Platifillin 2 mq 1 ml N10 inyeksiya

Təsiredici maddə: PLATYPHYLLINE HYDROTARTRATE
Təsiredici maddəPLATYPHYLLINE HYDROTARTRATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirM-xolinoblokadaedici (spazmolitik, midriatik) vasitə
İstehsal ölkəsiGürcüstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PLATİFİLLİN inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Platyphylline

Tərkibi

Təsiredici maddə: 2 ml məhlulun tərkibində 2,0 mq platifillin hidrotartrat vardır. Köməkçi maddələr: inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz mayedir. Farmakoterapevtik qrup M-xolinoblokadaedici (spazmolitik, midriatik) vasitə. ATC kodu: A03A.

Farmakoloji xüsusiyyətləri

Farmokodinamikası M-xolinoreseptorlar blokatoru. Periferik M-xolinoreseptorlara qarşı atropinlə müqayisədə az təsir göstərir (mədə-bağırsaq traktı orqanların və qüzehli saya əzələ hüceylərinə spazmoltik təsirinə görə atropindən 5-10 dəfə zəifdir). M-xolinoreseptorları blokadaya alaraq postqanqlionar xolinergik sinirlərlə innervasiya olunan effektor orqan və toxumalara (ürək sayaəzələli orqanları, xarici sekresiya vəziləri) sinir impulslarının postqanqlionar xolinergil sinirlərdən ötürülməsini pozur; həmçinin n-xolinireseptorları blokadaya alır, amma nəzərəçarpan dərəcədə zəif. Xolinoreseptorları blokadayaalıcı təsiri sinir sisteminin parasimpatik hissəsinin yüksək tonusu yaxud M-xolinostimulyatorların təsiri zəminində daha əhəmiyyətli dərəcədə özünü biruzə verir. Xüsusən yüksək dozalarda istifadə zamanı atropindən fərqli olaraq taxikardiyanı az dərəcədə əmələ gətirir. Azan sinirinin təsirini azaltmaqla, ürəyin keçiriliciyini yaxşılaşdırır, miokardın yığılma qailiyyətini gücləndirir, ürəyin qan vurumunu artırır. Miotrop spazmolitik təsir göstərir, dərinin xırda damarlarını genişləndirir. Yüksək dozalarda damar-hərəkət mərkəzini zəiflədir və simpatik qandlionları blokadaya alır, bunun da nəticəsində damarlar genişlənir və arterial təzyiq enir (əsas etibarilə, venadaxili yeridilməsi zamanı). Zəif atropin daxili sekresiya vəzilərinin sekresiyasını zəiflədir; saya əzələlərin tonusunu azaldır, mədənin peristalistikasının amplitud tezliyini azaldır, onikibarmaq bağırsaq, nazik və yoğun bağırsaqların, öd kisəsinin tonusunu zəif azaldır (ödçıxarıcı yollarının hiperkineziyası ilə olan xəstələrdə); hipokenziya zamanı öd kisəsinin tonusu normal dərəcəyə yüksəlir. Platifillin uşaqlığın, sidik kisəsinin və sidikqovucu yolların saya əzəzlələrinin zəifləməsinə səbəb olur, spazmoltik təsir göstərərək ağrı sindromunun qarşısını alır; sfinkter tonusunu aşağı salır. Platifillin qüzehli qişanın dairəsi əzələsinin boşalması nəticəsində göz bəbəklərini genişləndirir. Gözdaxili təzyiq eyni zamanda yüksəlir və akkomodasiyanın iflici baş verir (silisar cismin əzələsinin boşalması). Atropinlə müqayisədə akkomodasiya üzrə təsirini az və qısadır. Baş-beyinə və tənəffüs mərkəzinə oyadıci təsir göstərir, ən çox- onurğa beyinə (yüksək dozalarda qıcolmalar, mərkəzi sinir sisteminin, damar-hərəkət və tənəffüs mərkəzlərinin inhibə olunması mümkündür). Farmokokinetikası Histoematik baryerlərdən (o cümlədən, hematoensefalik), hüceyrə və sinaptik membranlardan asanlıqla keçir. Yüksək dozalarda yeridilmə zamanı MSS-də nəzərəçarpan konsentrasiyaları yaranır. Qaraciyərdə metabolizmə, plasinesin və plasinesil turşusu əmələ gəldikdə hidrolizə uğrayır. Böyrəklər və bağırsaq vasitəsilə xaric olunur. Kumulyasiya olunmur.

İstifadəsinə göstərişlər

• Mədə və onikibarmaq xorası bağırsaq (kompleks terapiyanın tərkibində); • pilorospazm; • xolesistit, xolelitiaz ( öd daşı xəstəliyi); • spastik sancıları dayandırmaq üçün (bağırsaq, öd, böyrək sancısı). Prepatar göz bəbəyinin genişlənməsi üçün istifadə olunur (təsiri 5-6 saat davam edir). Atropinlə müqayisədə akkomodasiyaya təsiri azdır. Göz bəbəyinə təsiri atropin və homatrapinin təsirindən daha qisa olur. (6-7 gün) (10-20 saaat)

Əks göstərişlər

• Preparata qarşı yüksək həssaslıq; • hamiləlik və laktasiya dövrü; • qlaukoma; • kaxeksiya; • ağır ateroskleroz; • ürək damar xəstəliyi, hansı ki, ürək yığılmaları tezliyinin artması təhlükəli ola bilər: II- III dərəcəli ürək çatışmazlığı, aritmiya, ürəyin işemik xəstəlikləri, mitral stenoz, arterial hipettenziya, kəskin qanaxmalar; • diafraqmanın yırtığı ilə reflüks-ezofaqit; • bağırsaq keçməzliyi, bağırsağın atoniyası; • mədə bağırsaq qanaxması; • meqakolon, kolit; • yaşlı və ahıl yaş.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hipertireoz, yüksəlmiş bədən temperaturu, ağız boşluğunun quruluğu, qaraciyər və böyrək çatışmazlığı, ağciyərin xroniki xəstəlikləri, miasteniya, vegetativ nevropatiya, sidikçıxarıcı yolların obstruksiyası olmadan prostat vəzinin hiperplaziyası, sidiyəgetmədə ləngiməyə meyllik, sidikçıxarıcı yolların obstruksiyası ilə müşahidə olunan xəstəliklər, gestoz, uşaqlarda beyin zədələnmələri, uşaqlarda mərkəzi iflic zamanı ehtiyatla istifadə edilməlidir. Müalicə zamanı arterial təzyiqi və nəbzi mütəmadi yoxlamaq lazımdır. Saya əzələlərin spazmı ilə bağlı ağrılar zamanı preparat analgetiklərlə kombinə olunur, sedativ və anksiolitik (trankvilizatotlar), damar spazmları zamanı isə- hipotenziv və sedativ dərman vasitələri preparatın təsirini gücləndirir. Terapiya dövründə spiirtli içki istifadəsini saxlamaq lazımdır. Damar spazmlar zamanı isə – hipotenziv və sedativ dərman vasitələrli preparatın təsirini gücləndirir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Fenobarbitalin, pentobarbitalin, maqnezium-sulfat sedavit və yuxugətirici təsirini gücləndirir. M-xolinoblokatorlar amantadin, haloperidol, fenotiazin, MAO inhibatorları, trisiklin antidepressantlar, bəzi H1 antihistamin preparatlar əlavə təsirlərin əmələ gəlmə riskini artırır. Antaqonizm xolinesteza inhibitorları ilə. Morfin ürək damar sisteminə zəiflədici təsirini artırır; MAO inhibitorları – müsbət xrono və batmotrop effektləri; ürək qlikozidləri – müsbət batmotrop təsirini; xinidin, prokainamid – m- xolinblokadaedici təsirini gücləndirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Platifillin hematoplasentar baryerdən keçir. Hamiləlik dövründə dərman istifadəsi ilə əlaqədar kifayət qədər məlumat yoxdur, ona görədə hamiləlik dövründə istifadəsi əks göstərişdir. Platifillin ana südü ilə xaric olunur, buna görədə preparatın istifadəsi müddətində ana südü ilə qidalanma dayandırılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətin təsiri Müalicə zamanı sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət növlərindən və nəqliyyat vasitəsini idarə etməkdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Dəri altına təyin edilir. Böyüklərə Mədə xorası və onikibarmaq bağırsaqda spastik sancıların dayandırılması üçün (bağırsaq, öd, böyrək sancıları) preparat dərialtına 2-40 mq (1-2 ml) yeridilir. Kurs müalicə zamanı (10-20 gün) dərialtına 2-4 mq (1-2ml) sutkada 2-3 dəfə yeridilir. Yüksək doza: birdəfəlik – 10 mq. Sutkalıq – 30 mq. Uşaqlar üçün 1 kq –lıq bədən kütləsinə görə birdəfəlik doza: • yenidoğulmuş və körpələrə: 0,035 mq/kq (0,0175 ml/kq); • 1-5 yaş : 0,03 mq/kq (0,015 ml/kq); • 6-10 yaş : 0,025 mq/kq (0,0125 ml/kq); • 11-14 yaş: 0,02 mq/kq 90,01 ml/kq). Yüksək sutkalıq dozalar: • yenidoğulmuş və körpələrə: 0,07 mq/kq; • 1-5 yaş: 0,06 mq/kq; • 6-10 yaş: 0,05 mq/kq; • 11-14 yaş: 0,04 mq/kq.

Əlavə təsirləri

Allergik reaksiyalar, ağızda quruluq, yanğı hissi, arterial təzyiqin enməsi, taxikardiya,midriaz, akkomodasiya iflici, başgicəllənmə, başağrısı, fotofobiya, qıcolmalar, sidik ifrazının çətinləşməsi, bağırsaq atoniyası, kəskin psixoz, ağciyərin atelektazi (yüksək dozalarda).

Doza həddinin aşılması

Simptomları Paralitik bağırsaq keçməzliyi, sidiyəgetmənin kəskin lənğiməsi (prostat vəzinin xoşxassəli hiperplaziyası olan xəstələrdə), akkomodasiyanın iflici, gözdaxili təzyiqin yüksəlməsi; ağız boşluğunun, burunun, boğazın selikli qişasının quruması; udmanın çətinləşməsi, midriaz ( qüzehi qişanın tamamilə yox olmasına qədər), tremor, qıcolmalar, hipertermiya, sonrakı zəifləməsi ilə mərkəzi sinir sisteminin oyanıqlığı, tənəffüs və damar-hərəkət mərkəzlərinin zəifləməsi. Müalicəsi Sürətləndirilmiş diurez, m-xolinomimetiklərin və antixolinesteraz vasitələrin yeridilməsi. Hipertemiya zamanı – bədənin yaş dəsmalla bürünməsi və qızdırmasalıcı vasitə. Oyanıqlıq zamanı – tiopental natrium və ya rektal xlorahidrat yeridilməsi. Midriazda – fosfakol, fizostiqmin, pilokarpin preparatlarının göz damcıları şəklində yerli istifadəsi. Qlaukoma tutmalarda konyunktiva kisəciyinə hər saatdan bir 1%-li pilokarpin məhlulundan 2 damcı damızdırılır və sutkada 3-4 dəfə 0,05 %-li 1 ml prozerin məhlulu dərialtı yeridilir.

Buraxılış forması

0, 2 % məhlul dəri altına yeritmək üçün. 1 ml məhlul, ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Biopolus” MMC. Ünvan Gürcüstan Respublikası, Tibilsi 6007, Batumi, Noneşvili 65. www.biopolus.com

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Platifillin 2 mq 1 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.