Klomeprol N12 vaginal şam
| Təsiredici maddə | CHLORAMPHENICOL + HYDROCORTISONE ACETATE + METRONIDAZOLE + NATAMYCIN |
|---|---|
| Dərman forması | Vaginal şam |
| Farmakoloji təsir | Kortikosteroidlərlə kombinasiyada ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptiklər və mikrobəleyhinə preparatlar. Antibiotiklər və kortikosteroidlər |
| İstehsal ölkəsi | Moldova |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
27,29 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KLOMEPROL şamlar (suppozitoriyalar) CLOMEPROL
Tərkibi
Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 500 mq metronidazol, 200 mq xloramfenikol, 150 mq natamisin, 15 mq hidrokortizon asetat vardır. Köməkçi maddələr: bərk yag.
Təsviri
Silindrik formalı, açıq sarı bej rəngli və ya sarımtıl bejdən krem rəngə qədər və ya krem rəngli suppozitoriyalardır. Kəsikdə hava boşluğunun və məsaməli boşluğun və qıfabənzər dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Kortikosteroidlərlə kombinasiyada ginekoloji xəstəliklərin müalicəsi üçün antiseptiklər və mikrobəleyhinə preparatlar. Antibiotiklər və kortikosteroidlər.
İstifadəsinə göstərişlər
• Qrammüsbət və qrammənfi aerob və anaerob (həmçinin Gardnerella vaginalis ) flora tərəfindən törədilən bakterial vaginitlər və servisitlər. • Digər növ mikroorqanizmlərlə birlikdə Trichomonas vaginalis tərəfindən törədilən vaginitlər və servisitlər. • Digər növ mokroorqanizmlərlə birlikdə Candida cinsindən olan mikroorqnizmlər tərəfindən törədilən göbələk vaginitləri. • Qarışıq flora: Trichomonas vaginalis, Candida spp.və bakteriyalar, həmçinin Mycoplasma spp., Chlamydia spp. tərəfindən törədilən vaginitlər. • Ginekoloji əməliyyatlardan, abortlardan, histeroqrafiyadan əvvəl, uşaqlıqdaxili kontraseptivlərin istifadəsindən əvvəl və sonra, uşaqlıq boynunun eroziyasının diatermokoaqulyasiyasından əvvəl və sonra profilaktik məqsəd üçün.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, ağır qaraciyər və böyrək çatışmazlığı, ağır hematoloji xəstəliklər, hamiləliyin birinci trimestri, ana südü ilə qidalandırma dövrü. Effektivliyi və təhlükəsizliyi barədə məlumatların olmadığı üçün Klomeprolun 18 yaşına qədər uşaqlarda istifadəsi tövsiyə olunmur. Mədə-bağırsaq xorası (kəskin fazada), allergik xəstəliklər, steroidli diabet, bədxassəli hipertenziya. Epilepsiya və porfiriya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Klomeprol preparatı ilə müalicə zamanı cinsi əlaqədən çəkinmək tövsiyə olunur. Cinsi tərəfdaşın yoluxması zamanı və ya yenidən yoluxmanın qarşısını almaq məqsədilə hər iki tərəfdaşın eyni zamanda müalicə almasi mütləqdir. Trixomonad vaginiti zamanı yerli müalicə ilə yanaşı sistem təsir göstərən dərman vasitələri (məsələn, daxilə qəbul üçün metronidazol) istifadə olunmalıdır. Klomeprol preparatının daxilə qəbul üçün metronidazolla birlikdə istifadəsi, xüsusilə təkrar kurs zamanı periferik qan dövranına nəzarət lazımdır (leykopeniya təhlükəsi). Leykositlərin sayının azalması aşkar olunduqda, müalicəni dayandırmaq lazımdır. Müalicə zamanı hərəki pozğunluqlar, başgicəllənmə, huşun pozulması, paresteziyalar və qıcolmalar əmələ gəldikdə müalicəni dayandırmaq lazımdır. Müalicə zamanı və müalicə dayandırıldıqdan sonra 48 saat müddətində etanol (alkohol) və ya tərkibində etanol olan dərmanları istifadə etməyin. Şamların istifadəsi mexanik kontrasepsiyanın (lateks tərkibli prezervativlər və vaginal diafraqmalar) etibarlılığını azalda bilər -lateksin cırılma təhlükəsi. Preparatın tərkibindəki metronidazol treponemaları immobilizasiya edə bilər, bu isə Nelson testinin yanlış müsbət olmasına səbəb olur. Hiperhəssaslığın ilkin simptomları və ya güclü qıcıqlanma əmələ gəldikdə müalicəni dayandırmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Peroral antikoaqulyantlarla (məsələn, varfarinlə) birlikdə istifadəsi zamanı plazmada antikoaqulyantların konsentrasiyasının artması, effektin güclənməsi və müvafiq olaraq, qanaxma təhlükəsinin artması müşahidə olunur; protrombinin səviyyəsinə nəzarət etmək və protrombin müddətinin monitorinqini aparmaq lazımdır; müalicə zamanı və müalicə dayandırıldıqdan sonra bir həftə müddətində peroral antikoaqulyantların dozasını korreksiya etmək lazımdır. Litium preparatları ilə birlikdə istifadə zamanı axırıncıların toksikliyi artmasına səbəb ola bilər . Siklosporinlərlə birlikdə istifadə zamanı siklosporinin plazmada konsentrasiyası arta bilər. Disulfuramla birlikdə istifadə zamanı psixotik reaksiyalar yarada bilər(deliriy tutmaları, huşun pozulması); son iki həftə ərzində disulfiram qəbul edən xəstələrə metronidazol təyin etmək lazım deyil. Tərkibində etanol olan dərman vasitələri ilə eyni zamanda istifadəsi və ya etanolun qəbulu zamanı disulfirama bənzər reaksiyalar yarana bilər (istilik hissi, üz dərisinin qızarması, qusma, taxikardiya). Busulfanla birlikdə istifadəsi zamanı busulfanın qan plazmasında konsentrasiyası arta bilər. Fenobarbitalla birlikdə istifadəsi zamanı metronidazolun qanda səviyyəsi aşağı düşür. Simetidinlə birlikdə istifadəsi zamanı metronidazolun qanda konsentrasiyası arta bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləliyin birinci trimestrində əks göstərişdir. Hamiləliyin II və III trimestrində istifadəsi yalnız ana üçün potensial faydanın döl üçün mümkün ola bilən riskdən üstün olduğu halda mümkündür. Metronidazol ana südünə keçir, buna görə də ana südü ilə qidalandırma dövründə preparat istifadəsi dayandırılmalıdır. Ana südü ilə qidalandırmanı preparatın dayandırılmasından sonra 48 saatdan tez olmayaraq, bərpa etmək olar. İnsan davranışına, avtomobil və ya mexanizmlərin idarə olunması qabiliyyətinə təsiri. Nəqliyyat vasitələrinin və potensial təhlükəli meanizmlərin idarə olunması qabiliyyətinə mümkün mənfi təsiri istisna olunmur, buna görə də preparatla müalicə zamanı ehtiyatlı olmaq lazımdır. Pediatriyada istifadəsi Klomeprol preparatının pediatrik təcrübədə istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası
İntravaginal. 1 şam axşam, yatmazdan əvvəl, 6-12 gün ərzində. İl ərzində 3 kursdan artıq müalicə almaq tövsiyə olunmur. Eroziv və ya xoralı servisitlər zamanı kurslar arasında 7 gün fasilə verməklə, 1-2 kurs müalicə aparılır. Şam əvvəlcədən qayçı vasitəsilə kontur qablaşdırmadan çıxarılır (şamın konturu ilə plyonkanı kəsmək ), uzanmış vəziyyətdə, vaginaya, dərinə yeridilir. Dərman vasitəsinin növbəti qəbulu ötürüldükdə Dərman vasitəsinin növbəti qəbulu ötürüldükdə, ikiqat doza qəbul etmək olmaz, tövsiyə olunan doza ilə müalicəni davam etdirmək lazımdır.
Əlavə təsirləri
Sistem absorbsiyanın cüzi olmasını nəzərə alaraq, əlavə təsirlərin yaranma riski minimaldır. Yerli reaksiyalar: yandırma hissi, qaşınma, ağrı, eritema, əsasən müalicənin əvvəlində, lakin müalicənin dayandırılması tələb olunmur və preparatın vaginanın qıcıqlanmış selikli qişasına təsiri ilə əlaqədardır. Qanyaradıcı və limfatik sistem tərəfindən: qanda leykositlərin sayının azalması (leykopeniya). Immun sistemdə baş verən pozğunluqlar: qaşınma, səpgi, övrə, anafilaktik reaksiyalar Psixi status tərəfindən: psixoemosional pozğunluqlar, huşun pozulması. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrıları, periferik nevropatiya (uzun müddət preparatı istifadə etdikdə)- keyləşmə və sancma hissi (paresteziyalar), qıcolmalar, tremor. Audio-vestibulyar aparatda baş verən pozğunluqlar: hərəki pozğunluqlar (ataksiya), başgicəllənmə. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: qarında ağrı və spazmlar ağızda “metallik” tam, ağızda quruluq, qəbizlik, ishal, iştahanın itməsi, ürəkbulanma, qusma.
Doza həddinin aşılması
İntravaginal istifadə zamanı tövsiyə olunan dozalarda (terapevtik) doza həddinin aşılması mümkün deyil. Mümkün simptomlar: ürəkbulanma, qusma, qarında ağrı, ishal, ağızda “mettallik” tam, hərəki pozğunluqlar (ataksiya), baş ağrıları, başgicəllənmə, keyləşmə və sancma hissi (paresteziyalar), qıcolmalar, qanda leykositlərin azalması (leykopeniya), sidiyin tündləşməsi (metronidazolun doza həddinin aşılması ilə əlaqədardır). Müalicə: simptomatik terapiya, təsadüfən daxilə qəbul zamanı-mədənin yuyulması.
Buraxılış forması
Tərkibində metronidazol 500 mq, xloramfenikol 200 mq, natamisin 150 mq, hidrokortizon asetat 15 mq olan vaginal şamlar, 6 şam PVX/PE örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
о 25 С–dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli şatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. .
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Farmaprim” MMC. Krinilor küç. 5, Porumben v., Kriulen rayonu Moldova Respublikası, MD-4829. Tel.: (+373-22)-28-18-45, tel./faks: (+373-22)-28-18-46. www.farmaprim.md
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.