Grilaks 75 mq N28 tablet

Təsiredici maddə: CLOPIDOGREL
Təsiredici maddəCLOPIDOGREL
Dərman formasıTablet
Farmakoloji təsirTrombositlərin aqreqasiyasının inhibitoru (heparin istisna olmaqla)
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,97 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QRİLAKS 75 mq örtüklü tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 97, 875 mq klopidoqrel bisulfat (75 mq klopidoqrelə ekvivalentdir) vardır. Köməkçi maddələr: hidroksipropilsellüloza, mannitol 400 DC, mikrokristallik sellüloza tip 102, makroqol, hidrogenləşdirilmiş gənəgərçək yağı, titan oksid (E171), triasetin, qırmızı dəmir oksidi, laktoza monohidrat, hidroksipropilsellüloza (15 CPS).

Təsviri

Aciq-cəhrayi rəngli yumru örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Trombositlərin aqreqasiyasının inhibitoru (heparin istisna olmaqla). ATC kodu: B01AC04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Klopidoqrelin qaraciyərdə CYP450 izoferment sistemi vasitəsi ilə metabolizmə uğraması nəticəsində yaranan aktiv metaboliti trombositlərin aqreqasiyasını inhibə edir. Bu aktiv metabolit trombositlərin üzərində yerləşən reseptorlarla adenozindifosfatın (ADF) birləşməsini seçici olaraq inhibə edir, nəticədə IIb/IIIa qlikoprotein kompleksinin aktivləşməsini zəiflədir və trombositlərin aqreqasiyasını azaldır. Geri dönməyən birləşmənin hesabına trombositlər qalan həyatı müddətində (təqribən 7-10 gün) ADF – stimulyasiyasına qarşı qeyri-həssas qalırlar, trombositlərin normal funksiyasının bərpası isə trombositlərin yenilənmə sürətinə müvafiq olaraq baş verir. Klopidoqrel adenozindifosfatın azad olunması nəticəsində trombositlərin aktivasiyasının artmasının qarşısını alır və eyni zamanda trombositlərin digər aqonistlər tərəfindən stimulyasiya edilən aqreqasiyasını da inhibə edir. Klopidoqrelin aktiv metabolitinin yaranması P450 izoferment sistemi vasitəsi ilə baş verdiyindən və bu izofermentlərin fərqli polimorfizmə malik olması və ya digər dərman preparatlarının təsirindən inhibə olunması trombositlərin aqreqasiyasının bütün xəstələrdə adekvat olmaması ilə nəticələnə bilər. Statistik əhəmiyyətli, dozadan asılı olaraq trombositlərin aqreqasiyasının inhibə olunması klopidoqrelin daxilə birdəfəlik qəbulundan 2 saat sonra müşahidə olunur. Preparatın gündə 75 mq təkrar qəbulu zamanı, artıq birinci gündən əhəmiyyətli dərəcədə trombositlərin ADF- induksiyalı aqreqasiyasının inhibə olunması baş verir və 3-7 günə sabit vəziyyətə çatır. Sabit vəziyyətdə klopidoqrelin terapevtik dozada qəbulu zamanı trombositlərin aqreqasiyasının inhibə olunmasının orta səviyyəsi 40 – 60% təşkil edir. Trombositlərin aqreqasiyası və qanaxma müddətinin tədricən əvvəlki səviyyəsinə dönməsi klopidoqrelin qəbulunu dayandırdıqdan 5 gün sonra başlayır. Farmakokinetikası Sorulması Klopidoqrel 75 mq dozada ilk və təkrar peroral qəbuldan sonra tez sorulur. Dəyişilməmiş klopidoqrelin (təxminən 2,2-2,5nq/ml 75 mq birdəfəlik dozanın qəbulundan sonra) qan zərdabında orta maksimal konsentrasiyası təxminən 45 dəq sonra yaranır. Sidiklə xaric olunan klopidoqrel metabolitlərinin miqdarına əsasən preparatın ən azı 50% orqanizmə sorulur. Qida qəbulundan asılı olmayaraq preparatın biomənimsənilməsi 50% təşkil edir. Paylanması İn vitro, klopidoqrel və onun əsas qeyri-aktiv metaboliti plazma zülalları ilə qeriyədönən şəkildə birləşir (müvafiq olaraq 98% və 94%). Bu birləşmə 100 mq/l-ə qədər konsentrasiyada doymamış xarakter daşıyır. Metabolizmi Klopidoqrel qaraciyərdə geniş metabolizmə uğrayır. İn vitro və in vivo, klopidoqrel 2 əsas yolla metabolizmə uğrayır: birinci esterazalar yolu, bu zaman hidroliz prosesi nəticəsində karbon turşusunun inaktiv sələfi yaranır (qan dövranında aşkarlanan metabolitinin 85%), digəri isə çoxsaylı P450 izofermentlərinin iştirakı ilə baş verir. İlk olaraq sitoxromlar klopidoqreli oksidləşdirərək ara metaboliti olan 2- oksid-klopidoqrelə çevirir. Sonrakı metabolizm nəticəsində ara metaboliti olan 2 – oksid-klopidoqrel aktiv metaboliti olan tiol törəməsinə çevrilir. İn vitro, metabolizm CYP3A4, CYP2C19, CYP1A2 və CYP2B6 vasitələri ilə baş verir. İn vitro şəraitində aşkarlanmış aktiv tiol metaboliti trombositlərin reseptorları ilə tez və geriyədönməz birləşərək trombositlərin aqreqasiyasını inhibə edir. Xaric olunması Klopidoqrelin peroral qəbulundan sonra 50% sidiklə, 46% isə bağırsaq yolu ilə 5 gün ərzində xaric olunur. Preparatın 75 mq dozada peroral qəbulundan sonra T müddəti 6 saat təşkil edir. Qeyri-1/2 aktiv metabolitinin T müddəti isə birdəfəlik və təkrar qəbulundan sonra 8 saat təşkil edir.1/2 Xüsusi kliniki hallarda farmakokinetika Böyrək çatışmazlığı olan xəstələrdə Klopidoqrelin 75 mq dozada təkrar qəbulu zamanı ağır böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 5-15 ml/dəq) ADF-induksiyalı trombositlərin aqreqasiyası sağlam könüllülərlə müqayisədə daha aşağıdır (25%), lakin qanaxma müddətinin uzanması sağlam könüllülərlə eynidir. Qaraciyər çatışmazlığı olan xəstələrdə Klopidoqrelin 75 mq dozada 10 gün ərzində təkrar qəbulu zamanı ağır qaraciyər çatışmazlığı olan xəstələrdə ADF-induksiyalı trombositlərin aqreqasiyası sağlam könüllülərlə eynidir. Orta qanaxma müddətinin uzanması isə hər iki qrupda eyni olmuşdur. Farmakogenetika Klopidoqrelin aktiv metabolitinin farmakokinetikası və antitrombositar effekti CYP2C19 genotipindən asılı olaraq fərqlənir. CYP2C19*1 alleli metabolizmin tam həcmdə baş verməsini təmin edir. CYP2C19*2 və CYP2C19*3 allelləri isə metabolizmin zəifləməsinə səbəb olurlar. CYP2C19*2 və CYP2C19*3 allelləri ağdərili insanlarda 85%, asiyalılarda isə 99% hallarda zəif metabolizmə səbəb olurlar. Yaşlı xəstələrdə istifadəs Yaşlılarda (≥75yaş) trombositlərin aqreqasiyasında və qanaxma müddətində fərq aşkarlanmamışdır. Yaşdan asılı olaraq dərman vasitəsinin dozasının korreksiyası tələb olunmur.

İstifadəsinə göstərişlər

Preparat aterotromboz hallarının azalması məqsədi ilə aşağıdakı hallarda istifadə olunur: Yaxınlarda keçirilmiş miokard infarktı Yaxınlarda keçirilmiş işemik insult Periferik arteriyaların xəstəlikləri Kəskin koronar sindromu Vaskulyar hadisələrin profilaktikası (miokard infarkti, işemik insult, damar ölümü).

Əks göstərişlər

Preparata və yaxud preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq. Kəskin patoloji qanaxmalar (mədə xorası, kəllədaxili qansızma). Kəskin qaraciyər çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın effektivliyinin zəifləməsi CYP2C19 funksiyasının pozulması ilə əlaqədardır. Bu izofermentin fəaliyyətinin pozulması genetik səbəblərdən və ya bu sistemdə metabolizmə uğrayan yanaşı qəbul olunan digər dərman vasitələri ilə əlaqəlidir. Travma, cərrahi müdaxilə və ya digər patoloji vəziyyətlərdə (xüsusən mədə-bağırsaq və gözdaxili qansızmalar) yüksək qanaxma riski olan xəstələrə klopidoqrel ehtiyatla təyin olunmalıdır. Planlaşdırılmış cərrahi əməliyyatdan 7 gün əvvəl preparatın istifadəsi dayandırılmalıdır. Qanaxma riskini, yarana bilən hematoloji halları nəzərə alaraq, qan hüceyrələrinin miqdarının sayılması məsləhət görülür. Planlaşdırılmış cərrahi əməliyyatdan və ya yeni preparatın təyinatından əvvəl həkiminizə və stomatoloqa preparatın qəbulu haqqında məlumat verin. Qanaxma diatezi ilə müşayiət olunan ağır qaraciyər çatışmazlığında klopidoqrel ehtiyatla təyin olunmalıdır. Klopidoqrelin qəbulundan, bəzən isə qısamüddətli (2 həftə) qəbuldan sonra nadir hallarda trombositopenik trombohemolitik purpur yarana bilər (TTP). TTP trombositopeniya, hemolitik mikroangiopatik anemiya, nevroloji və renal pozğunluqlar, hərarətlə xarakterizə olunur. TTP müşahidə olunduqda təxirəsalınmaz müalicə aparılmalıdır. 11300 xəstənin iştirakı ilə aparılmış klinik tədqiqatlarda klopidoqrelin istifadəsi zamanı TTP qeyd olunmamışdır. Ağır böyrək çatışmazlığında preparat ehtiyatla təyin olunmalıdır. Klopidoqrel arterial hipertenziya zamanı ehtiyatla istifadə olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Asetilsalisil turşusu: Asetilsalisil turşusu klopidoqrelin ADF-induksiyalı trombositlərin aqreqasiyasının inhibə olunmasına təsir göstərməmişdir. Lakin klopidoqrel asetilsalisil turşusunun kollagen-induksiyalı trombositlərin aqreqasiyasının təsirini gücləndirir. Asetilsalisil turşusunun 500 mq dozada gündə iki dəfə 1 gün ərzində klopidoqrel ilə birgə qəbulu qanaxma müddətinin uzanmasına təsir göstərməmişdir. Klopidoqrelin asetilsalisil turşusu ilə uzunmüddətli qəbulunun təhlükəsizliyi haqqında məlumat yoxdur. Heparin: Sağlam könüllülər üzərində keçirilmiş klinik tədqiqatlara əsasən, klopidoqrelin yanaşı təyinatı heparinə olan ümumi ehtiyacı, laxtalanmaya təsirini dəyişməmişdir. Eyni zamanda, klopidoqrel və heparinin birgə təyinatı klopidoqrelin trombositlərlərin aqreqasiyasının inhibə olunmasına təsir etmir. Lakin bu kombinasiyanın təhlükəsizliyi təyin olunmadığından, bu preparatlar birgə ehtiyatla istifadə olunmalıdır. Rekombinant insan toxuma plazminogen aktivatoru: Klopidoqrelin rtPA və heparin ilə birgə istifadəsinin təhlükəsizliyi təzəlikcə miokard infarktı keçirmiş xəstələr üzərində tədqiq olunmuşdur. Bu zaman qeyd olunan klinik əhəmiyyətli qanaxma tezliyi asetilsalisil turşusunun rtPA və heparin ilə birgə istifadəsi zamanı müşahidə olunan qanaxma tezliyi ilə eyni olmuşdur. Varfarin:Varfarin ilə birgə istifadəsi zamanı qanaxma riskinin artmasını nəzərə alaraq, bu preparatların birgə təyinatı ehtiyatla aparılmalıdır. Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP): Klopidoqrelin və qeyri – steroid iltihab əleyhinə preparatların birgə təyinatı gizli mədə-bağırsaq qanaxmalarını artırır. Bu riski nəzərə alaraq preparatların birgə təyinatı ehtiyatla olunmalıdır. Proton pompa inhibitorları: 72 sağlam könüllü üzərində aparılmış çarpaz klinik tədqiqat zamanı klopidoqrel (ilkin yüksək dozada 300 mq və sonradan gündəlik 75 mq) tək və yaxud omeprazol ilə (80 mq qəbulu klopidoqrel ilə eyni vaxta) birgə 5 gün ərzində təyinatı göstərmişdir ki, klopidoqrelin aktiv metabolitinin təsiri (1 gün) 46% və (5 gün) 42% azalmışdır. Trombositlərin aqreqasiyasının orta inhibə edici göstəricisi birgə istifadəsi zamanı (1 gün) 47% və (5 gün) 30% azalmışdır. Digər, 72 sağlam könüllü üzərində aparılmış tədqiqatın nəticəsi göstərmişdir ki, klopidoqrelin və omeprazolun qəbulu arasında hətta 12 saatlıq fasilə belə olduqda preparatların qarşılıqlı təsiri istisna olunmur. Digər yanaşı qəbul olunan preparatlar: Klopidoqrelin atenolol, nifedipin, fenobarbital, estrogen, teofillin və diqoksin ilə eyni vaxtda təyini zamanı heç bir əhəmiyyətli qarşılıqlı əlavə təsirləri aşkar olunmamışdır. Digər dərman preparatları; fenitoin, tamoksifen, tolbutamid, torasemid, fluvastatin ilə klopidoqrelin birgə təyinatı ehtiyatla aparılmalıdır. Klinik tədqiqatların nəticələrinə əsasən, beta-blokatorlar, AÇF inhibitorları, kalsium antaqonistləri, xolesterinin səviyyəsini azaldan preparatlar, koronar vazodilatatorlar, antidiabetik preparatlar, trombolitiklər, QPIIb/IIIa antaqonistləri, antiepileptik və hormonal preparatlar qəbul edən xəstələrdə klopidoqrelin yanaşı istifadəsi zamanı əhəmiyyətli qarşılıqlı əlavə təsirləri qeyd olunmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası – B. Hamiləlik zamanı preparatın istifadəsinə və təhlükəsizliyinə dair adekvat və ciddi nəzarət olunan klinik tədqiqatlar keçirilmədiyindən klopidoqrelin hamiləlik dövründə istifadəsi məsləhət görülmür. Laktasiya dövründə klopidoqrelin südlə xaric olunması haqqında heç bir məlumat olmadığından, preparatın qəbulu zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. Pediatriyada istifadəsi Uşaqlarda klopidoqrelin təhlükəsizliyi və effektivliyi təyin olunmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

İstifadə qaydası və dozası

Həkim məsləhəti olmadan preparat istifadə edilmir. Preparat gündə 1 dəfə 75 mq birdəfəlik dozada istifadə olunur. Preparat qida qəbulundan asılı olmayaraq daxilə, hər gün eyni vaxtda qəbul olunur.

Əlavə təsirləri

Klopidoqrelin qəbulu zamanı digər hemostaza təsir göstərən preparatların qəbulu zamanı olduğu kimi qanaxma müşahidə oluna bilər. Yaranan qanaxma riski bir sıra faktorlardan; digər hemostaza təsir göstərən preparatlar ilə kombinasiya şəklində istifadədən, xəstələrdə yüksək həssaslığın olmasından asılıdır. Əlavə təsirlərin rastgəlmə tezliyi >10%: Mədə-bağırsaq traktına: tez-tez-qarın nahiyəsində ağrılar, diareya, hemorragiya, dispepsiya; qastrit, qəbizlik 27% qeyd olunur. Ürək-damar sisteminə: döş nahiyəsində ağrılar (8%), ödem (4%), hipertenziya (4%). Mərkəzi sinir sisteminə: baş ağrıları (3-8%), başgicəllənmə (2-6%), depressiya (4%), yorğunluq (3%), generalizə olunmuş ağrılar (6%). Dəri reaksiyaları: səpgi (4%), qaşınma (3%). Endokrin sistemə: hiperxolesterinemiya (4%). Urogenital sistemə: sidik-çıxarıcı yolların infeksiyaları (4%). Hematoloji sistemə: purpur(5%), burun qanaxmaları (3%). Hepatobiliar sistemə: qaraciyər göstəricilərinin dəyişməsi (3%), 0,11% xəstələrdə klopidoqrelin təyinatı dayandırılmışdır. Sinir-əzələ sisteminə: artralgiya (6%), bel ağrıları (6%). Tənəffüs sisteminə: təngnəfəslik (5%), rinit (4%), bronxit (4%), öskürək (3%), yuxarı tənəffüs yollarının infeksiyaları (9%). Digər: tez-tez-əməliyyat zamanı qanaxma, göyərmə. 1%: aqranulositoz, allergik reaksiyalar, anafilaktik reaksiyalar, angionevrotik ödem, aplastik anemiya, bilirubinemiya, bronxospazm, bulyoz səpgi, qaraciyərin piy distrofiyası, hərarət, qranulositopeniya, hematuriya, qan hayxırma, hematoraks, hepatit, hipoxrom anemiya, kəllədaxili qanaxma (04%), işemik nekroz, leykopeniya, makulopapulyar səpgi, menorragiya, neytropeniya (0,05%), okulyar qanaxma, ağciyər qanaxması, retroperitoneal qanaxma, trombositopeniya, trombolitik trombositopenik purpur, övrə. GÖZLƏNİLMƏZ EFFEKTLƏR YARANDIQDA HƏKİMƏ MÜRACİƏT EDİN.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı qusma, tənəffüs çatışmazlığı, mədə-bağırsaq qanaxmaları qeyd olunur. Sağlam könüllülərdə klopidoqrelin 600 mq dozada (8 tabletə ekvivalent) daxilə birdəfəlik qəbulu zamanı əlavə təsirləri qeyd olunmamışdır. Qanaxma müddəti 1,7 dəfə uzanmışdır, bu da klopidoqrelin 75 mq terapevtik doza qəbulundan sonra yaranan göstəricisi ilə eynidir.

Buraxılış forması

14 tablet, blister stripdə. 2 blister strip, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Gebze Organize Sanayi Bolgesi 1900 Sokak, No:1904 41480 Gebze-Kocaeli/TURKEY.

Qeydiyyat vəsiqəsinin sahibi

Bilim Plaza, Kaptanpasa Mah. Zincirlikuyu Cad. No:184, 34440 Beyoglu-Istanbul TURKEY. www.bilimpharma.com

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Grilaks 75 mq N28 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar