XONDROGARD 1 ML N10 AMP
| Təsiredici maddə | CHONDROITIN SULFATE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Toxuma reparasiyasının stimulyatorları |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
29,59 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
XONDROQARD əzələdaxili və oynaqdaxili yeridilmə üçün inyeksiya məhlulu Beynəlxalq patentləşdirilməmiş adı: Chondroitin sodium sulfate
Tərkibi
Təsiredici maddə: 1 ampulda (1 və ya 2 ml) 100 və ya 200 mq xondroitin natrium sulfat vardır. Köməkçi maddələr:benzil spirti, natrium metabisulfit, natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz və ya yüngül sarımtıl çalarlı, benzil spirti qoxusuna malik məhluldur.
Farmakoterapevtik qrupu
Toxuma reparasiyasının stimulyatorları. ATC kodu: M01AX25.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Xondroitin hialin qığırdağındakı metabolizm prosesinə təsir göstərən yüksəkmolekullu mukopolisaxariddir. Qığırdaq toxumalarında degenerativ dəyişiklikləri azaldır, toxumanın bərpa olunmasını sürətləndirir, proteoqlikan sintezini stumulə edir. Müalicə zamanı ağrılar azalır və zədə almış qığırdaqdakı hərəkətlilik artır. İkincili sinovitin inkişafı ilə müşayiət olunan qığırdaqların degenerativ dəyişikliklərinin müalicəsində preparatın müsbət effekti artıq 2-3 həftə istifadə etdikdən sonra müşahidə edilə bilər: qığırdaqlarda ağrılar azalır, reaktiv sinovitin klinik simptomları aradan qalxır, zədə almış qığırdaqlarda hərəkətlilik artır. Müalicə kursu bitdikdən sonra terapevtik effektin təsiri uzun müddət saxlanılır. Farmakokinetikası Xondroitin sulfat əzələdaxili yeridildikdə orqanizmdə sürətlə paylanır, bütün bədənə yayılır. İnyeksiyadan 30 dəqiqə sonra preparatın qandakı konsentrasiyası əhəmiyyətli dərəcədə artır. Plazmada xondroitin sulfatın maksimal konsentrasiyası inyeksiyadan 1 saat sonra müşahidə edilir və 2 gün sonra tədricən azalmağa başlayır. Xondroitin sulfat əsasən oynaqların qığırdaq toxumalarında yığılır. Sinovial qişa preparatın qığırdaq boşluğuna keçməsi üçün maneə törətmir. Təcrübələrə əsasən preparat əzələdaxili yeridildikdən 15 dəqiqə sonra xondroitin sulfat sinovial mayedə aşkar olunur, sonra oynaq qığırdağına daxil olur və 48 saat sonra maksimal konsentasiyaya çatır. Oynaqdaxili yeridilmə zamanı xondroitin sulfatın oynaq toxumalarında saxlanlması və tədricən qan dövranına keçməsi müşahidə olunur. Xondroqard dərman vasitəsinin 200 mq dozada oynaqdaxili yeridilməsi zamanı plazmada xondroitin sulfatın C 1-2 saat sonra müşahidə olunur və 52,5-max 86,9 nq/ml təşkil edir, t – 2,5 saat təşkil edir.½
İstifadəsinə göstərişlər
Onurğanın və oynaqların deqenerativ-distrofik xəstəlikləri: – periferik oynaqların osteoartrozu; – fəqərəarası osteoxondroz və osteoartroz; Sınıqlar zamanı sümük döyənəyinin əmələ gəlməsinin sürətləndirlməsi üçün
Əks göstərişlər
– Preparatın tərkibində olan inqrediyentlərə qarşı yüksək həssaslıq; – Qanaxma və qanaxmaya meyillilik; – Tromboflebit; – Oynaqdaxili yeridilmə zamanı: oynaqlarda kəskin iltihabi və yaxud infeksion proseslərin olması, kəskin dəri xəstəliyinin olması və yaxud nəzərdə tutulmuş inyeksiya nahiyəsində dəri infeksiyasının olması; – Uşaqlar və 18 yaşadək yeniyetmələr; – Hamiləlik və laktasiya dövrü (hal-hazırda preparatın bu qrup xəstələrdə istifadə təhlükəsizliyi haqda heç bir məlumat yoxdur).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibinə natrium metabisulfit daxildir, bu ağır yüksək həssaslıq reaksiyaları və bronxospazm yarada bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Dolayi təsirli antikoaqulyantların, antiaqreqantların, fibrinolitiklərin təsirini gücləndirə bilər, buna görə də birgə istifadə zamanı qan laxtalanma göstəricilərinə daha sıx nəzarət tələb edilir. Hamiləlik və laktasiya dövrü Əks göstərişdir.
İstifadə qaydası və dozası
Preparat 100 mq dozada günaşırı əzələ daxilinə yeridilir. Əlavə təsirlər muşahidə edilmədikdə dozanı 4-cü inyeksiyadan başlayaraq 200 mq-a qədər artırmaq olar. Müalicə kursu 25-30 inyeksiyadan artıq olmamalıdır. Ehtiyac olduqda 6 aydan sonra müalicə kursu təkrar oluna bilər. İri oynaqların osteoartrozu zamanı oynaqdaxili və əzələdaxili yeridilmə üsullarının tətbiq edilməsi mümkündür. İnyeksiyalararası 3 gün interval ilə 200 mq dozada 5 dəfəyədək oynaqdaxili inyeksiya və 16 günlük 1 gün interval ilə (günaşırı) 200 mq əzələdaxili inyeksiya tətbiq edilir. Dərman vasitəsinin oynaqdaxili yeridilməsi oynaqdaxili texnikası üzrə təlim keçmiş mütəxəssis tərəfindən aseptik şəraitdə keçirilir. Oynaq ölçüsündən asılı olaraq oynaq boşluğuna 2ml-dək Xondroqard preparatının yeridilməsi mümkündür. Oynaqdaxili yeridilmədən sonra iynə nahiyəsi spirtli salfetlə işlənilir və bakterisid plastır qoyulur. Sümük döyənəyinin formalaşması üçün müalicə kursu 3-4 həftə təşkil edir (günaşırı 10-14 inyeksiya).
Əlavə təsirləri
İmmun sistemi tərəfindən: allergik reaksiyalar (dəri qaşınmaları, eritema, övrə, dermatit). Ümumi pozğunluqlar və yeridilmə nahiyyəsində yaranan reaksiyalar: inyeksiya yerində hemorragiya.
Doza həddinin aşılması
Bu haqda məlumat qeydə alınmayıb.
Buraxılış forması
Əzələdaxili və oynaqdaxili yeridilmə üçün inyeksiya məhlulu – 100 mq/ml. 1 ml və ya 2 ml məhlul, rəngsiz neytral şüşə ampullarda. Ampulların üzərində sındırma halqası və ya rəngli sındırma nöqtəsi və ya xətti var. Ampullara əlavə bir, iki və yaxud rəngli halqa və/və yaxud ikiölçülü ştrix-kod, və/və yaxud hərfi-rəqəm kodlaşması vurulur və yaxud əlavə rəngli halqa, ikiölçülü ştrix-kod, hərfi-rəqəm kodlaşma əlavə edilmir. 5 ədəd ampul polivinilxlorid örtüklü və alüminium folqa və yaxud çoxqatlı örtüklü, və yaxud folqasız və örtüksüz kontur yuvalı qablaşmada. 1 və yaxud 2 ədəd kontur yuvalı qablaşma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanılma şəraiti 25˚C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinini sahibi “FarmFirma”Soteks” QSC. 141345, Rusiya, Moskva vilayəti, Sergievo-Posadskiy rayonu, Belikovo qəs., ev 11. Tel.:/Faks: (495) 956-29-30.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.