Bepanten 100 q krem

Təsiredici maddə: DEXPANTHENOL
Təsiredici maddəDEXPANTHENOL
Dərman formasıKrem
Farmakoloji təsirYara və xoraların müalicəsi üçün vasitə. Digər sikatrizanlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Beynəlxalq patentləşdirilməmiş adı: Dexpanthenol

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 50 mq dekspantenol vardır. Köməkçi maddələr: DL-pantolakton, fenoksietanol, amfizol K, setil spirti, stearil spirti, lanolin (E913), izopropilmiristat, propilenqlikol (E1520), təmizlənmiş su.

Təsviri

Ağ rəngli və ya sarıya çalan ağ rəngli, zəif qoxulu homogen qeyri-şəffaf kremdir.

Farmakoterapevtik qrupu

Yara və xoraların müalicəsi üçün vasitə. Digər sikatrizanlar ATC kodu: D03АХ03.

Farmakoloji xüsusiyyətləri

Dekspantenol – pantoten turşusunun spirtli analoqudur və eyni bioloji aktivliyə malikdir. Dekspantenol hüceyrələrə tez daxil olaraq pantoten turşusuna çevrilir və vitamin B kimi təsir göstərir. Pantoten turşusu və onun duzları suda həll olan vitaminlərdir, asetilkoenzim A-nın tərkibinə daxildir, bir çox mübadilə proseslərində mühüm rol oynayır. Beləliklə, dərinin və selikli qişaların reqenerasiyasında və formalaşmasında vacib olan pantoten turşusuna artan təlabatı dekspantenol ödəyə bilər. Orqanizmdən dəyişilməmiş şəkildə sidik və nəcislə xaric olur.

İstifadəsinə göstərişlər

Quru və qıcıqlanmış zədələnməyən dərinin müalicəsi: qızartı, yüngül yanıqlar (gün və məişət), dərinin kobud sahələrinə qulluq (məsələn, bilək, dirsək, diz və s.). Quru və qızarmış dəriyə qulluq. Radio-, fototerapiya və ya UB-şüalanma nəticəsində dərinin qıcıqlanmasında mikrozədələnmələrin (çatlar, sıyrıntılar) epitelizasiyası və sağalmanın tezləşməsi. Kortikosteroidlərin istifadəsindən sonra dəriyə qulluq,

Əks göstərişlər

Preparatın təsiredici maddəsinə və digər komponentlərinə qarşı yüksək həssaslıq. Hemofiliyalı xəstələrdə ağır qanaxma riski olduğu üçün yaralarda istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İstifadəsi zamanı yüksək həssaslıq əlamətləri yaranarsa, dekspantenolla müalicə dayandırılmalıdır. Lanolin, stearil və setil spirtləri dərini qıcıqlandıra bilər (məsələn, kontakt dermatit). Kremin gözlə təmasından çəkinmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyildir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dekspantenolun reproduktivliyə təsiri öyrənilməmişdir. Hamiləlik və laktasiya dövründə kremin istifadəsinə dair heç bir məhdudiyyət yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

İstifadə qaydası və dozası

Kremi gündə bir necə dəfə zədələnmiş sahələrə çəkmək lazımdır. Müalicə müddəti xəstəliyin xüsusiyyətindən və gedişindən asılıdır.

Əlavə təsirləri

Göstərilən əlavə təsirlər spontan məlumatlara əsaslanır. Dəqiq rast gəlmə tezliyini təyin etmək mümkün deyil. Dəri və ya dərialtı toxuma və immun sistem pozğunluqları: allergik reaksiyalar, həmçinin dəri – kontakt və allergik dermatit, qaşınma, ekzema, eritema, səpgi, övrə, dərinin qıcıqlanması və yaralar.

Doza həddinin aşılması

Dekspantenolun həddindən artıq miqdarda istifadəsi aşağı sistem toksikliyinə malikdir və xəstənin sağlamlığı üçün təhlükəli əlavə təsirlərə səbəb olmur.

Buraxılış forması

30 q və ya 100 q krem, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

QP Qrenzah Prodakşn QmbH, Emil-Barell-Ştrasse 7, D-79639 Qrenzah-Vaylen, Almaniya.

Qeydiyyat vəsiqəsinin sahibi

Bayer Konsumer Keya AG, Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Bepanten 100 q krem” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar