Belfleks 2 ml N10 inyeksiya

Təsiredici maddə: CHONDROITIN SULFATE
Təsiredici maddəCHONDROITIN SULFATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirDigər qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə maddələr.
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

29,59 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

BELFLEKS inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Chondroitin sulfate

Tərkibi

Təsiredici maddə: 1 ampulda 100 mq və ya 200 mq xondroitin sulfat vardır. Köməkçi maddələr: benzil spirti, inyeksiya üçün su.

Təsviri

Benzil spirti qoxulu, şəffaf, rəngsiz və ya azacıq sarımtıl rəngli məhluldur.

Farmakoterapevtik qrupu

Digər qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə maddələr. АТC kodu: M01AX25.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dərman maddəsi iltihabəleyhinə, ağrıkəsici təsir göstərir. Oynaq qığırdağının deqradasiyasını törədən fermentləri inaktivləşdirir. İltihabəleyhinə və ağrıkəsici təsiri iltihab mediatorlarının və ağrı faktorlarının sinovisitlər və sinovial qişanın makrofaqları vasitəsilə sinovial mayeyə ifrazının azalması, həmçinin LTB -ün və PGE -nin sekresiyasının azalması hesabına əldə edilir.4 2 Dərman maddəsinin istifadəsi qığırdaq toxumasının sıxılmasına mane olur, oynaq səthləri üçün sürtgü rolu oynayır, oynaq mayesinin əmələ gəlməsini normallaşdırır, oynaqların hərəkətliliyini yaxşılaşdırır, ağrının intensivliyini azaldır, həyat keyfiyyətini yaxşılaşdırır. Farmakokinetikası Xondroitin sulfat əzələdaxili yeridildikdən sonra sinovial mayeye nüfuz edir. Əzələdaxili inyeksiyadan 4-5 saat sonra sinovial mayedə maksimum konsentrasiyaya çatır. Orqanizmdən 24 saat ərzində xaric olunur.

İstifadəsinə göstərişlər

Diz osteoartriti, iri oynaqların osteoartrozu, fəqərələrarası osteoxondroz diaqnozu zamanı simptomların yüngülləşməsi üçün ( yüngül və orta dərəcəli ağrı),

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək fərdi həssaslıq, qanaxmaya meyillik, tromboflebit, hamiləlik, laktasiya (müalicə müddətində ana südü ilə qidalandırma dayandırılmalıdır). 15 yaşa qədər uşaq yaş dövrü (effektivliyi və təhlükəsizliyi müəyyənləşdirilməyib). Ehtiyatla: qan laxtalanmasının pozğunluğu zamanı, duz tərkibi aşağı olan pəhriz saxlayan şəxslərdə, 18 yaşa qədər olan yeniyetmələrdə, böyrəklərin funksional pozğunluğu zamanı, hamilə olmağı planlaşdıran qadınlarda.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Allergik reaksiyalar və ya hemorragiya zamanı müalicəni dayandırmaq lazımdır. Stabil klinik effektə nail olmaq üçün 25 inyeksiyadan az olmayaraq Belfleks dərman maddəsindən istifadə etmək lazımdır, belə ki, müalicə kursu bitdikdən sonra preparatın effektiv təsiri bir neçə ay qalır. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) birlikdə istifadəsi zamanı Belfleks QSİƏP-ın dozasını aşağı salmağa imkan verir. Dərman maddəsi dolayı təsirli antikoaqulyantların, antiaqreqantların, fibrinolitiklərin təsirini gücləndirir ki, bu da birlikdə istifadə zamanı qanın laxtalanma göstəricilərinə daha tez-tez nəzarət etməyi tələb edir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi Uşaqlarda istifadə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Dərman maddəsi əzələ daxilinə günaşırı 1ml yeridilir.Vendaxili istifadə olunmamalıdır. Orqanizm tərəfindən yaxşı qəbul edildikdə doza 2ml-ə qədər artırılır. Müalicə kursu 25-35 inyeksiyadır. Тəkrar kurs 6 aydan sonra həyata keçirilməlidir.

Əlavə təsirləri

Preparatın istifadəsi zamanı inyeksiya yerində allergik reaksiyalar, qanaxmalar mümkündür. Ayrı-ayrı hallarda dəridə yaranan reaksiyalar: eritema, övrə, dermatit, qaşınma verən/qaşınma verməyən və/və ya ödemli/ödemsiz makulopapulyoz səpgilər haqqında bəzi məlumatlar qeyd olunmuşdur. Mədə-bağırsaq pozğunluqları: ürəkbulanma və qusma. İmmun sistem pozğunluqları: çox nadir hallarda angionevrotik ödem. Yuxarıda qeyd olunan əlavə reaksiyalar və içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər meydana çıxdıqda mütləq həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Hətta müəyyən qədər doza həddinin aşılması zamanı preparat toksiklik nümayiş etdirmir. Simptomları: allergik reaksiyalar, inyeksiya yerində hemorragiya. Kəskin doza həddinin aşılması zamanı – simptomatik müalicə. Bütün tədbirlər, Belfleks dərmanının istifadəsinin dayandırılması fonunda həyata keçirilir.

Buraxılış forması

1 ml və ya 2 ml məhlul, ampulda. 5 ampul, konturlu-yuvalı qablaşdırılmalarda. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

 25 C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi RUP “Belmedpreparatı” , Belarus Respublikası, 220007, Minsk ş. Fabrisius küç., 30. Tel.:/Fals: (+375 17) 220 37 16. e-mail: medic@ belmedpreparaty.com http://www/belmedpreparaty/com

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Belfleks 2 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar