Agolutin 60 mq 2 ml N5 inyeksiya
| Təsiredici maddə | PROGESTERONE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Cinsi hormon və cinsiyyət sisteminin modulyatorları, gestagenlər |
| İstehsal ölkəsi | Slovakiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
18,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
AQOLUTİN inyeksiya üçün yağlı məhlul
AGOLUTIN
Beynəlxalq patentləşdirilməmiş adı: Progesterone
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 30 mq progesteron vardır.
Köməkçi maddələr: benzil spirti, benzilbenzoat, günəbaxan yağı.
Təsviri
Yağlı məhluldur.
Farmakoterapevtik qrupu
Cinsi hormon və cinsiyyət sisteminin modulyatorları, gestagenlər.
ATC kodu: G03DA04.
Farmokoloji xüsusiyyətləri
Farmakodinamikası
Klinik praktikada çatışmayan progesteronu əvəz etmək üçün təbii progesteron kimi istifadə
olunur. Progesteronun istifdəsini göstərən sübutların çoxu 10 ildən artıq hormonal preparatın çox
sayda dərman formalarının istifadəsindən sonra emprik xarakter daşıyır. Açıq klinik
tədqiqatların nəticələri mövcuddur, menstruasiyaönü gərginliyi göstərmək üçün progesterondan
sonra ikiqat kor effektli ramdomizəolunmuş nəzarətli tədqiqatda placebo ilə müqayisədə əldə
edilən nəzərəçarpacaq yaxşı nəticələr məlumdur
Farmakokinetikası
30mq progesteronun əzələdaxili inyeksiyası lütein fazada plazma səviyyəsinə uyğun
20-40 nmol/l-1 plazma səviyyəsi yaradır. 50 mq-dan yüksək olan dozalar hamiləlik zamanı
səviyyələrə yaxın səviyyələr yaradır. Plazma yarımparçalanma dövrü çox qısadır
Paylanması
Paylama mərhələsi 3-dən 6 dəqiqəyə qədərdir. Paylanma həcmi 17-dən 19 l-ə qədər arasında
dəyişir; progesteron tədricən ifraz olunan yağ tərəfindən əmilir. Dövr edən progesteron plazma
albumini ilə əlaqələndirilir, nəticədə 95% -dən 96% -ə qədər kortikosteroidlər bağlayan globulin
ilə əlaqələndirilir. Onurğa beyni mayesində konsentrasiyası plazma səviyyəsinin 10% -ə çatır.
Aktiv maddə ana südü üçün plasental baryerdən keçir.
Biotransformasiyası
Xüsusilə qaraciyərdə – təxminən 65%, həmçinin böyrəklərdə, beyində, uşaqlıq və həmçinin
dəridə metabolizmə olunur. Preqnondiola biotransformasiya olunur
Eliminasiyası
Pregnandiol sidikdə qlükononat şəklində ifraz olunur. Həmçinin əhəmiyyətli enterohepatik
dövranla, təxminən 10% nəcislə xaric olunur. Eleminasiya mərhələsi 19-dan 95 dəqiqəyə
qədərdir.
İstifadəsinə göstərişlər
Yumurtalığın sarı cismində progesteron sintezinin çatışmazlığı (endometriumun sekretor
transformasiyası yoxdur)
Menstrual siklin hipofunksional pozğunluğu ya disfunksional uşaqlıq qanaxmaları
Hamiləlik zamanı progesteron sintezinin çatışmazlığında təkrari düşük hallarında hamiləliyi
saxlamaq üçün
Predmenstrual sindrom və doğuşdan sonrakı depressiyanın profilaktikası zamanı
Diaqnostik olaraq yumurtalığın sarı cismində progesteron sintezinin çatışmazlığı (anovulyasiya)
zamanı qanaxmanın induksiyası, endometriyanın tez ayrılması üçün progesteron testi üçün
istifadə olunur
Əks göstərişlər
Təsiredici maddəyə ya hər hansı bir əlavə maddəyə həssaslığın artması.
İstifadə etməyin:
– Üzvi səbəb istisna edilmədən əvvəl uşaqlıq qanaxması
– estrogenlərin eyni vaxtda verilməməsi ilə disfunksiyanal uşaqlıq qanaxması;
– tromboflebit ilə,
– tromboembolik xəstəlik zamanı,
– anamnezdə ağciyər emboliyası;
– kəskin və xroniki qaraciyər xəstəlikləri zamanı
– laktasiya dövründə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Nisbi əks göstərişdir: astma, epilepsiya, kardiopatiya, maye ləngiməsi riskini artırmasına görə
böyrək disfunksiyalarında. Belə pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Progesteron
qaraciyərin funksiyasını pisləşdirir, kəskin və xroniki qaraciyər xəstəliklərində əks-göstərişdir.
Böyrək xəstəliklərində mütləq əks-göstərişləri məlum deyil, maye ləngiməsi riskini artırmasına
görə ehtiyatla istifadə etmək lazımdır.
Progesteron insulinin bazal plazma səviyyəsini artırır, uzun müddətli istifadəsi zamanı qlükozaya
tolerantlığı azalda bilər. Çox yüksək dozada dozadan asılı olaraq hipnotik effekt baş verə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Klinik olaraq əhəmiyyətli qarşılıqlı təsirlər məlum deyil. Antihistamin preparatlar, fenobarbital,
fenitoin, rifampisin, primidon, karbamazepin progesteronun təsirini azaldır. Siklosporin
progesteronun plazma səviyyəsini artırır, onun metabolizmini tormozlayır. Əgər endometriozlu
qadın sintetik progestagenlər qəbul edirsə məsələn, noretisterone progesteronun istifadəsi zamanı
potensial faydalı qarşılıqlı təsirlər ola bilər. Progesteron zülalla və qalxanabənzər vəzi tərəfindən
radioaktiv yodun udulmasıyla əlaqəli yanlış neqativliyə ya yodun təyin edilməsi üçün dəyərlərin
azalması səbəb olur
Hamiləlik və laktasiya dövründə istifadəsi
“Şübhəli” bir abortdan şübhələnilmədiyi təqdirdə hamiləlik təbii ya “təmiz”sintetik gestagenlər
(heç bir androgen və estrogen əlavə təsirləri olmadan) üçün əks göstəriş deyildir. Hamiləlik
zamanı təyinatı ancaq progesteronun sekresiyasının sübut olunmuş çatışmazlığı hallarında, təkrar
abortların profilaktikasına kömək. Ancaq dölün virilizasiyasını təhdid edir və uşaqlıqdankənar
hamiləliyin sayını artırır
Ana südü ilə qidalandırarkən AQOLUTİN istifadə edilməməlidir
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Konsentrasiyanın azalmasını sübut etmək üçün heç bir xüsusi test aparılmamışdır. Terapevtik
dozada təsir ehtimalı azdır. Nəzəri olaraq çox yüksək dozadan sonra hipnotik effekt dozadan asılı
şəkildə təsvir olunur.
İstifadə qaydası və dozası
Preparat əzələdaxili istifadə olunur.
Ikincili amenoreya hallarında progesteronun əvəz olunması ancaq yumurtalıqlarda kifayət qədər
esterogen sintezinin sübutu zamanı, yəni progesteron testi müsbət olarsa effektlidir
Premenopauza oliqomenoreyası zamanı disfunksional qanaxma tutmalarından qaçmaq üçün
menstural siklin hər 42-ci -əgər özbaşına mensturasiya baş vermirsə-60mq aqolutin əzələ
daxilinə. Əgər 3 bu cür aqolutinin dövrü tədbiqi təkrarladıqdan sonra qanaxma olmursa, hesab
olunur ki, yumurtalıqların esterogen sintezində azalma stabildir və menopauza başlayır.
Anamnezində təkrari düşüklər zamanı progesteronla mülicə yalnız progesteron sintezinin
çatışmazlığının sübutu zamanı. 25-100mq aqolutin həftədə 2 dəfə (ya hər gün, əgər zəruridirsə)
hamiləliyin 8-16-cı həftəsinə qədər (ya daha uzun) orqanizmdə progesteron səviyyəsinin birbaşa
və ya dolayı monitorinq səviyyəsinin nəticələrindən asılı olaraq
Progesteron testi üçün 60mq aqolutin təyin edilir, əgər 14 gün ərzində hamiləlik baş vermirsə,
test mənfidir bu (hamiləlik xaric) endometriumun lazımınca hazır olmaması ya uşaqlığın orqanik
pozğunluğu deməkdir
Progesteronun profilaktik istifadəsi ancaq progesteron sintezinin çatışmazlığının sübutu zamanı
özünü doğruldur (hamiləlik zamanı, lütein çatışmazlıq, klomofen və bənzərlərini istifadə edərək
anovulyator sonsuzluğun terapiyasından sonra ) Ayrıca bu hallarda progesteron səviyyəsinin
monitorinqi rahatdır
Əlavə təsirləri
MBT: ürəkbulanma, qusma, hiperpireksiya, bədən çəkisinin dəyişməsi, ödem; MSS: nevroz,
qıcolma, libidonun dəyişməsi, yuxululuq, depressiyaya meyillilik, az hallarda baş ağrısı.
Melanodermiya ya xloazma, süd vəzilərində gərginlik, övrə, vulvanın qaşınması, kandidoz və
yerli qıcıqlanma
Doza həddinin aşılması
Kəskin toksiklik məlumatları məlum deyil; təxminən 100 mq dozada hamiləlik dövründə adi
konsentrasiyanın yalnız 1/10 hissəsinə çatır. Çox yüksək dozada yuxululuq ya uşaqlığın spazmı
yarana bilər.
Buraxılış forması
2 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, işıqdan qorunmaq üçün orijinal qablaşdırmada və uşaqların əli
çatmayan yerdə saxlamaq lazımdır. Soyutmayın və ya dondurmayın
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır
İstehsalçı/Ünvan
Farmacia Martin a.s., Slovakiya Respublikası.
Sklabinska 28, 036 01 Martin, Slovak Republic.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.