VALDIPIN 5/160 MG N28 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ürək-damar vasitələri; renin-angiotenzin sisteminə təsir edən vasitələr; Angiotenzin-II-nin antaqonistləri, kombinasiyada; Angiotenzin-II-nin antaqonistləri və kalsium kanalları blokatorları. |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VALDİPİN 5 mq/160 mq örtüklü tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibinə 5 mq amlodipin (6,94 mq amlodipin bezilata müvafiq olaraq) və 160 mq valsartan daxildir. Köməkçi maddələr:prejelatinizəolunmuş nişasta, kolloidal silisium dioksid, mikrokristallik sellüloza, krospovidonA tipi, maqneziumstearat, hidroksipropilmetilsellüloza, polietilenqlikol, talk, titan dioksid, qırmızı dəmir oksidi, sarı dəmir oksidi. Beynəlxalq patentləşdirilməmişadı: Amlodipine + Valsartan
Təsviri
Sarımtıl-qəhvəyi rəngli, uzunsov, ikiqat qabarıq, bir tərəfdə “160”, bir tərəfdə “5” yazılmış örtüklu tabletlərdir.
Farmakoterapevtik qrupu
Ürək-damar vasitələri; renin-angiotenzin sisteminə təsir edən vasitələr; Angiotenzin-II-nin antaqonistləri, kombinasiyada; Angiotenzin-II-nin antaqonistləri və kalsium kanalları blokatorları. ATC-kodu:C09DB01. Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası Valdipin-in təsir mexanizmi tərkibinə daxil olan təsiredici maddələrin arterial təzyiqə göstərdiyi tənzimləyici kompleks təsirlərindən irəli gəlir. Amlodipin kalsiumun ürək və qan damarlarının saya əzələ hüceyrələrinə yığıcı təsirini inhibə edir. Amlodipin kalsium kanalları blokatorlarının dihidropiridin sinifinə aid olub, kalsium ionlarının hüceyrəarasısahədən qan damarlarının saya əzələlərinin və ürək əzələsi hüceyrələrinin daxilinə keçməsini inhibə edir. Amlodipin həm dihidropiridinlərlə, həm də qeyri-dihidropiridinlərlə birləşən reseptorları inhibə edir. Bununla, amlodipin hüceyrədənkənar kalsiumun xüsusi ion kanalların vasitəsilə hüceyrədaxili sahəyə girməsini və hüceyrədaxili kalsiumun konsentrasiyasının artması nəticəsində saya və ürək əzələsinin hüceyrələrinin yığılmasına maneçilik edir (mənfi inotrop təsir). Amlodipin kalsium ionlarının hüceyrə membranlarından keçməsinin seçici şəkildə əngəlləyir, bu da özünü daha çox qan damarlarının saya əzələləri hüceyrələrinə və daha az ürək əzələsi hüceyrələrinə göstərir. Qan damarlarının saya əzələlərinə bilavasitə təsir edərək amlodipinperiferik arteriyalara damargenişlədirici təsir göstərir, bunun nəticəsində periferik damar müqavimətini azaldır və artmış qan təzyiqini aşağı salır. Valsartan angiotenzin-II fermentinin ürək əzələsinə, qan damar əzələlərinə və həmçinin, böyrəküstü və böyrək hüceyrələrinə təsirini əngəlləyərək qan damarların yığılmasını və natriumun bədəndə ləngidilməsinin qarşısını alır. Angiotenzin-II fermenti angiotenzin-I fermentindən angiotenzinçevirici fermentinin (AÇF, kinaza-II) katalitik reaksiyası nəticəsində yaranır və damaryığıcı təsirinə, aldosteronun sintezinə və qana ifraz olunmasına stimuləedici təsirinə, həmçinin, ürək əzələsinə və böyrəklərdə natriumun geriyə sorulmasına stimuləedici təsirlərinin sayəsində renin-angiotenzin sisteminin əsas təzyiqartıran agenti qismində qiymətləndirilir. Valsartan, qan damarlarının əzələ hüceyrələri və böyrəküstü vəzi kimi bir çox toxumalarda mövcud olan AT-1 reseptorları ilə angiotenzin-II-nin bağlanmasını inhibə edərək damaryığıcı və aldosteronun sekresiyasına stimuləedici təsirklərinin qarşısını alır. Valsartan həmçinin ürək-damar sisteminə təsiri qeyd olunmayan AT-2 reseptoru ilə də birləşir, lakin AT-1 reseptoruna onun meylliliyi təqribən 20000 dəfə çoxdur. Valsartanın ilkin metaboliti mahiyyətcə aktiv deyildir və valsartanın özü ilə müqayisədə AT-1-reseptoru ilə birləşmə gücü 200 dəfə azdır. AÇF inhibitorları vasitəsilə renin-angiotenzin sisteminin inhibə edilməsi artmış qan təzyiqinin müalicəsində geniş istifadə olunur, bununla birlikdə AÇF inhibitorları bradikinin kimi bioloji aktiv maddənin parçalanmasının qarşısını alırlar və bununla əlaqəli bir sıra əlavə təsirlərin meydana gəlməsinə səbəb olurlar. Valsartan bradikininin parçalanmasının qarşısını almadığı üçün bu cür əlavə təsirlərdən azaddır. Bundan başqa, valsartanın, qan-damar sisteminin işinin tənzimlənməsində vacib sayılan hər hansı digər hormonal reseptoruna birləşməsi və ya onun inhibə edilməsi qeyd olunmayıb. Eyni zamanda, angiotenzin-II-nin sintezinə valsartanın təsiri qeyd olunmur. Farmakokinetikası Valdipin-in daxilə qəbulundan sonra normal sağlam yaşa dolmuş könüllülərdə amlodipinin və valsartanın sorulması və orqanizmdə yayılması və çıxarılması təsiredici madddələrin ayrıca verildikdə göstəricilərindən əhəmiyyətli şəkildə fərqlənmir. Amlodipinin daxilə qəbulundan sonra zirvə plazma konsentrasiyası 6-12 saatdan sonra əldə edilir. Sabit plazma konsentrasiyası gündəlik qəbulda 7-8 gündən sonra əldə edilir. Mütləq biomənimsənilməsi təqribən 64-90% arasındadır. Qismi paylanma həcmi 21 l/kq təşkil edir. Hipertenziyalı xəstələrdə dövredən amlodipinin təqribən 93%-i plazma proteinləri ilə birləşmiş vəziyyətdədir.Amlodipin qaraciyər metabolizmi vasitəsilə CYP3A4 izofermenti tərəfindən intensiv şəkildə qeyri-aktiv törəməsinə qədər metabolizə olunur (təqribən 90%-i). Amlodipinin orqanizmdən atılması ikimərhələlidir, son yarımxaricolma dövrü 30-60 saat təşkil edir. Böyrək yolu ilə dəyişilməmiş şəkildə amlodipinin 10%-i və metabolitinin 60%-i xaric olunur. Valsartanın daxilə qəbulundan sonra zirvə plazma konsentrasiyası2-4 saatdan sonra əldə edilir.Mütləq biomənimsənilməsi təqribən 25%-dir (10-35% arası açımı ilə). Venadaxili yeridilmədən sonra sabit paylanma həcmi 17l təşkil edir və, valsartanın orqanizmin toxumalarında geniş paylanmamasını göstərir. Dövredən valsartanın əksər qismi (təqribən 95%-i) plazma proteinləri ilə birləşir (əsasən albumin ilə). Venadaxili yeridilmədən sonra valsartan qandan bieksponensial xaricolma kinetikasını nümayiş etdirir (plazmadan toxumalara yayılması və yenidən plazmaya dönməsi), təxmini yarıxaricolma dövrü 6 saat təşkil edir. Qan dövranına qayıdan dərmanın əksər qismi dəyişilməmiş şəkildə və təqribən 20%-i metabolizəolunmuş şəkildədir. Valsartanın ilkin metaboliti valeril-4-hidroksi-valsartandır, ümumi yeridilmiş dozanın təqribən 9%- ni təşkil edir və qaraciyər sitoxrom sisteminin CYP2C9 fəaliyyətin nəticəsidir. Qeyd etmək lazımdır ki, terapevtik dozada təyin edildikdə valsartan CYP2C9 izofermentini inhibə etmədiyi üçün həmin izoferment ilə metabolizə olunan digər maddələrin metabolizminə ciddi təsir göstərmir. Daxilə məhlul şəklində təyin edildikdə valsartanın bağırsaq yolu ilə xaric olunan qismi ilkin qəbul edilmiş dozanın 83%-ni, böyrək yolu ilə xaric olunan qismi isə – 13%-ni təşkil edir. Venadaxili yeridilmədən sonra valsartanın plazma klirensi 2 l/saat və böyrək klirensi 0.62 l/saat (ümumi klirensinin 30%-ni) təşkil edir.
İstifadəsinə göstərişlər
Arterial hipertenziyalı şəxslərdə yüksəlmiş qan təzyiqinin azaldılması məqsədilə təyin edilir: ▪ Monoterapiya effektiv olmadıqda (hipertenziyalı şəxslərdə ayrıca təyin edilən amlodipin və ya valsartan ilə yüksəlmiş qan təzyiqli idarə edilmədikdə; bir çox hipertenziyalı xəstələr qan təzyiqinin normal səviyyəsinin əldə edilməsi üçün 1-dən çox antihipertenziv vasitə qəbul etməlidir).
Əks göstərişlər
Dərmanın hər hansı bir komponentinə, dihidropiridin törəmələrinə qarşı yüksək həssaslıq; şiddətli qaraciyər və ya böyrək çatışmazlığı; biliar sirroz, xolestaz, hamiləlik və ya hamiləliyin planlaşdırma dövrü, ağır hipotenziya, şok (kardiogen şok daxil olmaqla); sol mədəciyin çıxış traktının obstruksiyası; kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı; şəkərli diabetdə və ya böyrək çatışmazlığı zamanı aliskiren tərkibli antihipertenziv vasitələrin qəbulu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Güclü tərləmə, qusma və ya ishal ilə müşayiət hallar baş verdikdə dövredən qanın həcminin azaldıqdan qan təzyiqi azala bilər, bu səbəbdən belə hallar ilə olan xəstələrə Valdipin ehtiyyatla təyin edilməlidir. Təsiredici maddələrin qaraciyərdə intensiv metabolizmə uğradığından və əhəmiyyətli hissələrinin böyrək yolu ilə çıxarıldıqdan qaraciyər və ya böyrək funksiyası zəifləmiş xəstələrə Valdipin ehtiyyatla təyin edilməlidir; əks təqdirdə tərkib komponentlərin qan konsentrasiyaları yüksələ bilər. Hiperkaliemiya Əlavə kaliumun, kaliumqoruyucu diuretiklərin, kaliuməvəzedici duzların, eləcə də kalium səviyyəsinin artmasına səbəb olan dərman preparatlarının (məsələn, heparin və s.) istifadəsi zamanı ehtiyatlı olmaq və kaliumun səviyyəsini tez-tez yoxlamaq lazımdır. Böyrək arteriyasının stenozu Unilateral, yaxud bilateral böyrək arteriyasının stenozu, eləcə də yeganə böyrək arteriyasının stenozu olan xəstələrdə qanda sidik cövhəri və zərdabda kreatinin artması riski olduğu üçün Valdipin bu xəstələrdə hipertoniyanın müalicəsi zamanı ehtiyatla istifadə olunmalıdır. Böyrək funksiyasının pozulması olan xəstələr Yüngül və orta ağırlıqda böyrək patologiyası olan xəstələrdə Valdipinin dozasına düzəliş edilməsi tələb olunmur. Böyrək transplantasiyası Yaxın vaxtlarda böyrək transplantasiyası olunmuş xəstələrdə Valdipinin təhlükəsiz tətbiqi ilə əlaqədar məlumat yoxdur. Qaraciyər funksiyasının pozulması olan xəstələr Valsartanın eliminasiyası öd vasitəsilə dəyişilməmiş şəkildə baş verir. Qaraciyər patologiyası və öd yollarının obstruksiyası olan xəstələrə Valdipin təyin olunması xüsusi ehtiyat tələb edir. Аngionevrotik ödem Valsartan qəbul edən xəstələrdə angionevrotik ödem, o cümlədən qırtlağın və səs yarığının ödemi barədə məlumat verilmişdir ki, bu da tənəffüs yollarının obstruksiyasına və/və ya üzün, dodaqların, udlağın və/və ya dilin ödeminə səbəb olur; bu xəstələrdən bəzilərində əvvəllər digər dərman preparatlarının, o cümlədən AÇF inhibitorlarının qəbulu zamanı Kvinke ödemi inkişaf etmişdir. Angionevrotik ödem inkişaf edən xəstələrdə Valdipinin qəbulu dərhal dayandırılmalı və bu preparat yenidən təyin olunmamalıdır. Amlodipin tərkibli vasitələrlə müalicənin başlanğıcında və ya həmin vasitələrinin dozasının artımında şiddətli durğunluq əlamətləri ilə müşayiət edilən koronar ateroskleroz olan bəzi xəstələrdə stenokardiya gedişinin ağırlaşması və ya kəskin miokard infarktın baş verməsi ilə nəticələnə bilər. Böyrək fəaliyyəti renin-angiotenzin sisteminin aktivliyindən asılı olan xəstələrdə (məs., böyrək arteriyasının stenozu, xronik böyrək çatışmazlığı, şiddətli durğunluqlu ürək çatışmazlığı və ya dövredən qanın həcminin azalması) valsartan tərkibli vasitələr ehtiyyatla təyin edilməlidir və böyrək funksiyası vaxtaşırı yoxlanılmalıdır; hər hansı arzuolunmaz reaksiya baş verdikdə müalicənin dərhal dayandırılması və müvafiq mütəxəssisin konsultasiyası tələb edilməsi istisna olunmur. Aortanın və mitral qapaqların stenozu, obstruktiv hipertrofik kardiomiopatiya Digər vazodilatatorların istifadəsi zamanı olduğu kimi, aortanın və ya mitral qapaqların stenozu, həmçinin hipertrofik kardiomiopatiyası olan xəstələrdə xüsusi ehtiyat tədbirlərinə əməl etmək lazımdır. Renin angiotenzin sisteminin (RAS) ikiqat blokadası Angiotenzin reseptorlarının antaqonistlərinin, o cümlədən valsartanın AÇF-in inhibitorları və ya aliskiren kimi RAS-ı blokadaya alan digər vasitələrlə birlikdə istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Eyni dərman formasında tətbq edildikdə amlodipinin və valsartanın arasında heç bir qarşılıqlı təsir müşahidə olunmur. Amlodipin ilə bir vaxtda təyin edilən simvastatinin sistem təsirinin artması ehtimalı olduqdan Valdipin ilə eyni vaxtda təyin edilən simvastatinin dozası 20 mq-dan artıq olmamalıdır. Qreypfrut şirəsi CYP3A4 fermentinin inhibə edilməsi səbəbindən qreypfrut şirəsi ilə birlikdə təyin edildikdə amlodipinin təsiri arta bilər. Qaraciyərin CYP3A4 izofermentlərin aktivliyinə orta və ya güclü təsir göstərən dərman vasitələri amlodipinin orqanizmdə səviyyəsinə təsir edə bilər. CYP3A4 izofermentlərin inhibitorları ilə amlodipinin eyni zamanda təyin edilməsi hipotenziya və ödem törədə bilər, bu səbəbdən amlodipinin dozasının korreksiyası tələb oluna bilər. Amlodipini CYP3A4-ün induktorları ilə (məs: rifampisin, hypericum perforatum) birlikdə istifadə etdikdə adekvat klinik effektə nəzarət etmək lazımdır. Valsartan ilə eyni vaxtda təyin edildikdə atenolol, simetidin, diqoksin, furosemid, qlibenklamid, hidroxlortiazid, varfarin və ya indometasinin heç bir qarşılıqlı təsirləri qeyd olunmamışdır. Valdipin ilə eyni vaxtda qeyri-steroid iltihabəleyhinə preparatlar;n (QSİƏP), o cümlədən SOG-2-nin seçici inhibitorlarınıntəyin edilməsi böyrək zədələnməsi və ya anti-hipertenziv təsirinin azalması ilə nəticələnə bilər (xüsusilə də, ahıl yaşlılarda və ya dövredən qanın həcminin azalması olan şəxslərdə). Valsartanın qəbulu əsnasında hiperkaliemiyanın başvermə ehtimalı olduqdan qanda kaliumun səviyyəsi vaxtaşırı yoxlanılmalı, kaliumun qandakı səviyyəsinin yüksəlməsi ehtimal olduqda isə (kaliumqoruyucu diuretikləri ilə müalicə, kalium tərkibli qida əlavələri və mineral komplekslərinin qəbulu) Valdipin ehtiyyatla təyin edilməlidir. Böyrək və ya digər orqanın transplantasiyasına uğramış xəstələr davamlı şəkildə müəyyən qrup antibiotik (rifamisinlər) və ya immunosupressiv dərmanlar (siklosporin) qəbul etməlidirlər ki, bunlar da qaraciyərdə udulma transportyoru inhibə edərək valsartanın plazma səviyyəsini artıra bilər. Bunu, həmçinin, qaraciyərdən atılma transportyoru inhibitorları olan bəzi antiretrovirus vasitələri (ritonavir, indinavir, nelfinavir) qəbul edən xəstələrə də aid etmək olar. Valdipin ilə eyni vaxtda AÇF inhibitorlarının və ya aliskreninin qəbulu renin-angiotenzin sisteminin ikili əngəllənməsinə gətirib çıxara bilər, bu hallarda böyrək zədələnməsinin, hipotenziya və hiperkaliemiyanın riski artır. Valsartan ilə eyni vaxtda təyin edilən litiumun plazma səviyyəsi artdıqdan litium toksikliyindən qaçınması məqsədilə Valdipin ilə litium tərkibli vasitələr birlikdə ehtiyatla təyin edilməli və litiumun plazma səviyyəsi vaxtaşırtı yoxlanılmalıdır. Hamiləlik və laktasiya dövrü Dölün sağlamlığı və həyatı üçün ciddi təhlükənin mövcudluğu səbəbilə amlodipin və valsartan hamiləliyi olan və ya planlaşdıran qadınlarda qəbul edilməməlidir. Əmizdirən analarda amlodipinin və valsartanın təhlükəsizliyi haqda kifayət qədər klinik təcrübənin olmaması səbəbilə bu dövrdə Valdipin-in qəbul edilməməsi tövsiyə olunur. Pediatriyada istifadəsi Amlodipinin və valsartanın effektivliyi və təhlükəsizliyi haqqında klinik təcrübə mövcud deyil, bu səbəbdən 18 yaşdan aşağı olan uşaqlarda Valdipin-in istifadəsi tövsiyə olunmur. Nəqliyyat vəsitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Valdipin qəbulu əsnasında başgicəllənmə hissi yarana bilər, bu səbəbdən diqqətin cəmlənməsi tələb edilən hallarda arzuolunmaz reaksiyalar baş verə bilər. Valdipin-in qəbulunda başgicəllənmə yarandıqda nəqliyyət vasitələrinin və digər potensial təhlükəli mexanizmlərin idarə edilməsi tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Ümumi göstərişlər Valdipin gündə 1 dəfə təyin edilir; təyin edilən doza 1-2 həftəlik fasilə ilə artırıla bilər. Arterial hipertenziyaya nəzarət üçün maksimum günlük doza 10mq/320 mq təşkil edir. Dərmanın qəbulu qida qəbulundan asılı deyil. Eyni zamanda ayrılıqda valsartan və amlodipin qəbul edən xəstələrdə həmin vasitələrin 1 tabletdə kombinəedilmiş dərman forması qəbulu məqsədəuyğun ola bilər, bu halda qəbul edilən amlodipinin və valsartanın dozalarına uyğun olan Valdipinin dozası seçilməlidir. Ayrı-ayrı qrup xəstələrdə dozalanması Böyrək funksiyasının pozulması olan xəstələr Yüngül və orta dərəcədə böyrək funksiyasının pozulması olan xəstələrdə Valdipinin dozasına düzəliş edilməsi tələb olunmur. Orta dərəcəli böyrək çatışmazlığı zamanı kalium və kreatininin səviyyəsinin monitorinqi məsləhət görülür. Qaraciyər funksiyasının pozulması olan xəstələr Ağır dərəcli qaraciyər çatışmazlığı preparat əks göstərişdir. Valdipini qaraciyər çatışmazlığı və ya öd yollarının obstruktiv xəstəlikləri olan xəstələrə təyin etdikdə ehtiyatlı olmaq lazımdır. Xolestaz olmadan yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə valsartanın məsləhət görülən maksimal dozası 80 mq-dır. Amlodipinin mümkün olan ən kiçik dozası ilə müalicəyə başlamaq tövsiyə olunur. Uşaqlar (18 yaşa qədər) Uşaqlarda istifadə zamanı təhlükəsizlik və effektivlik barədə məlumat olmadığı üçün Valdipindən uşaqların müalicəsi üçün istifadə edilməsi tövsiyə olunmur. Yaşlı xəstələr ( 65 yaş və yuxarı ) Yaşlı (65 yaş və yuxarı) pasiyentlərdə dozanı artırdıqda, ehtiyatlı olmaq lazımdır. Hipertenziyalı yaşlı pasiyentləri amlodipinə və ya Valdipin ilə müalicəyə keçirdikdə, amlodipinin mümkün olan ən kiçik dozası ilə müalicəyə başlamaq tövsiyə olunur.
Əlavə təsirləri
Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: Çox tez-tez – ≥10% xəstədə müşahidə olunur. Tez-tez – <10% və ≥1% xəstədə müşahidə olunur. Bəzən – <1% və ≥0,1% xəstədə müşahidə olunur. Nadir – <0,1% və ≥0,01% xəstədə müşahidə olunur. Çox nadir – <0,01% xəstədə müşahidə olunur. İnfeksiya və invaziyalar Tez-tez Nazofaringit, qrip İmmun sistemə Nadir hallarda Yüksək həssaslıq Maddələr mübadiləsinə Tez-tez Hipokaliemiya Bəzən Anoreksiya, hiperkalsiemiya, hiperlipidemiya, hiperurikemiya, hiponatriemiya Görmə orqanlarına Nadir hallarda Görmə pozulması Psixiki pozulmalar Nadir hallarda Həyəcan hissi Sinir sisteminə Tez-tez Başağrısı Bəzən Başgicəllənmə, yuxululuq, postural başgicəllənmə, paresteziya Eşitmə orqanlarına Bəzən Vertiqo Nadir hallarda Qulaqlarda küy Ürək-damar sisteminə Bəzən Taxikardiya, ürəkdöyünmə, ortostatik hipotenziya Nadir hallarda Bayılma, arterial hipotenziya Tənəffüs sisteminə, döş qəfəsi və divararalığı orqanlarına Bəzən Öskürək, farinqolaringeal ağrı Mədə-bağırsaq sisteminə Bəzən İshal, ürəkbulanma, abdominal ağrı, qəbizlik, ağızda quruluq Dəriyə və dərialtı toxumalara Bəzən Səpgi, eritema Nadir hallarda Hiperhidroz, ekzantema, qaşınma Sümük-əzələ sisteminə və birləşdirici toxumaya Bəzən Oynaqların şişməsi, bel ağrısı, artralgiya Nadir hallarda Əzələ spazmı, ağırlıq hissi Böyrəklərə və sidik yollarına Nadir hallarda Pollakiuriya, poliuriya Reproduktiv sistemə və süd vəzilərinə Nadir hallarda Erektil disfunksiya Ümumi pozulmalar və yeridilmə yerində reaksiyalar Tez-tez Ödem, kəskin ödem, üzdə ödem, periferik ödem, yorğunluq, qızarma, asteniya, istilik hissi Yuxarıda sadalanmayan arzuolunmaz təsirlər baş verdikdə həkiminizə və ya əczaçınıza müraciət etməyiniz xahiş olunur!
Doza həddinin aşılması
Amlodipinin doza həddinin aşılması qabarıq təzahür etmiş periferik vazodilatasiya və hipotenziya ilə müşayiət olunur. İnsanda amlodipinin doza həddinin aşılmalarının klinik təcrübələri məhduddur, şok və fatal nəticələrə gətirib çıxara bilən uzunmüddətli sistem hipotenziya halları haqqında məruzələr edilib. Doza aşılması ehtimal edildikdə xəstəyə dərhal aktivləşdirilmiş kömürün təyin edilməsi (amlodipinin qəbulundan sonra 2 saat müddətində sorulmanı əhəmiyyətli dərəcədə ləngidir) və təcili olaraq ixtisaslaşdırılmış müəssisələrə çatdırılması tövsiyə olunur. İxtisaslaşdırılmış həkim yardımı ürək fəaliyyətini dəstəkləyən konservativ tədbirlərdən ibarətdir (o cümlədən, ətrafların qaldırılması, mayenin venadaxili yeridilməsi və sidiyin ifarzına nəzarət edilməsi ilə vazopressor aminlərin təyin edilməsi). Dövredən amlodipinin qan zülalları ilə yüksək miqdarda birləşməsi üçün hemodializ məqsədəuyğun deyil. İnsanda valsartanın doza həddinin aşılmalarının klinik təcrübələri məhduddur, ehtimal edilir ki, periferik vazodilatasiya, hipotenziya və taxikardiya ilə müşayiət olunur; parasimpatik stimulyasiya nəticəsində bradikardiya da müşahidə oluna bilər. Qan dövranı kollapsı, şüur itmələri və şok haqqında məruzələr verilmişdir. Simptomatik hipotenziya hallarında dəstəkləyici terapevtik tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.
Buraxılış forması
Valdipin 5 mq/160 mq örtüklü tabletlər. 28 tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Bilim İlaç Sanayi ve Ticaret A.Ş., Türkiye. Gebze Organize Sanayi Bolgesi 1900 Sokak, No: 1904 41480 Gebze-Kocaeli/TURKEY.
Qeydiyyat vəsiqəsinin sahibi
Bilim İlaç Sanayi ve Ticaret A.Ş., Türkiye. Kaptanpaşa Mahallesi, Zincirlikuyu Cad. No: 184 34440 Beyoğlu, İstanbul, Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.