VIBURCOL N12 SAM
| Təsiredici maddə | ATROPA BELLADONNA + CALCIUM CARBONICUM + PULSATILLA PRATENSIS + … |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VİBURKOL N rektal, suppozitoriyalar (şamlar) VIBURCOL N
Tərkibi
Təsiredici maddələr: 1 şamın tərkibində vardır: Chamomilla recutita D1 1,1 mq; Atropa belladonna D2 1,1 mq; Plantago major D3 1,1 mq; Pulsatilla pratensis D2 2,2 mq; Calcium carbonicum Hahnemanni D8 4,4 mq. Köməkçi maddələr: bərk yağ.
Təsviri
Ağ rəngdən sarı – ağ rəngə qədər dəyişən şamlardır.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. ATC kodu: V03AX. Digər terapevtik məhsullar.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində adətən potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Qızdırma və qızdırmasız narahatlıq hissi keçirən körpələr və uşaqlar üçün şamlar; adi infeksiyaların simptomatik müalicəsi.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər simptomlar davam edərsə və ya daha da pisləşərsə, həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya tibbi mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
İstifadə qaydası və dozası
Kəskin pozulmalarda 1 ədəd şam düz bağırsağa yeridilir və prosedur bir neçə dəfə təkrar edilir; simptomlar yüngülləşdikdən sonra gündə 2-3 dəfə 1 şam. Yaşı 6 aylığa qədər olan (doğulduğu gündən) körpələr üçün maksimum gündə 2 dəfə 1 şam. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün maksimum doza gündəlik 6 dəfəyə qədər hər 2 saatdan bir 2 şam, 6-11 yaş arası uşaqlar üçün gündəlik 8 dəfəyə qədər hər 2 saatdan bir 1 şam, 2-5 yaş arası uşaqlar üçün gündəlik 6 dəfəyə qədər hər 2 saatdan bir 1 şam, 6 aydan 2 yaşa qədər olan uşaqlar üçün gündəlik 4 dəfəyə qədər hər 2 saatdan bir 1 şam.
Əlavə təsirləri
Çox nadir hallarda allergik dəri reaksiyaları ola bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Buraxılış forması
6 şam blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Şamları hətta qısa müddət ərzində 25°C-dən artıq temperaturda saxlamaq olmaz, çünki bu, şamın komponentlərinin yumşalmasına və əriməsinə səbəb ola bilər. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Strasse 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.