VITAPROST N20 TAB
| Təsiredici maddə | PROSTATE EXTRACT |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Xroniki prostatın müalicəsi üçün vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
39,74 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman vasitəsi reseptsiz buraxılır. Optimal nəticə almaq üçün onu təlimatda qeyd edilən bütün tövsiyələrə ciddi əməl etmək lazımdır. İçlik vərəqəni saxlamaq lazımdır, onu oxumaq bir daha tələb oluna bilər. Hər hansı sual yarandıqda, həkimə müraciət etmək lazımdır. Pasiyentin vəziyyəti pisləşdikdə və ya yaxşılaşma baş vermədikdə, həkimə müraciət etmək lazımdır. VİTAPROST bağırsaqda həll olan örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Prostate extract
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq prostat ekstraktı (suda həll olan peptidlər hesabı ilə 20 mq) vardır. Köməkçi maddələr:saxaroza, laktoza monohidrat, kalsium stearat, krospovidon, mikrokristallik sellüloza. Örtük: metakril turşusu və etilakrilat sopolimeri (1:1), titan dioksid, talk, trietilsitrat, kolloidal silisium dioksid, natrium hidrokarbonat, natrium laurilsulfat, indiqokarmin.
Təsviri
Mavi rəngdən açıq göy rəngə qədər, dairəvi formalı, hər iki tərəfi qabarıq tabletlərdir, çillərin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Xroniki prostatın müalicəsi üçün vasitə. ATC kodu: G04BX.
Farmakoloji xüsusiyyətləri
Vitaprost prostat vəziyə orqanotrop təsir göstərir. Ödemin səviyyəsini, prostat vəzin leykositar infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır, asinusların ifrazatında lesitin toxumlarının sayını artırır, sidik kisəsinin əzələ tonusunu stimullaşdırır. Trombyaranmanın, antiaqreqant aktivliyin hesabına prostat vəzidə mikrosirkulyasiyanı yaxşılaşdırır, prostat vəzidə venulaların trombozunun inkişafının qarşısını alır. Klinik tədqiqatların məlumatları əsasında sübut edilmişdir ki, Vitaprost prostat vəzin həcmini mülayim şəkildə azaldır. Preparat prostat vəzin xoşxassəli hiperplaziyası zamanı obstruktiv və irritativ simptomatikanın təzahürünü azaldır ki, bu da özünü sidik axınının maksimal və orta həcm sürətinin artması və qalıq sidiyin həcminin azalması ilə biruzə verir. Klinik tədqiqatların məlumatları sübut etmişdir ki, Vitaprost preparatının istifadəsi xкoniki abakterial prostatitin kəskinləşməsinin inkişafı ehtimalını azaldır, qan analizinin, sidiyin ümumi analizinin klinik və biokimyəvi göstəricilərinin dəyişməsinə səbəb olmur. Xroniki abakterial prostatitin kəskinləşməsinin profilaktikası üçün Vitaprost preparatının istifadəsinin effektivliyi həkim-tədqiqatçıların qiymətləndirməsi üzrə 97,5% təşkil edir. Vitaprost prostat vəzin ifrazat parametrlərini və eyakulyasiyanı normallaşdırır. Prostatitlə törənən ağrını və diskomfortu azaldır, dizurik təzahürü aradan qaldırır, kopulyativ funksiyanı yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
Xroniki abakterial prostatit. Xroniki abakterial prostatitin kəskinləşməsinin profilaktikası. Prostat vəzin xoşxassəli hiperplaziyası. Prostat vəzidə cərrahi müdaxilədən əvvəlki və sonrakı vəziyyət.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Laktaza defisiti, saxaroza/izomaltaza defisiti, laktozaya qarşı dözümsüzlük, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası (preparatın tərkibində laktoza və saxaroza vardır). 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xroniki prostatitin müalicəsi və prostat vəzidə cərrahi müdaxilədən əvvəl və sonrakı vəziyyət kompleks şəkildə olmalıdır, Vitaprost tabletlərilə yanaşı digər qrup dərman vasitələri və və qeyri- medikamentoz müalicə üsulları təyin edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyent istənilən digər preparat istifadə etdikdə, müalicədən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Digər dərman vasitələrilə qarşılıqlı təsiri və ya uyuşmazlığı halları qeyd edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Qadınlarda istifadə üçün nəzərdə tutulmamışdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Avtomobil və digər mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
1 tablet gündə 2 dəfə daxilə qəbul edilir. Prostat vəzin xoşxassəli hiperplaziyası zamanı Vitaprost preparatı ilə müalicə kursunun müddəti 30 gündən, xroniki prostatit zamanı 10 gündən az olmamalıdır. Xroniki prostatitin kəskinləşməsinin profilaktikası üçün ildə 1-2 dəfə 30 gündən az olmamaqla, 1 tablet gündə 2 dəfə qəbul edilir.
Əlavə təsirləri
Çox nadir hallarda: allergik reaksiyalar. Qeyd edilən əlavə təsirlər ağırlaşdıqda və ya pasiyentdə təlimatda qeyd edilməyən istənilən digər əlavə effekt təzahür etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.
Buraxılış forması
Bağırsaqda həll olan tabletlər 20 mq. 10 tablet polivinilxlorid örtüklü və ya polivinilxlorid/polivinilidenxlorid və çap olunmuş laklı alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1, 2 və ya 3 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.