Eslotin 5 mq N30 tablet
| Təsiredici maddə | DESLORATADINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Sistem istifadə üçün antihistamin preparatlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,15 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ESLOTİN örtüklü tabletlər ESLOTIN Beynəlxalq patentləşdirilməmiş adı: Desloratadine
Tərkibi
Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 5 mq dezloratadin vardır. Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, talk, qarğıdalı nişastası, mikrokristallik sellüloza, maqnezium stearat, krospovidon. Örtük: göy opadri 85F20400 (polivinil spirti, makroqol, titan dioksid, talk, indiqokarmin alüminium lakı).
Təsviri
Hər iki tərəfi qabarıq, bir tərəfində bölmə xətti olan, göy örtüklü tabletlər.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antihistamin preparatlar. ATC kodu: R06AX27.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Eslotin antihistamin, allergiyaəleyhinə və iltihabəleyhinə təsir göstərir, yuxululuq əmələ gətirmir. Dezloratadin (loratadinin birinci aktiv metaboliti) daxilə qəbul zamanı periferik histamin H1-reseptorlarını selektiv şəkildə blokadaya alır. Sitostatik reaksiyalar axınının qarşısını alır: iltihabəleyhinə sitokinlərin ifrazı, o cümlədən interleykin-4-ün (İL-4), interleykin- 6-nın (İl-6), interleykin-8-ın (İl-8), interleykin-13-ün (İl-13), RANTES tipli iltihabəleyhinə xemokinlərin, polimorfnüvəli neytrofillərlə aktivləşmiş superoksid anionların məhsulunun, adgeziya və xemotaksis eozinofilləri, adgeziya molekul ekspresiyası, o cümlədən P-selektinin, histamin ifrazının LgE-vasitəçiyini, D2 prostaqlandinini və C4 leykotrienini. Farmakokinetikası Preparat mədə-bağırsaq traktından yaxşı absorbsiya olunur, plazmada maksimal konsentra- siyaya təxminən 3 saatdan sonra çatır. Yarımxaricolma dövrü 27 saat təşkil edir. Biomənimsənilmə qəbul edilən doza ilə (5 mq – 20 mq diapazonda) düz mütənasibdir. Hematoensefalik baryerdən keçmir, plasentar baryerə və ana südünə nüfuz edir.
İstifadəsinə göstərişlər
– Mövsüm pollinoz və bütün ilboyu davam edən allergik rinit (asqırmanın, burundan selik ifrazının aradan qalxması və ya yüngülləşməsi, burunun qaşınması və ya tutulması, gözlərin qaşınması və qızarması, gözlərin sulanması, damaq qaşınması); – xroniki idiopatik övrə (dəri qaşınmasının və səpgisinin azalması və aradan qalxması).
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağır böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla təyin etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Dezloratadinin ketokonazol, eritromisin, azitromisin, fluoksetin, simetidin ilə birlikdə çoxsaylı istifadə edilməsinin qarşılıqlı təsirinin öyrənilməsi zamanı preparatın plazmada konsentrasiyasının klinik əhəmiyyətli dəyişikliyi qeyd edilməyib. Dezloratadin alkoqolun mərkəzi sinir sisteminə təsirini artırmır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı preparatın istifadəsinə dair klinik məlumatlar olmadığı üçün bu dövrdə onun istifadəsi əks göstərişdir. Dezloratadin ana südünə nüfuz etdiyi üçün laktasiya dövründə preparatdan istifadə etmək olmaz. Pediatriyada istifadəsi Preparatın pediatriyada istifadəsi yalnız həkim təyinatı ilə mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Eslotin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Eslotin qida qəbulundan asılı olmayaraq sutkada 1 dəfə 5 mq dozada daxilə qəbul edilir. Tableti çeynəmədən, bütöv halda və su ilə udmaq lazımdır.
Əlavə təsirləri
Yüksək yorğunluq, ağızda quruluq, baş ağrısı. Çox nadir hallarda taxikardiya, ürəkdöyünmə, qaraciyər fermentlərinin aktivliyinin artması, bilirubinin konsentrasiyasının yüksəlməsi, anafilaksiya və səpgi daxil olmaqla allergik reaksiyalar, mialgiya, yuxululuq, başgicəllənmə, qıcolma, halüsinasiya, ürəkbulanma, qusma, diareya, dispepsiya.
Doza həddinin aşılması
Simptomları: əlavə təsirlərin güclənməsi. Müalicəsi: mədənin yuyulmasından sonra aktivləşdirilmiş kömür qəbulu, ehtiyac olduqda simptomatik terapiya aparılır. Hemodializ effektli deyil. Peritoneal dializin effektivliyi müəyyən edilməyib.
Buraxılış forması
Örtüklü tabletlər. 10 tablet, blisterdə. 1, 2 və ya 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25С-dən yüksək olmayan temperaturda , rütubətdən qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.
Qeydiyyat vəsiqəsinin sahibi
World Medicine İlaç San. ve Tic. А.Ş., Turkey. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.