VITAPROST FORTE N10 SAM
| Təsiredici maddə | PROSTATE EXTRACT |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Xroniki prostatitin müalicəsi üçün vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
26,66 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VİTAPROST FORTE rektal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Prostate extract
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq (20 mq suda həll olan peptidlər hesabı ilə) prostat ekstraktı vardır. Köməkçi maddələr:bərk yağ (H 15, W 35 markalı vitepsol; NA 15, NAS 50 markalı supposir).
Təsviri
Torpedoyabənzər formalı, sarımtıl ağ rəngli, krem və ya bozumtul çalarlı suppozitoriyalardır. Suppozitoriyanın səthində ağ ərpin yaranması və kəsiyində hava boşluğunun və qıfşəkilli dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Xroniki prostatitin müalicəsi üçün vasitə. ATC kodu: G04BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Vitaprost Forte prostat vəziyə orqanotrop təsir göstərir. Prostat vəzinin ödeminin səviyyəsini, leykositar infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır, asinusların ifrazatında lesitin toxumların sayını artırır, sidik kisəsinin əzələ tonusunu stimullaşdırır. Trombəmələgəlməni azaltması, antiaqreqant aktivliyi hesabına prostat vəzidə mikrosirkulyasiyanı yaxşılaşdırır, prostat vəzidə venulaların trombozunun inkişafının qarşısını alır. Vitaprost Forte prostat vəzinin və eyakulyatın parametrlərini normallaşdırır. Ağrı və diskomfortu azaldır, dizurik təzahürü aradan qaldırır, kopulyativ funksiyanı yaxşılaşdırır. Preparat iltihab əleyhinə və antiaqreqasion təsirə malikdir, sidik kisəsinin əzələsini stimulə edir. Prostat ekstraktının təsiredici maddəsi peptid biorequlyatorlar qrupu olan sitomedinlərə aiddir. Bu dərman maddələri özlərində molekul kütləsi 1-10 kDa olan peptidləri birləşdirir. Para- və ya autokrin təbiətli kiçikmolekullu peptidlər, transspesifik daxili- və hüceyrələrarası messencer funksiyasını yerinə yetirir. Prostat vəzinin peptidləri qanın laxtalanması vaxtını azaldır və damar divarının antiaqreqant aktivliyini artırır, qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, qanın fibrinolitik aktivliyini gücləndirir, in vivo, in vitro şəraitdə detruzorun miositlərinin yığılma aktivliyini yüksəldir. İmmunomoduləedici və immunostimuləedici təsirə malikdir, antihistaminlərin və antiserotonin anticisimlərinin sintezini gücləndirir. Xroniki prostatitin müalicəsi zamanı peptid biorequlyatorların istifadəsinin əsasında bu preparatların mikrosirkulyasını bərpa etmək, antihistamin və antiserotonin antitellərin sintezinin güclənməsi hesabına dolayı iltihab əleyhinə təsir göstərmək, eləcə də onların immunomoduləedici və immunostimuləedici təsiri durur. Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi sitomedinlərin mühüm bioloji effektinə əsaslanır: orqanotropluğa-differensasiya proseslərini və onların ifraz edildiyi həmin orqanda hüceyrələrin funksiyasını tənzimləməyə imkan verir. Farmakokinetikası Peptid preparat kimi hüceyrə proteazaları ilə aminturşulara qədər parçalanır. Kumulyativ təsirə malik deyil.
İstifadəsinə göstərişlər
Xroniki prostatit (kompleks müalicənin tərkibində). Prostat vəzinin xoşxassəli hiperplaziyası. Sidiyin urgent (imperativ) saxlamamazlığın, urgent (imperativ) sidiyəgetməyə istəmənin və qadınlarda klimakterik və postklimakterik dövrdə sidik kisəsinin hiperaktivliyinin ağırlaşmamış formaları zamanı sidiyəgetmənin artmasının müalicəsi. Prostat vəzidə cərrahi müdaxilələrdən əvvəlki və sonrakı vəziyyət.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Hamiləlik, laktasiya dövrü. 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xroniki prostatitin müalicəsi kompleks olmalıdır, Vitaprost Forte preparatının təyin edilməsilə yanaşı digər qrup dərman vasitələrindən və qeyri-dərman müalicə üsullarından istifadə edilməlidir. Xroniki prostatitin müalicəsinə başlamazdan əvvəl ehtiyac olduqda, müalicə prosesində prostat vəzinin ifrazatının analizinin aparılması məsləhət görülür. Xoşxassəli hiperplaziyanın müalicəsi üçün preparatdan istifadə dövründə hazırki xəstəliyin standart nəzarətini aparmaq üçün müntəzəm olaraq həkim qəbulunda olmaq lazımdır. Müalicə kursuna başlamazdan əvvəl patologiyanın xoşxassəli xarakter daşıdığına əmin olmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat kompleks terapiyada istifadə edilə bilər. Digər dərman vasitələrilə qarşılıqlı təsiri və ya uyuşmazlığı qeyd edilməmişdir. Hamiləlık və laktasiya dövründə istifadəsi Hamilə qadınlarda və laktasiya dövründə preparat əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət (nəqliyyat vasitələrini idarə etmək, hərəkətli mexanizmlərlə işləmək, dispetçer və operator işi) növü ilə məşğul olmaq qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Bağırsağın iradi boşalmasından və ya imalədən sonra gündə 1 dəfə 1 suppozitoriya rektal istifadə edilir. Suppozitoriyanın yeridilməsindən sonra pasiyentin 30-40 dəqiqə ərzində yataqda olması arzu ediləndir. Müalicə kursunun müddətini həkim təyin edir. Prostat vəzinin xoşxassəli hiperplaziyası zamanı Vitaprost Forte preparatı ilə müalicə kursunun minimal davametmə müddəti 15 gün, xroniki prostatit zamanı 10 gün, hiperaktiv sidik kisəsi zamanı 20 gündür. Ehtiyac olduqda, təkrar kursların aparılması mümkündür. Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar yarandıqda, həkimlə məsləhətləşmək vacibdir.
Əlavə təsirləri
Tez-tez – 1-10%; bəzən – 0,1-1%; nadir hallarda – 0,01-0,1%; çox nadir hallarda – 0,01%-dən az, ayrı-ayrı hallar daxil olmaqla. Çox nadir hallarda – allergik reaksiyalar. Yuxarıda qeyd edilən əlavə təsirlərdən hər hansı ağırlaşdırda və ya pasiyent istənilən digər əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat verməlidir.
Doza həddinin aşılması
Vitaprost Forte preparatının doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.
Buraxılış forması
20 mq-lıq rektal suppozitoriyalar. 5 suppozitoriya, polietilenlə laminəedilmiş polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod, Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.