Demoton-B Neo 2 ml N10 inyeksiya

Təsiredici maddə: DEXPANTHENOL + NICOTINAMIDE + PYRIDOXINE + RIBOFLAVIN + THIAMINE
Təsiredici maddəDEXPANTHENOL + NICOTINAMIDE + PYRIDOXINE + RIBOFLAVIN + THIAMINE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirVitaminlər
İstehsal ölkəsiYunanıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,94 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DEMOTON-B NEO inyeksiya üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 2 ml məhlulun tərkibində (1 ampulda) 10 mq tiamin hidroxlorid (B vitamini),1 4 mq piridoksin hidroxlorid (B vitamini), 4 mq riboflavinə ekvivalent6 miqdarda riboflavin natrium fosfat (B vitamini), 40 mq nikotinamid (B2 3 vitamini), 6 mq dekspantenol (B provitamini) vardır.5 Köməkçi maddələr: fenol, xlorid turşusu, inyeksiya üçün su.

Təsviri

Xarakterik qoxusu olan şəffaf, sarı rəngli məhluldur.

Farmakoterapevtik qrupu

Vitaminlər. ATC kodu: A11EA.

Farmakoloji xüsusiyyətləri

Demoton-B NEO məhlulu B -B -B -B -B vitaminlərinin effektiv kombinasiyasıdır.1 2 3 5 6 B vitamini (Thiamin HCl) adenozin trifosfat turşusu (ATF) ilə birləşərək tiaminpirofosfat1 kofermentini əmələ gətirir. Tiaminpirofosfat karbohidrat mübadiləsində piruvat və alfa-keto turşuların dekarboksilləşməsində mühüm rol oynayır. B vitamini hüceyrələrin enerji ehtiyacını təmin etmək üçün tələb olunan enerjinin hasil edilməsində1 vacib rol oynayır. B vitamini (Riboflavin) orqanizmdə flavin adenin dinukleotid (FAD) və flavin mononukleotid2 (FMN) kofermentləri şəklində mövcud olub, toxuma tənəffüsündə böyük rol oynayır. B vitamini (Nikotinamid) bədən tərəfindən niasin mənbəyi kimi istifadə olunur. Bu vitamin lipid3 mübadiləsində, toxuma tənəffüsündə və qlikogenolizdə vacib rol oynayır. B provitamini (Dekspantenol) koenzim-A-nın əmələ gəlməsi üçün vacib olub, karbohidrat, zülal və5 yağların mübadiləsində və sintezində böyük əhəmiyyət kəsb edir. B vitamini (Piridoksin HCl) zülal, karbohidrat və yağların mübadiləsində koferment kimi iştirak6 edir. Zülal mübadiləsi zamanı aminturşuların dekarboksilləşməsində, triptofanın niasin və serotoninə çevrilməsində, aminturşuların aminsizləşməsi və sulfidləşməsində mühüm rol oynayır. Ümumilikdə, bu vitamin kompleksi karbohidrat mübadiləsinə katalitik təsir göstərir və mərkəzi sinir sistemi, qalxanabənzər vəzi, qaraciyər, homeopatik orqanlar, mədə-bağırsaq traktı, dəri və selikli qişaların normal fəaliyyəti üçün vacibdir. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, B qrup vitamin kompleksinin çatışmazlığı orqanizmin infeksiyalara qarşı müqavimətini kəskin şəkildə azaldır.

İstifadəsinə göstərişlər

− B qrupu vitaminlərinin hipovitaminozu − İzoniazid sırasından olan vərəm əleyhinə dərmanların və antibiotiklərin qəbulu zamanı − İmmun çatışmazlığı vəziyyətləri (reanimasiya və intensiv terapiyada olan xəstələr, cərrahi əməliyyatlardan sonra, gec sağalan yaralar, yanıqlar və zədələnmələr zamanı) − Bağırsaqlarda sorulmanın və mikrofloranın pozulması ilə müşayiət olunan mədə-bağırsaq traktı xəstəlikləri (bağırsaq disbakteriozu, malabsorbsiya sindromu) − Müxtəlif mənşəli polineyropatiya, nevrit və nevralgiyalar − Onurğa sütununun iltihabi-degenerativ xəstəlikləri (radikulit, osteoxondroz, lümbaqo) − Mübadilə pozğunluqları ilə gedən xəstəliklər (şəkərli diabet, ateroskleroz, tireotoksikoz, miokardiodistrofiya və s.) − Göz xəstəliklərinin kompleks müalicəsi

Əks göstərişlər

Demoton B Neo-nun tərkibində olan hər hansı inqrediyentə qarşı yüksək həssaslıq. Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri Preparat vena daxilinə ehtiyatla istifadə olunmalıdır. Yüksək dozalarda uzun müddət təyin edilməsi hepatotoksik təsirə səbəb ola bilər. Şəkərli diabet xəstələrində və hiperurikemiya hallarında xüsusilə diqqətli olmaq lazımdır. Dərmanın yaşlılarda istifadəsi ilə bağlı hər hansı xüsusi xəbərdarlıq və ehtiyat tələb edən hal yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində teratogen təsirlə bağlı hər hansı tədqiqat aparılmamışdır. Mövcud tədqiqatlar arasında inkişaf pozğunluğu, yaxud embriotoksiklik halları qeydə alınmasa da, Demoton B Neo-nun istifadəsinin riskli olması fikrini istisna etmək üçün kifayət qədər məlumat yoxdur. Buna görə də ehtiyat tədbiri kimi, həkim tərəfindən qəbulunun mütləq olduğu bildirilmədiyi təqdirdə dərman vasitəsinin hamiləlik dövründə istifadəsindən yayınmaq lazımdır. Kifayət qədər məlumat olmadığından preparat laktasiya dövründə istifadə olunmamalıdır. Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman vasitəsinin nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsiri müşahidə edilməmişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

B vitamini oksidləşdirici-reduksiyaedici maddələr ilə uyğunlaşa bilir, neytral və qələvi məhlullarda1 (məs., karbonatlar, sitratlar, barbituratlar, eritromisin laktobionat IV) isə qeyri-stabildir. Hiposulfat duzlarına malik olan məhlullarla uyuşmazlığa malikdir. B vitamini DOFA-dekarboksilazanın təsiri ilə fəallaşır. Buna görə də DOFA-dekarboksilazanın6 inhibitoru olan B vitamini LEVODOPA ilə birlikdə istifadə olunmamalıdır. Yanaşı istifadə6 olunduqda fenobarbital və fenitoinin terapevtik təsirini zəiflədir. Nikotinamid dərmanların antihipertenziv təsirini gücləndirir və izoniazidin aqonistidir.

İstifadə qaydası və dozası

Əzələdaxili, venadaxili inyeksiya və ya venadaxili infuziya şəklində. Əzələdaxili, yaxud venadaxili parenteral istifadənin müddəti xəstənin reaksiyasından və həkimin təyinatından asılıdır. Xəstənin vəziyyətindən asılı olaraq gündə bir, yaxud iki ampul təyin olunmalıdır.

Doza həddinin aşılması

Gün ərzində 2-7 q dozada olmaqla (yaxud >0,2 q/gün >2 ay ərzində) B vitamini qəbul edən6 xəstələrdə ataksiya, əl və ayaqlarda quruma ilə müşayiət olunan hissi neyropatiya inkişaf etmişdir. Preparatın qəbulu dayandırıldıqda əlamətlər azalır. Hissetmənin tam normallaşması 6 aya qədər çəkə bilər.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar müşahidə olunmuşdur. B vitaminini (Riboflavin) qəbul etdikdən2 sonra sidiyin sarı-narıncı rəngə boyanması (sidiyin rənginin dəyişməsi) qeyd olunmuşdur. B vitamininin yüksək dozalarda uzunmüddətli qəbulu zamanı periferik nevroloji reaksiyalar,6 xüsusilə paresteziya, toxunma hissinin zəifləməsi və yuxululuq halları müşahidə olunmuşdur. B vitamininin parenteral təyini tez keçən hipotenziyaya və çox nadir hallarda anafilaktik şoka səbəb1 ola bilər. B vitamininin parenteral təyini nadir hallarda dəri reaksiyalarına gətirib çıxarır.5

Buraxılış forması

2 ml məhlul, şüşə ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunmuşdur. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeyydiyyat vəsiqəsinin sahibi DEMO S.A., Pharmaceutical Industry. 21st km National Road Athens – Lamia, 14568 Kryoneri, Afina, Yunanıstan Tel.: +30 210 8161802. Faks: +30 210 8161587.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Demoton-B Neo 2 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.