Suprastin 25 mq N20 tablet

Təsiredici maddə: CHLOROPYRAMINE
Təsiredici maddəCHLOROPYRAMINE
Dərman formasıTablet
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,45 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. • İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər; • əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin; • bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. • əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. SUPRASTİN 25 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Xloropiramin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq xloropiramin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, natrium nişastaqlikolyat (Atipi), talk, jelatin, stearin turşusu.

Təsviri

Hər iki tərəfi disk formalı, bir tərəfində “SUPRASTIN” oyması olan, digər tərəfində xətt olan, iysiz və ya demək olar ki, iysiz ağ və ya bozumtul ağ tabletlərdir.

Farmakoterapevtik qrupu

ATC kodu:

İstifadəsinə göstərişlər

Suprastin antihistamin preparat olub, qaşınma ilə müşayiət olunan (məsələn, bitkilərin və kimyəvi maddələrin təsirindən yaranan pollinoz, konyunktivit, övrə, dermatit, eləcə də qida və dərman allergiyasının simptomlarının və həşəratların sancması zamanı) allergik reaksiyaların və xəstəliklərin müalicəsində istifadə edilir. Preparat eləcə də, yüksək həssaslıq reaksiyalarının (anafilaktik şok) müalicəsində əlavə terapiya zamanı istifadə edilir.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə və dihiropiridin törəmələrinə qarşı yüksək həssaslıq; – kəskin astma tutması zamanı; – vaxtından əvvəl doğulmuş və yenidoğulmuş körpələr; – hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Suprastin preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. – Preparatı yaşlı və zəifləmiş pasiyentlərə ehtiyatla təyin etmək lazımdır, belə ki, onlar mümkün əlavə təsirlərə daha çox həssas olurlar (məsələn, yuxululuq, yorğunluq, başgicəllənmə, arterial təzyiqin enməsi); – nadir hallarda uşaqlarda həyəcan yarana bilər ki, bu da onların mümkün əlavə təsirlərə qarşı daha həssas olmaları ilə izah olunur. – qaraciyər funksiyasının çatışmazlığı zamanı dozanın azaldılmasına ehtiyac ola bilər; – böyrək funksiyasının çatışmazlığı zamanı dozanın azaldılmasına ehtiyac ola bilər; – bağlıbucaqlı qlaukoma (Suprastin preparatının istifadəsi qlaukoma tutmasına səbəb ola bilər), ürək-damar pozulmaları, epilepsiya, əzələ xəstəlikləri, sidiyin ləngiməsi, prostat vəzinin hipertrofiyası və xroniki qəbizlik kimi xəsətəliklər zamanı preparatı xüsusi ehtiyatla istifadə etmək lazımdır; – əvvəl istifadə edilən antiallergik preparatların qəbulu zamanı pasiyentdə başgicəllənmə, allergik simptomların kəskinləşməsi və ya əlavə təsirlərin inkişafı müşahidə olunarsa, preparatdan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Suprastin preparatının istifadəsi fotohəssaslığa səbəb ola bilər, bu səbəbə görə müalicə dövründə günəş altında qalmaq olmaz. Preparatın tərkibində 116 q süd şəkəri (laktoza) vardır, bunu süd şəkərinin keçirməməzliyi zamanı nəzərə almaq lazımdır. Pasiyent qalaktozemiya, laktoza yoxluğundan (süd şəkərini parçalayan ferment) və ya qlükoza və ya qalaktoza mənimsəməməkdən əziyyət çəkirsə, preparatın tərkibinə daxil olan laktoza monohidrat xəstənin şikayətlərinə səbəb ola bilər. Pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlük olduğu halda Suprastin preparatını qəbul etməzdən əvvəl həkimə müraciət etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xəstə preparatı qəbul etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi (o cümlədən reseptsiz buraxılan) dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verməlidir. Bəzi MAO inhibitorları (məsələn, moklobenid, seleqalin) preparatın antixolinergik effektini gücləndirir və uzadır (ağızda quruluq, bəbəyin genəlməsi, görmə akkomodasiyasının pozulması, qəbizlik, sidikburaxmanın pozulması). Beləliklə, MAO inhibitorlarının preparatla eyni vaxtda istifadəsindən şəkinmək lazımdır. Suprastin preparatını atropin, sedativ analgetiklər, sedativ vasitələr, yuxugətiricilər, mərkəzi sinir sisteminə təsir edən digər preparatlarla, qlaukomanın müalicəsində istifadə olunan göz damcıları ilə eyni vaxtda istifadə etdikdə, xüsusilə ehtiyatlı olmaq lazımdır, bu preparatlardan istənilən biri digərinin effektini gücləndirə bilər. Ototoksik preparatlarla (məsələn, bəzi antibiotiklərlə) eyni vaxtda istifadə zamanı Suprastin preparatı ototoksikliyin erkən əlamətlərini gizlədə bilər. Antihistamin preparatlar allergik sınaqlar zamanı dəri reaksiyalarının təzahürüni gizlədə bilər, bu səbəbə görə sınağın aparılmasından bir neçə gün əvvəl Suprastin preparatının qəbulunu dayandırmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır. Hamiləlik Hamilə qadınlarda preparatın istifadəsi üçün lazımi adekvat nəzarət tədqiqatları aparılmamışdır. Lakin hamiləliyin axırıncı aylarında antihistamin preparat qəbul edən anaların yenidoğulmuş körpələrində göz billurunun arxasında birləşdirici toxumanın inkişafı barədə qeydlər vardır. Bu səbəb görə preparatın istifadəsi hamilə qadınlara əks göstərişdir. Laktasiya Preparatın istifadəsinin adekvat nəzarət tədqiqatları olmadığı təqdirdə laktasiya dövründə istifadə etmək olmaz. Hamiləlik və ya laktasiya dövründə istənilən preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat, xüsusilə də müalicənin əvvəlində, yuxululuq və psixomotor funksiyaların pozulmasına səbəb olur. Bu səbəbə görə müalicənin fərdi müəyyən olunan başlanğıc dövründə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz. Bundan sonrakı dövrdə məhdudlaşma və ya qadağan dərəcəsi hər pasiyentə görə həkim tərəfindən fərdi təyin edilir.

İstifadə qaydası və dozası

Suprastin preparatını ciddi şəkildə həkim təyinatı ilə qəbul etmək lazımdır. Preparatın qəbulu ilə bağlı şübhə olduqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dozalanma rejimi Böyüklər Məsləhət görülən sutkalıq doza həkim təyinatına uyğun olaraq gündə 3-4 dəfə 1 tablet təşkil edir. Preparat axşam vaxtı gec qəbul edildikdə, qastro-ezofagial reflyuksun simptom- ları güclənə bilər (epiqastral nahiyəd, qida borusunda ağrı, turş qıcqırma). Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Məsləht görülən başlanğıc doza: 1-12 aylıq uşaqlarda: ¼ tablet gündə 2-3 dəfə. 1-6 yaşlı uşaqlarda: ½ tablet gündə 2 dəfə. 6-14 yaşlı uşaqlarda: ½ tablet gündə 3-4 dəfə. Pasiyentin reaksiyasından və müşahidə edilən əlavə təsirlərdən asılı olaraq dozanı tədricən artırmaq olar. Lakin doza heç bir halda bədən kütləsinə 2 mq/kq-ı aşmamalıdır. Anafilaktik şok və ya kəskin ağır allergik reaksiya zamanı müalicəni Suprastin preparatının venadaxili inyeksiyasından başlamaq lazımdır, bundan sonra müalicəni əzələdaxili inyeksiya və ya preparatın daxilə qəbulu ilə davam etdirmək məsləhət görülür. Xüsusi qrup pasiyentlər Yaşlı, zəifləmiş xəstələr Bu qrup pasiyentlərdə preparatın istifadəsi xüsusi ehtiyat tələb edir, belə ki, bu xəstələr antihistamin preparatların əlavə təsirlərinə daha çox həssas olurlar (başgicəllənmə, yuxululuq, arterial təzyiqin enməsi). Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə Qaraciyər xəstəlikləri zamanı preparatın təsiredici maddəsinin metabolizminin azalması ilə əlaqədar olaraq bu qrup pasiyentlərdə dozanın azaldılması tələb oluna bilər. Böyrək funksiyası pozulmuş pasiyentlərdə Təsiredici maddənin əsasən böyrəklər vasitəsilə xaric olunması ilə əlaqədar olaraq bu qrup pasiyentlərdə preparatın qəbul rejiminin dəyişdirilməsi tələb oluna bilər. İstifadə qaydası Tabletlər yemək vaxtı, çeynəmədən, kifayət qədər su ilə daxilə qəbul edilir. Suprastin preparatının qəbulu vaxtından əvvəl dayandırılması Pasiyent preparatın qəbulunu vaxtından əvvəl dayandırdıqda, bu, arzuolunmayan nəticələr yaratmır, yalnız xəstəliyin simptomları geri qayıda və şikayətlər arta bilər. Preparatın qəbulu ilə bağlı əlavə suallar meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Alkoqol antihistamin preparatların mərkəzi sinir sisteminə sedativ effektini gücləndirə bilər (yuxululuq, yorğunluq, başgicəllənmə). Bununla əlaqədar olaraq preparatlaq müalicə dövründə alkoqollu içkilərin qəbulundan çəkinmək lazımdır.

Əlavə təsirləri

Bütün digər dərman vasitələrində olduğu kimi Alotendin preparatının da qəbulu zamanı əlavə təsirlər yarana bilər, lakin bu reaksiyalar bütün xəstələrdə təzahür etmir. Əlavə təsirlərin tezliyi aşağıdakı təsnifata görə təyin edilir: çox tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-də); tez-tez baş verən əlavə təsirlər (100 pasiyentdən 1-10-da); bəzən baş verən əlavə təsirlər (1000 pasiyentdən 1-10-da); nadir hallarda baş verən əlavə təsirlər (10000 pasiyentdən 1-10-da); çox nadir hallarda baş verən əlavə təsirlər (10000 pasiyentdən 1-də); müəyyən edilməmiş tezlik (əldə olan məlumatlara görə tezliyi müəyyən etmək mümkün deyil). Qan və limfa sistemi tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – ağ və qırmızı qan hissəciklərinin azalması, qan sisteminin digər pozulmaları. İmmun sistemi tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – allergik reaksiyalar. Sinir sistemi tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – yorğunluq, başgicəllənmə, hərəkət koordinasiyasının pozulması, sinir oyanıqlığı, əsmə,qıcolma, başağrısı, əhval-ruhiyyənin qeyri-adekvat yüksəlməsi (eyforiya). Görmə orqanı tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – gözdaxili təzyiqin yüksəlməsi, qlaukoma tutmaları, görmənin dumanlanması. Ürək tərəfdən baş verən pozulmalar: çox nadir hallarda – ürək yığılmalarının artması (taxikardiya), qeyri-müntəzəm ürək yığılmaları (aritmiya). Damarlar tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – arterial təzyiqin enməsi (hipotenziya). Mədə-bağırsaq traktı tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – epiqastral və ya qarın nahiyəsində xoşagəlməz hissiyyat, ağrı, ağızda quruluq, ürəkbulanma, qusma, ishal, qəbizlik, iştahanın itməsi və ya artması. Dəri və dərialtı toxuma tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – işığa qarşı həssaslıq. Skelet-əzələ və birləşdirici toxuma tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – əzələ ağrısı və ya zəifliyi. Böyrəklər və sidikçıxarıcı yollar tərəfindən baş verən pozulmalar: çox nadir hallarda – sidikburaxmanın çətinləşməsi, sidiyin ləngiməsi. Antihistamin vasitələrin uzun müddət istifadəsi zamanı çox nadir hallarda qanyaranmanın pozulmasına səbəb ola bilər. Preparatın xroniki istifadəsi zamanı digər səbəblərdən qızdırma, qırtlağın iltihabı (laringit), ağız boşluğunun sekili qişasının yara tökməsi, zəiflik, sarılıq, hematoma, qeyri-adi, çətin dayandırılan qanaxma inkişaf etdiyi halda, mütləq qanın formalı elementlərinin analizi aparılmalır. Analizin nəticəsi qanyaranmanın pozulmasını təsdiq etdikdə, Suprastin preparatı ilə müalicəni dayandırmaq lazımdır. Əlavə təsirlər haqqında məlumatın verilməsi Preparatın qəbulu zamanı yuxarıda sadalanan, o cümlədən qeyd olunmayan hər hansı əlavə təsir yaranarsa, bu haqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox informasiyanın əldə olunmasına kömək edir.

Doza həddinin aşılması

Antihistamin preparatlarının bilərəkdən və ya təsadüfən doza həddinin aşılması, pasiyentlərdə, xüsusilə yeni doğulmuş körpələrdə ölümə səbəb ola bilər. Preparatın doza həddi aşıldıqda baş verən simptomlar atropinlə zəhərlənmə zamanı yaranan əlamətlərə oxşardır: halüsinasiya, narahatlıq, ataksiya (hərəkət koordinasiyasının pozulması), atetoz, qıcolma. Kiçik yaşlı uşaqlarda oyanıqlıq yaranır. Bəzən ağızda quruluq, bəbəyin fiksasiyaolunmuş genəlməsi, sifətin qızarması, sinus taxikardiyası, sidiyin ləngiməsi, qızdırma meydana gəlir. Böyüklərdə qızdırma və sifətin qızarması həmişə müşahidə edilmir, oyanıqlıq dövründən sonra isə qıcolma və qıcolmadan sonrakı depresiya yaranır. Nəhayət, koma və ürək çatışmazlığı baş verir ki, bu da pasiyentin 2-18 saat ərzində ölümünə səbəb ola bilər. Ürək-damar və tənəffüs sisteminin göstəricilərinin monitorinqi, eləcə də simptomatik terapiya aparılmalıdır. Spesifik antidot məlum deyil. Müalicəsi Ürək-damar funksiyasının monitorinqi, eləcə də simptomatik terapiya aparılmalıdır. Spesifik antidot məlum deyil.

Buraxılış forması

10 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25С temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın korlanması aşkar edildikdə istifadə etmək olmaz. Dərman vasitələrini məişət tullatılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarından kənarlaşmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Qutunun üzərində göstərilən ayın son günü yararlılıq müddətinin bitməsini göstərir.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“EGİS Əczaçılıq zavodu” QSC. Ünvan 1165 Budapeşt, Bökenföldi k., 118-120, Macarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Suprastin 25 mq N20 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar