VITAPROST N10 SAM

Təsiredici maddə: PROSTATE EXTRACT
Təsiredici maddəPROSTATE EXTRACT
Dərman formasıRektal şam
Farmakoloji təsirXroniki prostatitin müalicəsi üçün vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

22,39 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VİTAPROST rektal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Prostate extract

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 10 mq suda həll olan peptidlər hesabı ilə 50 mq prostat ekstraktı vardır. Köməkçi maddələr:bərk yağ (H 15, W 35 markalı vitepsol, NA 15, NAS 50 markalı supposir).

Təsviri

Torpedoyabənzər formalı, ağ rəngdən sarımtıl ağ və ya bozumtul qonur çalarlı rəngə qədər sup- pozitoriyalardır. Suppozitoriyanın səthində ağ ərpin yaranması və kəsiyində hava boşluğunun və qıfşəkilli dərinləşmənin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Xroniki prostatitin müalicəsi üçün vasitə. ATC kodu: G04BX.

Farmakoloji xüsusiyyətləri

Vitaprost prostat vəziyə orqanotrop təsir göstərir. Prostat vəzinin ödeminin səviyyəsini, leykositar infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır, asinusların ifrazatında lesitin toxumların sayını artırır, sidik kisəsinin əzələ tonusunu stimullaşdırır. Trombəmələgəlmənin, antiaqreqant aktivliyin azalması hesabına prostat vəzidə mikrosirkulyasiyanı azaldır, prostat vəzidə venulaların trombozunun inkişafının qarşısını alır. Vitaprost prostat vəzinin və eyakulyatın parametrlərini normallaşdırır. Ağrı və diskomfortu azaldır, dizurik təzahürü aradan qaldırır, kopulyativ funksiyanı yaxşılaşdırır.

İstifadəsinə göstərişlər

Xroniki prostatit. Prostat vəzidə cərrahi müdaxilələrdən əvvəlki və sonrakı vəziyyət.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yalnız böyük kişilərdə müalicə üçün istifadə edilir; qadınlarda və uşaqlarda istifadə edilmir. Xroniki prostatitin müalicəsi kompleks olmalıdır, Vitaprost preparatının təyin edilməsilə yanaşı digər qrup dərman vasitələrindən və qeyri-dərman müalicə üsullarından istifadə edilməlidir. Xroniki prostatitin müalicəsinə başlamazdan əvvəl ehtiyac olduqda, müalicə prosesində prostat vəzinin ifrazatının analizinin aparılması məsləhət görülür. Xoşxassəli hiperplaziyanın müalicəsi üçün preparatdan istifadə dövründə hazırki xəstəliyin standart nəzarətini aparmaq üçün müntəzəm olaraq həkim qəbulunda olmaq lazımdır. Müalicə kursuna başlamazdan əvvəl patologiyanın xoşxassəli xarakter daşıdığına əmin olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat kompleks terapiyada istifadə edilə bilər. Digər dərman vasitələrilə qarşılıqlı təsiri və ya uyuşmazlığı qeyd edilməyib.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olma qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Bağırsağın iradi boşalmasından və ya imalədən sonra gündə 1 dəfə 1 suppozitoriya rektal istifadə edilir. Suppozitoriyanın yeridilməsindən sonra pasiyentin 30-40 dəqiqə ərzində yataqda olması məqsədəuyğundur. Vitaprost preparatı ilə müalicə kursunun müddəti 10 gündən az olmamalı-dır. Ehtiyac olduqda, təkrar kursların aparılması mümkündür. Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar təzahür etdikdə, həkimlə məsləhətləşmək vacibdir.

Əlavə təsirləri

Allergik reaksiyalar. İçlik vərəqədə göstərilməyən istənilən digər əlavə təsir baş verdikdə, həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Vitaprost preparatının doza həddinin aşılması halları qeyd edilməyib.

Buraxılış forması

10 mq-lıq rektal suppozitoriyalar. 5 suppozitoriya, polietilenlə laminəedilmiş polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod, Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VITAPROST N10 SAM” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar