Allergosan 1% 18 q məlhəm
| Təsiredici maddə | CHLOROPYRAMINE HCL |
|---|---|
| Dərman forması | Məlhəm |
| Farmakoloji təsir | Antihistamin preparatları yerli istifadə ücün |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ALLERQOZAN® məlhəm
ALLERGOSAN®
Beynəlxalq patentləşdirilməmiş adı: Chloropyramine hydrochloride
Tərkibi
Тəsiredici maddə: 1 q məlhəmin tərkibində 10 mq xloropiramin hidroxlorid vardır.
Кöməkçi maddələr: setil spirti, lanolin, yumşaq ağ parafin.
Təsviri
Yağabənzər solğun-sarı rəngdə, iysiz məlhəmdir.
Farmakoterapevtik qrupu
Antihistamin preparatları yerli istifadə ücün.
ATC kodu: D04АA09.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Xloropiramin histaminlə əlaqəli vazodilatasiyanı, artan damar keçiriciliyini və toxuma ödemini aradan qaldırır. Antihistamin təsiri ilə yanaşı xloropiramin antixolinergik xüsusiyyətlərə malikdir və sistematik istifadə edildikdə ağız boşluğunun quruluğu, qəbizlik, görmə pozğunluğu və artan intrakalasiya təzyiqi, sidiyə ləngimə kimi arzuolunmaz muskarinik təsirlərə səbəb ola bilər.
Qan-beyin baryerinə nüfuz edir və mərkəzi sinir sistemindəki H1 reseptorlarına bağlanır. Bunun nəticəsində onun hərəkəti, digər H1 reseptor antaqonistləri kimi, yuxululuq, zəiflik və yorğunluq hissinə səbəb ola bilər. Mülayim qusmaəleyhinə təsir göstərə bilər. Xloropiram dəriyə lokal olaraq tətbiq olunduqda qızartı və qaşınmanın qarşısını yüksək dərəcədə alır, damar keçiriciliyini azaldır, ifrazatı boğur, ödemi azaldır və dəri səpgilərin qarşısını alır.
Farmakokinetikası
Sorulması
Xloropiraminin dəridən sorulması haqında və ya onun dəri səthinin tamlığı pozulmamış halda dəriyə tətbiq olunduqda yerli istifadəsi zamanı klinik əhəmiyyətli plazmada konsentrasiyası haqqında hec bir məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Allerqozan məlhəm tərkibində xloropiramin olub, antihistamin dərman vasitəsi qrupuna aiddir. O, güclü antiallergik təsirə malikdir. Dəridə istifadə olunarkən qaşınmanın qarşısını alır, qızartını, ödemi və səpgiləri aradan qaldırır.
Allerqozan məlhəm aşağıdaki hallarda istifafə olunur:
− həşərat dişləməsi;
− kontakt və yerli dermatitlər;
− müxtəlif allergik vəziyyətlərdə səpgi və qaşınma.
Əgər 5-7 gündən sonra sizin vəziyyətiniz yaxsılaşmağa doğru getmir və ya daha da pisləşir, bu halda Siz yardım ücün həkimə müraciət edin.
Əks göstərişlər
Kremin tərkibindəki təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Allerqozan məlhəmini istifadə etməzdən əvvəl həkiminizlə, tibb bacısı və ya əczaçınızla məsləhətləşin.
− Əgər Sizdə hiperhəssaslıq əlamətləri (kəskin dəri reaksiyası) ekssudatın yaranması ilə yanaşıdırsa (sekresiya, iltihab mayesi), bu halda Allerqozan məlhəmin başqa bir dərman formasının istifadəsi daha məqsədəuyğun olar.
− Məlhəmin yanıqlar və açıq yara zamanı istifadəsi məsləhət görülmür. Məlhəm yalnız intakt (tamlığı pozulmamış, açıq yara və zədə almamış) dəri səthinə sürtülür.
− Ehtiyatlı olun dərman maddəsinin bir hissəsinin gözə və ya burunun ya ağızın selikli qişalarına düşməsinə yol verməmək ücün.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Həkiminizlə və ya əczaçınızla məsləhətləşin əgər başqa bir dərman preparatları istifadə edirsizsə, bu yaxınlarda istifadə etmisizsə və ya bəlkə də istifadə edəcəksiz.
Digər dərman vasitələri ilə Allerqozan məlhəminin qarşılıqlı təsiri olduğu haqda məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə əgər hesab edirsizsə hamiləsiz ya hamiləlik planlaşdırırsızsa, bu halde bu dərman preparatını istifadə etməzdən əvvəl həkimə və ya əczaçıya müraciyət edin.
Həkim müəyyən edəcək Allerqozan məlhəm Sizin ücün məqsədəuyğundur ya yox.
Pediatriyada istifadısi
Məlhəm 18 yaşa qədər usagların zədələnmiş dəri sahələrinə gündə 2-3 dəfə nazik təbəqə ilə sürtülür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Yerli istifadə olunduqda Allerqozan məlhəmi absorbsiya olunmur və diqqətin toplanmasına, nəqliyyat vasitələrinin idarə edilməsi və maşınlarla işləmə qabiliyyətinə təsir göstərmir.
Bəzi tərkib hissələri barədə vacib məlumat
Alerqozan məlhəminin tərkibində köməkçi maddələrdən setil spirti və lanolin olduğu üçün dəriyə qıcıqlandırıcı təsir qöstərə bilər (kontakt dermatit).
İstifadə qaydası və dozası
Böyüklərdə və uşaqlarda (südəmər dövrdən 18 yaşa qədər) – məlhəm zədələnmiş dəri sahələrinə gündə 2-3 dəfə nazik təbəqə ilə sürtülür.
İstifadə qaydası
Allerqozan məlhəmi dəridə hiperkeratoz (qatılaşma, dərinin üst qatının qalınlaşması) ilə keçən xroniki dermatozlarda istifadə üçün münasibdir.
Dəriyə daha tez keçməsi və müalicəvi effektin daha tez alınması məqsədi ilə sarğı altında və ya fizioterapevtik prosedur vasitəsi ilə istifadə oluna bilər.
Məlhəmin yanıqlar və açıq yara zamanı, gözə, burunun və ağızın selikli qişalarına istifadəsi məsləhət görülmür.
Müalicənin müddəti 5-7 gün davam edir.
Allerqozan məlhəminin istifadəsini unutduqda
Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etməyin.
Əgər sizdə bu dərman preparatının istifadəsinə dair hər hansı əlavə sual yaranarsa, həkiminizə və ya əczaçınıza müraciət etməyiniz xahiş olunur.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi Allerqozan məlhəm də əlavə təsirlərə səbəb ola bilər. Lakin əlavə təsirlərin bütün pasiyentlərdə özünü biruzə verməsi heç də mütləq fal deyil.
Preparatın yerli istifadəsi zamanı qısamüddətli qaşınma və qıcıqlandırıcı təsir baş verə bilər.
Tək-tək hallarda ola bilsin ki, hiperhəssasliq reaksiyası (kontakt dermatit) Allerqozan məlhəmin istifadə zamanı yaransın, onun tərkibində lanolin və setil spirt kimi köməkçi maddələr daxil olduğu ücün.
Doza həddinin aşılması
Preparat yerli istafadə olunduğu üçün doza həddinin aşılması ehtimalı çox azdır. Təsadüfən çox miqdarda dərmanın udulması zamanı yardım ücün həkimə müraciyət edin.
Buraxılış forması
18 q məlhəm, polipropilen qapaqlı alüminium membran tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlıq müddəti
3 il.
Tub açılandan sonra istifadə müddəti – 1 aydır.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
SOFARMA SC.
Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.