CoPlaviks 75 mq / 100 mq N30 tablet
| Təsiredici maddə | CLOPIDOGREL + ACETYLSALICYLIC ACID |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Antiaqreqant vasitə |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
32,65 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KO-PLAVİKS örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş: Acetylsalicylic acid + Clopidogrel
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 75,0 mq klopidoqrelə ekvivalent olan 97,875 mq II forma klopidoqrel hidrosulfat, 100 mq asetilsalisil turşusu vardır. Köməkçi maddələr: mannitol , makroqol-6000, mikrokristallik sellüloz, hidroksipropilsellüloza, hidrogenləşdirilmiş gənəgərçək yağı, stearin turşusu , susuz kolloidal silisium, qarğıdalı nişastası. Örtük: çəhrayı opadray( laktoza monihidrat, hipromelloza, titan dioksid (E 171), triasetin, qırmızı dəmir oksidi (E 172)).
Təsviri
Bir tərəfində “C75” digər tərəfində isə “A100” oyması olan oval, ikitərəfli qabarıq, çəhrayı rəngli örtüklü tabletlərdir. Farmakoterapevtik qrup Antiaqreqant vasitə. ATC kodu: В01АС30.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Klopidoqrelin aktiv metabolitlərindən biri trombositlərin aqreqasiyasının inhibitorudur. Klopidoqrelin aktiv metaboliti seçici olaraq ADF-in trombositlərin P2Y12 reseptorları ilə bir- ləşməsini və GPIIb/IIa kompleksinin ADF-lə əlaqəli aktivləşməsini ləngidir ki, bu da trombo- sitlərin aqreqasiyasının qarşısını alır. Geri dönməyən əlaqənin hesabına trombositlər həyatının qalan günlərində (təqribən 7-10 gün) ADF stimulyasiyasına qarşı qeyri-həssas qalır, trombositlərin normal funksiyasının bərpası isə trombositlərin yenilənmə sürətinə müvafiq olaraq baş verir. Trombositlərin gücləndirilmiş aktivləşməsinin ADF tərəfindən qarşısının alınması nəticəsində həmçinin ADF-dən fərqli olan aqonistlərin hesabına baş verən trombositlərin aqreqasiyası ləngiyir. Aktiv metabolitin əmələ gəlməsi P450 sisteminin, onlardan bəzilərinin polimorfizmə malik ola bilən və ya digər preparatlar tərəfindən inhibə oluna bilən izofermentlərinin iştirakı ilə baş verdi- yi səbəbindən hər bir pasiyentdə trombositlərin aqreqasiyasının adekvat ləngiməsi mümkün ol- mur. Klopidoqrelin 75 mq dozada gündəlik qəbulu zamanı qəbulun ilk günündən trombositlərin ADF- lə əlaqəli aqreqasiyasının zəifləməsi baş verir, bu da tədricən 3-7 gün müddətində güclənir və sonra daimi səviyyəyə çatır (tarazlıq vəziyyəti əldə olunduqda). Tarazlıq vəziyyətində trombosit- lərin aqreqasiyası orta hesabla 40-60% azalır. Klopidoqrelin qəbulunu dayandırdıqdan sonra trombositlərin aqreqasiyası və qanaxma müddəti orta hesabla 5 gün müddətində başlanğıc vəziy- yətə qayıdır. Klopidoqrel istənilən lokalizasiyalı aterosklerotik damar, xüsusilə serebral, koronar və ya perife- rik arteriya zədələnmələrində meydana çıxan aterotrombozun qarşısını alır. Asetilsalisil turşusu (AST) klopidoqrelin effektindən fərqli olan və onu tamamlayan antiaqreqant təsir mexanizminə malikdir. AST prostaqlandin siklooksigenaza-1-i dönməz inhibə edərək və nəticədə, trombositlərin aqreqa- siyasını və vazokonstriksiyanı gücləndirən tromboksan A2-nin yaranmasını azaldaraq trombosit- lərin aqreqasiyasını tormozlayır. Qeyd olunan effekt trombositlərin bütün həyatı müddətində sax- lanılır. AST klopidoqrelin trombositlərin ADF-asılı aqreqasiyasına olan inhibəedici effektinə təsir göstərmir, lakin, klopidoqrel AST-nun trombositlərin kollagen-asılı aqreqasiyasına olan təsirini gücləndirir. Hər iki aktiv maddə monoterapiya və ya yanaşı istifadə zamanı aterotromboz inkişafının (istəni- lən damarların, məsələn, serebral, koronar və ya periferik arteriyaların aterosklerotik zədələnmə) qarşısını almaq qabiliyyətinə malikdir. ACTIVE-A klinik tədqiqatı onu göstərdi ki, damar fəsadlarının inkişafının ən azı bir risk faktoru olan və dolayı təsirliantikoaqulyantları qəbul edə bilməyən qulaqcıqların fibrillyasiyası ilə pasi- yentlərdə klopidoqrel asetilsalisil turşusu ilə birlikdə (yalnız asetil turşusunun qəbulu ilə müqayi- sədə) insult, miokard infarktı, mərkəzi sinir sistemindən (MSS) kənarda baş verən sistem trom- boemboliya və ya damar ölümünün tezliyini, xüsusilə insultun inkişaf riskini azaltması hesabına azaldır. Klopidoqrelin asetilsalisil turşusu ilə birlikdə qəbulunun AST-nun plasebo ilə yanaşı qəbulu ilə üstünlüyü tez bir zamanda aşkar edilib tədqiqat müddətində (5 ilə qədər) saxlanılmışdır. Asetilsalisil ilə birlikdə klopidoqrel qəbul edən pasiyentlər qrupunda iri damar fəsadların riskinin azalması əsasən insult tezliyinin azalması hesabına baş verirdi. Asetilsalisil tirşusu ilə birlikdə klopidoqrelin qəbulu zamanı istənilən ağırlıq dərəcəsi olan insultun inkişafı riski azalır və həm- çinin, miokard infarktının tezliyinin azalmasına meyllilik artır, lakin MMS kənarında tromboem- boliyaların və damar ölümünün tezliyində heç bir fərq qeyd olunmamışdır. Bundan başqa, klopi- doqrelin asetilsalisil turşusu ilə birlikdə qəbulu ürək-damar xəstələrində stasionarda qalma gün- lərini azaldır. Farmakokinetikası Sorulması Klopidoqrel Klopidoqrel gündəlik 75 mq dozada birdəfəlik və təkrar daxilə qəbulu zamanı bağırsaqda tez bir zamanda sorulur. Dəyişilməmiş klopidoqrelin qan plazmasında maksimal konsentrasiyasının orta dəyəri (Сmax) preparatın qəbulundan təqribən 45 dəq sonra əldə edilir (birdəfəlik dozanın (75mq) daxilə qəbulundan sonra təqribən 2,2-2,5 nq/ml). Klopidoqrelin metabolitlərinin sidiyə ekskresiyasının nəticələrinə əsasən onun absorbsiyası təqribən 50% təşkil edir. AST sorulandan sonra salisil turşusunun əmələ gəlməsi ilə müşayiət olunan hidrolizə uğrayır. Salisil turşusunun qanda maksimal konsentrasiyaları AST-nin qəbulundan 1 saat sonra əldə edilir. AST tez bir zamanda hidrolizə uğradığı üçün Ko-plaviks R preparatının qəbulundan 1,5-3 saat sonra AST qanda demək olar ki aşkarlanmır. Paylanması Klopidoqrel In vitro klopidoqrel və onun qanda dövran edən əsas qeyri-aktiv metaboliti plazma zülalları ilə geri dönən əlaqə yaradır (98% və 94%) və bu əlaqə 100mq/ml konsentrasiyaya qədər doymuş olur. AST qan plazması zülalları ilə zəif birləşir və kiçik paylanma həcminə (10 l) malikdir. Onun metaboliti olan salisil turşusu qan plazması zülalları ilə yaxşı birləşir, lakin onun qan plazması zülalları ilə birləşməsi onun qan plazmasında konsentrasiyasından asılıdır (qeyri-xətti əlaqə). Aşağı konsentrasiyalar zamanı (< 100 mkq/ml) salisil turşusunun təxminən 90%-i qan plazmasında albumin ilə birləşir. Salisil turşusu orqanizmin toxumaları və mühitində (mərkəzi sinir sistemi, ana südü və dölün toxumaları daxil olmaqla) yaxşı paylanır. Metabolizmi Klopidoqrel Klopidoqrel qaraciyərdə intensiv olaraq metabolizmə uğrayır. In vitro və in vivo klopidoqrel iki yol ilə metabolizmə uğrayır: birinci, esteraza fermentlərinin vasitəsi ilə həyata keçirilir və klopidoqrelin hidrolizi karboksil turşusunun qeyri-aktiv törəməsinin (dövran edən mettabolitlərin 85%-ni təşkil edir) yaranması ilə nəticələnir, ikinci yol isə P450 sitoxrom izofermentləri vasitəsi ilə həyata keçirilir. Ilk növbədə klopidoqrel aralıq metabolit olan 2-oksoklopidoqrelə qədər metabolizə olunur. 2-oksoklopidoqrelin sonrakı metabolizmi klopidoqrelin aktiv metaboliti olan klopidoqrelin tiol törəməsinin əmələ gəlməsi ilə nəticələnir. In vitro qeyd olunan aktiv metabolit əsasən CYP2C19 izofermentinin, və həmçinin CYP1A2, CYP2B6 и CYP3A4 izofermentlərinin iştirakı ilə əmələ gəlir. In vitro tədqiqatlarda aşkarlanan klopidoqrelin aktiv tiol metaboliti trombositlərin reseptorları ilə tez bir zamanda geri dönməyən əlaqə yaradaraq trombositlərin aqreqasiyasının qarşısını alır. 300 mq yükləyici dozasının birdəfəlik qəbulundan sonra klopidoqrelin aktiv metabolitinin maksimal konsentrasiyası onun saxlayıcı dozasının (75mq) 4 günlük qəbulundan sonra olan konsentrasiyası ilə müqayisədə 2 dəfə artıqdır. Сmax təqribən 30-60 dəq müddətində əldə edilir. AST klopidoqrel ilə yanaşı qəbulu zamanı qan plazmasında tez bir zamanda salisil turşusuna qədər hidrolizə uğrayır və onun 75-100 mq dozaları üçün yarım ixrac olunma dövrü 0,3-0,4 saat təşkil edir. Salisil turşusu əsasən qaraciyərdə salisilur turşusunun, fenol qlükuronidin və asil qlükorunidin və, həmçinin, böyük miqdarda ikincili dərəcəli metabolitlərin əmələ gəlməsi ilə konyuqasiyaya uğrayır. Xaricolunması Klopidoqrel 14C-nişanlı klopidoqrelin daxilə qəbulundan sonra 120 saat müddətində radioaktivliyin 50%-i böyrək vasitəsi ilə sidik ilə və təqribən 46%-i bağırsaq vasitəsi ilə nəcis ilə xaric edilir. 75 mq-lıq dozanın birdəfəlik daxilə qəbulundan sonra klopidoqrelin yarım ixrac olunma dövrü (T ½) təqribən 6 saat təşkil edir. Birdəfəlik və təkrar dozaların qəbulundan sonra klopidoqrelin qanda dövran edən əsas qeyri-aktiv metabolitinin T ½ 8 saat təşkil edir. Ko-plaviks R preparatının qəbulu zamanı salisil turşusunun qan plazmasından yarım ixrac olunma dövrü təxminən 2 saat təşkil edir. Salisilatın metabolizmi doymuşdur və qaraciyərin salisilur turşusu və fenol qlükuronid yaratmaq qabiliyyəti məhdud olduğu üçün daha yüksək zərdab konsentrasiyaları zamanı ümumi klirensi azalır. AST-nun toksiki dozalarının (10-20 qr) qəbulundan sonra plazmadan yarım ixrac olunma dövrü 20 saata qədər uzana bilər. AST-nun yüksək dozalarının qəbulu zamanı salisil turşusunun eliminasiyası müvafiqdir (eliminasiya sürəti qan plazmasında konsentrasiyasından asılıdır), yarım ixrac olunma dövrü 6 saat və daha çox təşkil edir. Dəyişilməmiş aktiv maddənin böyrək ekskresiyası sidiyin pH-dan asılıdır. pH 6,5-dan yuxarı yüksəlməsi zamanı sərbəst salisilatın böyrək klirensi < 5 % – > 80 % yüksəlir. Terapevtik dozaların qəbulundan sonra qəbul edilən dozanın təxminən 10%-i salisil turşusu, 75%-i – salisilur turşusu, 10%-i – fenol qlükuronidlər və 5%-i asil qlükuronidlər şəklində sidikdə aşkarlanır. Farmakogenetikası CYP2C19 izofermentin vasitəsi ilə aktiv və aralıq metabolit (2-okso-klopidoqrel) yaranır. Trombositlərin ex vivo tədqiqatı zamanı klopidoqrelin aktiv metabolitinin farmakokinetikası və antiaqreqant təsiri CYP2C19 izofermentin izotipindən asılı olaraq dəyişir. CYP2C19*1 geninin aleli tam olaraq funksional metabolizmə uyğundur, CYP2C19*2 və CYP2C19*3 genlərinin alelləri isə qeyri-funksionaldır. CYP2C19*2 və CYP2C19*3 genlərinin alelləri avropoid irqinin nümayəndələrinin 85%-də və monqoloid irqinin nümayəndələrinin 99%-də metabolizmin azalmasının səbəbidir. Metabolizmə təsir edən digər alellərə daha nadir hallarda rast gəlinir və CYP2C19*4, *5, *6, *7 və *8 genlərinin alelləri ilə məhdudlaşdırılmır. CYP2C19 izofermentinin aşağı aktivliyi olan pasiyentlər yuxarıda qeyd olunan gen alellərinə malik olmalıdır. CYP2C19 izofermentinin aşağı aktivliyi olan şəxslərin fenotiplərinin rast gəlinmə tezliyi avropoid irqinin nümayəndələrində 2%, neqroid irqinin nümayəndələrində 4% və çinlilərdə 14% təşkil edir. Pasiyentdə olan СYP2C19 izofermentinin genotipinin təyini üçün xüsusi testlər mövcuddur. Çarpaz tədqiqatın (40 sağlam könüllü) məlumatlarına və СYP2C19 izofermentinin çox yüksək, yüksək, orta və aşağı aktivliyi ilə sağlam könüllülərin (klopidoqrel qəbul edən 335 könüllü) iştirakı ilə aparılan altı tədqiqatın meta-təhlilinə əsasən СYP2C19 izofermentinin çox yüksək, yüksək, orta və aşağı aktivliyi ilə sağlam könüllülərdə aktiv metabolitin ekspozisiyasında və trombositlərin aqreqasiyasının inhibəsının (TAİ) (ADF-asılı) orta göstəricilərində hər hansı bir əhəmiyyətli fərq aşkarlanmamışdır. СYP2C19 izofermentinin aşağı aktivliyi ilə sağlam könüllülərdə СYP2C19 izofermentinin yüksək aktivliyi ilə sağlam könüllülər ilə müqayisədə aktiv metabolitin ekspozisiyası azalırdı. СYP2C19 izofermentinin aşağı aktivliyi ilə könüllülər klopidoqreli 600 mq yükləyici doza/150 mq saxlayıcı doza sxemi üzrə qəbul etdiyi halda aktiv metabolitin ekspozisiyası klopidoqrelin 300 mq/75 mq sxemi üzrə qəbulu ilə müqayisədə daha yüksək olmuşdur. Bundan başqa, 300 mq/75 mq sxemi üzrə klopidoqrel qəbul edən СYP2C19 izofermentinin iştirakı ilə keçən daha güclü metabolizm ilə pasiyentlər qruplarında TAİ eyni olmuşdur. Lakin, klinik nəticələri nəzərə alan tədqiqatlarda qeyd olunan pasiyentlər qrupu (СYP2C19 izofermentinin aşağı aktivliyi ilə pasiyentlər) üçün klopidoqrelin dozalama rejimi müəyyən edilməmişdir, çünki bu günə qədər aparılan klinik tədqiqatlar СYP2C19 izofermentinin aşağı aktivliyi ilə pasiyentlərdə klinik nəticələrin fərqinin aşkarlanması üçün kifayət qədər seçim həcminə malik olmamışdır. Müxtəlif pasiyent qrupları Klopidoqrelin aktiv metabolitin farmakokinetikası bir sıra pasiyent qruplarında tədqiq olunmayıb. Ahıl yaşlı şəxslər Ahıl yaşlı (75 yaşdan yuxarı) könüllülərdə cavan yaşlı könüllülərlə müqayisədə trombositlərin aqreqasiya və qanaxma vaxtının göstəriciləri eyni olmuşdur. Ahıl yaşlı pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Uşaqlar və yeniyetmələr Məlumatlar mövcud deyil. Böyrək funksiyasının pozulması ilə pasiyentlər Klopidoqrelin 75 mq/gün dozada təkrar qəbulundan sonra böyrək funksiyasının ağır pozulması (kreatininin klirensi 5-15 ml/dəq) ilə pasiyentlərdə sağlam könüllülər ilə müqayisədə trombositlərin ADF-əlaqəli aqreqasiyasının ləngiməsi 25% daha aşağı, lakin qanaxma müddətinin uzanması eyni olmuşdur. Qaraciyər pozulması ilə pasiyentlər Klopidoqrelin 75 mq/gün dozada 10 gün müddətində qəbulundan sonra qaraciyər funksiyasının ağır pozulması (Çayld-Pyu şkalası üzrə 9 baldan yuxarı) ilə pasiyentlərdə sağlam könüllülər ilə müqayisədə trombositlərin ADF-əlaqəli aqreqasiyasının ləngiməsi eyni olmuşdur. Qanaxmanın orta müddəti həmçinin hər iki qrupda müqayisəli olmuşdur. İrqi mənsubiyyət CYP2C19 izofermentinin metabolizmin orta və aşağı aktivliyini müəyyən edən gen alellərinin yayılma dərəcəsi müxtəlif irqi qruplarda fərqli olur. Qeyd olunan alellərin monqoloid irqinin nümayəndələrində yayılma dərəcəsinə dair məlumatlar məhduddur, bu səbəbdən onlarda işemik fəsadların inkişafı məqsədi ilə CYP2C19 izofermentinin genotiplərinin təsirinin klinik əhəmiyyətinin qiymətləndirilməsi mümkün deyil. Ko-plaviks R preparatının hər iki aktiv maddəsinin farmakokinetikası və metabolizmi əsasında qeyd olunan aktiv maddələrin arasında klinik əhəmiyyətli qarşılıqlı farmakokinetik təsir gözlənilmir.
İstifadəsinə göstərişlər
Qeyd olunan kombinəolunmuş preparat yanaşı klopidoqrel və asetilsalisil turşusunu artıq qəbul edən pasiyentlər üçün nəzərdə tutulub (“İstifadə qaydası və dozalama” bölməsinə bax). • Aterotrombotik fəsadların ikincili profilaktikası. Kəskin koronar sindromu olan böyüklərdə • ST seqmentinin qalxması ilə müşahidə olunmayan (qeyri-stabil stenokardiya və ya Q dişciyi olmadan miokard infarktı), həmçinin perkutan koronar müdaxilə zamanı stentləşdirmə əməliyyatı aparılan pasiyentlər (asetilsalisil turşusu ilə birlikdə). • ST seqmentinin qalxması ilə müşahidə olunan (kəskin miokard infarktı) medikamentoz müalicə və trombolizisin aparılmasının mümkünlüyü zamanı (asetilsalisil turşusu ilə birlikdə). • Qulaqcıqların fibrillyasiyası (səyrici aritmiya) zamanı insult daxil olmaqla aterotrombotik və tromboembolik fəsadların profilaktikası. • Damar fəsadların inkişafının ən azı bir faktoru olan, dolayı təsirli antikoaqulyantlar qəbul edə bilməyən və qanaxma inkişafının aşağı riski olan qulaqcıqların fibrillyasiyası (səyrici aritmiya) ilə böyüklərdə.
Əks göstərişlər
• Preparatın hər hansı bir təsiredici və ya köməkçi maddəsinə qarşı yüksək həssaslıq. • Ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu şkalası üzrə 9 baldan yuxarı). • Ağır böyrək çatışmazlığı (30 ml/dəq-dən aşağı böyrək klirensi ilə) – preparatın tərkibində asetilsalisil turşusu (AST) olduğuna görə). • Kəskin qanaxma, məsələn, peptik xoradan qanaxma və ya kəllədaxili qansızma. • salisilatların və digər qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbulu ilə bağlı olan bronxial astma; bronxial astma, rinit və burun və burun ətrafı ciblərin residivləşən polipoz sindromu, QSİƏP-na qarşı hiperhəssaslıq (preparatın tərkibində asetilsalisil turşusu (AST) olduğuna görə). • AST qəbulu dəri örtüklərinin hiperemiyası, arterial təzyiqin enməsi, taxikardiya və qusma ilə müşayiət olunan şokun inkişafı daxil olmaqla ağır hiperhəssaslıq reaksiyaların inkişafına səbəb ola biləcək mastositoz (preparatın tərkibində asetilsalisil turşusu (AST) olduğuna görə). • Nadir irsi vəziyyətlər: qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı ilə bağlı laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiya sindromu (preparatın tərkibində asetilsalisil turşusu (AST) olduğuna görə). • Hamiləlik və laktasiya dövrü (“Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi” bölməsinə bax). • 18 yaşa qədər olan uşaqlar (istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qanaxmalar və hematoloji pozulmalar Qanaxmanın və arzuolunmaz hematoloji effektlərin inkişafı riski ilə əlaqədar (“Əlavə təsirlər” bölməsinə bax) müalicə müddətində qanaxmanın təzahürü olan simptomlar meydana çıxdığı halda təcili qanın ümumi analizi, APTZ, periferik qanda trombositlərin sayı, trombositlərin funksional aktivliyinin göstəriciləri müəyyən edilməli və digər lazımi müayinələr aparılmalıdır. Ko-plaviks preparatının varfarin ilə yanaşı istifadəsi qanaxmanı gücləndirə bilər, bu səbəbdən qeyd olunan preparatların yanaşı istifadəsi tövsiyə olunmur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Ko-plaviks preparatının tərkibində iki antiaqreqant vasitə olduğu üçün travmalar, cərrahi müdaxilələr və ya digər patoloji vəziyyətlər ilə bağlı olan qanaxma inkişafının yüksək riski ilə pasiyentlərdə və, həmçinin, QSİƏP (həmçinin SOG-2 inhibitorları), heparin, IIb/IIIa qlikoprotein inhibitorları, SGTSİ və trombolitik preparatlar qəbul edən pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Qanaxma (həmçinin, gizli keçən) əlamətlərinin istisna edilməsi məqsədi ilə pasiyentlər ciddi nəzarət altında olmalıdır, xüsusilə də müalicənin ilk həftələrində və/və ya invaziv kardioloji prosedurlardan və ya cərrahi müdaxilədən sonra. Planlı cərrahi müdaxilə gözlənildiyi halda və daimi antiaqreqant müalicəyə ehtiyac olmadığı halda cərrahi müdaxilənin aparılmasından 5-7 gün əvvəl klopidoqrelin qəbulu dayandırılmalıdır. Ko-plaviks preparatı qanaxma müddətini uzadır və qanaxmaların (xüsusilə də mədə-bağırsaq traktından qanaxmaların və gözdaxili qansızmaların) inkişafına meyllilik yaradan xəstəliklər və vəziyyətlər ilə pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Pasiyentlər məlumatlandırılmalıdır ki, Ko-plaviks preparatının qəbulu zamanı qanaxmanın dayandırılması üçün onlara daha çox vaxt tələb oluna bilər və onlarda istənilən qeyri-adi (lokalizasiyasına və ya müddətinə görə) qanaxma yarandığı halda bu haqda müalicə həkiminə məlumatın verilməsi mütləqdir. İstənilən cərrahi müdaxilədən əvvəl və istənilən yeni dərman preparatını qəbul etməzdən əvvəl pasiyentlər Ko-plaviks preparatı ilə müalicə aldıqları haqda müalicə həkimlərinə (həmçinin, stomatoloqa) məlumat verməlidir. Yaxınlarda keçirilmiş işemik insult Göstərilmişdir ki, təkrar işemik fəsadın inkişafının yüksək riski olan, yaxınlarda keçirilmiş baş beyin qan dövranının işemik pozulması və ya insult ilə pasiyentlərdə AST və klopidoqrel kombinasiyası böyük qanaxmaların inkişafı riskini yüksəldir. Bu səbəbdən, qeyd olunan pasiyentlər qrupunda Ko-plaviks preparatının qəbulu ehtiyatla və yalnız istifadəsinin klinik faydası sübut edilmiş halda yerinə yetirilməlidir. Trombotik trombositopenik purpura Çox nadir hallarda klopidoqrelin qəbulundan (hətta qısamüddətli) sonra nevroloji pozulmalar, böyrək funksiyasının pozulması və yüksək hərarət ilə müşayiət olunan trombositopeniya və mikroangiopatik hemolitik anemiya ilə özünü büruzə verən trombotik trombositopenik purpuranın (TTP) inkişafı halları qeyd olunurdu. TTP həyat üçün təhlükəli vəziyyət olub plazmaferez daxil olmaqla təxirəsalınmaz müalicənin aparılmasını tələb edir. Qazanılmış hemofiliya Klopidoqrelin qəbulu zamanı qazanılmış hemofiliyanın inkişafı halları haqqında məlumat verilmişdir. Qanaxmanın inkişafı ilə müşayiət olunan və ya olunmayan təsdiq olunmuş aktivləşdirilmiş parsial tromboplastin zamanının yüksəlməsi zamanı qazanılmış hemolfiliyanın inkişafının mümkünlüyünə dair məsələyə baxılmalıdır. Qazanılmış hemofiliyanın təsdiq olunmuş diaqnozu ilə pasiyentlər həmin xəstəlik üzrə mütəxəssis tərəfindən nəzarət altında olmalı və müalicə almalı və klopidoqrelin qəbulunu dayandırılmalıdır. Qulaqcıqların fibrillyasiyası (səyrici aritmiya) Dolayı təsirliantikoaqulyantlar qəbul edə bilən yüksək ürək-damar fəsadları riski olan qulaqcıqların fibrillyasiyası ilə pasiyentlərdə insult inkişafı riskinin azalmasında AST ilə monoterapiya və ya klopidoqrel+AST kombinasiyanın istifadəsi ilə müqayisədə dolayı təsirliantikoaqulyantların üstünlüyü göstərilmişdir. CYP2C19 izofermentinin funksional aktivliyi CYP2C19 izofermentinin aşağı funksional aktivliyi ilə pasiyentlərdə klopidoqrelin tövsiyə edilən dozalarda istifadəsi zamanı klopidoqrelin aktiv metaboliti daha az miqdarda əmələ gəlir və onun trombositlərin funksiyasına olan təsiri azalır. Bu səbəbdən qeyd olunan pasiyentlərdə kəskin koronar sindrom zamanı və ya perkutan koronar müdaxiləyə məruz qalmış və klopidoqrel qəbul edən pasiyentlərdə ürək-damar fəsadların inkişafı halları CYP2C19 izofermentinin normal aktivliyi olan pasiyentlər ilə müqayisədə daha çox olur. CYP2C19 genotipinin müəyyən edilməsi üçün xüsusi sınaqlar mövcuddur ki, onlar terapevtik üsulun seçimi zamanı istifadə oluna bilər. CYP2C19 izofermentinin aşağı aktivliyi ilə pasiyentlərdə klopidoqrelin daha yüksək dozalarının istifadəsinə dair məsələyə baxılır (“Farmakokinetika” bölməsinin “Farmakogenetika” bəndinə, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “İstifadə qaydası və dozası” bölmələrinə bax), lakin CYP2C19 izofermentinin aşağı aktivliyi olan pasiyentlərdə klopidoqrelin yüksək dozalarının istifadəsinin effektivliyi və təhlükəsizliyi bu günə qədər təsdiq olunmayıb. Tienopiridinlər arasında çarpaz allergik və/və ya hematoloji reaksiyalar Pasiyentlərin anamnezində digər tienopiridinlərə (tiklopidin, prazuqrel) allergik və/və ya hematoloji reaksiyaların mövcudluğuna dair məlumat toplanmalıdır, çünki tienopiridinlər arasında çarpaz allergik və/və ya hematoloji reaksiyaların mövcudluğu haqqda məlumat verilmişdir (“Əlavə təsir” bölməsinə bax). Tienopiridinlər orta və ağır allergik reaksiyaların (məsələn, səpgi, angionevrotik ödem) və ya hematoloji reaksiyaların (məsələn, trombositopeniya, neytropeniya) inkişafına səbəb ola bilər. Əvvəllər tienopiridinlər qrupunun hər hansı bir preparatına qarşı allergik və/və ya hematoloji reaksiyalar olduğu pasiyentlərdə tienopiridinlər qrupunun digər prepartına qarşı həmin reaksiyaların inkişafının yüksək riski ola bilər. Çarpaz allergik və/və ya hematoloji reaksiyaların monitorinqi tövsiyə edilir. Böyrək çatışmazlığı Klopidoqrel+AST kombinasiyasının ağır böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi tövsiyə olunmur (“Əks göstərişlər” bölməsinə bax). Yüngül və orta ağırlıq dərəcəli böyrək çatışmazlığı ilə pasiyentlərdə klopidoqrelin istifadə təcrübəsi məhduddur. Bu səbəbdən qeyd olunan pasiyentlər qrupunda klopidoqrel+AST kombinasiyası ehtiyatla istifadə olunmalıdır. Qaraciyər çatışmazlığı Klopidoqrel+AST kombinasiyası ağır dərəcəli qaraciyər çatışmazlığı ilə pasiyentlərdə istifadə olunmamalıdır (“Əks göstərişlər” bölməsinə bax). Qanaxmaların inkişafına meylliliyi olan orta ağırlıq dərəcəli qaraciyər çatışmazlığı ilə pasiyentlərdə klopidoqrelin istifadə təcrübəsi məhduddur. Bu səbəbdən qeyd olunan pasiyentlər qrupunda klopidoqrel+AST kombinasiyası ehtiyatla istifadə olunmalıdır. Preparatın tərkibində AST olduğu üçün tələb edilən ehtiyat • Anamnezdə bronxial astma və ya digər allergik xəstəliklər ilə pasiyentlərdə, hiperhəssaslıq reaksiyaların inkişafı riski yüksək olduğu üçün • Podaqra ilə pasiyentlərdə, AST-nun aşağı dozaları qanda uratların konsentrasiyasını yüksəltdiyi üçün. • AST qəbulu və adətən uşaqlarda infeksiyanın prodromal dövründə meydana çıxan, ensefalopatiyanın və qaraciyərin kəskin piy distrofiyasının və tez bir zamanda, ölüm ilə nəticələnə biləcək, qaraciyər çatışmazlığının inkişafı ilə müşayiət olunan həyat üçün təhlükəli nadir xəstəlik olan Rey sindromunun inkişafı arasında əlaqənin mövcudluğu mümkündür. • AST ilə müalicə fonunda qəbulu zamanı etanol mədə-bağırsaq traktının zədələnməsi riskini yüksəldə bilər. Bu səbəbdən AST ilə müalicə zamanı alkoqol (etanol) ehtiyatla qəbul edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Bundan başqa, pasiyentlər klopidoqrel+AST kombinasiyası ilə müalicə fonunda böyük miqdarda alkoqolun (etanolun) xroniki qəbulu nəticəsində qanaxmanın inkişafı riski haqqında məlumatlandırılmalıdır. • qkükoza-6-fosfatdehidrogenaza (Q6FD) çatışmazlığı ilə pasiyentlərdə hemolizin inkişafı riski səbəbindən Ko-plaviks preparatı ciddi tibbi nəzarət altında istifadə olunmalıdır (“Ehtiyat tədbirləri”, “Əlavə təsirləri” bölmələrinə bax). • levotiroksin və salisilatların, xüsusilə 2,0 q/gün-dən yüksək dozada, yanaşı istifadəsindən qaçınmağı tövsiyə edilira (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Mədə-bağırsaq traktına təsiri Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi ilə və ya anamnezdə bağırsaq qanaxması ilə pasiyentlərdə və ya mədə qanaxmasının inkişafı ilə nəticələnə bilən mədənin xora zədələnməsinin təzahürləri ola bilən mədə-bağırsaq traktının yuxarı hissələri tərəfindən cüzi simptomları ilə pasiyentlərdə Ko-plaviks preparatı ehtiyatla istifadə olunmalıdır. Ko-plaviks preparatı ilə müalicə zamanı istənilən anda MBT-nın yuxarı hissələri tərəfindən qastralgiya, qıcqırma, ürək bulanma, qusma və mədə-bağırsaq qanaxması kimi simptomlar meydana çıxa bilər. Ko-plaviks preparatı ilə müalicə zamanı mədə-bağırsaq traktı tərəfindən dispepsik pozulmalar kimi cüzi əlavə təsirlər tez-tez rast gəlinməsinə baxmayaraq belə hallarda müalicə həkimi MBT selikli qişasının zədələnməsini və qanaxmaları istisna etməlidir, hətta anamnezdə MBT tərəfindən patologiya olmadığı halda. Pasiyentlər MBT tərəfindən arzuolunmaz reaksiyaların simptomları və onların meydana çıxdığı halda dərhal həkimə müraciət etməkləri zəruri olduğu haqqında məlumatlandırılmalıdır. Eyni zamanda nikorandil və QSİƏP (AST və lizin asetilsalisilat daxil olmaqla) qəbul edən pasiyentlərdə mədə-bağırsaq traktında xora və perforasiyaların əmələ gəlməsi və mədə-bağırsaq qanaxmaları kimi ağır fəsadlar inkişafının yüksək riski qeyd olunur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Ehtiyatla – Qanaxmalara meyllilik ilə müşayiət oluna bilən orta dərəcəli qaraciyər çatışmazlığı zamanı (Çayld-Pyu şkalası üzrə 7-9 bal) (istifadəsinin məhdud klinik təcrübəsi). – yüngül və orta ağırlıq dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi 60-30 ml/dəq) (istifadəsinin məhdud klinik təcrübəsi). – Travmalar, invaziv kardioloji prosedurlar daxil olmaqla cərrahi müdaxilələr zamanı (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). – Qanaxmaların, xüsusilə də gözdaxili və mədə-bağırsaq qanaxmalarının, inkişafına meyllilik ilə müşayiət olunan xəstəliklər (anamnezdə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi və ya mədə-bağırsaq qanaxması, mədə-bağırsaq traktının yuxarı hissələrinin funksiyalarının pozulması) zamanı. – Yaxın zamanlarda keçirilmiş baş beyin qan dövranının ötən pozulması və ya işemik insult zamanı (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). – QSİƏP, həmçinin, siklooksiqenaza-2 (SOQ-2) selektiv inhibitorlarının, yanaşı istifadəsi zamanı (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). – Varfarin, heparin, qlikoprotein IIb/IIIa inhibitorları, serotoninin geriyə tutulmasının selektiv inhibitorrları (SGTSİ) və trombolitik preparatların yanaşı istifadəsi zamanı (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). – Bronxial astma və anamnezdə allergiya zamanı (AST-na qarşı allergik reaksiyalar inkişafının yüksək riski). – Podaqra, hiperurikemiya (AST, həmçinin, aşağı dozalarda, qanda sidik turşusunun konsentrasiyasını yüksəldir). – Alkoqolun (etanolun) yanaşı istifadəsi zamanı (preparatın tərkibində AST olduğuna görə, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). – CYP2С19 izofermentinin aktivliyinin genetik-asılı zəifləməsi ilə pasiyentlərdə (“Farmakokinetika” bölməsinin “Farmakogenetika” bəndinə, “İstifadə qaydası və dozası”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). – Qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı ilə pasiyentlərdə (hemoliz inkişafı riskinə görə) (“Əlavə təsirləri”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). – Həftədə 20 mq-dan artıq dozada metotreksatın yanaşı istifadəsi zamanı (“Digər dərman preparatları ilə qarşılıqlı təsiri” bölməsinə bax). – Anamnezdə digər tienopiridinlərə (tiklopidin, prazuqrel) qarşı allergik və hematoloji reaksiyaların mövcudluğu zamanı (çarpaz allergil və hematoloji reaksiyalar inkişafının mümkünlüyü, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). – Qanaxmanın inkişafı riski ilə bağlı olan və CYP2C8 izofermentinin substratları olan (repaqlinid, paklitaksel) dərman preparatlarının yanaşı istifadəsi zamanı, dərmanların qarşılıqlı təsirinə görə. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri. Qanaxmanın inkişafı riski ilə bağlı olan dərman preparatları Potensial additiv effekti sayəsində qanaxmanın inkişafı riski mövcuddur. Qanaxmanın inkişafı riski ilə bağlı olan dərman preparatları ilə yanaşı ehtiyatla istifadə olunmalıdır. Nikorandil Nikorandil və QSİƏP (AST və lizin asetilsalisilat daxil olmaqla) yanaşı qəbul edən pasiyentlərdə mədə-bağırsaq traktında xoraların və perforasiyaların əmələ gəlməsi və mədə-bağırsaq qanaxmaları kimi ağır fəsadların inkişafı riski yüksəkdir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Trombolitiklər Klopidoqrelin, fibrin-spesifik və ya qeyri-fibrin-spesifik trombolitik vasitələrin və heparinin yanaşı istifadəsinin təhlükəsizliyi kəskin miokard ilə pasiyentlərdə tədqiq olunmuşdur. Klinik əhəmiyyətli qanaxmaların tezliyi trombolitik vasitələrin və heparinin AST ilə yanaşı istifadəsi zamanı olduğu kimi olmuşdur. Ko-plaviks preparatının və trombolitik vasitələrin yanaşı istifadəsinə dair klinik məlumatlar məhdud olduğu üçün qeyd olunan preparatların yanaşı istifadəsi ehtiyat tədbirlərinə riayət etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qlikoprotein IIb/IIIa inhibitorları Iib/IIIa inhibitorları və Ko-plaviks preparatları arasında farmakodinamik qarşılıqlı təsir mümkündür ki, bu da onların yanaşı istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət edilməsini tələb edir. Heparin Sağlam könüllülərin iştirakı ilə aparılan klinik tədqiqatın məlumatlarına əsasən klopidoqrelin qəbulu zamanı heparin dozasının tənzimlənməsinə ehtiyac olmayıb və onun antikoaqulyant təsiri dəyişilməmişdir. Heparin ilə yanaşı istifadəsi klopidoqrelin trombositlərin aqreqasiyasına olan inhibəedici təsirini dəyişmirdi. Ko-plaviks preparatı və heparin arasında qanaxmaların inkişafı riskini yüksəldən farmakodinamik qarşılıqlı təsir mümkündür, bu səbəbdən onların yanaşı istifadəsi ehtiyat tədbirlərinə riayət edilməsini tələb edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Dolayı təsirliantikoaqulyantlar Ko-plaviks və peroral antikoaqulyantların (varfarin) yanaşı istifadəsi qanaxmaları gücləndirə bilər, bu səbəbdən qeyd olunan kombinasiyanın yanaşı istifadəsi tövsiyə olunmur. Uzun müddət varfarin qəbul edən pasiyentlərdə 75 mq dozada Klopidoqrel varfarinin fasrmakokinetikasına təsir göstərmir və Beynəlxalq normallaşdırılmış nisbətin (BNN) göstəricisini dəyişmir. Buna baxma-yaraq, klopidoqrelin varfarin ilə yanaşı qəbulu preparatların hemostaza olan müstəqil təsiri nəti-cəsində qanaxmaların inkişafı riskini yüksəldə bilər. Sağlam könüllülərin iştirakı ilə aparılan klinik tədqiqatda klopidoqrelin və naproksenin yanaşı istifadəsi MBT-dan gizli qan itkisini gücləndirirdi. Bu səbəbdən, QSİƏP (həmçinin, siklooksi- genaza-2 inhibitorlarının) Ko-plaviks preparatı ilə yanaşı istifadəsi tövsiyə edilmir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Eksperimental məlumatlar ibuprofenin (AST-nun 81 mq dozasının qəbulundan 8 saat əvvəl və 30 dəqiqə sonra müddətində 400 mq dozada birdəfəli qəbulu zamanı) AST-nun aşağı dozalarının trombositlərin aqreqasiyasına olan təsirinin inhibə etdiyini təsdiqləyir. Lakin, ibuprofenin qeyri- müntəzəm qəbulu zamanı onun AST-nun antiaqreqant effektinə olan təsiri klinik əhəmiyyət daşımır. Serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ) SGTSİ trombositlərin aktivləşməsini pozur və qanaxmanın inkişafı riskini yüksəldir, bu səbəb- dən SGTSİ-nın klopidoqrel ilə yanaşı ehtiyyat ilə istifadə olunmalıdır. Klopidoqrel ilə digər kombinə olunmuş müalicə CYP2C19 izofermentinin güclü və orta güclü inhibitorları Klopidoqrel qismən CYP2C19 izofermentinin iştirakı ilə öz aktiv metabolitinə qədər metabolizə olunduğu üçün, qeyd olunan izofermentin aktivliyini inhibə edən dərman preparatlarının isti- fadəsi klopidoqrelin aktiv metabolitinin konsentrasiyasının azalmasına səbəb ola bilər. Qeyd olunan qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyil. Ehtiyat tədbiri olaraq klopidoqrelin CYP2C19 izofermentinin güclü və orta güclü inhibitorları ilə yanaşı istifadəsindən qaçmaq lazımdır. CYP2C19 izofermentinin güclü və orta güclü inhibitorları aşağıdakılardır: omeprazol, ezomeprazol, fluvoksamin, fluoksetin, moklobemid, vorikonazol, flukonazol, tiklopidin, siprofloksasin, simetidin, karbamazepin, okskarbazepin, xloramfenikol. Klopidoqrelin CYP2C19 izofermentinin güclü və orta güclü inhibitorları olan proton pompasının inhibitorları (məsələn, omeprazol, ezomeprazol) ilə yanaşı istifadəsi tövsiyə olunmur. proton pompasının inhibitorlarının Ko-plaviks preparatı ilə yanaşı istifadəsi pasiyent üçün zəruri olduğu halda CYP2C19 izofermentinin aktivliyinə zəif təsir göstərən pantoprazol və ya lansoprazol kimi proton pompasının inhibitoru istifadə olunmalıdır. CYP2C19 izofermentinin substratları olan dərman preparatları Klopidoqrel sağlam könüllülərdə repaqlinidin sistem ekspozisiyasını gücləndirirdi. İn vitro tədqiqatları göstərdi ki, repaqlinin sistem ekspozisiyasının güclənməsi CYP2C19 izofermentinin klopidoqrelin qlükuronid metaboliti tərəfindən inhibəsı nəticəsində baş verir. Klopidoqrelin və CYP2C19 izofermentinin iştirakı ilə metabolizmə uğrayaraq orqanizmdən ixrac olunan dərman preparatları (məsələn, repaqlinid, paklitaksel) ilə yanaşı istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət edilməlidir. Mümkün olan qarşılıqlı farmakodinamik və farmakokinetik təsirlərin tədqiqi məqsədi ilə klopidoqrel və digər yanaşı istifadə olunan dərman preparatlarının bir sıra klinik tədqiqatları aparılmışdır və aşağıda göstərilən nəticələr əldə edilmişdir: – klopidoqrelin atenolol, nifedipin və ya hər iki dərman preparatı ilə yanaşı istifadəsi zamanı klinik əhəmiyyətli qarşılıqlı farmakodinamik təsir qeyd olunmamışdır; – fenobarbitalın, simetidinin və estrogenlərin yanaşı istifadəsi klopidoqrelin farmakodinamikasına əhəmiyyətli təsir göstərməmişdir; – diqoksinin və teofillinin farmakokinetik göstəriciləri onların klopidoqrel ilə yanaşı istifadəsi zamanı dəyişilməz qalırdı; – antasid dərman vasitələri klopidoqrelin absorbsiyasını azaltmırdı; – fenitoin və tolbutamidin klopidoqrel ilə yanaşı istifadəsi təhlükəsizdir (CARPİE tədqiqatı), baxmayaraq ki, insan qaraciyərinin mikrosomaları ilə aparılan tədqiqatlar göstərmişdir ki, klopidoqrelin karboksil metaboliti CYP2C19 izofermentinin aktivliyini inhibə edərək CYP2C19 izofermentinin iştirakı ilə metabolizə olunan bir sıra dərman vasitələrinin (fenitoin, tolbutamid və bəzi QSİƏP) qan plazmasında konsentrasiyasını yüksəldə bilər. AST ilə digər kombinə olunmuş müalicə AST-nun aşağıda sadalanan dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat verilmişdir: – urikozurik vasitələr (sidik turşusunun ixrac olunmasına səbəb olan dərman vasitələri) (benzbromaron, probenesid, sulfinpirazon): ehtiyat tədbirlərinə riayət edilməsi tövsiyə olunur, çünki AST sidik turşusu ilə ixrac olunma səviyyəsində olan rəqabəti nəticəsində onların urikozurik effektini yatırda bilər; – metotreksat: 20 mq/həftə dozadan yüksək olan dozalarda qəbul edilən metotreksat Ko-plaviks preparatı ilə yanaşı ehtiyatla istifadə olunmalıdır (Ko-plaviks preparatının tərkibində AST olduğu üçün), çünki AST metotreksatın böyrək klirensini azaldaraq onun miyelotoksik təsirini gücləndirə bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); – metamizol: AST ilə yanaşı isyifadəsi zamanı metamizol AST-nin trombositlərin aqreqasiyasına olan təsirini azalda bilər. Bu səbəbdən kardioprotektiv təsirinə görə AST-nin aşağı dozalarını qəbul edən pasiyentlərdə qeyd olunan kombinasiya ehtiyatla istifadə olunmalıdır; – asetazolamid: salisilatların və asetazolamidin yanaşı istifadəsi zamanı metabolik asidozun inkişafı riski yüksəlir, bu səbəbdən qeyd olunan preparatların yanaşı istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət olunmalıdır; – su çiçəyinə qarşı peyvənd: su çiçəyinə qarşı peyvəndin vurulmasından sonra 6 ay müddətində salisilatların qəbulu tövsiyə edilmir, çünki su çiçəyi xəstəliyi zamanı salisilatların qəbulundan sonra Rey sindromunun inkişafı halları qeyd olunurdu (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); – levotiroksin: salisilatlar, xüsusilə də 2,0 qr/gün-dən yuxarı dozalarda, qalxanabənzər vəzi hormonlarının daşıyıcı-zülallar ilə birləşməsini inhibə edərək qalxanabənzər vəzi hormonlarının konsentrasiyasının ilkin ötən yüksəlməsinə səbəb olur. Qalxanabənzər vəzi hormonlarının konsentrasiyasının nəzarəti tövsiyə edilir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); – valproy turşusu: valproy turşusu və salisilatların yanaşı istifadəsi zamanı valproy turşusunun qan zülalları ilə birləşməsi zəifləir və valproy turşusunun metabolizmi inhibə olunur və nəticədə valproy tuşusunun ümumi zərdab konsentrasiyası və onun sərbəst fraksiyasının zərdab konsentrasiyası yüksəlir; – tenofovir: tenofovir dizoproksil fumarat və QSİƏP-ın yanaşı istifadəsi böyrək çatışmazlığı inkişafı riskinin yüksəlməsinə səbəb ola bilər; – angiotenzinçevirən ferment (AÇF) inhibitorları, qıcolma əleyhinə vasitələr (fenitoin və valproat turşusu), beta-adrenoblokatorlar, diuretiklər və digər peroral hipoqlikemik vasitələr: Qeyd olunan dərman vasitələrinin AST-nin yüksək (iltihabəleyhinə) dozaları ilə qarşılıqlı təsiri mümkündür; – etanol: böyük miqdarda alkoqolun (etanolun) xroniki istifadəsi zamanı AST ilə yanaşı istifadəsi zamanı qanaxma inkişafı riski yüksəlir. Bundan başqa etanol AST ilə istifadəsi zamanı mədə- bağırsaq traktının zədələnməsi riskini yüksəldə bilər. Bu səbəbdən AST qəbul edən pasiyentlər alkoqolu (etanolu) ehtiyatla istifadə etməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Klopidoqrel və AST ilə digər qarşılıqlı təsirlər Diuretiklər, beta-adrenoblokatorlar, AÇF inhibitorları, “ləng” kalsium kanallarının blokatorları, hipolipidemik dərman vasitələri (insulin daxil olmaqla), epilepsiyaəleyhinə dərman vasitələri, GPIIb/IIIa qlikoprotein reseptorları blokatorları və hormon əvəzedici müalicə 30000-dən artıq pasiyentin iştirakı ilə aparılan klopidoqrelin AST-nun ≤ 325 mq saxlayıcı dozaları ilə kombinasiyasının istifadəsinə dair klinik tədqiqatlarda qeyd olunan preparatlar ilə klinik əhəmiyyətli arzuolunmaz qarşılıqlı təsirlər aşkarlanmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Ehtiyat tədbiri olaraq Ko-plaviks preparatı hamiləliyin ilk iki trimestrində qəbul olunmamalı-dır, hamilə qadının klinik vəziyyəti AST ilə klopidoqrel kombinasiyası ilə müalicəni tələb edən hallar istisna olmaqla. Tərkibində AST olduğuna görə preparat hamiləliyin 3-cü trimestrində əks göstərilib. Heyvanlar üzərində aparılan tədqiqatlarda hamiləliyin gedişi, embrional inkişaf, doğuş və postnatal inkişafa təsir edən birbaşa və ya dolayı arzuolunmaz effektlər aşkarlanmamışdır. Lakin, hamilə qadınlarda kifayət qədər nəzarətli tədqiqatlar aparılmamışdır. AST-da teratogen təsirin mövcudluğu müəyyən edilmişdir, lakin klinik tədqiqatlarda göstərilmişdir ki, mamalıqda məhdudiyyət ilə istifadə olunan və xüsusi nəzarətin aparılmasını tələb edən AST-nun 100 mq/gün-ə qədər dozaları təhlükəsiz olmuşdur. Laktasiya Ko-plaviks preparat ilə müalicə zamanı ana südü ilə qidalandırılma dayandırılmalıdır, çünki AST-nun ana südünə keçdiyi müəyyən edilmişdir, siçovullar üzərində aparılan tədqiqatlar isə klopidoqrelin və onun metabolitlərin sıçovulların südünə ekskresiya olduğunu göstərmişdir. Klopidoqrelin insanın ana südünə ifraz olunması məlum deyil. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Adətən Ko-plaviks R preparatı nəqliyyat vasitələrini idarə etmək və yüksək diqqət cəmlənməsini və psixomotor reaksiyaların cəldliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq qabiliyyətinə təsir göstərmir. Lakin, pasiyentdə sinir sistemi və psixika tərəfindən arzuolunmaz əlavə təsirlər (“Əlavə təsir” bölməsinə bax) yarandığı halda diqqəti toplamanın və psixomotor reaksiyaların sürətinin zəifləməsi mümkündür ki, bu da qeyd olunan fəaliyyət növ- ləri ilə məşğul olmasında çətinlik törədə bilər. Belə hallarda potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmağın mümkünlüyü məsələsinə müalicə həkimi qərar verir.
İstifadə qaydası və dozası
Ko-plaviks preparatı qida qəbulundan asılı olmayaraq gündə 1 dəfə qəbul edilir. Dozalanma CYP2C19 izofermentinin normal aktivliyi ilə böyüklər və ahıl yaşlı pasiyentlər Kəskin koronar sindrom (KKS) Müalicə simptomlar meydana çıxdıqdan sonra mümkün qədər tez başlanılır. Ko-plaviks preparatının qəbuluna klopidoqrelin AST ilə kombinasiyasının (klopidoqrel 300 mq/gün, AST 75-325 mq/gün) birdəfəli yükləyici dozasının qəbulundan sonra başlanılır, ST seqmentinin qalxması ilə müşayiət olunan kəskin miokard infarktı zamanı isə müalicə trombolitiklər ilə ya- naşı və ya trombolitiklərin istifadəsi olmadan aparılır. AST-nun daha yüksək dozalarının istifa- dəsi qanaxma riskinin yüksəlməsi ilə bağlı olduğu üçün, AST-nun tövsiyə edilən dozası 100 mq- dan artıq olmamalıdır. 75 yaşdan yuxarı pasiyentlərdə ST seqmentinin qalxması ilə müşayiət olunan kəskin miokard infarktı zamanı klopidoqrel ilə müalicəyə onun yükləyici dozasının qə- bulu olmadan başlanılmalıdır. ST seqmentinin qalxması ilə müşayiət olunmayan KKS ilə pasiyentlərdə (qeyri-stabil stenokar- diya və ya Q dişciyi olmayan miokard infarktı) maksimal müsbət effekt müalicənin 3-cü ayı üçün müşahidə olunur. Müalicənin müddəti rəsmi olaraq müəyyən edilməyib. Klinik tədqiqat- ların məlumatlarına əsasən preparat 12 ay müddətində qəbul edilə bilər. ST seqmentinin qalxması ilə müşayiət olunan kəskin miokard infarktı ilə pasiyentlərdə müalicə 4 həftədən az olmadan aparılmalıdır. Qulaqcıqların fibrillasiyası Ko-plaviks preparatı klopidoqrel 75 mq və AST 100 mq kombinasiyası ilə müalicənin başlanılmasından sonra gündə 1 dəfə qəbul edilməlidir. CYP2C19 izofermentinin genetik-asılı aşağı aktivliyi ilə pasiyentlər CYP2C19 izofermentinin aşağı aktivliyi klopidoqrelin antiaqreqant təsirinin zəifləməsi ilə bağlıdır. CYP2C19 izofermentinin aşağı aktivliyi ilə pasiyentlərdə klopidoqrelin daha yüksək dozalarının (600 mq- yükləyici doza, sonra isə gündəlik 150 mq/gün) qəbulu rejimi klopidoqrelin antiaqreqant təsirini gücləndirir (“Farmakokinetika” bölməsinə bax). Lakin, hal-hazırda, klinik nəticələri nəzərə alan klinik tədqiqatlarda CYP2C19 izofermentinin genetik-asılı aşağı aktivliyi sayəsində klopidoqrelin zəif metabolizmi olan pasiyentlərdə klopidoqrelin optimal dozalama rejimi müəyyən edilməmişdir. Xüsusi pasiyent qrupları Uşaqlar Uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Ahıl yaşlı pasiyentlər Ahıl yaşlı pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Qaraciyər çatışmazlığı ilə pasiyentlər Preparatın istifadəsinin terapevtik təcrübəsi hemorragik diatezin inkişafına meyllilik ilə müşayiət olunan qaraciyərin orta ağırlıq dərəcəli xəstəlikləri ilə pasiyentlərdə istifadəsi ilə məhdudlaşdırılmışdır. Bu səbəbdən qeyd olunan pasiyentlərdə Ko-plaviks preparatının istifadəsi zamanı ehtiyyat tədbirlərinə riayət edilməsi mütləqdir. Böyrək çatışmazlığı ilə pasiyentlər Yüngül və orta ağırlıq dərəcəli böyrək çatışmazlığı ilə pasiyentlərdə preparatın istifadəsinin terapevtik təcrübəsi məhduddur. Bu səbəbdən qeyd olunan pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyyat tədbirlərinə riayət etmək lazımdır.
Əlavə təsirləri
Klopidoqrelin təhlükəsizliyi klinik tədqiqatlarda 44000-dən artıq pasiyentdə (həmçinin, 1 il və daha uzun müddətdə müalicə alan 12000-dən artıq pasiyentdə və klopidoqrel ilə yanaşı AST qəbul edən 30000 pasiyentdə) tədqiq olunmuşdur; CURE klinik tədqiqatda klopidoqrelin AST ilə yanaşı təhlükəsizliyi həmin kombinasiyanı 1 ildən artıq qəbul edən 6200-dən artıq pasiyentdə qiymətləndirilmişdir. Aşağıda beş ən böyük klinik tədqiqatda (CAPRIE, CURE, CLARITY, COMMIT və ACTIVE) və klopidoqrel+AST kombinasiyasının, klopidoqrel ilə monoterapiyanın və AST ilə monotera- piyanın postmarketinq istifadəsi zamanı müşahidə olunan klinik əhəmiyyətli əlavə təsirlər (ƏT) sadalanmışdır. Əlavə təsirlərin yaranma tezliyi ÜST təsnifatına əsasən müəyyən edilirdi: çox tez-tez rast gəlinən ≥ 10 %; tez-tez rast gəlinən ≥ 1 % və < 10 %; tez-tez rast gəlinməyən ≥ 0,1 % və < 1 %; nadir hallarda rast gəlinən ≥ 0,01 % və < 0,1 %; çox nadir hallarda rast gəlinən < 0,01 %; tezliyi məlum olmayan – əldə olan məlumatlara əsasən ƏT yaranma tezliyinin müəyyən edilməsi mümkün deyil. Şərti işarələr: 1 ƏT, klopidoqrel və AST kombinasiyasının istifadəsi zamanı müşahidə olunurdu; 2 ƏT, klopidoqrelin istifadəsi zamanı müşahidə olunurdu; 3 ƏT, AST istifadəsi zamanı müşahidə olunurdu. • Hemorragik arzuolunmaz effektlər (purpura/qançırlar; burun qanaxmaları; hematuriya; dəri, sümük və əzələ toxumalarına qansızmalar; hematomalar; oynaq boşluğuna (hemartrozlar), konyuktivaya, daxili mühitə, gözün tor qişasına qansızmalar; tənəffüs yollarından qanaxma, qanhayxırma; əməliyyat yarasından qanaxma; kəllədaxili qansızmalar (hemorragik insultlar); mədə-bağırsaq traktından qanaxmalar, retroperitoneal qansızmalar və s.) Klinik tədqiqatlarda və preparatın postmarketinq istifadəsi zamanı qanaxmalar və qansızmalar ən çox rast gəlinən arzuolunmaz hallar olmuşdur: onlar əsasən müalicənin ilk ayı müddətində yaranırdı. Tez-tez rast gəlinən: böyük qanaxmalar [4 və daha artıq qan vahidinin köcürülməsini tələb edən həyati təhlükəli qanaxmalar; 2-3 qan vahidinin köcürülməsini tələb edən digər böyük qanaxmalar; həyati təhlükəli olmayan böyük qanaxmalar (COMMIT tədqiqatının nəticələrinə əsasən böyük qeyri-serebral qanaxmaların və kəllədaxili qansızmalar “tez-tez rast gəlinməyən” olmuşdur]1; kiçik qanaxmalar (ACTIVE-A tədqiqatının nəticələrinə əsasən kiçik qanaxmalar “tez-tez rast gəlinən” olmuşdur)1, damarların punksiyası yerindən qanaxmalar1,2; qançırlar2; hematomalar2. Klopidoqrel+AST kombinasiyasının istifadəsi zamanı böyük qanaxmaların yaranma tezliyi AST- nun dozasından asılı olmuşdur (< 100 mq – 2,6 %; 100-200 mq- 3,5 %, > 200 mq – 4,9 %), yalnız AST-nun qəbulu zamanı olduğu kimi (< 100 mq – 2,0 %, 100- 200 mq – 2,3 %, > 200 mq – 4,0 %). Aortokoronar şuntlamadan 5 gün əvvəl və daha tez antitrombositar müalicəni dayandıran pasiyentlərdə müdaxilədən 7 gün sonra müddətində böyük qanaxmaların inkişafı hallarının artması qeyd olunmurdu (klopidoqrel+AST qrupunda 4,4% və plasebo+AST qrupunda 5,3%). Aortokoronar şuntlamadan 5 gün əvvəl antitrombositar müalicəni davam edən pasiyentlərdə müdaxilədən sonra qeyd olunan halların tezliyi 9,6% (klopidoqrel+AST qrupunda) və 6,3% (plasebo+AST qrupunda) təşkil etmişdir. Tez-tez rast gəlinməyən: ölüm ilə nəticələnən qanaxmalar 1; həyati təhlükəli qanaxmalar [qanda hemoqlobin səviyyəsinin 5 qr/dl-dan artıq azalması ilə müşayiət olunan qanaxmalar (CLARİTY klinik tədqiqatının nəticələrinə əsasən onlar “tez-tez rast gəlinən” olmuşdur)1; cərrahi müdaxiləni tələb edən qanaxmalar1; kəllədaxili qansızmalar (hemorragik insultlar) (CLARİTY klinik tədqiqatın nəticələrinə əsasən onlar “tez-tez rast gəlinən” olmuşdur)1; inotrop preparatların yeridilməsini tələb edən qanaxmalar]1; ağır qanaxmalar (daha çox purpura, burun qanaxmalarına rast gəlinirdi; hematuriya və gözdaxili, əsasən konyunktival, qansızmalara daha az hallarda rast gəlinirdi2). Nadir hallarda rast gəlinən: görmə qabiliyyətinin nəzərə çarpan dərəcədə zəifləməsi ilə müşayiət olunan gözdaxili qansızmalar1, retroperitoneal qansızmalar1. Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): ciddi qanaxmalar halları2, əsasən, dəri toxumalarına2, sümüklərə, əzələlərə və oynaq boşluqlarına (hemartroz)2, göz toxumalarına (konyunktival, gözün daxili mühitlərinə və torlu qişasına)2, tənəffüs yollarından qanaxmalar2, qanhayxırma2, burun qanaxmaları2, hematuriya2, əməliyyat yarasından qanaxmalar2; kəllədaxili qansızmalar3, ölüm ilə nəticələnən hallar3, xüsusilə də ahıl yaşlı pasiyentlərdə, daxil olmaqla; ölüm ilə nəticələnən digər qanaxma halları (məsələn, mədə-bağırsaq traktından qanaxmalar və retroperitoneal qansızmalar)2. • Qan və limfatik sistemi tərəfindən pozulmalar Tez-tez rast gəlinməyən: periferik qanda trombositlərin sayının azalması1, periferik qanda trombositlərin sayı ≤ 80х109/l, lakin > 30х109/l ilə müşayiət olunan ağır trombositopeniya1; leykopeniya1; periferik qanda neytrofillərin sayının azalması1, eozinofiliya1, qanaxma müddətinin uzanması1. Nadir hallarda rast gəlinən: neytropeniya1, ağır neytropeniya (< 0,45х109/l) daxil olmaqla1. Klopidoqrelin qəbulu zamanı miyelotoksik təsirin riski aşağı olduğuna baxmayaraq klopidoqrel qəbul edən pasiyentdə yüksək hərarət və digər infeksion təzahürlər inkişaf etdiyi halda qeyd olunan riskin mümkünlüyü nəzərə alınmalıdır. Çox nadir hallarda rast gəlinən: aplastik anemiya1, periferik qanda trombositlərin sayı ≤ 30х109/l ilə müşayiət olunan ağır trombositopeniya 1. Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): trombositopeniya3, qlükozo-6- fosfatdehidrogenaza çatışmazlığı ilə pasiyentlərdə hemolitik anemiya3, aqranulositoz2,3; aplastik anemiya2,3, pansitopeniya2,3, bisitopeniya3, sümük iliyi hematopoezi pozulmaları3, neytropeniya3, leykopeniya3, qranulositopeniya3, anemiya1, qazanılmış hemofiliya A2, trombotik trombositopenik purpura (TTP)2. • Mərkəzi və periferik sinir sistemi tərəfindən pozulmalar Tez-tez rast gəlinməyən: baş ağrısı1, baş gicəllənmə1 və paresteziyalar1. Nadir hallarda rast gəlinən: vertiqo1. Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): dadbilmə hissinin pozulması2. • Həzm sistemi tərəfindən pozulmalar Tez-tez rast gəlinən: mədə-bağırsaq qanaxmaları1, dispepsiya1, abdominal ağrılar1, diarreya1. Tez-tez rast gəlinməyən: ürək bulanma1, qastrit1, meteoriz1, qəbizlik1, qusma1, mədə və onikibarmaq bağırsaq xorası1. Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): kolit 2,3 (xora və ya limfositar xora daxil olmaqla)2, pankreatit2, sdtomatit2, ezofaqit3, qida borusunu ulserasiya/perforasiyası3, eroziv qastrit3, eroziv duodenit3, mədə və/və ya onikibarmaq bağırsaq xorası və ya xoranın perforasiyası3, mədə-bağırsaq traktının yuxarı hissələrinin zədələnməsi simptomları (qastralgiya)3 (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), nazik (acı və qalça bağırsaq)3 və yoğun (kolon və düz bağırsaq)3 bağırsağın xorası, bağırsaq perforasiyası3 (qeyd olunan reaksiyalar qanaxma ilə müşayiət oluna bilər və ya oluna bilməz və AST-nun istənilən dozasının qəbulu fonunda, və həmçinin şübhəli simptomlar və ciddi mədə-bağırsaq fəsadların anamnezi olan və olmayan pasiyentlərdə yarana bilər); asetilsalisil turşusuna qarşı hiperhəssaslıq reaksiyasının təzahürü olan kəskin pankreatit3. • Qaraciyər və öd yolları tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): hepatit (qeyri-infeksion mənşəli)2, kəskin qaraciyər çatışmazlığı2, “qaraciyər” fermentləri aktivliyinin yüksəlməsi3, qaraciyər zədələnməsi (əsasən hepatosellyular)3, xroniki hepatit3. • Dəri və dəri altı toxumalar tərəfindən pozulmalar Tez-tez rast gəlinməyən: dəridə səpgilər1, qaşınma1. Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): dəridə makulyoz-papulyoz, eritematoz və ya eksfoliativ səpgilər2, övrə2, qəşınma2, angionevrotik ödem2, bullyoz dermatit (Stivens-Jons sindromu, toksik epidermal nekroliz)2, kəskin generəlizə olunmuş ekzentematoz pustulyoz2, dərman hiperhəssalığı sindromu, eozinofiliya və sistem təzahürləri ilə müşayiət olunan dərman allergiyası (DRESS-sindrom)2, ekzema2, yastı dəmirov2, daimi dəri səpgiləri (dərinin tək-tək və ya çoxsaylı dəyişiklikləri, adətən girdə və ya oval formasında olan, preparatın təkrar qəbulu zamanı eyni yerdə əmələ gələn eritematoz piləklər şəklində)3. • İmmun sistemi tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): anafilaktoid reaksiyalar2, zərdab xəstəliyi2, digər tienopiridinlər (tiklopidin, prazuqrel)2 ilə çarpaz hiperhəssaslıq reaksiyaları (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), anafilaktik şok3, qida allergiyası simptomlarının güclənməsi3. • Psixiki pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): şüur qarışıqlığı2, hallüsinasiyalar2. • Damarlar tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): vaskulit2,3, Şenleyn-Qenox purpura3 daxil olmaqla, arterial təzyiqin enməsi2. • Ürək tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): asetilsalisil turşusuna və klopidoqrelə qarşı hiperhəssaslıq reaksiyası ilə bağlı olan Kounis sindromu (vazospastik allergik stenokardiya/allergik miokard infarktı)2,3. • Tənəffüs sistemi, döş qəfəsi və aralıq orqanları tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): bronxospazm2, interstisial pnevmonit2, eozinofil pnevmoniya2, preparatın xroniki qəbulu zamanı hiperhəssaslıq reaksiyası ilə bağlı olan ağciyərin qeyri-kardiogen ödemi3. • Sümük-əzələ və birləşdirici toxuma tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): artralgiya2, artrit2, mialgiya2. • Böyrək və sidik yolları tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): qlomerulopatiya, qlomerulonefrit daxil olmaqla2, böyrək çatışmazlığı3, böyrək funksiyasının kəskin pozulması (xüsusilə də öncə mövcud olan böyrək dekompenasiyası, xroniki ürək çatışmazlığının dekompensasiyası, nefritik sindrom ilə pasiyentlərdə və ya yanaşı diuretiklər qəbul edən pasiyentlərdə)3. • Cinsiyyət orqanları və süd vəzisi tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): ginekomastiya2. • Ümumi pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): yüksək hərarət2. • Laborator və instrumental nəticələr Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): qaraciyərin funksional vəziyyətinin biokimyəvi göstəricilərin normadan kənar olması2, qanda kreatinin səviyyəsinin yüksəlməsi2. • Maddələr mübadiləsi və qidalanma tərəfindən pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): hipoqlikemiya3, podaqra3. • Eşitmə orqanı tərəfindən və labirint pozulmalar Tezliyi məlum olmayan (postmarketinq istifadə təcrübəsi): eşitmə qabiliyyətinin itirilməsi3, qulaqlarda küy3. • Ümumi pozulmalar və yeridilmə yerində pozulmalar AST-nun yüksək (iltihabəleyhinə) dozalarının qəbulu zamanı haqqında məlumat verilmiş ödemlər.
Doza həddinin aşılması
Klopidoqrelin doza həddinin aşılması simptomları və müalicəsi Klopidoqrelin doza həddinin aşılması qanaxmaların inkişafı ilə fəsadlaşan qanaxma müddətinin uzanmasına səbəb ola bilər. Qanaxma inkişaf etdiyi halda müvafiq müalicənin aparılması mütləqdir. Klopidoqrelin antidotu müəyyən edilməyib. Uzanmış qanaxma müddətinin tez bir zamanda tənzimlənməsinə ehtiyac olduğu halda trombositar kütlənin köçürülməsi tövsiyə edilir. AST-nun doza həddinin aşılması simptomları və müalicəsi Doza həddinin aşılmasının orta dərəcəsi: baş gicəllənmə, qulaqlarda küy, baş ağrıları, şüur qarışıqlığı və mədə-bağırsaq sistemi tərəfindən simptomlar (ürək bulanma, qusma və mədə nahiyəsində ağrılar). Ağır intoksikasiya simptomları aşkarlandığı halda turşu-qələvi vəziyyətin ağır pozulmaları yaranır. İlkin yaranan hiperventilyasiya tənəffüs alkalozun inkişafı ilə nəticələnir. Sonra isə, tənəffüs alaklozunun tənəffüs mərkəzinə inhibəedici təsiri nəticəsində tənəffüs asidozu inkişaf edir. Həmçinin, qanda salisilatların mövcudluğu nəticəsində metabolik asidoz inkişaf edir. Bundan başqa, aşağıda sadalanan simptomlar meydana çıxır: dehidratasiyanın inkişafı ilə nəticələnən hipertermiya və yüksək tərləmə, hərəkət narahatlığı, qıcolmalar, hallüsinasiyalar və hipoqlikemiyanın inkişafı. Sinir sisteminin yatırılması komanın, kollapsın inkişafı və tənəffüsün dayanması ilə nəticələnə bilər. Asetilsalisil turşusunun letal dozası 25-30 mq təşkil edir. Salisilatın 300 mq/l-dən (1,67 mmol/l) yüksək olan plazma konsentrasiyası intoksikasiyanın mövcudluğunu təsdiqləyir. Salisilatların doza həddini aşılması, xüsusilə də kiçik yaşlı uşaqlarda, ağır hipoqlikemiyanın və potensial fatal zəhərlənmənin inkişafı ilə nəticələnə bilər. AST-nun kəskin və xroniki doza həddinin aşılması zamanı ağciyərin qeyri-kardiogen ödemi inkişaf edə bilər (“Əlavə təsir” bölməsinə bax). Ağır dərəcəli doza həddinin aşılması simptomları meydana çıxdığı halda hospitalizasiya tələb olunur. Orta dərəcəli intoksikasiya zamanı süni olaraq qusma yaradılır, nəticəsiz olduğu halda mədənin yuyulması tövsiyə edilir. Sonra isə daxilə aktivləşdirilmiş kömür (adsorbent) və duz işlədicisi qəbul edilir (pasiyentin udma qabiliyyəti saxlanıldığı halda), əks halda həmin dərmanlar zond vasitəsi ilə mədəyə yeridilir. Sidiyin sürətli qələviləşdirilməsi məqsədi ilə salisilatların xaric edilməsinin tezləşdirilməsi üçün sidiyin pH və turşu-qələvi vəziyyətinin nəzarəti altında 3 saat müddətində 250 ml natrium bikarbonatın vanadaxili damcı yolu ilə yeridilməsi göstərilib. Ağır dərəcəli doza həddinin aşılması zamanı hemodializin və ya peritoneal dializin aparılması məsləhət görülür. Ehtiyac olduğu halda digər intoksikasiya təzahürlərinin simptomatik müalicəsi aparılır.
Buraxılış forması
Örtüklü tabletlər, 100 mq + 75 mq. 10 tablet, blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sanofi Vintrop Senaye, Fransa. (Sanofi Winthrop Industrie, France) Qeydiyyat şəhadətnaməsi verilən hüquqi şəxs Sanofi Klir EsEnSi, Fransa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.