Bepanten 30 q məlhəm

Təsiredici maddə: DEXPANTHENOL
Təsiredici maddəDEXPANTHENOL
Dərman formasıMəlhəm
Farmakoloji təsirYara və xoraların müalicəsi üçün vasitə. Digər sikatrizanlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,98 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Beynəlxalq patentləşdirilməmiş adı: Dexpanthenol

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 50 mq dekspantenol vardır. Köməkçi maddələr: setil spirti, stearil spirti, ağ arı mumu (E901), ağ yumşaq parafin, badam yağı, duru 2 parafin, lanolin (E913), protegin X , təmizlənmiş su.

Təsviri

Sarıya çalan ağ rəngli, özünəməxsus lanolin qoxusu verən homogen məlhəmdir.

Farmakoterapevtik qrupu

Yara və xoraların müalicəsi üçün vasitə. Digər sikatrizanlar. ATC kodu: D03АХ03.

Farmakoloji xüsusiyyətləri

Dekspantenol – pantoten turşusunun spirtli analoqudur və eyni bioloji aktivliyə malikdir. Dekspantenol hüceyrələrə tez daxil olaraq pantoten turşusuna çevrilir və vitamin B kimi təsir göstərir. Pantoten turşusu və onun duzları suda həll olunan vitaminlərdir, asetilkoenzim A tərkibinə daxildir, bir çox mübadilə proseslərində mühüm rol oynayır. Beləliklə, dərinin və selikli qişaların regenerasiyasında və formalaşmasında vacib olan pantoten turşusuna artan təlabatı dekspantenol ödəyə bilər. Orqanizmdən dəyişilməmiş vəziyyətdə sidik və nəcislə xaric olur.

İstifadəsinə göstərişlər

Dərinin xırda zədələnmələri: yüngül yanıqlarda və sıyrıntılarda; radio-, fototerapiya və ya UB-şüalanma nəticəsində dərinin iltihabı, qıcıqlanması; xroniki xoralar, yataq yaraları, anal çatlar, dərinin transplantasiyası və uşaqlıq boynunun eroziyası; kortikosteroidlərlə müalicə zamanı sağalma proseslərinin aktivləşdirilməsi, Quru və çatlamış dəriyə qulluq, Çağalarda bişməcələrin profilaktikası və müalicəsi, Uşaq əmizdirən dövrdə süd vəzilərinə müntəzəm qulluq, döş gilələrində əmələ gələn ağrıların və ya çatların müalicəsi.

Əks göstərişlər

Preparatın təsiredici maddəsinə və digər komponentlərinə qarşı yüksək həssaslıq. Hemofiliyalı xəstələrdə ağır qanaxma riski olduğu üçün yaralarda istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İstifadəsi zamanı yüksək həssaslıq əlamətləri yaranarsa, dekspantenolla müalicə dayandırılmalıdır. Lanolin, stearil və setil spirtləri dərini qıcıqlandıra bilər (məsələn, kontakt dermatit). Məlhəmin gözlə təmasından çəkinmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyildir. Digər qarşılıqlı təsirlər: Məlhəmin tərkibində olan köməkçi maddələr genital və ya anal nahiyələrin yaralarının müalicəsi zamanı lateks prezervativlərin möhkəmliyini azaldır, cırılmasına gətirib çıxarır ki, bu da onların təhlükəsizliyini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dekspantenolun reproduktivliyə təsiri öyrənilməmişdir. Hamiləlik və laktasiya dövründə məlhəmin istifadəsinə dair heç bir məhdudiyyət yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Məlhəmi gündə bir, yaxud zərurət yarandıqda bir neçə dəfə nazik təbəqə şəklində dəriyə tətbiq olunmalıdır. Uşaq əmizdirən analarda süd vəzilərinə qulluq: hər əmizdirmədən sonra məlhəmi döş gilələrinə çəkməli. Çağaya qulluq: hər dəfə uşağın bezini dəyişərkən zədələnmiş yerlərə çəkməli. Müalicə müddəti xəstəliyin xüsusiyyətindən və gedişindən asılıdır.

Əlavə təsirləri

Göstərilən əlavə təsirlər spontan məlumatlara əsaslanır. Dəqiq rast gəlmə tezliyini təyin etmək mümkün deyil. Dəri və dərialtı toxuma, immun sistemi tərəfindən: allergik reaksiyalar, həmcinin dəridə – kontakt və allergik dermatit, qaşınma, ekzema, eritema, səpgi, övrə, dərinin qıcıqlanması və yaralar.

Doza həddinin aşılması

Dekspantenolun həddindən artıq miqdarda istifadəsi aşağı sistem toksikliyinə malikdir və xəstənin sağlamlığı üçün təhlükəli əlavə təsirlərə səbəb olmur.

Buraxılış forması

3,5 q, 30 q və ya 100 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

QP Qrenzah Prodakşn QmbH, Emil-Barell-Ştrasse 7, D-79639 Qrenzah-Vaylen, Almaniya.

Qeydiyyat vəsiqəsinin sahibi

Bayer Konsumer Keya AG, Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Bepanten 30 q məlhəm” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar