Deksalgin N10 tablet

Təsiredici maddə: DEXKETOPROFEN
Təsiredici maddəDEXKETOPROFEN
Dərman formasıTablet
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə və antirevmatik preparatlar. Propion turşusunun törəmələri
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,13 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Göstərilən dərman preparatını bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının göstərişlərinə ciddi riayət edərək, qəbul etmək lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə məlumat və ya məsləhət tələb olunduqda, əczaçıya müraciət etmək lazımdır. Hər hansı əlavə təsirlər meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən bütün əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. “Əlavə təsirlər” bölməsinə bax. 3-4 gün keçdikdən sonra pasiyent özünü yaxşı hiss etmədikdə və ya onun vəziyyəti daha da pisləşdiyi halda, həkimə müraciət etmək lazımdır. DEKSALGİN 25 mq örtüklü tabletlər DEXALGIN Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen trometamole

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq deksketoprofenə müvafiq, deksketoprofen trometamol (36,90 mq) vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, mikrokristallik sellüloza, natrium nişastaqlikolyatı, qliserin distearat, hipromelloza, titan dioksid, propilenqlikol, makroqol 6000.

Təsviri

Hər iki tərəfi qabarıq, hər iki tərəfi çərtikli, ağ rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə və antirevmatik preparatlar. Propion turşusunun törəmələri. ATC kodu: M01AE17.

Farmakoloji xüsusiyyətləri

Deksalgin – qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) qrupuna aid olan ağrıkəsici preparatdır.

İstifadəsinə göstərişlər

Preparat, yüngüldən orta dərəcəliyə qədər ağrının müalicəsi üçün istifadə olunur, məsələn, əzələ ağrılarında, ağrı ilə müşayiət olunan menstruasiyalarda (dismenoreya), diş ağrısı zamanı istifadə olunur. 3-4 gün keçdikdən sonra pasiyent özünü yaxşı hiss etmədikdə və ya onun vəziyyəti daha da pisləşdiyi halda, həkimə müraciət etmək lazımdır.

Əks göstərişlər

Deksalgin preparatını aşağıdakı hallarda istifadə etmək olmaz: – pasiyentdə deksketoprofenə və ya göstərilən preparatın tərkibində olan hər hansı digər komponentlərə qarşı allergiya olduqda (“Tərkibi” bölməsinə bax); – pasiyentdə asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı allergiya olduğu halda; – aspirinin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsindən sonra, pasiyentdə astma tutmaları, kəskin allergik rinit (burunun selikli qişasının qısamüddətli iltihabı), burun polipləri (allergiya nəticəsində burunda şişkinliklər), övrə (dəri üzərində səpgilər), angionevrotik ödem (üz nahiyəsinin, gözlərin, dodaqların və ya dilin şişməsi və ya tənəffüsün pozulması) və ya döş nahiyəsində xırıltıların əmələ gəlməsi müşahidə olunduqda; – ketoprofendən (qeyri-steroid iltihabəleyhinə preparat) və ya fibratlardan (qanda yağların konsentrasiyalarının aşağı salınması üçün istifadə olunan preparatlar) istifadə müddətində, pasiyentdə fotoallergik və ya fototoksik reaksiyalar (günəş işığının təsiri altında dəri qızarmasının və/və ya qovuqcuqların əmələ gəlməsinin xüsusi forması) qeyd olunduğu hallarda; – pasiyentin mədəsində və ya bağırsağında peptik xora/qanaxma və ya əvvəllər pasiyentdə mədə və ya bağırsaq qanaxmaları, xora və ya perforasiya müşahidə olunduğu hallarda; – pasiyentdə xroniki həzm pozğunluqları (məsələn, qidanın həzm olunmaması, qıcqırma) qeyd olunduqda; – ağrıkəsici məqsədlə qeyri-steroid iltihabəleyhinə preparatlardan (QSİƏP) istifadə etdikdə, pasiyentdə mədə və ya bağırsaq qanaxması və ya perforasiya inkişaf etdiyi halda; – pasiyent iltihab mənşəli xroniki bağırsaq xəstəliyindən (Kron xəstəliyi və ya qeyri-spesifik xoralı kolit) əziyyət çəkdiyi halda; – pasiyentdə ağır dərəcəli ürək çatışmazlığı, böyrək funksiyalarının orta və ya ağır dərəcəli pozğunluğu və ya qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğu müşahidə olunduqda; – pasiyentdə qanaxmaya meyllilik və ya qan laxtalanmasının pozulması qeyd olunduqda; – qusma, diareya və ya orqanizmə kifayət qədər mayenin daxil olmaması nəticəsində pasiyentdə güclü susuzlaşma (orqanizm tərəfindən çox miqdar mayenin itirilməsi) inkişaf etdiyi halda; – hamiləlik dövrünün üçüncü trimestri və ya laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda Deksalgin preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır: – pasiyentdə hal-hazırda və ya əvvəllər allergiya müşahidə olunduqda; – pasiyentdə hal-hazırda və ya əvvəllər böyrək, qaraciyər, ürək (arterial hipertenziya və/və ya ürək çatışmazlığı) xəstəlikləri, orqanizmdə maye ləngiməsi qeyd olunduqda; – pasiyent sidikqovucu preparatlardan istifadə etdikdə, əhəmiyyətli dərəcədə maye itkisi nəticəsində (məsələn, sidik ifrazının artması, diareya və ya qusma nəticəsində) pasiyentdə susuzlaşma və dövr edən qanın həcminin aşağı düşməsi müşahidə olunduqda; – pasiyent ürək xəstəliklərindən əziyyət çəkdiyi halda, pasiyent insult keçirdikdə və ya həmin xəstəliklər səbəbindən risk qrupuna daxil olduğu halda (məsələn, arterial təzyiq yüksək olduqda, şəkərli diabet zamanı, qanda xolesterin səviyyəsi yüksəldikdə və tütündən istifadə etdikdə). Belə hallarda, aparılan müalicə barədə həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır; Deksalgin preparatına bənzər dərman preparatları ürək tutması (miokard infarktı) və ya insult riskini bir qədər yüksəldə bilərlər. Preparatın dozasının artırılması və müalicənin müddətinin uzadılması ilə istənilən ağırlaşmaların təhlükəsi yüksəlir. Tövsiyə olunan dozaları və müalicənin davametmə müddətini aşmaq olmaz; – yaşlı pasiyentlərdə. Əlavə təsirlərin meydana çıxması riski yüksəlir (“Əlavə təsirlər” bölməsinə bax). Bu halda, dərhal həkimə müraciət etmək lazımdır; – reproduktiv funksiya pozğunluğundan əziyyət çəkən qadınlarda (Deksalgin preparatının istifadəsi fonunda reproduktiv funksiyanın aşağı düşməsi mümkündür və bu səbəbdən, hamiləlik planlaşdırıldığı və müvafiq müayinələr aparıldığı hallarda, preparatın istifadəsi tövsiyə olunmur); -pasiyentdə porfirinlərin metabolizminin anadangəlmə pozulması; – dərhal ciddi əməliyyatdan sonra; – qanyaranma və qan hüceyrələrinin formalaşması proseslərinin pozulması müşahidə olunan pasiyentlərdə; – pasiyentdə sistem qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəlikləri (birləşdirici toxuma dəyişiklikləri ilə müşayiət olunan immun sistem pozğunluqları) qeyd olunduğu hallarda; – pasiyent əvvəllər iltihab mənşəli xroniki bağırsaq xəstəliyi (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi) keçirdiyi hallarda; – pasiyentdə hal-hazırda və ya əvvəllər mədə və ya bağırsaq xəstəlikləri müşahidə olunduğu hallarda; – su çiçəyi xəstəliyi qeyd olunan pasiyentlərdə bu zaman nəzərə almaq lazımdır ki, QSİƏP-lər həmin infeksiyanı dərinləşdirə bilərlər, preparatıbn istifadəsindən çəkinmək lazımdır; – xora xəstəliyinin və ya qanaxmanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilən digər dərman preparatlarından, məsələn, daxilə qəbul etmək üçün steroid preparatlardan, bəzi antidepressantlardan (serotoninin geri tutulmasının selektiv inhibitorları kimi), trombositlərin aqreqasiyasının qarşısını alan preparatlardan (aspirin) və ya antikoaqulyantlardan (varfarin) istifadə edən pasiyentlərdə. Bu halda, Deksalgin preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır; həkim əlavə olaraq, mədəyə qoruyucu təsir göstərən dərman preparatı (məsələn, mizoprostol və ya mədə şirəsinin hasilatını tormozlayan) təyin edə bilər; – pasiyentdə xroniki rinitlə, xroniki sinusitlə və/və ya burun polipləri ilə müşayiət olunan bronxial astma qeyd olunduğu halda; digər əhali ilə müqayisədə, həmin pasiyentlər asetilsalisil turşusuna və/və ya QSİƏP-ə qarşı yüksək allergiya riskinə daha çox məruz qalırlar. Göstərilən preparatın, xüsusilə, asetilsalisil turşusuna və ya QSİƏP-ə qarşı allergiya qeyd olunan pasiyentlərdə istifadəsi, bronxial astma və ya bronxospazm tutmalarının meydana çıxmasına səbəb ola bilər. Uşaqlar və yeniyetmələr Deksalgin preparatının uşaqlara və yeniyetmələrə təsiri öyrənilməmişdir. Bu səbəbdən, preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib və həmin yaş qrupu pasiyentlərində preparatın istifadəsi əks göstərişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hal-hazırda və bir müddət əvvəl istifadə edilən və ya istifadəsi ehtimal edilən istənilən dərman preparatları, o cümlədən, aptekdən reseptsiz buraxılan dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Bəzi dərman preparatlarını birlikdə istifadə etmək olmaz, müəyyən preparatları isə birlikdə istifadə etdikdə, onların dozalarının korreksiyası tələb olunur. Deksalgin preparatının aşağıda göstərilən dərman preparatları ilə birlikdə istifadəsi barədə həkimi, stomatoloqu və ya əczaçını mütləq məlumatlandırmaq lazımdır. Deksalgin preparatının aşağıda göstərilən dərman preparatları ilə birlikdə istifadəsi tövsiyə olunmur: – asetilsalisil turşusu (aspirin), kortikosteroidlər və digər iltihabəleyhinə dərman preparatları; – varfarin, heparin və qan laxtalanmasını tormozlayan digər preparatlar; – əhval-ruhiyyənin bəzi pozğunluqları zamanı istifadə olunan, litium; – revmatoid artrit və xərçəng zamanı müalicə üçün istifadə olunan, metotreksat; – epilepsiyanın müalicəsi üçün istifadə olunan, gidantoidlər və fenitoin; – bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan, sulfonamidlər (məsələn, sulfametoksazol). Aşağıda göstərilən dərman preparatları ilə birlikdə Deksalgin preparatını ehtiyatla istifadə etmək tövsiyə olunur: – yüksək arterial təzyiq və ürək xəstəlikləri zamanı istifadə olunan preparatlar – AÇF (angiotenzinçevirən ferment) inhibitorları, beta-blokatorlar, sidikqovucu preparatlar və angiotenzin II reseptorlarının antaqonistləri; – vena xəstəlikləri nəticəsində meydana çıxan xroniki xoraların müalicəsi üçün istifadə olunan, pentoksifillin və okspentifillin; – virus infeksiyalarının müalicəsi üçün istifadə olunan, zidovudin; – bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan antibiotiklər –aminoqlikozidlər; – şəkərli diabet zamanı istifadə olunan, xlorpropamid və qlibenklamid. Aşağıda göstərilən dərman preparatlarının birlikdə istifadəsini hərtərəfli əsaslandırmaq vacibdir: – bakterial infeksiyalar zamanı istifadə olunan, xinolon sırası antibiotikləri (məsələn, siprofloksasin, levofloksasin); – immun sistem xəstəliklərinin müalicəsi üçün və orqanların transplantasiyası zamanı istifadə olunan, sikrosporin və ya takrolimus; – streptokinaza və digər trombolitik və ya fibrinolitik dərman preparatları, yəni, qan laxtalarının parçalanması üçün istifadə olunan preparatlar; – podaqra zamanı istifadə olunan, probenesid; – xroniki ürək çatışmazlığı zamanı istifadə olunan, ürək qlikozidləri (məsələn, diqoksin); – aborta (hamiləliyin dayandırılmasına) səbəb olan dərman preparatı şəklində istifadə olunan, mifepriston; – serotoninin geri tutulmasının selektiv inhibitorları tipli antidepressantlar; – trombositlərin aqreqasiyasının və qan laxtalarının əmələ gəlməsinin azaldılması üçün istifadə olunan, antiaqreqantlar; – tenofovir, deferasiroks, pemetreksed Deksalgin preparatının və digər dərman preparatının birlikdə istifadəsi barədə suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Deksalgin preparatının qida və içkilərlə birlikdə istifadəsi Tabletləri kifayət qədər su ilə birlikdə qəbul etmək lazımdır. Tabletləri yemək zamanı qəbul etmək lazımdır, çünki bu, mədə və bağırsaqda müşahidə olunan əlavə təsirlərin baş vermə ehtimalını aşağı salır. Lakin, kəskin ağrılar zamanı tabletləri acqarına, yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul etmək lazımdır, çünki bu zaman, preparat xeyli sürətli təsir göstərməyə başlayır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrünün son üç ayında və laktasiya dövründə Deksalgin preparatının istifadəsi əks göstərişdir. Pasiyent həkimlə məsləhətləşməlidir. Deksalgin preparatının pasiyent üçün münasib olmaması ehtimalını nəzərə alaraq, hamiləlik dövründə və həmçinin, ehtimal olunan və ya planlaşdırılan hamiləlik zamanı, göstərilən preparatın istifadəsindən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik dövründə və ya planlaşdırılan hamiləlik zamanı, Deksalgin preparatının istifadəsindən çəkinmək lazımdır. Hamiləlik dövrünün istənilən mərhələsində preparatla müalicəni, həkim göstərişlərinə ciddi riayət edərək, aparmaq vacibdir. Hamilə olmağı planlaşdıran qadınlarda və ya sonsuzluğa görə müayinələr aparılan dövrdə, Deksalgin preparatını təyin etmək tövsiyə olunmur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Deksalgin preparatının istifadəsi fonunda başgicəllənmənin və yuxuya meylliliyin inkişaf etmə ehtimalını nəzərə alaraq, preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə bir qədər təsir göstərə bilər. Göstərilən effektlər meydana çıxdığı halda, həmin simptomlar aradan qalxmayana qədər, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır. Həkimlə məsləhətləşmək lazımdır.

İstifadə qaydası və dozası

Göstərilən preparatı hər zaman, həkimin və ya əczaçının göstərişlərinə ciddi riayət edərək, qəbul etmək lazımdır. Hər hansı şübhələr meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək vacibdir. Tövsiyə olunan doza adətən, hər 8 saatdan bir 1 tablet (25 mq); lakin sutkada 3 tabletdən (75 mq) artıq qəbul etmək olmaz. 3-4 gün keçdikdən sonra pasiyent özünü yaxşı hiss etmədikdə və ya onun vəziyyəti daha da pisləşdiyi halda, həkimə müraciət etmək lazımdır. Gün ərzində istifadə olunacaq tabletlərin miqdarını və tabletlərin istifadə müddətini həkim müəyyən etməlidir. Deksalgin preparatının tələb olunan dozası, ağrının növündən, ağırlıq dərəcəsindən və davametmə müddətindən asılıdır. Preparat uzun müddətli müalicə üçün nəzərdə tutulmayıb və müalicə simptomatik dövrlə məhdudlaşdırılmalıdır. Yaşlı pasiyentlərdə və ya böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə müalicəni, ümumi sutkalıq doza 2 tabletdən (50 mq) artıq olmamaq şərti ilə başlamaq lazımdır. Yaşlı pasiyentlər tərəfindən Deksalgin preparatı yaxşı qəbul edildiyi halda, gələcəkdə başlanğıc dozanı, adi pasiyentlərə tövsiyə olunan dozaya (75 mq) qədər artırmaq olar. Şiddətli ağrılardan əziyyət çəkən pasiyentlərdə ağrının tezliklə yüngülləşdirilməsi üçün, preparatı acqarına (yeməkdən ən azı 30 dəqiqə əvvəl) qəbul etmək lazımdır, çünki bu zaman preparat, daha sürətlə sorulur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində “Deksalgin preparatının qida və içkilərlə birlikdə istifadəsi” hissəsinə bax). Uşaqlarda və yeniyetmələrdə istifadəsi Göstərilən preparatı uşaqlarda və yeniyetmələrdə (18 yaşa qədər) istifadə etmək olmaz. Deksalgin preparatının istifadəsinin ötürülməsi Ötürülən dozanı kompensasiya etmək üçün, preparatın ikiqat dozasını qəbul etmək olmaz. Müəyyən olunan zaman təyin edilən növbəti dozanı qəbul etmək lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). Göstərilən preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin həmin reaksiyalar hər pasiyentdə müşahidə olunmur. Ehtimal edilən əlavə təsirlər, baş vermə tezliyindən asılı olaraq, aşağıda göstərilmişdir. Tez-tez meydana çıxan əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər) Ürəkbulanma və/və ya qusma, qarın nahiyəsində ağrı, ishal, həzm pozğunluqları (dispepsiiya). Bəzən meydana çıxan əlavə təsirlər (100 pasiyentdən 1-də müşahidə oluna bilər) Hərlənmə hissi (vertiqo), başgicəllənmə, yuxuya meyllilik, yuxu pozğunluqları, əsəbilik, baş ağrıları, ürək çırpınması, qan axınları, mədə xəstəlikləri, qəbizlik, ağızda quruluq, meteorizm, dəri üzərində səpgilər, yorğunluq, ağrı, qızdırma və üşütmə hissi, ümumi əhvalın pisləşməsi (əzginlik). Nadir hallarda meydana çıxan əlavə təsirlər (1000 pasiyentdən 1-də müşahidə oluna bilər) Peptik xora, qanla qusma və ya qara nəcis şəklində müşahidə olunan, deşilmiş xora və ya qanaxma, bayğınlıq, arterial təzyiqin yüksəlməsi, tənəffüs tezliyinin aşağı düşməsi, orqanizmdə mayenin ləngiməsi və periferik ödemlər (məsələn, topuqların ödemi), qırtlağın ödemi, iştahanın itməsi (anoreksiya), kənar hisslər, paresteziya, övrə, qaşınan səpgilər, akne, tər ifrazının yüksəlməsi, bel nahiyəsindəə ağrılar, sidik ifrazının tezləşməsi, menstrual siklin pozulması, prostat vəzidə baş verən pozğunluqlar, qaraciyər funksiyalarının biokimyəvi göstəricilərinin pozulması (qan analizində), qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit), kəskin böyrək çatışmazlığı. Çox nadir hallarda meydana çıxan əlavə təsirlər (10000 pasiyentdən 1-də müşahidə oluna bilər) Anafilaktik reaksiyalar (şoka qədər inkişaf edən yüksək həssaslıq reaksiyaları), dəri üzərində, ağızın selikli qişasında, gözlərdə və cinsiyyət orqanlarında sağalmayan yaralar (Stivens-Conson və Layell sindromu), üz nahiyəsinin və ya dodaqların və boğazın şişməsi (angionevrotik ödem), tənəffüs yollarının daralması (bronxospazm) nəticəsində tənəffüsün çətinləşməsi, təngnəfəslik, ürək çırpınmasının tezləşməsi, arterial təzyiqin aşağı düşməsi, mədəaltı vəzi iltihabı, bulanıq görmə, qulaqlarda küy (tinnitus), dəri həssaslığının yüksəlməsi, işığa qarşı həssaslıq, qaşınma, böyrək pozğunluqları. Qanda leykositlərin miqdarının azalması (neytropeniya), trombositlərin miqdarının aşağı düşməsi (trombositopeniya). Pasiyentlərdə, xüsusilə, yaşlılarda, müalicənin əvvəlində mədə-bağırsaq traktında əlavə təsirlər (məsələn, mədə nahiyəsində ağrılar, qıcqırma və ya qanaxma) müşahidə olunduqda və ya iltihabəleyhinə preparatların uzunmüddətli istifadəsindən sonra, pasiyentlərdə oxşar simptomlar qeyd olunduğu hallarda, dərhal həkimi məlumatlandırmaq lazımdır. Dəri üzərində səpgilər, ağız boşluğu və ya cinsiyyət orqanları selikli qışalarında hər hansı digər zədələnmə və ya allergiyanın istənilən əlamətləri aşkar olunduqda, Deksalgin preparatının istifadəsini dayandırmaq lazımdır. Əldə olunan məlumatlara əsasən, qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə etdikdə, orqanizmdə mayenin ləngiməsi və ödemlərin əmələ gəlməsi (xüsusilə, ayaqlarda), arterial təzyiqin yüksəlməsi və ürək çatışmazlığı meydana çıxa bilər. Deksalgin preparatına bənzər dərman preparatları ürək tutması (miokard infarktı) və ya insult riskini bir qədər yüksəldə bilərlər. İltihabəleyhinə preparatların istifadəsi fonunda, birləşdirici toxumanın sistem xəstəliklərindən (sistem qırmızı qurdeşənəyindən və ya birləşdirici toxumanın qarışıq xəstəliklərindən) əziyyət çəkən pasiyentlərdə nadir hallarda, qızdırmanın, baş ağrılarının və boyun nahiyəsində sıxılma hissinin meydana çıxması mümkündür. Digər QSİƏP-lərdə olduğu kimi, hematoloji reaksiyalar (purpura, aplastik və hemolitik anemiya və nadir hallarda aqranulositoz və medullar hipilaziya) yarana bilər. Əlavə təsirlər barədə məlumatlar İstənilən əlavə təsirlərin meydana çıxması barədə həkimi və ya əczaçını məlumatlandırmaq vacibdir. Bu, ehtimal edilən istənilən əlavə təsirlərə, o cümlədən, göstərilən içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. Əlavə təsirlər barədə məlumatlar sayəsində, göstərilən preparatın təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.

Doza həddinin aşılması

Preparatın istifadəsi zamanı doza həddinin aşılması baş verdikdə, dərhal həkimə, əczaçıya və ya ən yaxında yerləşən xəstəxananın qeydiyyat şöbəsinə müraciət etmək lazımdır. Göstərilən preparatın qablaşmasını və ya bu içlik vərəqəni pasiyent özü ilə götürməlidir. Dializlə xaric edilə bilər.

Buraxılış forması

25 mq örtüklü tabletlər. 4 və ya 10 tablet PVX/PVDX/alüminium blisterdə və ya ALU/ALU/ Aluminium-Aluminium blisterdə. 1 blister (1×4), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 1, 2, 3, 5 blister (10 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 500 tablet, qablaşmada. Satıışda hər ölçüdə qablaşmalar olmaya bilər.

Saxlanma şəraiti

30ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaq məqsədilə öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Heç bir dərman preparatını kanalizasiyaya və ya məişət tullantıları ilə birlikdə tullamaq olmaz. Lazım olmayan dərman preparatının utilizasiyası barədə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlərin aparılması, ətraf mühitin qorunmasına kömək edir.

Aptekdən buraxılma şərti

№4 və №10 reseptsiz buraxılır. №20, №30, №50 və №500 resept əsasında buraxılır.

İstehsalçı

Laboratorios Menarini S.A., İspaniya. Alfonso XII küç., 587. 08918 Badalona. İspaniya və ya A. Menarini Menyufekçerinq Locistiks end Servisiz S.r.l. (AMMLS). Via Kampo di Pile. 67100 L’Akvila. İtaliya.

Qeydiyyat vəsiqəsinin sahibi

Menarini İnterneşnl Opereyşnz Lyuksemburq S.A. 1, Avenyu de la Qar. 1611 Lyuksemburq. Səlahiyyətli nümayəndə Berlin-Hemi AQ (Menarini Qrup). Qliniker Veq 125. 12489 Berlin. Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Deksalgin N10 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar