Sikloferon 12,5 % 2 ml N5 inyeksiya

Təsiredici maddə: MEGLUMINE ACRIDONACETATE
Təsiredici maddəMEGLUMINE ACRIDONACETATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirDigər immunostimulyatorlar
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,76 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün

SİKLOFERON venadaxili və əzələdaxili yeridilən məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Meglumine acridonacetate

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 125,0 mq meqlümin akridonasetat (akridonsirkə turşusu hesabı ilə 125,0 mq akridonsirkə turşusu, 96,3 mq meqlümin (N- metilqlükamin)) vardır. Köməkçi maddə: inyeksiya üçün məhlul.

Təsviri

Sarı rəngli şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Digər immunostimulyatorlar. ATC kodu: L03AХ.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Sikloferon kiçikmolekullu interferon induktoru hesab olunur ki, bu isə onun geniş spektrli bioloji aktivliyini müəyyən edir (virusəleyhinə, immunmodullaşdırıcı, iltihabəleyhinə və s.). Sikloferonun yeridilməsindən sonra interferonun əsas hüceyrə-hasiledicilər makrofaqlar, T- və B-limfositlər hesab olunur. İnfeksiyanın tipindən asılı olaraq bu və ya digər immunitet zəncirinin aktivliyinin üstün olması yer alır. Preparat limfoid elementləri olan orqan və toxumalarda (dalaq, qaraciyər, ağciyərlər) interferonun yüksək titrlərini induksiya edir, sümük iliyinin sütun hüceyrələrini aktivləşdirir, qranulositlərin yaranmasını stimulə edir. Sikloferon T-limfositləri və təbii killer hüceyrələrini aktivləşdirir, T-helperlər və T-supressorlar subpopulyasiyaları arasında balansı normallaşdırır. α-İnterferonun aktivliyini gücləndirir. Sikloferon gənə ensefaliti, qrip, hepatit, herpes, sitomeqalovirus, insan immunçatışmazlığı virusu, papilloma virusu və digər viruslara qarşı effektivdir. Kəskin virus hepatitləri zamanı sikloferon xəstəliyin xroniki formaya keçməsinə mane olur. İİV-infeksiyasının ilkin əlamətləri mərhələsində immunitet göstəricilərinin stabilləşməsinə səbəb olur. Kəskin və xroniki bakterial infeksiyaların (neyroinfeksiyalar, xlamidiozlar, bronxitlər, pnevmoniyalar, əməliyyatsonrası ağırlaşmalar, urogenital infeksiyalar, xora xəstəliyi) kompleks terapiyasında immunoterapiyanın komponenti qismində preparatın yüksək effektivliyi müəyyən olunmuşdur. Sikloferon revmatik və birləşdirici toxumanın sistem xəstəlikləri zamanı yüksək effektivlik nümayiş etdirir, autoimmun reaksiyaları ləngidir və iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Farmakokinetikası Maksimal yolverilən dozanın yeridilməsi zamanı qanda maksimal konsentrasiya 1-2 saat sonra əldə olunur, 24 saat sonra preparat iz miqdarında aşkar olunur. Hematoensefalik baryeri keçir. Yarımxaricolma dövrü 4-5 saat təşkil edir. Sikloferon kumulyasiyaya malik deyil (uzunmüddətli istifadəsi zamanı toxumalarda toplanmır).

İstifadəsinə göstərişlər

Böyüklərdə kompleks terapiyası zamanı − İİV-infeksiyası (2А-2В mərhələləri); − neyroinfeksiyalar: seroz meningitlər və ensefalitlər, gənə borreliozu (Laym xəstəliyi); − А, В, С, D virus hepatitləri; − herpes və sitomeqalovirus infeksiyaları; − kəskin və xroniki bakterial və göbələk infeksiyaları ilə əlaqəli, ikincili immunçatışmazlıqlar; − xlamidiya infeksiyaları; − sümük-əzələ sistemi və birləşdirici toxuma xəstəlikləri (revmatoidli artrit, sistem qırmızı qurdeşənəyi, deformasiyaedici osteoartroz). 4 yaşdan yuxarı uşaqlarda kompleks terapiyada − А, В, С, D virus hepatitləri; − herpes infeksiyası; − İİV-infeksiyası (2А-2В mərhələləri).

Əks göstərişlər

Hamiləlik, ana südü ilə qidalandırma dövrü, preparatın komponentlərinə qarşı həddindən artıq həssaslıq, qaraciyər sirrozu dekompensasiya mərhələsində, 4 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qalxanabənzər vəzin xəstəlikləri zamanı həkim-endokrinoloqun məsləhəti vacibdir. Sidiyin bənövşəyi-göy rəngə boyanması mümkündür (lüminessensiya). Məhlulun rəngi dəyişildikdə və çöküntü yarandığı halda preparatın istifadəsi yolverilməzdir. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Sikloferon qeyd olunan xəstəliklərin müalicəsində ənənəvi istifadə olunan bütün dərman preparatları ilə (interferonlar, kimyaterapevtik dərman maddələri və s.) yaxşı uyğunlaşır. İnterferonların və nukleozid analoqlarının təsirini gücləndirir. Kimyaterapiya interferonoterapiyanın əlavə təsirlərini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri SİKLOFERON nəqliyyat vasitəsi, mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Böyüklər Sikloferon əzələdaxili və venadaxili gündə bir dəfə baza sxemi üzrə istifadə olunur: günaşırı. Müalicə kursunun davametmə müddəti xəstəlikdən asılıdır. 1. Herpes və sitomeqalovirus infeksiyası zamanı preparatı baza sxemi üzrə yeridirlər – 0,25 q ilə 10 inyeksiya. Ümumi doza 2,5 q təşkil edir. Xəstəliyin kəskinləşməsinin başlanğıc dövründə müalicə daha çox effektiv olur. 2. Neyroinfeksiyalar zamanı preparatı baza sxemi üzrə yeridirlər. Müalicə kursu – 0,25-0,5 q ilə 12 inyeksiya etiotrop terapiya ilə birgə. Toplam doza 3-6 q təşkil edir. Ehtiyac olduqda təkrar kurslar aparılır. 3. Xlamidiya infeksiyası zamanı preparatı baza sxemi üzrə yeridirlər. Müalicə kursu – 0,25 q ilə 10 inyeksiya. Ümumi doza 2,5 q təşkil edir. 10-14 gün sonra təkrar müalicə kursları aparılır. Sikloferonun antibiotiklər ilə birgə istifadəsi məqsədəuyğun hesab olunur. 4. A, B, C, D kəskin virus hepatitləri və qarışıq formalar zamanı preparatı baza sxemi üzrə yeridirlər- 0,5 q ilə 10 inyeksiya. Ümumi doza 5,0 q təşkil edir. İnfeksiyanın uzunmüddətli gedişi zamanı 10-14 gün sonra kursu təkrarlayırlar. B, C, D və qarışıq forma xroniki virus hepatitləri zamanı preparatı baza sxemi üzrə yeridirlər – 0,5 q ilə 10 inyeksiya, daha sonra dəstəkləyici sxem üzrə – həftədə üç dəfə 3 ay müddətində kompleks terapiyanın tərkibində. İnterferonlar və kimyaterapiya ilə birgə istifadəsi tövsiyə olunur. 10-14 gün sonra kurs təkrarlanır. 5. İİV-infeksiyası zamanı (2А-2В mərhələləri) preparatı baza sxemi üzrə yeridirlər – 0,5 q ilə 10 inyeksiya, daha sonra dəstəkləyici sxem üzrə – üç gündə bir dəfə 2,5 ay ərzində. 10 gün sonra kurs təkrarlanır. 6. İmmundefisit vəziyyətlərdə müalicə kursu – 0,25 q birdəfəlik dozada baza sxemi üzrə 10 əzələdxili inyeksiya. Ümumi doza 2,5 q təşkil edir. 6-12 ay sonra təkrar kurs aparılır. 7. Revmatoidli artrit, sistem qırmızı qurdeşənəyi zamanı – 4 kurs 0,25 q ilə 5 inyeksiya baza sxemi üzrə 10-14 gün fasilə ilə. Həkim tövsiyəsinə görə təkrar kurs aparıla bilər. 8. Deformasiyaedici osteoartroz zamanı – baza sxemi üzrə 2 kurs 0,25 q ilə 5 inyeksiya 10-14 gün fasilə ilə. Həkim tövsiyəsinə görə təkrar kurs aparıla bilər. 4 yaşdan yuxarı uşaqlarda Pediatrik praktikada Sikloferon əzələdaxili və ya venadaxili gündə bir dəfə baza sxemi üzrə istifadə olunur: günaşırı. Gündəlik terapevtik doza 6-10 mq/kq bəd. küt. təşkil edir. 1. A, B, C, D və qarışıq forma kəskin virus hepatitləri zamanı preparat baza sxemi üzrə yeridilir – 15 inyeksiya. İnfeksiyanın uzunmüddətli gedişi zamanı 10-14 gün sonra kursu təkrarlayırlar. 2. B, C, D xroniki virus hepatitləri zamanı preparat baza sxemi üzrə yeridilir 10 inyeksiya, daha sonra dəstəkləyici sxem üzrə – həftədə üç dəfə 3 ay ərzində kompleks terapiyanın tərkibində. İnterferonlar və kimyaterapiya ilə birgə tövsiyə olunur. 3. İİV-infeksiyası zamanı (2A-2B mərhələləri) – 10 inyeksiyadan ibarət kurs baza sxemi üzrə, daha sonra dəstəkləyici sxem üzrə- üç gündə bir dəfə 3 ay ərzində. Təkrar kurs 10 gün sonra aparılır. 4. Herpetik infeksiya zamanı – 10 inyeksiyadan ibarət kurs baza sxemi üzrə. Virusun replikasiya aktivliyi saxlanıldığı halda müalicə kursunu dəstəkləyici sxem üzrə davam etdirirlər preparat üç gündə bir dəfə dörd həftə ərzində yeridilir.

Əlavə təsirləri

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əlavə təsirlər onların inkişaf etməsi tezliyinə uyğun olaraq aşağıdakı şəkildə təsnif olunur: – çox tez-tez (≥1/10); – tez-tez (≥1/100–<1/10); – bəzən (≥1/1000–<1/100); – nadir (≥1/10000–<1/1000); – çox nadir (<1/10000); – tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında müəyyən etmək olmur). Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişiklik: çox nadir – üşütmə, bədən temperaturunun yüksəlməsi, yeridilmə yerində ağrı və qızartı. Dəri və dərialtı toxumalar tərəfindən dəyişikliklər: çox nadir – səpgi, övrə. Əgər təlimatda qeyd olunan əlavə təsirlərdən biri dərinləşərsə və ya Siz bu təlimatda qeyd olunmayan hər hansı digər əlavə təsirlər hiss edərsinizsə, bu barədə həkimə məlumat verin.

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur.

Buraxılış forması

Venadaxili və əzələdaxili yeridilən məhlul 125 mq/ml qəhvəyi rəngli şüşə ampullarda 2 ml. Ampulun üzərinə özüyapışan etiket yapışdırılmışdır. Polivinilxlorid pərdədən hazırlanmış kontur yuvalı qablaşdırmada 5 ampul. Kontur yuvalı qablaşdırma örtüklü pərdə və ya alüminium folqa ilə termoyapışmış və ya açıq vəziyyətdədir. 1 kontur yuvalı qablaşdırma tibbi istifadəsi üzrə təlimatla birlikdə karton qutuda. İlkin açılmasına nəzarət üçün qutunun yan klapanları etiketlərlə yapışdırıla bilər.

Saxlanma şəraiti

0-25ºС qədər temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/İstehlakçıdan şikayətləri qəbul edən təşkilat “POLİSAN” Elmi-texnoloji əczaçılıq şirkəti” MMC (MMC “ETƏŞ “POLİSAN”). Rusiya, 192102, Sankt-Peterburq şəh., Salova küç., ev 72, korp.2, lit. A, t/f.: (812) 710-82-25.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Sikloferon 12,5 % 2 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar