Dolex 25 mq N10 tablet

Təsiredici maddə: DEXKETOPROFEN
Təsiredici maddəDEXKETOPROFEN
Dərman formasıTablet
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP)
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini atmayın. Daha sonra onu təkrar oxumağınız lazım gələ bilər. • Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. • Bu dərmandan istifadə müddətində həkimə və ya xəstəxanaya getsəniz, həkiminizə bu dərmandan istifadə etdiyiniz barədə məlumat verin. • Bu içlik vərəqədə yazılanlara dəqiq əməl edin. Dərmanın Sizin üçün tövsiyə olunan dozasından yüksək və ya aşağı doza istifadə etməyin. DOLEKS 25 mq örtüklü tabletlər DOLEX Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 36,9 mq deksketoprofen trometamol (25 mq deksketoprofenə ekvivalent) vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, mikrokristallik sellüloza PH 101, natrum nişastaqli- kolyatı Tip A, qliseril distearat, ağ opadri II Ağ 85F18422: polivinil spirti, titan dioksid, polietilenqlikol, talk.

Təsviri

Girdə, bir tərəfində bölmə xətti olan, ağ və ya ağımtıl örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). ATC kodu: M01AE17.

İstifadəsinə göstərişlər

DOLEKS – QSİƏP qrupundan olan ağrıkəsici vasitədir. Osteoartrit (oynaqlarda zədələnmə və kalsifikasiya), revmatoid artrit (oynaqların iltihabi xəstəliyi) və ankilozlaşdırıcı spondilit (daha çox onurğa oynaqlarında rigidliklə müşayiət olunan ağrılı inkişaf edən revmatizm) əlamətlərinin və simptomlarının müalicəsi ilə kəskin podaqra artriti (podaqra xəstəliyinə görə oynaqların ağrılı iltihabı), skelet-əzələ sisteminin kəskin ağrılarının (məsələn, bel ağrısı), postoperativ ağrının (əməliyyatdan sonrakı ağrının) və dismenoreyanın (ağrılı aybaşı dövrlərinin) və diş ağrısının müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

Əgər, • Deksketoprofen trometamola və ya DOLEKS-in köməkçi maddələrindən hər hansı birinə • qarşı allergiyanız varsa (yüksək həssaslıq); • asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı allergiyanız varsa; • əgər astmanız varsa, ya da keçmişdə aspirin və ya digər QSİƏP-dən istifadə etdikdən sonra astma tutması, kəskin allergik rinit (allergiya nəticəsində burunda qısa müddətli iltihab), burunda poliplər (burun boşluğunda allergiya nəticəsində yaranan kütlələr), övrə (dəridə səpgi), allergiya nəticəsində üz və boğazın şişməsi (üzün, gözlərin, dodaqların və ya dilin şişməsi, nəfəs almaqda çətinlik) və ya sinədə xırıltı baş vermişdirsə; • ketoprofen (QSİƏP) və ya fibratdan (qanda aterogen lipoproteinləri azaltmaq üçün istifadə olunan dərman) istifadə zamanı fotoallergik və ya fototoksik reaksiyalardan (günəşə məruz qalan dərinin qızarması və/və ya suluqlanması kimi əlamətlər) şikayətlənirsinizsə; • mədə xorası (mədə-bağırsaq yarası), mədə və ya bağırsaq qanaxması və ya davam edən həzm problemləri (məsələn, mədə pozğunluğu, sinədə yanma hissi) varsa və ya əvvəllər mədə və ya bağırsaq qanaxması, xoralar (mədə-bağırsaq yaraları) və ya perforasiya olmuşdursa; • həzm sisteminizdə davamlı problemləriniz varsa (məsələn, mədə pozğunluğu, qıcqırma); • əvvəllər QSİƏP-dən ağrıkəsici kimi istifadə zamanı mədə və ya bağırsaq qanaması və ya perforasiya keçirmisinizsə; • davamlı iltihabi bağırsaq xəstəliyiniz varsa (Kron xəstəliyi və ya xoralı kolit); • ağır ürək çatışmazlığı, orta və ya ağır böyrək və ya ağır qaraciyər probleminiz varsa; • qanaxma pozğunluğunuz və ya qanınızın laxtalanma pozğunluğu varsa; • qusma, ishal və ya qeyri-kafi maye qəbulu (bədəndə çox miqdarda maye itkisi) nəticəsində ağır dehidratasiyanız (orqanizmin susuzlaşması) varsa; • hamiləliyin üçüncü trimestrindəsiniz və ya südəmər uşağınız varsa; • koronar arteriya əməliyyatı keçirmisinizsə (koronar arteriyanın şuntlanması), preparatı əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ağrıların müalicəsində istifadə etməyin.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər, • allergiyaya meyllisinizsə və ya keçmişdə allergik problemləriniz olmuşdursa; • böyrək, qaraciyər və ya ürək problemləriniz varsa (yüksək qan təzyiqi və/və ya ürək çatışmazlığı), o cümlədən orqanizminizdə mayenin ləngiməsi varsa və ya əvvəllər bu problemləriniz olmuşdursa; • diuretik (sidikqovucu) dərman qəbul edirsinizsə və ya həddindən artıq maye itkisi (məsələn, həddindən artıq sidiyəgetmə, ishal və ya qusma) nəticəsində maye çatışmazlığı və qan həcminin azalması problemləriniz varsa; • ürək probleminiz varsa, əvvəllər insult keçirmisinizsə və ya risk altında olduğunuzu düşünürsünüzsə (məsələn, yüksək təzyiqiniz, şəkərli diabetiniz varsa və ya qanınızda xolesterininin səviyyəsi yüksəkdirsə və ya siqaret çəkirsinizsə) müalicəniz barədə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. • DOLEKS kimi dərmanlar infarkt (miokard infarktı) və ya insult riskinin bir qədər artmasına səbəb ola bilər. Yüksək dozada və uzunmüddətli müalicə zamanı risk ehtimalı daha yüksəkdir. Tövsiyə olunan dozanı və ya müalicə müddətini aşmayın. • yaşlısınızsa: əlavə təsirlərə məruz qalma ehtimalınız daha yüksəkdir (bax: “Əlavə təsirləri”). Bunlardan hər hansı biri baş verərsə, dərhal həkiminizlə məsləhətləşin; • reproduktiv problemləriniz olan bir qadınsınızsa (DOLEKS reproduktiv funksiyaya mənfi təsir göstərə bilər), hamilə qalmaq planınız varsa və ya sonsuzluq testi keçirmək istəsəniz bu dərmanı istifadə etməyin; • hamiləliyinizin birinci və ya ikinci trimestrindəsinizsə; • qan və ya qan hüceyrələrinin formalaşmasında pozğunluq varsa; • sistem qırmızı qurdeşənəyi (dəridə yayılmış pullanma ilə xarakterizə olunan xəstəlik) və ya birləşdirici toxumanızınn qarışıq xəstəliyi varsa (immun sistemin birləşdirici toxumaya təsir edə biləcək pozğunluqları); • əvvəllər Sizdə bağırsağın iltihab xəstəliyi olmuşdursa (xoralı kolit, Kron xəstəliyi); • başqa bir mədə və bağırsaq xəstəliyiniz varsa və ya əvvəllər olmuşdursa; • müstəsna hallarda QSİƏP-lər infeksiyanı gücləndirə biləcəyindən, əgər Sizdə suçiçəyi varsa; • QSİƏP-lər qanaxma, mədə-bağırsaq yarası və ya perforasiyası kimi ölümcül ola biləcək ciddi mədə-bağırsaq əlavə təsirlərinə səbəb olur. Bu əlavə təsirlər xəbərdaredici əlamətlərlə və ya heç bir xəbərdaredici əlamətlər olmadan istənilən vaxt baş verə bilər. Yaşlı xəstələrdə mədə-bağırsaq sisteminə ciddi əlavə təsir riski daha yüksəkdir; • mədə xorası və ya qanaxma riskini artıran dərman qəbul edirsinizsə, məsələn, peroral steroidlər, bəzi antidepressantlar (məsələn, selektiv serotoninin əks udulmasının inhibitorları); qanın laxtalanmasının qarşısını alan maddələr və antikoaqulyantlar (məsələn, asetilsalisil turşusuna və ya varfarin). Belə hallarda DOLEKS qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Əlavə mədəqoruyucu (məsələn, qastroprotektor mizoprostol) və ya mədənin turşuluğunu neytrallaşdıran antasid dərmanları qəbul edə bilərsiniz; • əgər Sizdə yüksək allergiya riski, xroniki rinit, astma, xroniki sinusit və ya burun polipi şikayətləri varsa, əhalinin qalan hissəsinə nisbətən asetilsalisil turşusu və/və ya QSİƏP-ə qarşı allergiya riskiniz daha yüksəkdir. Bu dərmanın istifadəsi, xüsusilə asetilsalisil turşusuna və ya QSİƏP-ə allergiyası olan xəstələrdə astma tutmalarına və ya bronxospazma (tənəffüs yollarının daralmasına) səbəb ola bilər. Bu xəbərdarlıqlar keçmişdə hər hansı dönəmdə olsa belə, Sizin üçün keçərlidirsə, həkiminizlə məsləhətləşin. DOLEKS-in tərkibində olan bəzi köməkçi maddələr barədə mühüm məlumatlar DOLEKS-in hər tabletinin tərkibində 1 mmol (23 mq)-dan az natrium vardır, yəni demək olar ki, onun tərkibində “natrium yoxdur”.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

DOLEKS-lə yanaşı aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə, mütləq həkiminizə, diş həkiminizə və ya əczaçıya bu barədə məlumat verməlisiniz. Bəzi dərmanlar birlikdə istifadə oluna bilməz və ya dozalarına düzəliş edilməsi tələb oluna bilər. Tövsiyə edilməyən kombinasiyalar: • Asetilsalisil turşusu (aspirin), kortikosteroidlər (kortizon) və ya digər iltihabəleyhinə dərmanlar; • Varfarin, heparin və ya qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunan digər dərmanlar; • Bəzi əhval pozğunluqlarının müalicəsində istifadə olunan litium preparatları; • Revmatoid artritin (oynaqlarda ağrı və deformasiyaya səbəb olan davamlı xəstəlik) və xərçəngin müalicəsində istifadə olunan metotreksat; • Epilepsiyanın müalicəsi üçün istifadə olunan hidantoin törəmələri və fenitoin; • Bakterial infeksiyalar (iltihab törədən bakterial xəstəliklər) zamanı istifadə olunan sulfometoksazol. Ehtiyat tədbirləri tələb edən kombinasiyalar: • Qan təzyiqinin yüksəlməsi zamanı və ürək problemlərində istifadə olunan ACF inhibitorları, diuretiklər, beta-blokatorlar və angiotenzin II reseptorların blokatorları; • Davamlı venoz xoraların (venoz yaralar) müalicəsində istifadə olunan pentoksifillin və okspentifilin; • Virus infeksiyalarını müalicə etmək üçün istifadə olunan zidovudin; • Bakterial infeksiyaların müalicəsində istifadə olunan aminoqlikozid antibiotikləri (gentamisin, amikasin və s.); • Diabet zamanı istifadə olunan xlorpropamid və qlibenklamid. Ehtiyatlılıq tələb edən kombinasiyalar: • Bakterial infeksiyaların müalicəsi üçün istifadə edilən xinolon antibiotikləri (məsələn, siprofloksasin, levofloksasin); • İmmun sistemin xəstəliklərinin müalicəsində və orqan köçürülməsi (transplantasiyası) zamanı istifadə olunan siklosporin və ya takrolimus; • Streptokinaza və digər trombolitik və ya fibrinolitik dərmanlar, məsələn, qan laxtalarını (trombları) həll etmək üçün istifadə olunan dərmanlar; • Podaqranın müalicəsində istifadə olunan probenesid; • Davamlı ürək çatışmazlığını müalicə etmək üçün istifadə olunan diqoksin; • Hamiləliyi kəsmək üçün istifadə olunan mifepriston; • Selektiv serotoninin əks udulmasının inhibitorları kimi antidepressantlar; • Trombositlərin aqreqasiyasını və qan laxtalarının əmələ gəlməsini azaltmaq üçün istifadə olunan antitrombositar maddələr. Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləliyinizin üçüncü trimestrində DOLEKS istifadə etməyin. Aşkar zərurət olmazsa, hamiləliyin birinci və ya ikinci trimestrində DOLEKS istifadə etməmək ən yaxşı seçimdir. Hamiləsinizsə, bunu həkiminizə söyləyin. Əgər hamilə qalmağı planlaşdırırsınızsa, DOLEKS- dən istifadə Sizin üçün doğru seçim olmaya bilər. Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövründə DOLEKS istifadə edilməməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri DOLEKS, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə az da olsa təsir göstərə bilər, çünki müalicə zamanı başgicəllənmə və ya yuxululuq kimi əlavə təsirlər meydana çıxa bilər. Bu əlavə təsirlər meydana çıxarsa, simptomlar yox olana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin. Məsləhət üçün həkiminizə müraciət edin.

İstifadə qaydası və dozası

Həmişə DOLEKS-i həkiminizin dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizə və ya əczaçıya müraciət edin. Tabletləri kifayət qədər su ilə qəbul edin. Ağrınız güclüdürsə və ağrını daha sürətlə aradan qaldırmaq lazımdırsa, tabletin sorulması daha asan olacağı üçün onu acqarına qəbul edin – yeməkdən ən azı 30 dəqiqə əvvəl (bax: “Qida və içkilərlə birlikdə istifadəsi”). DOLEKS-in lazım olan dozası ağrınızın növündən, şiddətindən və müddətindən asılıdır. Həkiminiz gündə neçə tablet və nə qədər müddətə qəbul etməli olduğunuzu söyləyəcək. Tövsiyə olunan doza adətən gündə 3 tabletdən (75 mq) çox olmamaqla, hər 8 saatdan bir 1 tablet (25 mq) təşkil edir. Müxtəlif yaş qrupları Uşaq və yeniyetmələrdə istifadəsi Uşaq və yeniyetmələrdə istifadəsi DOLEKS istifadə edilməməlidir. Yaşlılarda (65 yaş və yuxarı) istifadəsi Yaşlısınızsa, gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə müalicəyə başlamalısınız. DOLEKS-ə dözümlülüyünüz yaxşıdırsa, yaşlı xəstələrdə bu başlanğıc doza adi tövsiyə olunan dozaya (75 mq) qədər artırıla bilər. Xüsusi hallarda istifadəsi Böyrək/qaraciyər çatışmazlığı Böyrək və ya qaraciyər probleminiz varsa, gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə müalicəyə başlamalısınız. Qida və içkilərlə birlikdə istifadəsi Tabletləri kifayət qədər su ilə qəbul edin. Tabletləri qida ilə birlikdə qəbul etmək mədə və ya bağırsaqda baş verə biləcək əlavə təsirlərin riskini azaltmağa kömək edir. Lakin, əgər kəskin ağrınız varsa, tabletləri acqarına qəbul edin. Dərmanın yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul edilməsi dərmanın daha tez təsir göstərməsinə kömək edir. DOLEKS-i istifadə etməyi unutmusunuzsa Növbəti dozanı mümkün qədər tez qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin. Əgər DOLEKS-in təsirinin çox güclü və ya zəif olduğunu müşahidə edirsinizsə, bunu həkiminizə və ya əczaçıya bildirin.

Əlavə təsirləri

Bütün dərmanlar kimi DOLEKS-in tərkibində olan maddələrdən hər hansı birinə qarşı həssas olan insanlarda əlavə təsirlər meydana çıxa bilər. Mümkün əlavə təsirlər başvermə tezliyinə görə aşağıda verilmişdir. Bu cədvəldə bu əlavə təsirlərin nə qədər xəstədə baş verə biləcəyi göstərilir: Tez-tez baş verən əlavə Müalicə olunan 10 xəstənin birindən azında, lakin 100 xəstənin təsirlər birindən çoxunda meydana çıxa bilər Bəzən baş verən əlavə Müalicə olunan 100 xəstənin birindən azında, lakin 1000 xəstənin təsirlər birindən çoxunda meydana çıxa bilər. Nadir hallarda baş verən Müalicə olunan 1000 xəstənin birindən azında, lakin 10 000 əlavə təsirlər xəstənin 1-dən çoxunda meydana çıxa bilər Çox nadir hallarda baş Tək-tək verilən məlumatlar daxil olmaqla, 10 000 xəstənin verən əlavə təsirlər birindən azında meydana çıxa bilər. Tez-tez baş verən əlavə təsirlər • Ürəkbulanma və/və ya qusma • Qarın ağrısı • İshal • Həzm problemləri (həzmin pozulması) Bəzən baş verən əlavə təsirlər • Baş dönmə (vertiqo) • Başgicəllənmə • Yuxululuq • Yuxunun pozulması • Qıcıqlanma • Baş ağrısı • Ürəkdöyünmə • Qızartı • Mədə ilə bağlı problemlər • Qəbizlik • Ağızda quruluq • Qarın köpməsi • Dəri səpgisi • Yorğunluq • Ağrı • Qızdırma və titrətmə hissi • Ümumi nasazlıq, halsızlıq hissi. Nadir hallarda baş verən əlavə təsirlər • Xora xəstəliyi • Xoranın perforasiyası (deşilməsi) və ya qanaması (qanlı qusma və ya qara nəcislə özünü göstərir) • Bayılma • Qan təzyiqinin yüksəlməsi • Çox yavaş tənəffüs • Orqanizmdə suyun ləngiməsi və bədənin periferik nahiyələrində ödem (məsələn, topuqda ödem) • İştahasızlıq (anoreksiya) • Hisslərdə anormallıqlar • Qırtlaq nahiyəsində ödem (boğazın ödemi) • Ani inkişaf edən böyrək pozğunluğu (kəskin böyrək pozğunluğu) • Qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit) • Qaşınan səpgi • Sızanaqlar (civzə) • Tər ifrazının artması • Bel ağrısı • Tez-tez sidiyəgetmə • Menstrual pozğunluqlar • Prostatla bağlı problemlər • Qaraciyərin funksional testlərinin (qan analizləri) anormal nəticə verməsi. Çox nadir hallarda baş verən əlavə təsirlər • Anafilaktik reaksiya (orqanizmin allergenlərə qarşı çox güclü reaksiyası, ani yüksək həssaslıq) • Dəridə, ağızda, gözdə və cinsiyyət orqanlarında açıq yaralar (Stivens-Conson və Layell sindromları) • Üzdə, və ya dodaqlarda və boğazda şişkinlik (angionevrotik ödem) • Tənəffüs yollarının daralması nəticəsində təngnəfəslik (bronxospazm) • Sürətli ürəkdöyünmə • Qan təzyiqinin aşağı düşməsi • Mədəaltı vəzinin iltihabı (pankreatit) • Qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit) • Bulanıq görmə • Qulaqlarda cingilti (tinnitus) • Dəridə həssaslıq • İşığa qarşı həssaslıq • Qaşınma • Böyrək problemləri • Ağ qan hüceyrələrinin miqdarının az olması (neytropeniya), trombositlərin miqdarının az olması (trombositopeniya) Əvvəllər iltihabəleyhinə dərmanların uzun müddət istifadəsi nəticəsində Sizdə əlavə təsir meydana çıxmışdırsa və Siz müalicənin əvvəlində qarın/bağırsaq əlavə təsirlərini (məsələn, qarın ağrısı, yanma hissi, qanaxma) görsəniz, xüsusilə yaşlısınızsa, ağızda və ya cinsiyyət nahiyəsində hər hansı bir dəri səpgisi və ya hər hansı bir zədələnmə və ya allergiya əlamətləri görən kimi DOLEKS-in istifadəsini dayandırın. QSİƏP-larla müalicə zamanı mayenin ləngiməsi və şişkinlik (ödem) (xüsusilə topuqlarda və ayaqlarda) qan təzyiqinin yüksəlməsi və ürək çatışmazlığı qeyd edilmişdir. DOLEKS kimi dərmanlar infarkt (miokard infarktı) və ya insult riskinin bir qədər artmasına səbəb ola bilər. İmmun sistemin birləşdirici toxumanı zədələyən (sistem qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın xəstəliyi) pozğunluğu olan xəstələrdə iltihabəleyhinə dərmanlar nadir hallarda qızdırma, baş ağrısı və boyun əzələlərinin rigidliyinə səbəb ola bilər. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Doza həddinin aşılması

Əgər DOLEKS-dən istifadə etməli olduğunuzdan çox istifadə etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin. Lütfən, dərmanın qablaşdırmasını həkiminizə və ya əczaçıya göstərmək üçün özünüzlə götürün.

Buraxılış forması

5 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlılıq müddətinin bitmə tarixinə uyğun olaraq istifadə edin. Preparatı istifadə etməzdən öncə vizual olaraq yoxlamaq lazımdır. Əgər preparatda və/və ya qablaşdırmada hər hansı qüsur görünərsə, DOLEKS-i istifadə etməyin. Yararlılıq müddəti bitmiş və ya artıq istifadə edilməyən dərman preparatlarını çirkab sularının və məişət tullantılarının içərisinə atmayın. Onların hara atılmasını əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş., ASO 2. ve 3. OSB Alcı OSB Mah. 2013 Cad. No.24 Sincan/ANKARA.

Qeydiyyat vəsiqəsinin sahibi

GEN İLAÇ VE SAĞLIK ÜRÜNLERİ SAN. ve TİC. A.Ş., Mustafa Kemal Mah., 2119.Sok. No:3 D:2-3 06520, Çankaya/ANKARA.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Dolex 25 mq N10 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar