Novokain 0,5 % 2 ml N10 inyeksiya Zdorovye
| Təsiredici maddə | PROCAINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Yerli anesteziya üçün məhluldur |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,55 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NOVOKAİN-ZDOROVYE inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Procaine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq prokain hidroxlorid vardır. Köməkçi maddələr:qatılaşdırılmış xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Yerli anesteziya üçün məhluldur. ATC kodu: N01BA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Orta aktivliyə və yüksək terapevtik təsirə malik yerli anesteziyaedici vasitədir. Anesteziyaedici təsiri, natrium kanallarını blokadaya alması, kalium cərəyanının tormozlanması, membranın fosfolipid qatının səthi gərilməsini kalsiumla rəqabət zəminində kalium cərəyanını zəiflətməsi, oksidləşmə-reduksiya proseslərini və impulsların yaranmasını zəiflətməsi ilə əlaqədardər. Qana düşdükdən sonra asetilxolinin sintezini azaldır, periferik xolinoreaktiv sistemin oyanıqlığını azaldır, vegetativ qanqlionlara blokadayaalıcı təsir edir, saya əzələ spazmını azaldır, ürək əzələsinin və baş beyin qabığının hərəki sahəsinin oyanıqlığını azaldır. Farmakokinetikası Parenteral yeridilməsi zamanı yaxşı sorulur. Absorbsiyanın səviyyəsi yeridilmənin yerindən və üsulundan (xüsusilə yeridilmə nahiyəsində vaskulyarizasiyadan və qan dövranının sürətindən) və yekun dozadan (miqdarından və konsentrasiyasından) asılıdır. İki farmakoloji aktiv metabolitin- dietilaminoetanolun (orta dərəcəli damargenişləndirici təsirə malikdir) və paraaminobenzoy turşusunun (kimyaterapevtik sulfanilamid dərman vasitələrinin rəqib antaqonistidir və onların mikrob əleyhinə təsirini zəiflədə bilir) yaranması ilə plazma və toxumaların esteraza və xolinesterazaları vasitəsilə tez zamanda hidroliz olunur. T 30-50 saniyə, neonatal dövrdə 54-1141/2 saniyədir. Əsasən metabolitlər şəklində böyrəklər (80%) vasitəsilə, 2%-ə qədəri dəyişilməmiş şəkildə xaric olur. Selikli qişalardan pis absorbsiya olunur.
İstifadəsinə göstərişlər
Yerli və infiltrasion anesteziya, müalicəvi blokadalar.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Miasteniya, arterial hipotenziya, yeridilmə nahiyəsində irinli proseslər, kəskin qanitirmə ilə müşayiət olunan təcili cərrahi müdaxilələr, toxumalarda ifadəolunmuş fibroz dəyişikliklər (sürünən infiltrat üsulu ilə anesteziya üçün).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yerli anestetiklərlə dəri testləri dəlillərə uyğun belə dərman vasitələrinə qarşı reaksiya verməsi təsdiq olunmuş şəxslərdə aparılmamlıdır. Əsassız mənfi reaksiyaların tezliyinin artması nəticəsində tərkibində adrenalin olan yerli anestetiklərin testi zamanı xüsusi diqqət ayırmaq vacibdir. Mənfi dəri sınağı alındığı halda təhrikedici sınaqlar aparmaq məsləhət görülür. Pasiyentlərdə yerli anestetiklərə qarşı sübut olunmuş allaergiya ilə testi, yalnız medikamentoz allergiya sferasında təcrübəsi olan allerqoloqlar aparmalıdırlar. Dərman vasitələrilə dəri sınaqlarının prosedurunun aparılması və hesabatının nəticəsinə dair beynəlxalq konsensus mövcud deyil. Hazırkı dövrə qədər dərman vasitəsinin konsentrasiyasının müəyyən edilməsi, protokol tədqiqatı, spesiflikliyin müəyyən edilməsi, həssaslığın və təhlükəsizliyin müəyyən edilməsi məqsədilə çoxmərkəzli tədqiqatlar aparılmamaışdır. Əksər dərman vasitələri üçün dərman vasitələrinə qarşı hiperhəssaslığın diaqnostikası üçün sınaq konsentrasiyası daxil olmaqla, yoxlanılmış tədqiqat prosedurları yoxdur. Preparatın istifadəsi zamanı ürək-damar, tənəffüs və mərkəzi sinir sisteminin funksiyasına nəzarət etmək lazımdır. Ağır ürək, qaraciyər və böyrək xəstəlikləri zamanı ehtiyatla təyin etmək lazımdır. Sistem təsirini, toksikliyini və uzunmüddətli effektini azaltmaq üçün yerli anesteziya zamanı prokain vazokonstriktorlarla kombinasiyada istifadə edilməlidir (2-5 ml novokain məhluluna 1 damcı 0,1%-li epinefrin hidroxlorid hesabı ilə). Yerli anesteziya zamanı eyni dozanın istifadəsi zamanı məhlulun konsentrasiyası yüksək olduqca prokainin toksikliyi daha yüksək olur. Bununla əlaqədar olaraq, məhlulun konsentrasiyası artdıqca, ümumi dozanı azaltmaq və ya preparatın məhlulunu ən aşağı konsentrasiyaya qədər durulaşdırmaq məsləhət görülür (natrium xloridin 0,9%-li steril məhlulu ilə). Anamnezdə ağır allergiya olduqda, kəskin qanitirmə ilə müşayiət olunan təcili əməliyyatlarda, qaraciyər qan dövranının azalması ilə müşayiət olunan hallarda, ürək-damar çatışmazlığının gücləndiyi zaman (adətən ürəyin blokadası və şokun yaranması nəticəsində), iltihabi xəstəliklərdə və ya inyeksiya nahiyəsinin infeksiyalaşması, psevdoxolinesteraza defisiti, böyrək çatışmazlığı zaman, yaşlı pasiyentlərdə (65 yaşdan yuxarı), ağır xəstələrdə, zəifləmiş pasiyentlərdə, hamiləlik, doguş və laktasiya dövründə preparat ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Suksametoniumun yaratdığı sinir-əzələ blokadasını uzadır (belə ki, hər iki preparat plazmanın xolinesterazası ilə hidroliz olunur). MAO-nun (monoaminoksidaza) inhibitorları – furazolidon, prokarbazin, selegilin ilə eyni vaxtda istifadə etdikdə, arterial hipotenziyanın yaranması riski artır. Antixolinesteraz preparatlar prokainin toksikliyini artırır (onun hidrolizini zəiflədir). Prokainiin metaboliti (paraaminobenzoy turşusu) sulfanilamid preparatlarının rəqib antaqonistidir və onların mikrob əleyhinə təsirini zəiflədir. Yerli anestetikin inyeksiya nahiyəsini tərkibində ağır metallar olan dezinfeksiyaedici məhlullarla işlənməsi zamanı ağrı və ödem şəklində reaksiyaların inkişafı riski artır. Birbaşa təsirli antikoaqulyantların təsirini gücləndirir. Preparat antixolinesteraz vasitələrin sinir-əzələ keçiriciliyinə təsirini azaldır. Çarpaz sensibilizasiya mümkündür. Uyuşmazlığı Sulfanilamidlərlə müalicə zamanı istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Novokain hamiləlik dövründə, preparat orqanizm tərəfindən yaxşı qəbul edilməsi şərtilə istifadə edilə bilər. Laktasiya dövründə preparatın istifadəsi, anaya gözlənilən faydanın və körpəyə olan potensial riskin dəqiq qiymətləndirilməsindən sonra mümkündür. Doğuş zamanı preparatdan istifadə bradikardiyaya, apnoeyə, yenidoğulmuşda qıcolmalara səbəb ola bilər. Pediatriyada istifadəsi Uşaqlarda istifadəsi qadağandır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatla müalicə dövründə avtonəqliyyat və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarə edərkən, ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Yerli anesteziya zamanı preparatın dozası konsentrasiyadan, cərrahi müdaxilənin xarakterindən, yeridilmə üsulundan, pasiyentin vəziyyətindən və yaşından asılıdır. Paranefral blokada (Vişnevskiyə görə) zamanı böyüklərdə böyrəkətrafı birləşdirici toxumaya 50-70 ml 0,5%-li (5 mq/ml) preparat yeridilir. İnfiltrasion anesteziya üçün aşağıdakı maksimal dozalar müəyyən edilmişdir (böyüklər üçün): əməliyyatın əvvəlində ilkin birdəfəlik doza 0,75 q 0,5%-li novokain məhlulundan artıq olmamaqla (yəni 150 ml). Daha sonra əməliyyatın hər bir saatı üçün 2 q 0,5%-li novokain məhlulundan (yəni 400 ml) çox olmayaraq yeridilir.
Əlavə təsirləri
Novokain, adətən, yaxşı mənimsənilir, lakin bəzən aşağıdakı əlavə təsirlərin inkişafı mümkündür. Sinir sistemində baş verən pozuntular: başağrı, başgicəllənmə, yuxululuq, zəiflik, hərəki narahatlıq, huşun itməsi, qıcolma, trizm, tremor, görmə və eşitmə pozuntusu, nistaqm, at quyruğu sindromu (ayaqların iflici, paresteziya), tənəffüs əzələlərinin iflici, hərəki və hissi blokada. Ürək-damar sistemində baş verən pozuntular: arterial təzyiqin yüksəlməsi və ya enməsi, periferik vazodilatasiya, kollaps, bradikardiya, artimiya, döş qəfəsində ağrı. Sidikçıxarıcı sistemdə baş verən pozuntular: qeyri-iradi sidiyəgetmə. Həzm sistemində baş verən pozuntular: ürəkbulanma, qusma, qeyri-iradi defekasiya. Qan sistemində baş verən pozuntular: methemoqlobinemiya. İmmun sistemdə baş verən pozuntular: dəri qaşınması, dəri səpgisi, dermatit, dərinin qabıq verməsi, digər anafilaktik reaksiyalar (o cümlədən angionevrotik ödem, anafilaktik şok), övrə (dəridə və selikli qişada). Digər: ağrının bərpası, davamlı anesteziya, hipotermiya, yeridilmə nahiyəsində dəyişiklik.
Doza həddinin aşılması
Doza həddinin aşılması, yalnız preparatın yüksək dozalarda istifadəsi zamanı mümkündür. Simptomları Dəri örtüyünün və selikli qişanın avazıması, başgicəllənmə, ürəkbulanma, qusma, yüksək sinir oyanıqlığı, “soyuq” tər, taxikardiya, arterial təzyiqin kollapsa qədər enməsi, tremor, qıcolma, apnoe, methemoqlobinemiya, tənəffüsün zəifləməsi, qəfil ürək-damar kollapsı. Mərkəzi sinir sisteminə təsiri qorxu hissi, hallüsinasiya, qıcolma, hərəki oyanıqlıq ilə təzahür edir. Doza həddinin aşılması zamanı preparatın yeridilməsini dərhal dayandırmaq lazımdır. Yerli anesteziyanın aparılması zamanı adrenalinlə inyeksiya nahiyəsini adrenalin olan şprislə deşmək olar. Müalicəsi Ümumi reanimasion tədbirlər: oksigen inhalyasiyası, ehtiyac olduqda, ağciyərlərin süni ven- tilyasiyası. Qıcolma 15-20 saniyədən çox davam etdikdə, onun qarşısını tiopentalın (100-150 mq) və ya diazepamın (5-20 mq) venadaxili yeridilməsi ilə almaq lazımdır. Arterial hipotenziya və/ya miokardın depressiyası zamanı venadaxili efedrin (15-30 mq) yeridilir; ağır hallarda dezintoksikasion və simptomatik terapiya aparılır. İntoksikasiya inkişaf etdiyi zaman, preparatın ümumi qan dövranına keçməsinin qarşısını almaq üçün ayaq və əl əzələlərinə təcili turna bağlamaq məsləhət görülür.
Buraxılış forması
2 ml məhlul ampulda. 5 və ya 10 ampul blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ml məhlul ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırılmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Zdorovye” Əczaçılıq Şirkəti” MMC. Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko küçəsi, 22.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.