Neyrovit 2 ml N10 inyeksiya

Təsiredici maddə: THIAMINE HCL + PYRIDOXINE HCL + CYANOCOBALAMIN
Təsiredici maddəTHIAMINE HCL + PYRIDOXINE HCL + CYANOCOBALAMIN
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirB1 vitamininin B6 və/və ya B12 vitamini ilə kombinasiyası
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,94 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NEYROVİT əzələ daxilinə yeritmək üçün məhlul.

Tərkibi

Təsiredici maddələr: 1 ampulda 100 mq tiamin hidroxlorid (vitamin B ), 100 mq piridoksin1 hidroxlorid (vitamin B ), 1 mq sianokobalamin (vitamin B ) vardır.6 12 Köməkçi maddələr: lidokain hidroxlorid, benzil spirti,kalium heksasiano-ferrat (III), natrium heksametafosfat, natrium hidroksidin 10% məhlulu, inyeksiya üçün su.

Təsviri

Prakitiki olaraq görünən hissəcikləri olmayan qırmızı rəngli şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

B1 vitamininin B6 və/və ya B12 vitamini ilə kombinasiyası. ATC kodu: A11DB.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası B qrup neyrotrop vitaminlər sinirlərin və hərəkət aparatının iltihabi və degenerativ xəstəliklərinə müsbət təsir göstərir. Tiamin karbohidratların metabolizmində, həmçinin, daha sonra tiamin pirofosfat və ATF sintezində iştirak etməklə Krebs siklində aparıcı rol oynayır. Piridoksin proteinlərin metabolizmində və qismən – karbohidrat və yağların metabolizmində iştirak edir.Hər iki vitaminin fizioloji funksiyası bir-birinin sinir və sinir-əzələ sisteminə müsbət təsirlə ifadə olunan təsirini gücləndirməkdir. Sianokobalamin mielin qişasının sintezində iştirak edir, periferik sinir sisteminin zədələnməsi ilə əlaqədar ağrı hissini azaldır, nuklein mübadiləsini fol turşusunu aktivləşdirmək yolu ilə stimullaşdırır. Lidokain- yerli anesteziyanın bütün növlərini – terminal, infiltrasion, keçirici anesteziya doğuran yerli ağrısızlaşdırıcı vasitədir. Farmakokinetikası Tiamin əzələ daxilinə yeridildikdən sonra inyeksiya yerindən sürətlə absorbsiya olunur və qana keçir (50 mq.dozanın yeridildiyi ilk gün 15 dəqiqə sonra 484 nq/ml) və leykositlərdə -15%, eritrositlərdə -75% və plazmada – 10% olmaqla, orqanizmdə qeyri-bərabər paylanır. Vitaminin orqanizmdə əhəmiyyətli ehtiyatları olmadığından, o, orqanizmə hər gün daxil olmalıdır.Tiamin hematoensefalik və plasentar maneələri aşaraq, ana südünə keçir. Tiamin alfa fazada 0,15 saat sonra, beta fazada 1 saat sonra və terminal fazada 2 gün ərzində sidiklə xaric olunur. Əsas metabolitlər tiamin karbon turşusu, piramin və bəzi naməlum metabolitlərdir. Bütün vitaminlərdən yalnız tiamin orqanizmdə ən az miqdarda saxlanılır. Böyüklərin orqanizmində tiamin pirofosfat (80%), tiamin trifosfat (10%) və yerdə qalan miqdarda tiamin monofosfat şəklində 30 mq qədər tiamin vardır. Əzələdaxili inyeksiya zamanı piridoksin tezlikdə qan axınına absorbsiya olunur və 5-ci vəziyyətdə CH OH qrupunun fosforlaşmasından sonra koenzim rolunu yerinə yetirərək2 orqanizmdə paylanır. Vitaminin 80% yaxını qan plazmasının zülalları ilə əlaqələnir. Piridoksin bütün orqanizmə paylanır, plasentadan keçir və ana südünə keçir, qaraciyərdə depolanır və absobsiyadan maksimum 2-5 saat sonra sidiklə ifraz olunan 4-piridoksin turşusuna qədər oksidləşir. İnsan orqanizmində 40-150 mq. B vitamini vardır və onun gündəlik eliminasiya6 sürəti bərpa olunma sürəti 2,2-2,4% olmaqla, 1,7-3,6 mq.dır.

İstifadəsinə göstərişlər

B1, B6 və B12 vitaminlərinin çatışmazlığından yaranan, qidalanmanın korreksiya ilə aradan qalxmayan nevroloji pozğunluqlar.

Əks göstərişlər

B1, B6, B12 vitaminlərinə qarşı həssaslığın artması. Amid strukturlu yerli anestetiklərə qarşı həssaslığın artması. Preparatın tərkibindəki maddələrə, həmçinin, digər amid tipli yerli ağrıkəsici dərman vasitələrinə qarşı həssaslığın artması; anamnezdə lidokain hidroxloridin yeridilməsi ilə əlaqədar epileptiformalı qıcolmaların olması; II və III dərəcəli AV-blokada, sinus düyününün zəifliyi sindromu, Volf-Parkinson-Uayt sindromu, Adams-Stoks sindromu, ürək çatışmazlığının ağır formaları (II –III dərəcə), ifadə olunmuş arterial hipotenziya, bradikardiya, kardiogen şok, ürəyin tam köndələn blokadası; miasteniya; hipovolemiya; porfiriya, ağır böyrək və/və ya qaraciyər çatışmazlığı, hamiləlik, əmizdirmə dövrü, 12 yaşa qədər pasiyentər. Bədxassəli şişlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Psoriazlı xəstələrin istifadəsi əsaslandırılmalıdır, belə ki vitamin B12 dəri əlamətlərini ağırlaşdıra bilər. Uzunmüddətli (5 aydan artıq) müalicə zamanı B6 vitamininin doza həddi aşılarsa (gündə 500 mq.) sensor nevropatiya inkişaf edə bilər. Nadir hallarda tərkibində B1 vitamini olan preparatın təkrar istifadəsi zamanı anafilaktik şok baş verə bilər. Köməkçi maddələr Ürək və qaraciyər çatışmazlığı olan xəstələrə ehtiyatla istifadə etmələri tövsiyə olunur, belə ki preparatın tərkibində lidokain vardır. Preparat yeni doğulmuş, xüsusilə vaxtından əvvəl doğulmuş uşaqlar üçün əks-göstərişdir, belə ki preparatın tərkibində benzil spirti vardır. Lidokain istifadə olunmazdan əvvəl preparata fərdi həssaslığın müəyyənləşdirilməsi üçün mütləq dəri sınağı keçirilməlidir, inyeksiya yerinə ödem və qızartı həssaslığın olmasını göstərir. Vaskulyarizasiya olunmuş toxumalara yeritmə zamanı aspirasiya sınağı keçirmək və lidokainin qan axınına keçməsinin qarşısının alınması üçün ehtiyatla yeritmək tövsiyə olunur. Yüksək dozada lidokain hidroxlorid yeritməzdən əvvəl barbituratların təyini tövsiyə olunur. İnyeksiya yerinin tərkibində ağır metallar olan dezinfeksiyaedici məhlularla işlənməsi zamanı ağrı və ödem şəklində yerli reaksiyanın inkişafı riski artır. Lidokaindən istifadə zamanı EKQ-nəzarət olmalıdır. Sonus düyününün fəaliyyətində pozuntu, PQ intervalında uzanma, QRS genişlənməsi və ya yeni aritmiyanın inkişafı aşkar edildiyi halda dozanı azaltmaq və ya preparatın istifadəsini dayandırmaq lazımdır. Ürək çatışmazlığı, arterial hipertenziyası, natamam atrioventikulyar blokadası, mədəcikdaxili keçiricilik pozğunluğu, qaraciyər və böyrəklərdə funksiya pozğunluğu, epilepsiyası olan, ürək əməliyyatından çıxmış, hipertermiyaya genetik meyilliliyi olan, zəifləmiş xəstələrə ehtiyatla və aşağı dozalarda istifadə olunur. Yaşlı xəstələr, həmçinin, anamnezində aritmiya olan xəstələr ehtiyatla istifadə etməlidirlər. Terapiyaya başlamağa on gün qalmış MAO inhibitorlarının istifadəsini dayandırmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

5-flüorurasil tiaminin antaqonistidir və beləliklə, B1 vitamininin effektliliyinə təsir göstərir. B1 vitamini asetilxolinin antaqonisti qismində təsir göstərir və sinir-əzələ blokatorlarının təsirini artırır. Preparatın tərkibində levodopa olan dərman maddələri ilə birlikdə istifadəsi tövsiyə olunmur, belə ki, B6 vitamini levodopanın təsirini aşağı salır. B12 vitamininin mədə-bağırsaq traktında sorulması proton nasosunun inhibitorları, aminqlikozidlər, kolxisin, aminosalisil turşusu və onun duzları, fenitoin, kalium duzları, primidon və fenobarbital kimi bəzi dərman vasitələrinin təsiri ilə zəifləyə bilər. Xloramfenikol B12 vitamini çatışmazlığı olan, eyni zamanda B12 vitamini ilə müalicə alan xəstələrdə B12 vitamininin hemopoetik cavabını aşağı salır. Alkoqol vitaminlərin təsirini zəiflədir. B1 vitamini tərkibində sulfit olan məhlullarda az stabildir. Tamin metobolitləri olan mühitlərdə digər vitaminər qeyri-aktiv ola bilərlər. Askorbin turşusu sianokobalaminin təsirini zəiflədir. Beləliklə, yuxarıda göstərilən preparatlar birlikdə təyin edilmir. Lidokain hidroxloridin tərkibi ilə əlaqədar qarşılıqlı təsirlər Lidokain narkoz vasitələrinin (heksobarbital, venadaxili natrium tiopental), yuxugətirici və sedativ vasitələrin tənəffüs mərkəzinə zəiflədici təsirini gücləndirir. Yuxugətirici və sedativ vasitələrin birgə istifadəsi zamanı mərkəzi sinir sisteminə zəiflədici təsirin güclənməsi mümkündür. Etanol lidokainin tənəffüs funksiyasına zəiflədici təsirini gücləndirir. Beta- adrenoreseptorların birgə istifadəsi zamanı lidokainin dozası azaldılmalıdır.Polimiksin B ilə birgə istifadə zamanı tənəffüs funksiyasına nəzarət vacibdir. MAO inhibitorları ilə müalicə dövründə lidokain parenteral istifadə edilməməlidir, belə ki bu arterial hipotenziyanın inkişafı riskini artırır. Prokainamidlə birgə istifadə zamanı hallüsinasiyalar baş verə bilər. Lidokain sinir- əzələ ötürülməsinin blokadasını yaradan preparatların təsirini gücləndirə bilər, belə ki, sonuncular sinir impulslarının keçiriciliyini zəiflədir. Ürək qlikozidləri ilə intoksikasiya zamanı lidokain AV-blokadanın ağırlığını gücləndirə bilər. Lidokain ürək qlikozidlərinin kardiotonik təsirini zəiflədir. Preparatı aşağıdakı dərman maddələri ilə birlikdə ehtiyatla təyin edirlər: – Beta-adrenoreseptorların blokatorları (lidokainin qaraciyərdəki metabolizmi zəifləyir, lidokainin təsirləri (həmçinin, toksik təsirləri) güclənir və bradikardiya və arterial hipotenziyanın inkişaf riski artır); – Kurareyəbənzər preparatlar (miorelaksasiyanın dərinləşməsi mümkündür (tənəffüs yollarının iflicinə qədər)); – Norepinefrin, meksiletin (lidokainin toksikliyi artır, lidokainin klirensi aşağı düşür); – İzadrin, qlükaqon (lidokainin qan plazmasında qatılığı artır); – Barbituratlar, həmçinin, fenobarbital (lidokainin qaraciyərdə metabolizminin sürətləməsi, qanda qatılığının aşağı düşməsi mümkündür); – Antiaritmik vasitələr (amiodaron, verapamil, xinidin, aymalin, dizopiramid, propafen), gidantoinin törəmələri (kardiodepressiv təsir güclənir, amiodaronla birlikdə istifadəsi qıcolmaların inkişafına gətirib çıxara bilər); – Novokain, novokainamid (mərkəzi sinir sisteminin oyanması hallüsinasiyaların baş verməsi mümkündür); – Morfin (morfinin analgeziyaedici təsiri güclənir); – Prenilamin (“piruet” tipli mədəcik aritmiyasının inkişaf riski artır); – Rifampisin (lidokainin qanda qatılığının aşağı düşməsi mümkündür); – Fenitoin (lidokainin kardiodepressiv təsirini artırır); – Vazokonstriktorlar (epinefrin, metoksamin, fenilefrin) (lidokainin sorulmasının yavaşımasına səbəb olur və onun təsirinin vaxtını uzadır).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik dövründə istifadəsi əks-göstərişdir. Preparatın istifadəsi zəruri olduğu hallarda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bu dərman maddəsinin istifadəsindən sonra psixomotor reaksiyaların tezliyini tələb edən fəaliyyətlə məşğul olmaq tövsiyə olunmur.

İstifadə qaydası və dozası

Ağır hallarda və kəskin ağrılar zamanı preparatın qandakı səviyyəsinin sürətli artırılması üçün bir inyeksiya (2 ml) dərin əzələ daxilinə yeridilir. Kəskin mərhələ keçdikdən sonra və xəstəliyin daha yündül formalarında həftədə 2-3 dəfə 1 inyeksiya vurulur. İnyeksiya dərin əzələ daxilinə yeridilir. Venadaxili yeritmə əks-göstərişdir. Vena daxilinə təsadüfi yeridilmə zamanı pasiyentlər stasionarda nəzarət altında olmalıdırlar. Preparatın tərkibinə lidokain hidroxlorid daxildir. Lidokain hidroxloridin istifadəsindən əvvəl mütləq fərdi həssaslğın müəyyən edilməsi üçün dəri sınağının keçirilməsi mütləqdir, inyeksiya yerində ödem və qızartı həssaslığın olmasını göstərir.

Əlavə təsirləri

Əlavə təsir baş vermə tezliyindən asılı olaraq, aşağıdakı şəkildə təsnif edilir: Çox tez-tez (≥1/10) Tez-tez (≥1/100 <1/10 qədər) Bəzən (≥1/1000 <1/100 qədər) Nadir hallarda (≥1/10000 <1/1000 qədər) Çox nadir hallarda ( <1/10000 qədər) Tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında hesablanması mümkün deyil) İmmun sistemə Nadir hallarda: hiperhəssaslıq reaksiyası, xüsusən, dəfələrlə əzələ daxilinə yeridildikdən sonra (dəri səpgisi, övrə, bronxospazm, anafilaktik şok). Bu hiperhəssaslıq reaksiyaları tərkibində B1 vitamini, B12 vitamini və ya lidokain olan parenteral preparatların təkrar yeridilməsindən sonra qeydə alınmışdır. Sinir sisteminə Nadir hallarda: paresteziya, B6 vitaminindən yüksək dozalarda (gündə 500 mq.) istifadə zamanı periferik sensor nevropatiya. Ürək-damar sisteminə Nadir hallarda: keçici hipotenziya Dəriyə Nadir hallarda: civzə Sistem reaksiyalar adətən inyeksiyanın təsadüfən venaya, yüksək perfuziya olunmuş toxumalara edilməsi ilə və doza həddinin aşılması ilə əlaqədar olur. Bu reaksiyalara başgicəllənmə, qusma, bradikardiya, aritmiya və qıcolmalar aiddir. Lidokainin yeridilməsi ilə əlaqədar əlavə reaksiyalar Mərkəzi və periferik sinir sisteminə: başgicəllənmə, başağrısı, zəiflik, hərəki narahatlığı, eyforiya, nistaqm, huşun itməsi, yuxululuq, yuxunun pozulması, tremor, trizm, qıcolmalar (onların inkişaf riski hiperkapniya və asidoz zamanı artır), paresteziya, tənəffüs əzələlərinin iflici, hərəki blokada, həssaslığın pozulması, respirator iflic (çox zaman subaraxnoidal anesteziya zamanı inkişaf edir), dil və dodaqların keyiməsi (stomatologiyada istifadəsi zamanı). Ürək-damar sisteminə: yüksək dozalarda istifadə edərkən – AT-nin enməsi, bradikardiya; vazokonstriktorla birlikdə istifadə zamanı – taxikardiya, ürək keçiriciliyinin yavaşıması, ürəyin köndələn blokadası, arterial hipertenziya, periferik vazodilatasiya, döş qəfəsində ağrı, aritmiya, ürəyin blokadası, ürək fəaiyyətinin dayanması. Tənəffüs orqanlarına: tənəffüsün sıxılması, tənəffüsün dayanması, təngnəfəslik. Mədə-bağırsaq traktına: ürəkbulanma, qusma. Allergik reaksiyalar: dəridə səpgi, övrə, dəridə qaşınma, angionevrotik ödem, generalizə olunmuş eksfoliativ dermatit, anafilaktik reaksiyalar, konyuktivit, rinit. Yerli reaksiyalar: anesteziyaedici təsirin inkişafı ilə yüngül yandırma hissi. Digər: hipotermiya, hərarət, soyuq hissi və ya ətrafların keyiməsi. Yüksək dozalarda istifadə zamanı – qulaqda küy, oyanma.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı sistem reaksiyalar özünü biruzə verə bilər. Baş gicəllənmə, bradikardiya, qusma və ya şok kimi əlavə reaksiyalar ola bilər. B6 vitaminin yüksək dozalarda (gündə 600 mq.) uzun müddət (5 ayda çox) istifadəsi zamanı periferiksensor nevropatiya yarana bilər. Müalicə simptomatik və köməkedicidir. Spesifik antidot yoxdur. Lodokainin doza həddinin aşılması Sinir sisteminin və ürək-damar sisteminin zəifləməsi ilə əlaqədar əsas simptomlar: ümumi zəiflik, baş gicəllənməsi, səmt hissinin itirilməsi, tonik-klonik qıcolmalar, koma, tremor, görmənin pozulması, atrioventikulyar blokada, asfiksiya, ürəkbulanma, qusma, eyforiya, psixomotor oyanma, asteniya, apnoe, bradikardiya, arterila təzyiqin aşağı düşməsi, kollaps. Sağlam insanlarda doza həddinin aşılmasının ilk simptomları lidokain hidroxloridin qanda 0,006 mq/kq yığılması zamanı, qıcolmalar isə – 0,01 mq/kq olduqda baş verir. Müalicə: preparatın istifadəsini dayandırmaq, oksigenoterapiya, vazokonstriktorlar (noradrenalin, mezaton), xolinolitiklər. Xəstə üfüqi vəziyyətdə olmalıdır; təmiz hava almalı, oksigen və/və ya süni tənəffüs verilməlidir.Mərkəzi sinir sisteminin simptomları benzodiazepinlərin və ya barbituratların qısamüddətli təsiri ilə korreksiya olunur.Bradikardiya və keçiricilik pozulmasının korreksiyası üçün atropin (0,5-1,0 mq.), arterial hipotenziya zamanı – simpatomimetiklər beta-adrenoreseptorların aqonistləri ilə kombinasiyasiyada istifadə olunur. Ürək dayanarkən dərhal reanimasiya tədbirləri görülməlidir. Ağciyərlərin intubasiyası, süni ventilyasiyası edilməlidir. Lodokainin doza həddinin aşılmasının kəskin fazasında dializ effektli deyil. Spesifik antidot yoxdur.

Buraxılış forması

Əzələdaxili yeritmə üçün 2 ml məhlul, sınma dairəsi olan tünd rəngli şüşə ampulda. 5 ampul və ya 10 ampul, blister qablaşdırmada. İçərisində 5 ampul olan 1 və ya 2 blister və ya içərisində 10 ampul olan 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.25

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

BMMM “Lekfarm”, Belarus Respublikası, 223141, Loqoysk ş., Minskaya küç., ev 2a. Tel.:/Faks: (01774) -53801, elektron ünvan: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Neyrovit 2 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.