VALERIANAHEEL 30 ML DAMLA
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi. Digər hipnotik və sedativ vasitələr |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VALERİANAHEL peroral damcı
Tərkibi
Təsiredici maddələr: 100 q tərkibində vardır: Valeriana officinalis Ø 65 q, Humulus lupulus Ø 5 q, Crataegus Ø 5 q, Hypericum perforatum D1 5 q, Melissa officinalis Ø 3 q, Matricaria recutita Ø 2 q, Avena sativa Ø 2 q, Acidum picrinicum D5 10 q, Kalium bromatum D1 1 q, Ammonium bromatum D1 1 q, Natrium bromatum D1 1 q. Köməkçi maddələr: 66 həcm %-i etil spirti.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Digər hipnotik və sedativ vasitələr. ATC kodu: N05CM.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tək təsiredici maddələrin kliniki təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində adətən potensiyalaşmış təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Narahatlıq zamanı sakitləşdirici kimi; nevrasteniya.
Əks göstərişlər
12 yaşdan kiçik uşaqlarda istifadə etməyin. Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). Hamiləlik və laktasiya dövründə istifadə etməyin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər simpomlar davam edərsə və ya daha da pisləşərsə, həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etməyin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsirlə bağlı məlumat bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
İstifadə qaydası və dozası
Digər təyinat yoxdursa: Kəskin hallarda gündə 6 dəfəyə qədər hər yarım saatdan (və ya 1 saatdan) bir 5 damcı. Bir həftədən artıq istifadəsinə yalnız homeopatiya təcrübəsi olan həkimlə məsləhətləşdikdən sonra icazə verilə bilər. Xroniki pozulmalarda gündə 1-3 dəfə 5 damcı daxilə qəbul edilir. Simptomlar yaxşılaşdıqca preparatın qəbul tezliyi azaldılmalıdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, bu dərman vasitəsinin də əlavə təsirləri ola bilər. Allergik reaksiyalar, baş ağrısı, baş gicəllənmə, halsızlıq, ümumi zəiflik, yuxululuq, ürəkbulanma, qarında ağrı.
Buraxılış forması
30 ml məhlul, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda saxlayın. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Strasse 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.