Anestezol N10
| Təsiredici maddə | BENZOCAINE + BISMUTH SUBGALLATE + MENTHOL + ZINC OXIDE |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Babasilin müalicəsi üçün vasitəsi |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,70 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ANESTEZOL® rektal suppozitoriyalar
ANESTEZOL®
Beynəlxalq patentləşdirilməmiş adı: Benzocaine + Bismuth subgallate + Zinc oxide + [Levomenthol]
Tərkibi
Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 100 mq benzokain, 40 mq bismut subqallat, 4 mq levomentol, 20 mq sink oksidi vardır.
Köməkçi maddələr: makroqol 1500, makroqol 400.
Təsviri
Sarı və ya yaşılımtıl-sarı rəngli, torpedoyabənzər formalı suppozitoriyalardır. Kəsiyində hava boşluğunun və qıfabənzər dərinliyin olmasına yol verilir.
Farmakoterapevtik qrupu
Babasilin müalicəsi üçün vasitəsi.
ATC kodu: C05AD03.
Farmakoloji xüsusiyyətləri
Kombinəedilmiş preparat olub, yerli anesteziyaedici, antiseptik, büzücü və quruducu təsir göstərir.
İstifadəsinə göstərişlər
Babasil, arxa keçəcəyin çatları.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq, 12 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xəstəliyin mövcud simptomları müalicə dövründə azalmadıqda və ya yeni qeyri-adi hissiyatın yarandığı qeyd edildikdə, həkimə müraciət etmək lazımdır.
Preparatın istifadəsi zamanı anal nahiyənin gigiyenasına nəzarət etmək, həddindən artıq gərginlikdən çəkinmək, qarınişləmənin yumşaq konsistensiyasının dəstəklənməsi üçün tədbirlər aparmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Anestezol® preparatının digər dərman vasitələrilə qarşılıqlı təsiri təsvir edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Anestezol® preparatından hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız ana üçün potensial fayda uşaq və ya dölə olan riskdən yüksək olduğu halda mümkündür.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə mane olmur.
İstifadə qaydası və dozası
Rektal yolla, təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra istifadə edilir.
Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda sutkada 1-2 dəfə 1 suppozitoriya istifadə edilir.
Əlavə təsirləri
Arxa keçəcəkdə yanma hissi, işlədici effekt, allergik reaksiyalar.
Tərkibində benzokain olan preparatların istifadəsi zamanı methemoqlobinemiyanın inkişafı halları barədə ayrı-ayrı məlumatlar vardır.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.
Buraxılış forması
Rektal suppozitoriyalar 100 mq + 40 mq + 20 mq + 4 mq.
5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
20°C temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərtləri
Reseptsiz buraxılır.
İstehsalçı / Qeydiyyat vəsiqəsinin sahibi / İradları qəbul edən təşkilat
«Nijfarm» SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.