VAGINAZOL N12 SAM

Dərman formasıTablet
İstehsal ölkəsiHindistan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

29,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VAGİNAZOL vaginal tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Clindamycin + Clotrimazole + Metronidazole

Tərkibi

Təsiredici maddə: 1 vaginal tabletin tərkibində 100 mq klindamisin, 100 mq klotrimazol, 100 mq metronidazol vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, mikrokristallik sellüloza, povidon, natrium metilhidroksibenzoat, təmizlənmiş talk, susuz kolloidal silisium, natrium kroskarmelloza, natrium propilhidroksibenzoat, maqnezium stearat, natrium nişasta qlikolyat, iki əsaslı kalsium fosfat.

Təsviri

Ağ rəngli, uzunsov, hər iki tərəfi qabarıq vaginal tabletlərdir.

Farmakoloji xüsusiyyətləri

Klindamisin linkozamid antibiotiki olub, bakterial zülalın sintezini inhibə edir. O, 50S ribosom subvahidilə birləşir və ribosomların quruluşuna təsir etdiyi kimi translyasiya prosesinə də təsir göstərir. Klindamisin fosfat in vitro aktiv deyil, in vivo şəraitdə tez hidroliz olması bu birləşməni antibakterial aktiv klindamisinə çevririr. Klotrimazol göbələklərə qarşı təsir edir, erqosterolun sintezini zəiflədir. Erqosterolun inhibə edilməsi göbələk sitoplazmatik membranın struktur və funksional pozuntusuna səbəb olur. Klotrimazol in vitro və in vivo geniş spektrli antimikotik təsirə malikdir ki, buraya dermatofitlər, maya göbələkləri də daxildir. Yoluxma nahiyəsindən asılı olaraq, klotrimazolun təsir xüsusiyyəti funqistatik və ya funqisid ola bilər. Metronidazol geniş spektrli patogen mikroorqanizmlərə qarşı aktivdir, əsasən Bacteroides, Fusobacteria, Clostridia, Eubacteria növlərinə, anaerob kokklara və Gardnerella vaginalis-ə. O, eləcə də, Trichomonas, Entamoeba histolytica, Giardia lamblia və Balantidium coli-yə qarşı aktivdir.

İstifadəsinə göstərişlər

Maya göbələklərilə törənən (infeksion leykoreya), əsasən Candida ilə (uşaqlıq yolunun kandidozu) uşaqlıq yolu infeksiyaları, eləcə də, klindamisin fosfatla, klotrimazolla və metronidazolla, vaginal trixomoniaz bakteriyaları ilə törənən superinfeksiyalar.

Əks göstərişlər

Aşağıdakı hallarda preparatdan istifadə etmək olmaz: – preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. – uşaqlıq yolunun qeyri-normal qanaxması və ya qanlı ifrazat. – Vulval və ya vaginal xoralar, suluqlar və ya xoralar. – Qarın nahiyəsinin aşağı hissəsində ağrı və ya dizuriya. – Müalicə ilə əlaqədar olan qızartı, qıcıqlanma və şişkinlik kimi istənilən arzuolunmayan təsir. – Qızdırma və ya titrətmə. – Ürəkbulanma və ya qusma. – Diareya. – Uşaqlıq yolundan qoxulu ifrazat.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Pasiyentdə kandidozun simptomları ilk dəfə yarandığı halda, həkimə müraciət etməlidir. Aşağıdakı hallardan hər hansı biri olduqda, preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır: – son altı ay ərzində ikidən artıq kandidozlu vaginit infeksiyası. – Cinsi yolla ötürülən və ya cinsi xəstəlikləri cinsi tərəfdaşla kontakt zamanı ötürülən əvvəlki xəstəlik tarixi. – Hamiləlik və ya nəzərdə tutulan hamiləlik. – 16 yaşa qədər və 60 yaşdan yuxarı yaş dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik dövründə, xüsusilə ilk trimestrdə preparatın istifadəsi, yalnız həkim məsləhətilə mümkündür. Bu, dərman vasitəsinin hamiləlik dövründə istifadəsinin göstərişlərinə uyğundur. Laktasiya Heyvanlar üzərində aparılan tədqiqatların farmakodinamik/toksikoloji məlumatlarına görə venadaxili yeridilməsindən sonra klotrimazol/metabolitləri ana südünə ekskresiya olunur. Südəmər körpəyə olan risk insisna olunmur. Ana üçün gözlənilən faydanın körpəyə olan potensial riskdən üstün olmasını nəzərə alaraq, klotrimazolla terapiya zamanı ana südü ilə qidalandırmanın dayandırılması barədə qərarın verilməsi vacibdir.

İstifadə qaydası və dozası

İstifadə qaydası Tabletləri applikatorun köməyilə uşaqlıq yoluna imkan daxilində dərinə yeritmək lazımdır. Buna ən yaxşı qaldırılmış ayaqlarla uzanıqlı vəziyyətdə olduqda, nail olmaq mümkündür. Böyüklər 1 tablet barmaqların köməyilə uşaqlıq yoluna dərinə, yatmamışdan əvvəl yeridilir. Müalicəni ele hesablamaq lazımdır ki, terapiya menstrual dövrə düşməsin və sikl başlayana qədər bitmiş olsun. Preparatdan istifadə edildiyi müddətdə vaginal infeksiya zamanı partnyorun yoluxmaması üçün cinsi əlaqədən çəkinmək lazımdır. Uşaqlar Preparat applikator ilə istifadə edildiyi üçün pediatrik istifadə üçün məsləhət görülmür.

Əlavə təsirləri

Tərkibində klindamisin fosfat, klotrimazol və metronidazol olan vaginal tabletlər pasiyentlər tərəfindən yaxşı keçirilir. Bəzi pasiyentlərdə yanma hissilə yerli qıcıqlanma yarana bilər. Yerli istifadədən sonra heç bir sistem toksiki təsir müşahidə edilmir. Yanma hissi dözülməz olduqda, pasiyent müalicəni dayandırmalıdır. Diareya, qusma, multiformalı eritema, kontakt dermatit, ürəkbulanma, qarın nahiyəsində ağrı, övrə, eozinofiliya, vezikulyar dermatit.

Doza həddinin aşılması

Heç bir kəskin intoksikasiya riski müşahidə edilmir, belə ki, birdəfəlik vaginal və ya dəridə istifadədən sonra və ya təsadüfən peroral qəbulu zamanı doza həddinin aşılması ehtimal edilmir (geniş nahiyədə istifadəsi arzuolunan sorulma şəraitində mümkündür). Xüsusi antidotu yoxdur. Lakin, təsadüfən peroral istifadəsi zamanı adi tədbirlər aşağıdakılardır: mədənin yuyulması, yalnız o zaman aparılır ki, doza həddinin aşılmasının klinik simptomları aydın görünür (məsələn, başgicəllənmə, ürəkbulanma və ya qusma). Mədənin yuyulması, yalnız o halda aparılır ki, tə- nəffüs yolları lazımınca qorunsun. Metronidazouln 12 q-a qədər birdəfəlik peroral qəbulu halı, özünü öldürmə və təsadüfən doza həddinin aşılması zamanı qeyd edilmişdir. Simptomlar qusma, ataksiya və azacıq dezoriyentasiya ilə məhdudlaşmışdır. Metronidazolla doza həddinin aşılma- sının spesifik antidotu yoxdur.

Buraxılış forması

6 tablet, alüminium stripdə. 2 strip, içlik vərəqə və applikator ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Plot No. 8, Sector 6A, I.I.E., SIDCUL, Haridwar-249403, Uttarakhand, INDIA.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“VAGINAZOL N12 SAM” üçün ilk rəyi siz yazın.