UTROJESTAN 200 MG N14 KAPS
| Təsiredici maddə | PROGESTERONE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Cinsi hormonlar və cinsiyyət sisteminin modulyatorları. Progestgenlər. Preqnan törəmələri. Progesteron |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
18,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
UTROJESTAN 100 mq; 200 mq peroral və vaginal kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Progesterone
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 100 mq və ya 200 mq təbii mikronizəolunmuş progesteron vardır. Köməkçi maddələr: günəbaxan yağı, soya lesitini, jelatin, qliserin, titan dioksid, təmizlənmiş su.
Təsviri
100 mq-lıq kapsullar yumru, 200 mq-lıq kapsullar oval, yumşaq, parlaq, sarımtıl rəngli, tərkibində yağlı ağımtıl homogen suspenziya olan jelatin kapsullardır (fazaların gözlə görülə bilən ayrılması olmadan).
Farmakoterapevtik qrupu
Cinsi hormonlar və cinsiyyət sisteminin modulyatorları. Progestgenlər. Preqnan törəmələri. Progesteron. ATC kodu: G03DA04.
Farmakoloji xüsusiyyətləri
Utrojestan preparatının təsiredici maddəsi olan progesteron, yumurtalığın təbii sarı cisim hormonuna identikdir. Hədəf-orqan hüceyrələrinin səthindəki reseptorlarla birləşərək nüvəyə daxil olur, DNT-ni aktivləşdirərək RNT-nin sintezini stimulə edir. Uşaqlığın selikli qişasının follikulyar hormon tərəfindən təmin edilən proliferasiya fazasından sekretor fazaya, mayalanmadan sonra isə mayalanmış yumurtahüceyrənin inkişafı üçün lazım olan vəziyyətə keçməsinə şərait yaradır. Uşaqlığın və uşaqlıq borularının əzələ qatının oyanıqlığını və yığılma qabiliyyətini zəiflədir. Süd vəzisində asinusların sekretor hissələrinin inkişafını aktivləşdirir və laktasiyanı induksiya edir. Proteinlipazanı stimulə edir, yağ ehtiyatlarını artırır, bazal və stimuləedilmiş insulinin konsentrasiyasını yüksəltməklə qlükozanın sərf ediməsini artırır, qaraciyərdə qlikogenin toplanmasına şərait yaradır, hipofizin qonadotrop hormonlarının hasilatını artırır, azotemiyanı azaldır, azotun sidiklə xaric olmasını artırır. Farmakokinetikası Daxilə qəbul edildikdə Sorulması Mikronizəolunmuş progesteron mədə-bağırsaq traktından absorbsiya olunur. Qan plazmasında progesteronun konsentrasiyası birinci saat ərzində tədricən artır, qanda maksimal konsentrasiyası (C ) preparatın qəbulundan 1-3 saat sonra qeyd olunur. Qan plazmasında progesteronunmax konsentrasiyası 1 saatdan sonra 0,13 nq/ml-dən 4,25 nq/ml-ə, 2 saatdan sonra 11,75 nq/ml-ə qədər artır və 3 saatdan sonra 8,37 nq/ml, 6 saatdan sonra 2 nq/ml, 8 saatdan sonra 1,64 nq/ml təşkil edir. Metabolizmi Qan plazmasında müəyyən edilən əsas metabolitləri 20-alfa-hidroksi-delta-4-alfa-preqnanolon və 5-alfa-dihidroprogesterondur. Xaric olması: sidiklə metabolitlər şəklində xaric edilir, onların 95%-i qlükuronlaşdırılmış metabolitlər, əsasən də 3-alfa, 5-beta-preqnandioldur (preqnandion). Qan plazmasında və sidikdə aşkar edilən bu metabolitlər sarı cismin fizioloji sekresiyası zamanı əmələ gələn maddələrlə eynidir. Vaginal yeridilmə zamanı Sorulması və paylanması Absorbsiya sürətlə gedir, qan plazmasında progesteronun yüksək səviyyəsinə vaginal istifadədən 1 saat sonra nail olunur. Qan plazmasında progesteronun C səviyyəsinə yeridilmədən 2-6 saatmax sonra nail olunur. Preparat 100 mq dozada gündə 2 dəfə istifadə edildikdə orta konsentrasiya 9,7 nq/ml səviyyəsində 24 saat ərzində saxlanılır. 200 mq/gün-dən yüksək dozaların istifadəsi zamanı progesteronun konsentrasiyası hamiləliyin birinci trimestrinə müvafiq gəlir. Plazma zülalları ilə birləşməsi- 90%. Progesteron uşaqlıqda toplanır. Metabolizmi Əsasən 3-alfa, 5-beta-preqnandiol əmələ gətirməklə metabolizmə uğrayır. Plazmada 5-beta- preqnanolonun səviyyəsi artmır. Xaric olması Sidiklə metabolitlər şəklində xaric edilir, metabolitlərin əsas hissəsini 3-alfa, 5-beta-preqnandiol (preqnandion) təşkil edir. Bu, onun konsentrasiyasının daima artması ilə təsdiqlənir (6 saatdan sonra C 142 nq/ml olur).max
İstifadəsinə göstərişlər
Qadınlarda progesteron çatışmazlığı vəziyyətləri. Peroral qəbul Menstruasiyaönü sindrom; Ovulyasiya pozğunluğu və ya anovulyasiya nəticəsində menstrual siklin pozulması; Fibroz-kistoz mastopatiya; Premenopauza; Peri- və postmenopauzanın əvəzedici hormonoterapiyası (estrogentərkibli preparatlarla birlikdə). Vaginal yeridilmə yolu Yumurtalıqların fəaliyyət göstərməməsi (olmaması) zamanı (yumurta hüceyrələrinin donorluğu) progesteronun çatışmazlığı hallarında əvəzedici hormonoterapiya; Risk qrupundan olan (uşaqlıq boynunun qısa olması) qadınlarda vaxtından əvvəl doğuşun qarşısının alınması (profilaktikası); Ekstrakorporal mayalanmaya hazırlıq zamanı lütein fazasının dəstəklənməsi; Spontan və ya induksiya edilmiş menstrual sikl zamanı lütein fazasının dəstəklənməsi; Lütein çatışmazlığı nəticəsində yaranan sonsuzluq; Progesteron çatışmazlığı nəticəsində yaranan adəti düşüyün və düşük təhlükəsinin profilaktikası.
Əks göstərişlər
Progesterona və ya preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı yüksək həssaslıq; dərin venaların trombozu, tromboflebit; tromboembolik pozğunluqlar (ağciyər arteriyasının tromboemboliyası, miokard infarktı, insult), kəllədaxili qansızma və ya anamnezdə belə hadisələrin/xəstəliklərin olması; uşaqlıq yolundan naməlum etiologiyalı qanaxmalar; natamam abortlar; porfiriya; hal-hazırda və ya anamnezdə süd vəzilərinin və cinsiyyət orqanlarının aşkar edilmiş və ya ehtimal olunan bədxassəli törəmələri; qaraciyərin ağır xəstəlikləri (o cümlədən, xolestatik sarılıq, hepatit, Dubin-Conson, Rotor sindromları, qaraciyərin bədxassəli şişləri); 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb); ana südü ilə qidalandırma dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Utrojestan preparatından kontrasepsiya məqsədilə istifadə etmək olmaz. Preparatı qida ilə birgə qəbul etmək olmaz, belə ki, qida qəbulu progesteronun biomənimsənilməsini artırır. Mayenin ləngiməsi ilə ağırlaşa bilən xəstəlikləri və vəziyyətləri olan (arterial hipertenziya, ürək- damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı, epilepsiya, miqren, bronxial astma); şəkərli diabeti olan; yüngül və orta ağır dərəcəli qaraciyər funksiyasının pozğunluqları olan; fotohəssaslığı olan pasiyentlərdə Utrojestan preparatını ehtiyatla istifadə etmək lazımdır. Anamnezində depressiya olan pasiyentlərə qarşı müşahidə aparılmalıdır, və ağır dərəcəli depressiya inkişaf etdikdə preparatın qəbulunu dayandırmaq lazımdır. Utrojestan preparatının tərkibində soya lesitini vardır ki, bu isə hiperhəssaslıq reaksiyaları yarada bilər (övrə və anafilaktik şok). Yanaşı olaraq və yaxud anamnezində ürək-damar xəstəlikləri olan pasiyentlər həmçinin həkim tərəfindən mütəmadi yoxlanılmalıdır. Utrojestan preparatının hamiləliyin I trimestrindən sonra istifadəsi xolestazın inkişaf etməsinə gətirə bilər. Progesteron ilə uzunmüddətli müalicə zamanı mütəmadi olaraq tibbi baxışdan keçmək lazımdır (o cümlədən, qaraciyər funksiyalarının müayinəsi); qaraciyər funksional sınaqlarının normal göstəricilərindən kənaraçıxmalar olduqda və ya xolestatik sarılıq yarandıqda müalicəni dayandırmaq lazımdır. Progesteronun istifadəsi zamanı şəkərli diabeti olan pasiyentlərdə qlükozaya qarşı tolerantlığın azalması və insulinə və digər hipoqlikemik preparatlara qarşı tələbatın artması mümkündür. Müalicə prosesində amenoreya yaranan zaman hamiləliyin olmasını istisna etmək lazımdır. Əgər müalicə kursu menstrual tsiklin başlanğıcında çox erkən başlanarsa, xüsusən tsiklin 15-ci gününə qədər, tsiklin qısalması və/və ya atsiklik qanaxmalar ola bilər. Atsiklik qanaxmalar olduqda onun səbəbi aydınlaşdırılana qədər, o cümlədən endometriumun histoloji müayinəsi aparılana qədər preparat qəbul etmək olmaz. Anamnezdə xloazma və ya onun inkişaf etməsinə meyillilik olduqda pasiyentlərin UB- şualanmadan uzaq olmaları məsləhət görülür. Hamiləliyin erkən vaxtlarında özbaşına düşüklərin 50%-dən çoxu genetik pozğunluqlarla şərtlənir. Bundan əlavə, hamiləliyin erkən vaxtlarında özbaşına düşüklərin səbəbi infeksion proseslər və mexaniki zədələnmələr ola bilər. Bu hallarda Utrojestan preparatının istifadəsi yalnız həyat qabiliyyətini itirmiş döl yumurtasının qopması və evakuasiyasının ləngiməsinə gətirib çıxara bilər. Təhlükəli düşüklərin qarşısının alınması məqsədilə Utrojestan preparatının istifadəsi yalnız progesteron çatışmazlığı zamanı mümkündür. Perimenopauza dövründə estrogenlərlə ƏHT aparılması zamanı Utrojestan preparatının menstrual tsiklin ən azı 12 günü ərzində istifadə edilməsi tövsiyyə olunur. Postmenopauzada ƏHT fasiləsiz rejimdə estrogenlərin qəbulunun birinci günündən 25-ci gününə qədər preparatın istifadəsi məsləhət görülür. ƏHT aparılması zamanı venoz tromboemboliyanın (dərin venaların trombozu və ya ağciyər arteriyasının tromboemboliyası) yaranması riski yüksəlir, işemik insult, ürəyin işemik xəstəliyinin inkişaf etməsi riski yüksəlir. Tromboembolik ağırlaşmaların yaranması riskinə görə aşağıdakı hallar baş verdikdə preparatın istifadəsini dayandırmaq lazımdır: görmə pozğunluqları, məs., görmənin itirilməsi, ekzoftalm, gözlərdə ikiləşmə, torlu qişanın damar zədələnmələri; miqren; venoz tromboemboliya və ya trombotik ağırlaşmalar, onun lokalizasiyasından asılı olmayaraq. Anamnezində tromboflebit olduqda, pasiyent diqqətli müşahidə altında olmalıdır. Utrojestan preparatının estrogentərkibli preparatlar ilə istifadəsi zamanı venoz tromboemboliya riskinə görə onların istifadəsi üzrə təlimatlarına müraciət etmək lazımdır. Women Health Initiative Study (WHI) kliniki tədqiqatının nəticələri uzunmüddətli, 5 ildən artıq müddətdə estrogentərkibli preparatların sintetik hestagenlərlə birgə istifadəsi zamanı süd vəzi xərçəngi riskinin bir qədər yüksəlməsini göstərmişdir. Postmenopauzada olan qadınlarda estrogentərkibli preparatların progesteron ilə birgə ƏHT-nın aparılması zamanı süd vəzi xərçəngi riskinin yüksəlməsi məlum deyildir. WHI tədqiqatının nəticələri həmçinin göstərmişdir ki, 65 yaşdan yuxarı qadınlarda ƏHT başladıqda demensiyanın yaranması riski yüksəlmişdir. ƏHT başlamadan öncə və onun aparılması müddətində mütəmadi olaraq qadın terapiyanın aparılmasına əks göstərişlərin olmasına görə müayinə olunmalıdır. Kliniki göstərişlər olduqda süd vəzilərinin müayinəsi və ginekoloji baxış aparılmalıdır. Progesteronun istifadəsi bəzi laborator analizlərin nəticələrinə, o cümlədən, qaraciyər, qalxanabənzər vəzin funksional göstəricilərinə; koaqulyasiya parametrlərinə; preqnandiolun konsentrasiyasına təsir göstərə bilər. Ehtiyatla Ürək-damar sisteminin xəstəlikləri, arterial hipertenziya, xroniki böyrək çatışmazlığı, şəkərli diabet, bronxial astma, epilepsiya, miqren, depressiya, hiperlipoproteinemiya, yüngül və orta ağırlıq dərəcəli qaraciyər funksiyalarının pozğunluqları; fotohəssaslıq. Hamiləliyin II və III trimestrlərində preparatı ehtiyatla istifadə etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Peroral qəbulu zamanı Progesteron diuretiklərin, hipotenziv dərman maddələrinin, immundepressantların, antikoaqulyantların təsirini gücləndirir. Oksitosinin laktogen effektini zəiflədir. Qaraciyərin CYP3A4 mikrosomal fermentlərinin preparat-induktorları ilə, məsələn barbituratlar, epilepsiyaəleyhinə preparatlar (fenitoin, karbamazepin), rifampisin, fenilbutazon, spironolakton, qrizeofulvin ilə birlikdə istifadəsi qaraciyərdə progesteron metabolizminin sürətlənməsilə müşayiət olunur. Progesteronun bəzi antibiotiklərlə (penisillinlər, tetrasiklinlər) birlikdə qəbulu zamanı bağırsaq mikroflorasının pozulması səbəbindən cinsi hormonların bağırsaq-qaraciyər resirkulyasiyası pozulduğu üçün onun effektivliyinin azalmasına gətirib çıxara bilər. Müxtəlif pasiyentlərdə göstərilən qarşılıqlı təsirlərin ifadəolunma dərəcəsi dəyişə bilər, bu səbəbdən, sadalanan qarşılıqlı təsirlərin kliniki effektlərinin proqnozu çətinləşmişdir. Ketokonazol progesteronun biomənimsənilməsini artıra bilir. Progesteron ketokonazol və siklosporinin konsentrasiyasını yüksəldə bilir. Progesteron bromokriptinin effektivliyini azalda bilir. Progesteron qlükozaya dözümlülüyü azalda və şəkərli diabet xəstələrində insulinə və digər hipoqlikemik preparatlara tələbatı artıra bilər. Siqaret çəkən qadınlarda və həddən artıq alkoqol istifadəsi zamanı progesteronun biomənimsənilməsi azala bilər. İntravaginal istifadəsi zamanı İntravaginal istifadəsi zamanı progesteronun digər dərman vasitələri ilə qarşılıqlı təsiri qiymətləndirilməmişdir. Progesteronun azad olunması və absorbsiyasının pozulmasının qarşısını almaq üçün digər intravaginal istifadə olunan dərman vasitələrinin birlikdə istifadəsindən qaçmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Xolestazın yaranması riski olduğu üçün hamiləliyin II və III trimestrlərində preparatı ehtiyatla istifadə etmək lazımdır. Progesteron ana südünə keçdiyi üçün, preparatın ana südü ilə qidalandırma dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat peroral yolla qəbul edildikdə avtonəqliyyat vasitələrinin idarə edilməsi zamanı və yüksək diqqət və cəld psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Peroral qəbul Preparat axşam yatmazdan əvvəl daxilə, su ilə qəbul edilir. Əksər hallarda progesteron çatışmazlığı zamanı Utrojestan gündəlik 2 qəbula bölünmüş (200 mq axşam yatmazdan əvvəl və 100 mq səhər, ehtiyac olduqda) sutkada 200-300 mq dozada təyin edilir. Lütein fazasının çatışmazlığı zamanı (predmenstrual sindrom, fibroz-kistoz mastopatiya, dismenoreya, menopauzal keçid dövrü) sutkalıq doza 200 və ya 300 mq təşkil edir ki, bu isə 10 gün ərzində qəbul edilir (adətən tsiklin 17-ci günündən 26-cı gününə qədər). Perimenopauzada ƏHT zamanı estrogenlərin qəbulu fonunda Utrojestan preparatı 200 mq gündə bir dəfə, 12 gün ərzində terapevtik siklin ikinci yarısında (15-ci gündən 26-cı gününə qədər) qəbul edilir. Bundan sonra 1 həftəlik fasilə verilir, bu müddət ərzində hormon əvəzedici terapiya aparılmır və bu müddətdə qanaxma müşahidə olunur. Postmenopauzada ƏHT zamanı estrogentərkibli preparatların qəbulunun bütün dövrü ərzində Utrojestan preparatı terapevtik siklin 1-ci günündən 25-ci gününə qədər 100 mq dozada istifadə olunur. Bu müalicə əksər pasiyentlərdə amenoreyanın yaranmasına imkan verir. İntravaginal Kapsullar uşaqlıq yoluna dərinə yeridilir. Yumurtalıqları fəaliyyət göstərməyən (olmayan) qadınlarda (yumurtahüceyrələrin donorluğu) progesteronun tamamilə olmaması: estrogenlərlə terapiya fonunda tsiklin 13 və 14-cü günləri gündə 100 mq, daha sonra tsiklin 15-ci günündən 25-ci gününə qədər gündə 2 dəfə 100 mq, 26- cı günündən və hamiləliyin müəyyən olunması zamanı doza hər həftəyə gündə 100 mq qədər artır, maksimum gündə 600 mq-a çatmaqla, 3 qəbula bölünür. Qeyd olunan doza 60 gün ərzində istifadə oluna bilər. Ekstrakorporal mayalanma tsikli aparılan zaman lütein fazasının dəstəklənməsi: xorionik qonadotropin inyeksiyasının başlanması günündən etibarən hamiləliyin I trimestri ərzində gündə 200 mq-dan 600 mq-a qədər qəbul edilməsi tövsiyyə olunur. Sarı cismin funksiyasının pozulması ilə əlaqədar sonsuzluq zamanı spontan və ya induksiyalı menstrual tsiklin lütein fazasının dəstəklənməsi: tsiklin 17-ci günündən başlayaraq 10 gün ərzində gündə 200-300 mq qəbul edilməsi tövsiyyə olunur, menstruasiyanın və hamiləliyin diaqnostikasının ləngiməsi zamanı müalicə davam etdirilməlidir. Təhlükəli düşük zamanı və ya progesteron çatışmazlığı fonunda yaranan adəti düşüyün qarşısının alınması məqsəddilə: hamiləliyin I və II trimestrlərində hər gün, gündə 2 qəbula bölünmüş 200-400 mq.
Əlavə təsirləri
Preparatın peroral qəbulu zamanı qeyd olunan, aşağıda sadalanan əlavə təsirlər aşağıdakı yaranma tezliyinə müvafiq olaraq təsnif olunmuşdur: tez-tez > 1/100, < 1/10; bəzən: > 1/1000, < 1/100; nadir: > 1/10000, < 1/1000; çox nadir: < 1/10000. Cinsi orqanlarda və süd vəzilərində baş verən pozğunluqlar: Tez-tez: menstrual tsiklin pozulmaları, amenoreya, atsiklik qanaxmalar. Bəzən: mastodiniya. Psixikada baş verən pozğunluqlar: Çox nadir: depressiya Sinir sistemində baş verən pozğunluqlar Tez-tez: başağrısı Bəzən: yuxululuq, keçici başgicəllənmə, yorğunluq Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Tez-tez: qarında köp Bəzən: qusma, diareya, qəbizlik Nadir: ürəkbulanma Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar Bəzən: xolestatik sarılıq İmmun sistemdə baş verən pozğunluqlar Çox nadir: övrə Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar Bəzən: qaşınma, civzə Çox nadir: xloazma Reproduktiv sistemdə baş verən pozuntular Bəzən: vaginal qanaxma. Yuxululuq, keçici başhərlənmə bir qayda olaraq preparatın peroral qəbulundan sonra 1-3 saat sonra qeyd oluna bilər. Dozanın azaldılması ilə, preparatın yatmazdan əvvəl qəbul edilməsi və uşaqlıq yolu daxili yeridilmə yoluna keçməklə bu əlavə təsirləri azaltmaq olar. Belə arzuolunmaz reaksiyalar adətən doza həddinin aşılmasının ilkin əlamətləri hesab olunur. Yuxululuq və/və ya keçici başhərlənmə əsasən yanaşı hipoestrogenemiya zamanı müşahidə olunur. Dozanın azaldılması və ya daha yüksək estrogenizasiyanın bərpa olunması dərhal bu halları aradan qaldırır, eyni zamanda progesteronun terapevtik effektini azaltmır. Əgər müalicə kursu çox erkən başlanarsa (menstrual tsiklin birinci yarısında, xüsusən 15-ci gününə qədər), menstrual tsiklin qısalması və ya atsiklik qanaxmalar mümkündür. Menstrual tsiklin qeyd olunan dəyişiklikləri, amenoreya və ya atsiklik qanaxmalar bütün gestagenlər üçün xarakterdir. Kliniki praktikada istifadəsi Kliniki praktikada istifadəsi zamanı progesteronun peroral istifadəsi zamanı aşağıdakı əlavə təsirləri qeyd olunmuşdur: yuxusuzluq; menstruasiyaönü sindrom; süd vəzilərində gərginlik; uşaqlıq yolundan ifrazat; oynaqlarda ağrılar; hipertermiya; gecə saatlarında yüksək tərləmə; mayenin ləngiməsi; bədən kütləsinin dəyişməsi; kəskin pankreatit; alopesiya, hirsutizm; libidonun dəyişməsi; tromboz və tromboembolik ağırlaşmalar (estrogentərkibli preparatlarla birgə ƏHT aparılması zamanı); arterial təzyiqin yüksəlməsi. Preparatın tərkibində soya lesitini var ki, bu isə hiperhəssaslıq reaksiyaları yarada bilər (övrə və anafilaktik şok). Vaginal istifadə üsulu zamanı Preparatın komponentlərinin (əsasən, soya lesitinin) yerli dözümsüzlük reaksiyaların inkişaf etməsi hadisələri barədə tək-tək məlumatlar verilmişdir. Bu reaksiyalar uşaqlıq yolu selikli qişasının hiperemiyası, yandırma, qaşınma, yağlı ifrazat şəklində olur. Preparatın tövsiyyə olunan dozalarda intravaginal istifadəsi zamanı sistem əlavə təsirlər, əsasən, yuxululuq və ya başhərlənmə (preparatın peroral istifadəsi zamanı müşahidə olunan) qeyd olunmamışdır.
Doza həddinin aşılması
Simptomları: yuxululuq, keçici başağrısı, eyforiya, menstrual tsiklin qısalması, dismenoreya. Bəzi pasiyentlərdə artıq mövcud olan progesteronun qeyri-stabil endogen sekresiyası zamanı və ya bu baş verdikdə, preparata qarşı xüsusi həssaslıq və ya estradiolun çox aşağı konsentrasiyaları zamanı orta terapevtik doza həddən artıq ola bilər. Müalicəsi: -yuxululuq və ya başhərlənmə yaranan zaman sutkalıq dozanı azaltmaq və ya preparatın qəbulunu menstrual tsiklin 10 günü ərzində yatmazdan əvvəl təyin etmək lazımdır; -menstrual tsiklin qısalması zamanı və ya “yaxmaşəkilli” qanlı ifrazatlar olduqda müalicənin başlanmasını tsiklin daha gec günlərinə keçirtmək məsləhət görülür (məsələn, 17-ci günün əvəzinə 19-cu gününə); – perimenopauzada və postmenopauzada ƏHT zamanı əmin olmaq lazımdır ki, estradiolun konsentrasiyası optimaldır. Doza həddinin aşılması zamanı ehtiyac olduqda simptomatik müalicə aparılır.
Buraxılış forması
100 mq-lıq kapsullar. 14 kapsul, blisterdə. 2 blister (28 kapsul), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 200 mq-lıq kapsullar. 7 kapsul, blisterdə. 2 blister (14 kapsul), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sindea Farma SL, İspaniya Poliqono İndustrial Emiliano Revilya Sans. Avanida de Aqreda, 31 Olveqa, 42110 (Soria) İspaniya. Sifarişçi Bezen Helskeya SA, Belçika.
Qeydiyyat vəsiqəsinin sahibi
Bezen Helskeya SA. Avenyu Luiz 287,1050 Brüssel, Belçika. İstehlakçıların iradlarını qəbul edən təşkilat Sorrento Marketing LLC, Özbəkistan, Daşkənd, Əmir Temur küçəsi, 51A, telefon: +99871 230 9586 Respublikada: Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda dərman təhlükəsizliyinin qeydiyyatdan sonrakı monitorinqinə cavabdeh olan məhsulların keyfiyyətinə dair iddialar.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.