra ağız boşluğunun, uşaqlıq yolunun və mədə-bağırsaq traktının kandidozu inkişaf edə bilər ki, o da müvafiq müalicə tələb edir. − Əlavə təsirlərin inkişaf riski səbəbindən metronidazolla müalicə dövründə və müalicənin qurtarmasından sonra 48 saatdan az olmayan müddət ərzində alkoqollu içkilərin qəbulu tövsiyə olunmur. − Sistem tətbiq üçün nəzərdə tutulan metronidazol tərkibli preparatların istifadəsi zamanı Kokkeyn sindromu olan pasiyentlərin müalicəsinə başlayandan sonra sürətlə inkişaf edən, ölümlə nəticələnən hallar daxil olmaqla, ağır hepatotoksiklik/kəskin qaraciyər çatışmazlığı halları qeyd edilmişdir. Beləliklə, bu populyasiyada metronidazol yalnız fayda və risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra və yalnız alternativ preparatlar olmadıqda istifadə edilməlidir. Funksional qaraciyər sınaqları bilavasitə müalicəyə başlamazdan əvvəl, müalicə müddətində və müalicə qurtardıqdan sonra qaraciyər sınağının norma diapazonuna və ya başlanğıc qiymətlərinə qayıtmasına qədər həyata keçirilməlidir. Müalicə zamanı funksional qaraciyər sınaqlarının aydın ifadə olunmuş yüksəlməsi müşahidə edildikdə, preparat ləğv edilməlidir. Kokkeyn sindromu olan pasiyentlərə qaraciyərin zədələnməsini göstərən istənilən simptom barədə dərhal həkimə məlumat vermək və metronidazolun qəbulunu dayandırmaq tövsiyə edilməlidir. − Metronidazol laborator müayinələrin (ALT, AST, laktatdehidrogenaza, triqliseridlər, qlükoza) bəzi göstəricilərini dəyişə bilər. − Preparatın tərkibində qlükoza vardır. Qlükoza-qalaktoza malabsorbsiya sindromu olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
− Metronidazol alkoqolun toksik təsirini gücləndirir. Preparatla müalicə dövründə alkoqollu içkilərin qəbul edilməsi istilik hissi, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı kimi əlavə təsirlərin baş verməsinə səbəb ola bilər. Disulfiramabənzər reaksiyanın (qanaxını, qusma, taxikardiya) inkişafının mümkünlüyü ilə əlaqədar olaraq, metronidazolla müalicə zamanı və müalicədən sonra ən azı 48 saat müddətində alkoqoldan imtina etmək lazımdır. − Metronidazolun varfarin qrupuna aid peroral antikoaqulyantlarla birlikdə qəbulu zamanı antikoaqulyant müalicənin effektinin bir qədər güclənməsi qeyd edilmişdir. Antikoaqulyantların dozasının azaldılması tələb oluna bilər. Protrombin vaxtının göstəricisinə nəzarət edilməlidir. Heparinlə qarşılıqlı təsiri müşahidə edilməmişdir. − Fenitoin və fenobarbital kimi qaraciyərin mikrosomal fermentlərini aktivləşdirən preparatlar metronidazolun xaric olmasını sürətləndirərək yarımxaricolma dövrünü təqribən 3 saata qədər azaldır ki, bu da preparatın zərdab konsentrasiyasının azalmasına gətirib çıxarır, bununla belə qaraciyər fermentlərinin aktivliyini aşağı salan preparatlar (məsələn, simetidin) metronidazolun yarımxaricolma dövrünün müddətini artıra bilər. − Eyni zamanda litium və metronidazol qəbul edən pasiyentlərdə litiumun böyrəklərin mümkün zədələnməsinin əlamətləri ilə müşayiət olunan saxlanılması qeyd edilmişdir. Metronidazolun istifadəsindən əvvəl qəbul edilən litium preparatlarının dozasını azaltmaq və ya onların qəbulunu tam dayandırmaq lazımdır. Eyni zamanda litium və metronidazol qəbul edən pasiyentlərdə litiumun, kreatininin konsentrasiyasına və plazmada elektrolitlərin səviyyəsinə nəzarət etmək lazımdır. − Terfenadin və astemizolla qarşılıqlı təsir zamanı metronidazol qan dövranı sistemində əlavə təsirlər (EKQ-də QT-intervalının uzanması, aritmiya) törədə bilər. − Metronidazola disulfiramın eyni zamanda istifadəsi bəzən kəskin psixoz və dezorientasiya törədə bilər. Metronidazolla müalicə disulfiramla müalicənin qurtarmasından 2 həftə sonra başlanıla bilər. − Metronidazol busulfanın plazmada səviyyəsini yüksəldə bilər ki, bu da busulfanın ağır toksik effektlərinin inkişafına gətirib çıxara bilər. − Metronidazol Р450 3А4 (CYP 3А4) sitoxromun inhibitorlarına aiddir və bu səbəbdən bu fermentin iştirakı ilə metabolizmə uğrayan preparatların biotransformasiyasını ləngidə bilər. − Siklosporin qəbul edən pasiyentlərdə siklosporinin zərdab konsentrasiyasının yüksəlməsi riski vardır. Birlikdə istifadəsi zəruri olduqda, zərdab siklosporininin və zərdab kreatininin səviyyələrini diqqətlə müşahidə etmək lazımdır. − Metronidazol аmiodaron, siprofloksasin, levofloksasin, sparfloksasin, eritromisin, klaritromisin, mefloxin, ketokonazol, sizaprid, tamoksifen, donopezil, haloperidol, pimozid, tioridazin, mezoridazin kimi QT-intervalını uzadan dərman vasitələrinə qarşılıqlı təsir edə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilələrdə metronidazolun istifadəsi üzrə yaxşı nəzarət edilən tədqiqatlar aparılmamışdır. Metronidazol plasentar baryerdən keçir. Metronidazol hamiləliyin ilk trimestrində əks göstərişdir. Hamiləliyin II və III trimestrində preparatı, yalnız o zaman qəbul etmək olar ki, hamilə qadında preparatın istifadəsinin potensial faydası dölə olan arzuolunmayan təsirindən üstün olsun. Laktasiya Metronidazol preparatın qan plazmasındakı səviyyəsilə müqayisədə konsentrasiyaya çataraq, ana südü ilə xaric olur, bu səbəbə görə laktasiya dövründə preparatı qəbul etmək olmaz. Müalicə vacib olduğu halda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri MSS pozuntuları (yuxululuq, başgicəllənmə, şüurun dumanlanması, hallüsinasiya, qıcolma, görmənin pozulması) baş verən pasiyentlər nəqliyyat vasitəsi idarə etməməli və təhlükəli mexanizmlərlə işləməməlidirlər.
İstifadə qaydası və dozası
Adətən aşağıdakı dozalar tövsiyə olunur: Anaerob bakteriyalar tərəfindən törədilən əməliyyatdan sonrakı infeksiyaların profilaktikası Böyüklər və 12 yaşdan böyük yeniyetmələr: müalicənin əvvəlində doza birdəfəlik 1000 mq, sonra pasiyentin bilavasitə əməliyyata hazırlanması dövrünə qədər gündə 3 dəfə 250 mq təşkil edir. Uşaqlar <12 yaş: əməliyyata 1-2 saat qalmış 20-30 mq/kq/gün dozada birdəfəlik təyin edilir. Gestasiya müddəti <40 həftə olan yenidoğulmuşlar: əməliyyata qədər 10 mq/kq birdəfəlik doza şəklində təyin edilir. Anaerob bakteriyalar tərəfindən törədilən infeksiyalar Metronidazol monoterapiya şəklində və ya digər antibakterial preparatlarla birlikdə istifadə edilir. Adətən, müalicə kursu 7 gündən artıq olmur. Böyüklər 12 yaşdan böyük yeniyetmələr: gündə 3 dəfə 250-500 mq. 8 həftəlikdən böyük – 12 yaşlı uşaqlar: adi doza birdəfəlik doza şəklində və ya hər 8 saatdan bir 7,5 mq/kq-a bölünməklə, 20-30 mq/kq/gün təşkil edir. Gündəlik doza infeksiyanın ağırlığından asılı olaraq 40 mq/kq-a qədər artırıla bilər. Müalicə müddəti adətən 7 gündür. 8 həftəliyə qədər körpələr: doza birdəfəlik doza şəklində və ya iki dəfə hər 12 saatdan bir 7,5 mq/kq olmaqla 15 mq/kq/gün təşkil edir. Gestasiya müddəti <40 həftə olan yenidoğulmuşlarda həyatın birinci həftəsində metronidazolun toplanması baş verə bilər, bu səbəbdən müalicə müddətində bir neçə gün qan zərdabında metronidazolun konsentrasiyasının monitorinqini aparmaq lazımdır. Тrixomoniaz Böyüklər və 10 yaşdan böyük uşaqlar: doza birdəfəlik 2000 mq və ya 7 gün ərzində gündə 3 dəfə 250 mq və ya 5-7 gün ərzində gündə 2 dəfə 500 mq təşkil edir. Qeyd: eyni zamanda hər iki cinsi tərəfdaşın müalicəsi aparılır. Uşaqlar <10 yaş: 40 mq/kq birdəfəlik doza daxilə və ya 7 gün ərzində 2-3 qəbula 15-30 mq/kq/gün. Birdəfəlik doza 2000 mq-dan çox olmamalıdır. Bakterial vaginoz Böyüklər: 7 gün ərzində səhər və axşam 500 mq və ya 2000 mq birdəfəlik. Yeniyetmələr: 2000 mq birdəfəlik. Аmöbiaz Böyüklər: 5-10 gün müddətində gündə 3 dəfə 750 mq. Yeniyetmələr və 10 yaşdan böyük uşaqlar: 5-10 gün müddətində gündə 3 dəfə 500-750 mq. 7-10 yaşlı uşaqlar: 5-10 gün müddətində gündə 3 dəfə 250 mq. Аlternativ olaraq, doza bədən kütləsinin hər kq-na milliqramlarla ifadə edilə bilər: 5-10 gün müddətində 3 qəbula 35-50 mq/kq/gün, doza 2400 mq/gün-dən artıq olmamalıdır. Giardiazis (lyamblioz) Böyüklər: doza 5-7 gün ərzində gündə 3 dəfə 250 mq və ya 3 gün ərzində gündə 1 dəfə 2000 mq təşkil edir. Yeniyetmələr 10 yaşdan böyük uşaqlar: doza 3 gün ərzində gündə bir dəfə 2000 mq və ya 7-10 gün ərzində gündə 2 dəfə 500 mq təşkil edir. 7-10 yaşlı uşaqlar: 3 gün ərzində gündə 1000 mq birdəfəlik dozada. 3-7 yaşlı uşaqlar: 3 gün ərzində gündə 750 mq birdəfəlik dozada. 1-3 yaşlı uşaqlar: 3 gün ərzində gündə 500 mq birdəfəlik dozada. Аlternativ olaraq, doza bədən kütləsinin hər kq-na milliqramlarla ifadə edilə bilər: 2-3 qəbula 15- 40 mq/kq/gün. Helicobacter pylori-nin eradikasiyası Metronidazol Helicobacter pylori-nin eradikasiyası üçün istifadə olunan digər preparatlarla birlikdə ən azı 7 gün müddətində istifadə edilməlidir. Böyüklər: 7-14 gün ərzində gündə 2-3 dəfə 500 mq. Uşaqlar və yeniyetmələr: 7-14 gün müddətində 20 mq/kq/gün, doza gündə 2 dəfə 500 mq-dan artıq olmamalıdır. Müalicəyə dair mövcud tələblərlə müalicəyə başlamazdan əvvəl tanış olmaq lazımdır. Kəskin xoralı qinqivit Böyüklər: 3 gün müddətində gündə 2-3 dəfə 250 mq. Uşaqlar: 3 gün müddətində 3 qəbula 35-50 mq/kq/gün. Kəskin periodontit Böyüklər: 3-7 gün ərzində gündə 2-3 dəfə 250 mq. Südəmər körpələr və bədən kütləsi 10 kq-dan aşağı olan uşaqlara mütənasib olaraq aşağı dozalar təyin edilməlidir. Aşağı ətrafların trofik xoraları və yataq yaraları Böyüklər: doza 7 gün ərzində gündə 2 dəfə 500 mq təşkil edir. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi Metronidazol əsasən qaraciyərdə oksidləşmə yolu ilə biotransformasiya olunur. Qaraciyər çatışmazlığının ağır forması olan pasiyentlərdə metronidazol ləng biotransformasiya olunur ki, bu da orqanizmdə metronidazolun və onun metabolitlərinin kumulyasiyasına gətirib çıxara bilər. Preparat qaraciyər ensefalopatiyası olan pasiyentlərdə əhəmiyyətli dərəcədə kumulyasiya oluna bilər, qan plazmasında metronidazolun yüksək konsentrasiyaları isə ensefalopatiya yarada bilər. Birdəfəlik qəbul edilə bilən gündəlik dozanı 1/3-ə qədər azaltmaq olar. Böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi Böyrək çatışmazlığı zamanı metronidazolun bioloji yarımxaricolma dövrü dəyişmir. Bu halda preparatın dozasının azaldılması vacib deyildir. Hemodializdə olan pasiyentlərdə metronidazol və onun metabolitləri 8 saat ərzində orqanizmdən xaric olur. Dializdən dərhal sonra pasiyentə metronidazolu təkrar təyin etmək lazımdır. Fraksion peritoneal dializdə və ya fasiləsiz dializdə olan pasiyentlərdə dozanın dəyişdirilməsinə ehtiyac yoxdur. Ahıl yaşlı pasiyentlərdə istifadəsi Preparat ahıl yaşlı pasiyentlərdə ehtiyatla istifadə edilməlidir, xüsusilə yüksək dozaların qəbulu zamanı. İstifadə qaydası DİQQƏT! Uşaqların tаbletləri asan qəbul etmələri üçün onları ovmaq olar. Preparatı qida qəbulundan asılı olmayaraq qəbul etmək olar.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Uşaqlarda əlavə təsirlərin tezliyi, növü və təzahürünün intensivliyi böyüklərdə olduğu kimidir. Qan və limfa sisteminin pozğunluqları Çox nadir hallarda: aqranulositoz, neytropeniya, trombositopeniya, pansitopeniya Məlum deyil: leykopeniya İmmun sisteminin pozğunluqları Nadir hallarda: аnafilaksiya. Məlum deyil: аngionevrotik ödem, övrə, qızdırma. Maddələr mübadiləsi və qidalanma pozğunluqları Məlum deyil: аnoreksiya. Psixikanın pozğunluqları Çox nadir hallarda: oyanıcılığın artması, psixi pozğunluqlar, o cümlədən, şüurun qarışıqlığı və hallüsinasiyalar. Məlum deyil: depressiya. Sinir sisteminin pozğunluqları Çox nadir hallarda: ˗ Ensefalopatiya (məsələn, şüurun qarışığlığı, qızdırma, baş ağrısı, hallüsinasiyalar, iflic, işıqdan qorxma, görmənin və hərəkətin pozulması, ənsə əzələlərinin rigidliyi) və yarımkəskin beyincik sindromu (məsələn, ataksiya, dizartriya, yerişin pozulması, nistaqm və tremor), bunlar metronidazolun istifadəsi dayandırıldıqdan sonra əks inkişafa məruz qalır. ˗ Yuxululuq, başgicəllənmə, qıcolmalar, baş ağrısı. Məlum deyil: ˗ Əksər hallarda dərman vasitəsinin ləğv edilməsindən və ya dozanın azaldılmasından sonra keçib gedən periferik sensor neyropatiya, tranzitor epileptiformalı tutmalar. ˗ аseptik meningit. Görmə orqanının pozğunluqları Çox nadir hallarda: görmənin keçici pozğunluqları, o cümlədən, diplopiya və miopiya. Məlum deyil: nevropatiya və ya görmə sinirinin nevriti. Mədə-bağırsaq traktının pozğunluqları Məlum deyil: dadbilmə hissinin pozğunluqları, stomatit, dilin ərp bağlaması, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, diareya. Qaraciyər və ödçıxarıcı yollarının pozğunluqları Çox nadir hallarda: qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi (ALT,AST, qələvi fozfataza), хоlestatik və ya qarışıq hepatit və qaraciyərin hepatosellülar zədələnməsi, sarılıq və preparatın ləğv edilməsindən sonra aradan qalxan pankreatit. Digər antibiotiklərlə birlikdə metronidazol qəbul edən pasiyentlərdə qaraciyərin transplantasiyasını tələb edən qaraciyər çatışmazlığı halları qeydə alınmışdır. Dəri və dərialtı toxumaların pozğunluqları Çox nadir hallarda: səpgi, pustulyoz dəri səpgisi, qaşınma, dərinin hiperemiyası. Məlum deyil: multiformalı eritema, Stivens-Conson sindromu və ya toksik epidermal nekroliz. Sümük-əzələ sistemi və birləşdirici toxumaların pozğunluqları Çox nadir hallarda: mialgiya, artralgiya. Böyrəklər və sidikçıxarıcı yollarının pozğunluqları Çox nadir hallarda: metronidazolun piqmentlərinin hesabına sidiyin tünd rəngə boyanması. Cinsiyyət orqanları və süd vəzisinin pozğunluqları Məlum deyil: uşaqlıq yolunda ağrı və kandidoz. Əlavə təsirlərin bildirilməsi Bəzi pasiyentlərdə preparatla müalicə zamanı digər əlavə təsirlər yarana bilər. Yuxarıda sadalanan əlavə təsirlərdən hər hansı biri yarandıqda və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir yarandıqda, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
İnsanlarda metronidazolun ölümcül dozası məlum deyil. Metronidazoulun 6-10,4 q daxilə qəbulundan sonra tək-tək hallarda 5-7 gün ərzində hər 2-ci gün qıcolma vəziyyəti və periferik nevropatiya daxil olmaqla, neyrotoksik simptomlar müşahidə edilmişdir. Metronidazolun 15 q dozada birdəfəlik qəbulundan sonra ürəkbulanma, qusma və koordinasiyanın pozulması qeyd edilmişdir. Müalicəsi Zəhərlənmə zamanı simptomatik və dəstəkləyici müalicəyə başlamaq lazımdır.
Buraxılış forması
10 tablet Al/PVX örtüklü blisterdə. 2 blister içlik vərəqə ilə bilrikdə litoqrafik karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Pharmaceutical Works POLPHARMA S.A., Poland. 19 Pelplińska Street 83-200 Starogard Gdański, Poland.
Qeydiyyat vəsiqəsinin sahibi
Pharmaceutical Works POLPHARMA S.A., Poland. 19 Pelplińska Street 83-200 Starogard Gdański, Poland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.