Spazmolizin 40 mq N10 rektal şam
| Təsiredici maddə | DROTAVERINE |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Bağırsaq funksiyasının pozğunluqlarında istifadə olunan preparatlar. Papaverin və onun törəmələri |
| İstehsal ölkəsi | Moldova |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SPAZMOLİZİN rektal suppozitoriylar SPAZMOLIZIN Beynəlxalq patentləşdirilməmiş adı: Drotaverine hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 40 mq drotaverin hidroxlorid vardır. Köməkçi maddələr: bərk yağ. Dərman formasının qısa təsviri Silindrik-konik formada, ağ və ya sarımtıl-ağ rəngdə rektal suppozitoriylardır. Kəsikdə hava ya məsaməli mil, qıfabənzər dərinləşdirilmə, parlaq və/ya tutqun səthi mümkündür.
Farmakoterapevtik qrupu
Bağırsaq funksiyasının pozğunluqlarında istifadə olunan preparatlar. Papaverin və onun törəmələri. ATC kodu: A03AD02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Drotaverin izoxinolin törəmələrinə aid olan spazmolitik maddə olub, fosfodiesterazanı inaktivləşdirərək və sAMF-in hüceyrədaxili toplanmasına mane olaraq, saya əzələlərə bilavasitə təsir göstərir. Bu isə miozinkinazanın inaktivləşməsi nəticəsində saya əzələlərin boşalmasına səbəb olur. Drotaverinin spazmolitik təsiri veqetativ innervasiyanın xarakterindən asılı deyil. Preparat qastrointestinal, biliar, urogenital və ürək-damar sisteminin saya əzələlərinə qarşı aktivdir. Spazmolitik təsir gücünə və müddətinə görə preparat papaverindən üstündür. Farmakokinetikası Drotaverin MBT-dan tez absorbsiya olunmur. Per oral qəbulundan sonra qan zərdabında maksimal konsetrasiyası 45-60 dəq sonra qeyd olunur. Qaraciyərdə metabolizə olunur. Yarımxaricolma dövrü 16-22 saat təşkil edir. Orqanizmdən 72 saat ərzində praktiki olaraq tam xaric olur (əsasən, metabolitlər şəklində), təxminən 50%-i sidiklə, 30%-i isə nəcislə. Dəyişilməmiş şəkildə sidikdə aşkar olunmur. Drotaverin və/və ya onun metabolitləri praktiki olaraq plasentar baryeri keçmir.
İstifadəsinə göstərişlər
– öd yollarının xəstəlikləri (xolelitiaz, xolangiolitiaz, xolesistit, perixolesistit, xolangit, papillit) ilə əlaqədar saya əzələlərin spazmı; – nefrolitiaz, uretrolitiaz, pielit, sistit, sidik kisəsinin tenezmləri zamanı sidik traktının saya əzələlərinin spazmı; Köməkçi vasitə qismində: – həzm sistemi orqanlarının saya əzələlərinin spazmı: mədənin və 12-barmaq bağırsağın peptik xora xəstəliyi, enterit, spastik kolit, qastroduodenit, yoğun bağırsağın qıcıqlanma sindromu, spastik qəbizlik, meteorizm, pankreatit; – ginekoloji xəstəliklər: dismenoreya, adneksit, uşaqlığın tetaniyası, güclü və ağrılı doğuş tutmaları, abort təhlükəsi olduqda; – damar mənşəli baş ağrıları.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Tac damarlarda nəzərəçarpan aterosklerozu olan xəstələrə preparat ehtiyatla təyin edilir. Mədənin və 12-barmaq bağırsağın xora xəstəliyinin müalicəsində preparat xolinolitiklərlə birgə istifadə olunur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Spazmolizini levodopa ilə birgə istifadə etdikdə ehtiyatlı olmaq lazımdır, çünki levodopanın antiparkinsonik təsiri azalır və bunun nəticəsində tremor və rigidlik güclənə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Belə hallarda preparat ehtiyatla təyin edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Pasiyentin preparata qarşı fərdi reaksiyasının qiymətləndirilməsindən sonra sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmağa icazə verilir.
İstifadə qaydası və dozası
Preparat rektal istifadə olunur: gündə 2-3 dəfə 1 suppozitoriya düz bağırsağa yeridilir.
Əlavə təsirləri
Başgicəllənmə, istilik hissi, tərləmə, allergik reaksiyalar, ürək döyüntüsü ola bilər.
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
Tərkibində 40mq drotaverin hidroxlorid olan rektal suppozitoriyalar. 5 suppozitoriya, PVX/PE konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, dondurulmamaq şərti ilə, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi FARMAPRİM MMC. Krinilor küç.5, Porumben s., Kriulen r-nu., MD-4829, Moldova Respublikası. www.farmaprim.md
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.