Afobazol 10 mq N60 tablet

Təsiredici maddə: FABOMOTIZOLE
Təsiredici maddəFABOMOTIZOLE
ReseptReseptlə satılır
Dərman formasıTablet
Farmakoloji təsirAnksiolitik dərman vasitəsi (trankvilizator).
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,64 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

AFOBAZOL® tabletlər

AFOBAZOL®
Beynəlxalq patentləşdirilməmmiş adı: Fabomotizol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq fabomotizol (fabomotizol dihidroxlorid
şəklində) vardır.
Köməkçi maddələr: kartof nişastası, mikrokristallik sellüloza, laktoza monohidrat, povidon (orta
molekullu tibbi polivinilpirrolidon, kollidon 25), maqnezium stearat.

Təsviri

Ağ və krem çalarlı ağ rəngli, yastı, silindirik formalı, kənarları kəsik tabletlərdir.

Farmakoterapevtik qrupu

Anksiolitik dərman vasitəsi (trankvilizator).
АТC Коdu: N05BX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Afobazol® – benzodiazepin qrupuna daxil olmayan selektiv anksiolitikdir.
Baş beynin sinir hüceyrələrində siqma-1 reseptorlara təsir göstərməklə Afobazol®
QAYT/benzodiazepin reseptorlarını stabilləşdirir və onların tormozlayıcı endogen mediatorlarına
qarşı həssaslığını bərpa edir. Afobazol® həmçinin sinir hüceyrələrinin bioenergetik potensialını
yüksəldir və neyroprotektor təsir göstərir: onları bərpa edir və zədələnmələrdən qoruyur.
Preparatın təsiri özünü əsasən anksiolitik (həyəcana qarşı) və yüngül stimullaşdırıcı (aktivləşdirici)
effektlərinin birlikdə meydana çıxması şəklində göstərir. Afobazol® həyəcan hissini (qayğılı vəziyyət,
pis hadisələrin baş verəcəyi hissiyyatı, qorxu), gərginliyi (qorxaqlıq, ağlağanlıq, narahatlıq hissi,
gərginlikdən azadolma qabiliyyətinin olmaması, yuxusuzluq, qorxu), depressiv əhval-ruhiyyə,
həyəcanın somatik təzahürlərini (əzələ, sensor, ürək-damar, tənəffüs, mədə-bağırsaq simptomları),
vegetativ pozğunluqları (ağızda quruluq, tər ifrazının artması, başgicəllənmə), koqnitiv pozğunluqları
(diqqətin toplanmasında çətinliklər, zəifləmiş yaddaş), o cümlədən, stress vəziyyətlərində bas verən
halları (adaptasiya pozğunluğu) azaldır və ya aradan qaldırır. Xüsusilə preparatın həyəcanlı həssaslıq,
inamsızlıq, tez incimə və emosional labillik, emosional stress reaksiyalara meyillik şəklində astenik
fərdi xüsusiyyətləri olan şəxslərə istifadəsi göstərişdir.
Preparatın təsiri müalicənin 5-7-ci günləri inkişaf edir. Maksimal effekt 4-cü həftənin sonuna yaranır
və müalicə qurtardıqdan sonra orta hesabla 1-2 həftə saxlanılır.
Afobazol® əzələ zəifliyi, yuxuya meyillilik törətmir və diqqətin toplanmasına və yaddaşa mənfi təsir
göstərmir. Onun istifadəsi zamanı dərmandan asılılıq yaranmır və “ləğvetmə” sindromu inkişaf etmir.

Farmakokinetikası

Peroral qəbuldan sonra Afobazol® mədə-bağırsaq traktından yaxşı və sürətlə sorulur.
Preparatın plazmada maksimal konsentrasiyası (Cmax) – 0,130±0,073 mkq/ml; maksimal
konsentrasiyanın yaranma vaxtı (Тmax) – 0,85±0,13 s.
Metabolizmi: Afobazol® qaraciyərdən “ilk keçid effektinə” məruz qalır, metabolizminin əsas
istiqamətləri benzimidazol siklinin aromatik həlqəsi üzrə hidroksilləşmə və morfolin fraqmentinin
oksidləşməsidir.
Afobazol® damarlarla yaxşı təchiz olunmuş orqanlara intensiv paylanır, onun üçün mərkəzi mənbədən
(qan plazmasından) periferik mənbələrə (qan damarları ilə güclü təchiz olunmuş orqan və toxumalar)
keçmə xarakterikdir.
Daxilə qəbul zamanı Afobazolа
®-un yarımxaricolma dövrü 0,82+0,54 saat təşkil edir.
Yarımxaricolma dövrünün qısa olması preparatın intensiv biotransformasiyası və qan plazmasından
orqan və toxumalara sürətlə paylanması ilə bağlıdır. Preparat əsasən metabolitlər şəklində və qismən
dəyişilməmiş şəkildə sidiklə və nəcislə xaric olur.

İstifadəsinə göstərişlər

Afobazol® böyüklərdə həyəcanlı vəziyyətlərdə: generalizəolunmuş həyəcan pozğunluqlarında,
nevrasteniyada, adaptasiya pozğunluqlarında, müxtəlif somatik xəstəlikləri olan xəstələrdə (bronxial
astma, qıcıqlanmış bağırsaq sindromu, sistemli qırmızı qurdeşənəyi, ürəyin işemik xəstəliyi,
hipertoniya xəstəliyi, aritmiyalar), dermatoloji, onkoloji və s. xəstəliklərdə istifadə olunur. Həyəcanla
bağlı yuxu pozğunluğunun, neyrosirkulyator distoniyanın, predmenstrual sindromun alkoqol
abstinent sindromunun müalicəsi zamanı, siqaretdən imtina zamanı “ləğvetmə” sindromunu
yüngülləşdirmək üçün.

Əks göstərişlər

Preparata qarşı fərdi dözümsüzlük. Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya
qlükoza-qalaktoza malabsorbsiyası. Hamiləlik və laktasiya dövrü. 18 yaşa qədər uşaq yaş dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Afobazol® etanol ilə qarşılıqlı təsirdə olmur və tiopentalın hipnotik effektinə təsir göstərmir.
Karbamazepinin qıcolma əleyhinə təsirini gücləndirir. Diazepamın anksiolitik təsirini gücləndirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə Afobazol

® preparatının qəbulu əks göstərişdir. Laktasiya dövründə preparatın
qəbuluna zərurət olarsa döşlə əmizdirilmə dayandırılmalıdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrinin idarə olunmasına və yüksək diqqət və sürətli psixomotor reaksiya
tələb edən potensial təhlükəli fəaliyyət növlərinin həyata keçirilməsinə mənfi təsir göstərmir.

İstifadə qaydası və dozası

Yeməkdən sonra daxilə qəbul edilir.
Оptimal birdəfəlik doza – 10 mq; gündəlik – 30 mq (gün ərzində 3 qəbula bölünərək qəbul edilir).
Preparatın müalicə kursunun müddəti 2-4 həftə təşkil edir.
Lazım gələrsə, həkimin tövsiyəsinə əsasən preparatın gündəlik dozası 60 mq-a qədər, müalicə müddəti
isə 3 aya qədər artırıla bilər.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür.
Nadir hallarda – baş ağrısı baş verə bilər, o, adətən, öz-özünə keçir və preparatın ləğvini tələb etmir.

Doza həddinin aşılması

Doza həddinin əhəmiyyətli dərəcədə aşılması və intoksikasiya zamanı sedativ təsirin inkişafı və
miorelaksasiya baş vermədən yuxuyameyilliyin artması mümkündür. Təxirəsalınmaz tədbir kimi,
gündə 2-3 dəfə 1 ml 20%-li kofein məhlulu yeridilir.

Buraxılış forması

Tabletlər 10 mq.
10 tablet konturlu-yuvalı qablaşdırmada. 3, 5 və ya 10 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
20 tablet konturlu-yuvalı qablaşdırmada. 1, 2, 3, 4 və ya 6 kontturlu-yuvalı qablaşdırma içlik vərəqə
ilə birlikdə karton qutuya qablaşdırıır.
25 tablet konturlu-yuvalı qablaşdırmada. 2 və ya 4 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
30 tablet konturlu qablaşdırmada. 1, 2, 3 və ya 4 konturlu qablaşdırma içlik vərə ilə birlikdə karton
qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25оС-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Farmstandart-Leksredstva” ASC.
305022, Rusiya, Kursk ş., 2-ci Аqreqat küç., ev.1а/18.
Tel./faks: (4712) 34-03-13.
www.pharmstd.ru

Qeydiyyat vəsiqənin sahibi /istehlakçıların iddiaları qəbul edən təşkilat

“Оtisifarm” SC, Rusiya Federasiyası.
123112, Moskva şəh., Testovskaya küç., ev. 10, mərtəbə 12, otaq 29
Tel.: +7 (800) 775-98-19
Faks: +7 (495) 221-18-02.
www.otcpharm.ru

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Afobazol 10 mq N60 tablet” üçün ilk rəyi siz yazın.