- You cannot add that amount to the cart — we have 2 in stock and you already have 2 in your cart. Səbətə bax
Donomet 25 mq N20 tablet
| Təsiredici maddə | DEXKETOPROFEN |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,87 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqini diqqətlə oxuyun, çünki orada Sizə lazım olan vacib məlumatlar vardır. ● Bu içlik vərəqəni saxlayın: ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin. ● Əgər Sizdə əlavə suallar yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. ● Bu dərman vasitəsi yalnız Sizin üçün təyin edilib. Onu digər insanlara vermək olmaz. Bu onların sağlamlığına mənfi təsir göstərə bilər, hətta onların simptomları eyni olduğu hallarda. ● Ciddi əlavə təsirlər meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir əmələ gələrsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin. DONEMET 25 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq deksketoprofenə ekvivalent (36,90 mq) deksketoprofen trometamol vardır. Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza (Avicel PH101), mikrokristallik sellüloza (Avicel PH102), maqnezium stearat, kolloidal silisium dioksid, polietilenqlikol, talk, qliseril distearat, polivinil spirti, natrium nişasta qlikolyatı, titan dioksid.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat. ATC kodu: M01AE17.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası DONEMET qeyri-steroid iltihabəleyhinə preparatdır. İltihabəleyhinə, analgetik və qızdırmasalıcı təsir göstərir. Əsas təsir mexanizmi, siklooksigenazanı inhibə etməklə prostaqlandinlərin sintezini tormozlaması ilə bağlıdır. Xüsusilə prostaqlandinlər PGE , PGE , PGF və PGD , həmçinin prostasiklin PGI və tromboksanları (TxA1 2 2α 2 2 2 ve TxB ) təşkil edən araxidon turşusunun siklik endopiroksidlərə, PGG və PGH çevrilməsini inhibə edir.2 2 2 Bundan başqa prostaqlandin sintezinin inhibə olunması, dolayı yolla kinin kimi digər iltihab mediatorlarına da təsir edir. Preparatın analgetik təsiri daxilə qəbulundan 30 dəqiqə sonra baş verir və 4 saatdan 6 saata qədər davam edir. Farmakokinetikası Sorulması Deksketoprofen trometamolun oral qəbulundan sonra insanlarda C -a çatma müddəti orta hesabla 30 dəqiqəmax təşkil edir. Paylanması və xaric olması Deksketoprofen trometamolun plazma zülalları ilə birləşməsi 99%-dir. Paylanma həcmi orta hesabla 0,25 l/kq- dan azdır. Paylanma müddəti 0,35 saat, xaric olma müddəti 1,65 saat təşkil edir. Preparatın əsas hissəsi orqanizmdən sidiklə metabolitlər şəklində xaric olunur.
İstifadəsinə göstərişlər
Preparat dayaq-hərəkət aparatının ağrılarında, ağrılı mensturasiya dövründə (dismenoreya), diş ağrılarının simptomatik müalicəsində istifadə olunur.
Əks göstərişlər
● Deksketoprofen trometamola və ya DONEMET dərman vasitəsinin tərkibinə daxil olan digər komponenetlərə qarşı allergiya (yüksək həssaslıq), ● Asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı allergiya, ● Astmanız varsa və ya keçmişdə asetilsalisil turşusunun və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbulundan sonra astma tutmaları, kəskin allergik rinit (allergiya nəticəsində burunun selikli qişasının qısamüddətli iltihabı), burunda polip (allergiya ilə bağlı burundaxili şişkinlik), övrə (dəri səpgiləri), angionevrotik ödem (üzdə, gözlərdə boğazda, dodaqlarda və dildə şişmə, təngnəfəslik) və ya sinədə xırıltıların əmələ gəlməsi, ● Mədə xorası, mədə-bağırsaq qanaxmaları və ya həzm sisteminin xroniki pozğunluğu (qıcqırma, həzm pozğunluğu) varsa, ● Keçmişdə və ya hazırda ağrıkəsici kimi istifadə olunan qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsi ilə əlaqadar mədə-bağırsaq qanaxmaları və ya mədənin perforasiyası (deşilməsi) baş veribsə, ● Bağırsaqların iltihab mənşəli xroniki xəstəlikləri (Kron xəstəliyi və ya qeyri-spesefik xoralı kolit) ● Ciddi ürək çatışmazlığı, böyrək funksiyasının orta və ağır pozğunluğu və ya qaraciyərin ciddi funksional pozğunluğu varsa, ● Qanaxmalara yüksək meyillilik, hemorragik diatez və qanın laxtalanmasının pozğunluğu varsa, ● Hamiləlik və laktasiya dövründə ● Kəskin dehidrotasiya olan vəziyyətlərdə (qusma, diareya) ● Ketoprofen və ya fibrat istifadəsi zamanı fotoallergik və ya fototoksik reaksiyalar müşahidə olunmuşdursa (günəşə məruz qalan dəri hissələrində qızartılar və ya qabarma şəklində əlamətlər) Yuxarda qeyd olunan hallarda DONEMET preparatını istifadə etməyin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
● Allergiyanız varsa və ya əvvəllər allergiya halları baş veribsə, ● Əvvələr və ya hazırda orqanizmdə maye yığılması, böyrək, qaraciyər və ya ürək xəstəlikləri (yüksək təyziq və ya ürək çatışmazlığı) varsa. ● Sidikqovucu preparatların qəbulu, orqanizmdə mayenin azalması nəticəsində susuzlaşma və qan azlığı zamanı. ● Ürək xəstəliyiniz varsa, əvvələr insult keçirmisinizsə və ya bu halların baş vermə təhlükəsi varsa (yüksək təyziq, diabet, xolesterinin səviyyəsinin yüksək olması və ya siqaret çəkirsinizsə) qeyd olunan hallar Sizə aiddirsə bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. DONEMET tipli preparatlar ürək tutması (miokard infarktı) və ya insultun əmələ gəlmə riskini artıra bilər. Ağırlaşma təhlükəsi yüksək doza və uzun müddətli müalicə aparılması ilə arta bilər. DONEMET prepartını təyin olunmuş doza və müddətdən artıq istifadə etməyin. ● Yaşlı xəstələrdə əlavə təsirlərin əmələ gəlmə təhlükəsi yüksəkdir, xüsusilə mədə xorası zamanı qanaxma və mədə perforasiyası (deşilməsi) halları baş verə bilər (bax bölmə 4. Əlavə təsirləri). Bu hallardan hər hansı biri əmələ gəlsə dərhal bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Belə xəstələrə müalicəyə bu preparatların mümkün aşağı dozası ilə başlamaq məsləhədir. ● Fertil pozulmaları olan qadınlar (DONEMET preparatının istifadəsi fertilliyin zəifləməsi mümkündür, bu səbəbdən planlaşdırılmış hamiləlik və müvafiq müayinələrin keçirilməsi zamanı preparatı istifadə etmək məsləhət görülmür). ● Hamiləliyin birinci və ya ikinci üç aylıq dövründə, ● Qan yaradıcı funksiyanın və qan hüceyrələrinin formalaşmasının pozulması. ● Sistem qırmızı qurdeşənəyi və ya qarışıq kollagenoz (birləşdirici toxumaların dəyişikliklərinə gətirən immun sisteminin pozğunluqları) ● Əvvələr xroniki bağırsaq iltihabı xəstəliyi (Kron xəstəliyi, qeyri-spesefik xoralı kolit) keçirmisinizsə, ● Başqa bir mədə-bağırsaq xəstəliyiniz varsa və ya əvvələr keçirmisinizsə, ● Digər dərman vasitələrinin qəbulu: xora xəstəliyinin və ya qanaxmaların əmələ gəlməsi riskini artıran preparatlar, məs., peroral steroid preparatları, bəzi antidepresantlar (selektiv serotoninin geriyə udulmasının inhibitorları), trombositlərin aqreqasiyasının qarşısını alan vasitələr (asprin) və ya antikoaqulyantlar (varfarin) – belə hallarda DONEMET-i istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır, çünki DONEMET preparatı ilə yanaşı mədə qoruyucu preparatlar təyin oluna bilər (məs., mizoprostol və ya mədə şirəsinin ifrazını azaldan preparatlar), ● 18 yaşından kiçik uşaqlarda, ● Müalicə ərzində aşağıdakı hallardan hər hansı birini müşahidə etsəniz preparatın qəbulunu dayandırın və bu barədə dərhal həkiminizə məlumat verin: qanlı nəcis, qanlı qusma, sinədə yanma hissi, qarın ağrısı və həzm pozğunluğu. Bu halların hər hansı biri keçmişdə baş vermiş olsa belə və təkrarlanma təhlükəsi varsa bu barədə həkimə məlumat verin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
DONEMET-lə yanaşı aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Bəzi preparatlarla birlikdə qəbul etmək olmaz və ya birlikdə qəbulu zamanı doza korreksiya olunmalıdır. DONEMET preparatı ilə yanaşı qəbulu tövsiyə olunmayan preparatlar: ● Asetilsalisil turşusu (aspirin), kortikosteroidlər və ya digər iltihabəleyhinə preparatlar ● Qanı durulaşdıran preparatlar (varfarin, heparin və digər preparatlar) ● Bəzi əhval-ruhiyə pozulmalarında istifadə olunan litium preparatları ● Revmatoid artirit və xərçəng xəstəliklərinin müalicəsində istifadə olunan metotreksat ● Epilepsiya zamanı istifadə olunan fenitoin və digər hidantoinlər ● Bakterial infeksiya nəticəsində əmələ gələn xəstəliklərin müalicəsində istifadə olunan sulfametoksazol DONEMET preparatı ilə yanaşı qəbulu xüsusi ehtiyat tədbirləri tələb edən preparatlar: ● Hipertoniya (yüksək təyziq) və ürək xəstəlikləri zamanı istifadə olunan AÇF inhibitorları, sidikqovucular, β-blokatorlar və angiotenzin II reseptorların antagonistləri ● Xroniki venoz damar xəstəlikləri zamanı istifadə olunan pentoksifillin və oksipentifillin. ● Virus infeksiyalarının müalicəsində istifadə olunan zidovudin ● Aminoqlikozid antibiotiklər ● Diabet zamanı istifadə olunan xlorpropamid və qlibenklamid DONEMET preparatı ilə yanaşı qəbulu zamanı diqqət tələb edən preparatlar: ● Bakterial infeksiyaların müalicəsində istifadə olunan xinolin qrupu antibiotikləri (siprofloksasin, levofloksasin) ● İmmun sistem xəstəliklərinin müalicəsində və orqan transplantasiyası zamanı istifadə olunan siklosporin və ya takrolimus ● Qan laxtalarının həll etmək üçün istifadə olunan streptokinaza və digər trombolitik və ya fibrinolitiklər ● Podaqra zamanı istifadə olunan probenesid ● Xroniki ürək çatışmazlığı zamanı istifadə olunan diqoksin ● Hamiləliyin dayandırılması, abort vasitəsi kimi istifadə olunan mifepriston ● Selektiv serotoninin geriyə udulmasının inhibitorları tipli antidepressantlar ● Trombositlərin aqreqasiyasının və qan laxtalanmasının qarşısını almaq üçün istifadə olunan antiaqreqantlar Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılan hər hası bir preparat istifadə edirsinizsə və ya son zamanlar istifadə etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik (C kateqoriyası) Preparatıın istifadəsindən əvvəl bu barədə həkimə və ya əczaçıya məlumat verin Əgər hamilə olduğunuzdan şübhələnirsinizsə, yaxud olmağı planlaşdırırsınızsa bu barədə həkiminizə məlumat verin. Hamiləliyin üçüncü üç aylıq dönəmində DONEMET-i qəbul etmək olmaz. Hamiləliyin birinci və ikinci üç aylıq dönəmində DONEMET preparatı yalnız kəskin ehtiyac halında istifadə oluna bilər. Müalicə ərəfəsində hamilə olduğunuzu bilsəniz dərhal bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Laktasiya dövrü Laktasiya dövründə preparatı qəbul etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
DONEMET, preparatının qəbulu başgicəllənmə və yuxuyameyillilik əmələ gətirə bilər. Bu səbəbdən nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə az da olsa təsir göstərə bilər. Bu kimi halları müşahidə etsəniz, simptomlar keçənə qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin.
İstifadə qaydası və dozası
Tabletləri lazımı miqdarda su ilə qəbul edin. Kəskin ağrıları tez bir zamanda aradan qaldırmaq üçün tabletləri acqarına və yeməkdən 30 dəqiqə əvvəl qəbul edin. DONEMET preparatını hər zaman həkiminizin təyin etdiyi qaydaya uyğun qəbul edin. Əlavə suallar yarandıqda həkiminizdən soruşun. Preparatın dozası ağrının tipinə, şiddətinə və davamlığına uyğun olaraq təyin edilir. Həkiminiz Sizə preparatı gündəlik neçə tablet və hansı müddətə qəbul etməyinizi bildirəcək. Ümumilikdə tövsiyə olunan doza gündə 3 dəfə, hər 8 saatdan bir 1 tablet (25 mq) təşkil edir. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi 18 yaşından kiçik uşaqların istifadəsi tövsiyə olunmur. Yaşlı insanlarda istifadəsi Yaşlı insanlarda müalicəyə gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə başlanmalıdır. Xüsusi xəstəliklər zamanı istifadəsi Böyrək/qaraciyər çatışmazlığı Böyrək və qaraciyər çatışmazlığı olan xəstələr müalicəyə gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə başlamalıdır. Qida və içki ilə yanaşı qəbulu Tabletlər lazımı miqdarda su ilə qəbul edilməlidir. Tabletlərin yeməklə birlikdə qəbulu mədə və bağırsaqda əmələ gələ biləcək əlavə təsirlərin qarşısını almağa kömək edir. Bununla belə kəskin ağrılar zamanı tabletlər acqarına qəbul edilməlidir. Tabletlərin yeməkdən 30 dəqiqə əvvəl qəbulu preparatın tez təsir göstərməsinə səbəb olur. DONEMET-i qəbul etməyi unutmusunuzsa Çalışın dərman vasitəsini tövsiyə olunduğu kimi qəbul edəsiniz. Əgər siz dərman vasitəsinin bir dozasını qəbul etməyi unutmusunuzsa, həmin dozanı qəbul etməyin və adi qaydada qəbulu davam etdirin. Unudulmuş dozanın bərpası üçün ikiqat doza qəbul etməyin. Əgər DONEMET preparatının təsirinin çox güclü və ya zəyif olduğunu müşahidə etsəniz bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi, DONEMET-in tərkibindəki komponentlərə qarşı həssaslığı olan xəstələrdə əlavə təsirlər yarana bilər. Mümkün əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı cədvəldə göstərilmişdir. Tez-tez Müalicə alan 100 xəstədə 1 dən çox və 10 xəstədə 1 dən az Bəzən Müalicə alan 1000 xəstədə 1 dən çox və 100 xəstədə 1 dən az Nadir Müalicə alan 10000 xəstədə 1 dən çox və 1000 xəstədə 1 dən az Çox nadir Müalicə alan 10000 xəstədə 1 dən az Tez-tez rast gələn əlavə təsirləri ● Mədə bulantısı və ya qusma ● Qarın ağrısı ● İshal ● Həzm pozğunluğu Bəzən rast gələn əlavə təsirləri ● Başgicəllənmə ● Yuxuya meyillilik ● Yuxu pozğunluğu ● Əsəbilik ● Baş ağrısı ● Üzün qızarması ● Mədə pozğunluğu ● Qəbizlik ● Ağızda quruluq ● Şişkinlik ● Dəridə səpgilər ● Yorğunluq ● Ağrı ● Qızdırma və titrəmə hissi ● Ümumi halsızlıq hissi ● Ürəkdöyünmə Nadir rast gələn əlavə təsirləri ● Xora xəstəliyi ● Qanlı qusma və ya nəcisin qara rəngdə olması ilə müşahidə olunan xora qanaxmaları perforasiya ● Bayılma ● Arterial təyziqin yüksəlməsi ● Tənəffüsün zəifləməsi ● Maye yığılması və ödemlər (topuqların şişməsi) ● İştahasızlıq (anoreksiya) ● Qaşınma və səpgilər ● Tərləmə ● Bel ağrıları ● Sidik ifrazının tezləşməsi ● Menstural siklin pozulması ● Prostat vəzin funksyasının pozulması ● Qaraciyər testlərin dəyişiklikləri (qan analizlərində) ● Kəskin böyrək çatışmazlığı ● Qırtlaq nahiyyəsində ödem Çox nadir rast gələn əlavə təsirlər ● Anaflaktik reaksiya (şok halına səbəb ola bilən allergik reaksiyalar) ● Dəridə, ağız, göz və genital nahiyələrində açıq yaralar (Stivens-Conson və Layell sindromları) ● Üzün şişməsi və ya dodaqlarda və boğazda şişmə (anqionevrotik ödem) ● Hava yollarının daralması səbəbindən nəfəs ala bilməmək (bronxospazm) ● Təngnəfəslik ● Sürətli ürək döyüntüləri ● Arterial təzyiqin düşməsi ● Mədəaltı vəzin iltihabı ● Qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit) ● Görmənin çətinləşməsi ● Qulaqlarda küy (tinnitus) ● Dəridə həssaslıq ● İşığa qarşı həssaslıq ● Qaşınma ● Böyrək çatışmazlığı ● Qanın tərkibində ağ qan hüceyrələrinin sayının aşağı olması (neytropeniya), qan lövhəciklərinin sayının azlığı (trombositopeniya). Daha öncə Sizdə qeyri-steroid iltihabəleyhinə preparatların uzunmüddətli istifadəsi ilə bağlı əlavə təsir meydana gəlibsə, xüsusilə yaşlılarda, müalicənin əvvəlində hər hansı bir mədə-bağırsaqda əlavə təsirin müşahidə olunması (məs., qarın ağrısı, yanma, qanaxma). Dəri səpgisi, ağız içi və ya genital nahiyyədə hər hansı bir zədələnmənin meydana çıxdığının və ya hər hansı bir allergiya əlamətinin fərqinə vardığınızda dərhal DONEMET istifadəsini dayandırın. Qeyri-steroid iltihabəleyhinə preparatlarla müalicə əsnasında maye yığılması və şişkinlik (xüsusilə topuqlarda və ayaqlarda) qan təzyiqinin yüksəlməsi və ürək çatışmazlığı bildirilmişdir. Miokard infarktı və ya iflic riskində yüngül artım DONEMET kimi dərmanlar ilə əlaqələndirilə bilər. Birləşdirici toxumaya təsir edən immun sistemi pozğunluqları (sistem lupus erimatozus və ya qarışıq birləşdirici toxuma xəstəlikləri) olan xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatlar nadir hallarda temperatur, baş ağrısı və ənsə sərtliyinə səbəb ola bilər. Əgər bu içlik vərəqədə bəhs olunmayan hər hansı bir əlavə təsir ilə qarşılaşsanız bu barədə həkiminizi və ya əczaçını məlumatlandırın.
Doza həddinin aşılması
Doza həddinin aşılmasında bu barədə həkimə və ya əczaçıya məluat verin və preparatın qutusunu və ya istifadəsi üzrə təlimatı da özünüzlə götürərək yaxınlıqdakı tibb məntəqəsinə müraciət edin.
Buraxılış forması
10 tablet, al/şəfaf olmayan blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində yazılmışdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır
İstehsalçı
İlko İlaç San. ve Tic. A.Ş., Turkey. OSB, Kuddusi Cad. 23. Sok. No:1, 42050 Selçuklu/Konya/ Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
İlko İlaç San. ve Tic. A.Ş., Turkey. Veysel Karani Mah., Çolakoğlu Sok. No: 10, 34885 Sancaktepe/İstanbul/Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.