Stimuloferon 125 mq 2 ml N5 inyeksiya

Təsiredici maddə: MEGLUMINE ACRIDONACETATE
Təsiredici maddəMEGLUMINE ACRIDONACETATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirİmmunostimullaşdırıcı preparat
İstehsal ölkəsiGürcüstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

STİMULOFERON 125 mq/ml venadaxili və əzələdaxili inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Meglumine acridonacetate

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində akridonasetat turşusu hesabı ilə 125 mq meqlumin akridonasetat vardır. Köməkçi maddələr:inyeksiya üçün su.

Təsviri

Açıq-limon rəngli, bir qədər opalessensiya edən, şəffaf özlü mayedir.

Farmakoterapevtik qrupu

İmmunostimullaşdırıcı preparat. ATC kodu: L03AХ.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Meqlumin akridonasetat (preparatın təsiredici maddəsi) – interferonun, geniş bioloji aktivlik (virusəleyhinə, immunomodullaşdırıcı, iltihabəleyhinə və digər) spektrinə malik olan kiçikmolekullu induktorudur. Stimuloferon preparatı orqanizmə yeridildikdən sonra, interferonun hasilatında iştirak edən əsas hüceyrələr – T- və B-limfositləridir. İnfeksiyanın növündən asılı olaraq, immunitetin bu və ya digər halqasının aktivliyinin üstünlüyü qeyd olunur. Preparat, tərkibində limfoid elementlər olan orqanlarda və toxumalarda (dalaqda, qaraciyərdə, ağciyərlərdə) interferonun yüksək titrlərini induksiya edir, sümük iliyinin gövdə hüceyrələrini aktivləşdirir, qranulositlərin əmələ gəlməsini stimullaşdırır, T-limfositlərin və təbii killer-hüceyrələrin fəaliyyətini aktivləşdirir, T-helper və T- supressor subpopulyasiyaları arasında balansı normalaşdırır. Preparat α-interferonların aktivliyinin güclənməsinə səbəb olur. Preparat infeksion prosesin erkən mərhələlərində (1-5 sutkalarda) virusların reproduksiyasının tormozlanması, virus nəslinin yoluxuculuq qabiliyyətinin aşağı salınması və qüsurlu virus hissəciklərinin əmələ gəlməsi hesabına, virusəleyhinə birbaşa təsir göstərir. Orqanizmin virus və bakterial mənşəli infeksiyalara qarşı qeyri-spesifik rezistentliyinin yüksəlməsinə səbəb olur. Stimuloferon preparatı gənə ensefaliti, qrip, hepatit və herpes viruslarına, sitomeqalovirusa, insan immunçatışmazlığı virusuna, papilloma virusuna və digər viruslara qarşı effektivdir. Kəskin virus hepatitləri zamanı xəstəliklərin xroniki formaya keçməsinin qarşısını alır. İİV (insan immunçatışmazlığı) infeksiyasının ilkin təzahürləri mərhələsində immunitet göstəricilərinin stabilləşməsinə səbəb olur. İmmunoterapiya komponenti şəklində preparat kəskin və xroniki bakterial infeksiyaların (neyroinfeksiyanın, xlamidiozların, bronxitlərin, pnevmoniyanın, əməliyyatdan sonrakı ağırlaşmaların, urogenital infeksiyaların, xora xəstəliyinin) kompleks müalicəsində yüksək effektivlik nümayiş etdirir; revmatik xəstəliklərdə və birləşdirici toxumanın sistem xəstəliklərində autoimmun reaksiyaları tormozlayaraq və iltihabəleyhinə və ağrıkəsici təsir göstərərək, yüksək effektivlik göstərir. Farmakokinetikası İstifadəsinə icazə verilən maksimal doza yeridildikdə, qanda preparatın maksimal konsentrasiyası 1-2 saatdan sonra əldə olunur və 24 saat keçdikdən sonra, çox az miqdarlarda aşkar olunur. Hematoensefalik baryerdən keçir. Preparatın yarımxaricolma dövrü 4-5 saat təşkil edir. Uzun müddət ərzində istifadə edildikdə, orqanizmdə kumulyasiya olunmur.

İstifadəsinə göstərişlər

Böyüklərdə kompleks müalicənin tərkibində: İİV-infeksiyası (2A-2B mərhələsi); neyroinfeksiyalar – seroz meningitlər və ensefalitlər, gənə borelliozu (Laym xəstəliyi); A, B, C və D virus hepatitləri; herpetik infeksiya; sitomeqalovirus infeksiyası; kəskin və xroniki bakterial və göbələk infeksiyaları ilə assosiasiya olunmuş ikincili immunçatışmazlıqları; xlamidiya mənşəli infeksiyalar; revmatik xəstəliklər və birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artrit, sistem qırmızı qurdeşənəyi); oynaqların degenerativ-distrofik xəstəlikləri (deformasiyaedici osteoartroz da daxil olmaqla). Uşqlarda kompleks müalicənin tərkibində: A, B, C və D virus hepatitləri; herpetik infeksiya; İİV- infeksiyası (2A-2B mərhələsi).

Əks göstərişlər

– Qaraciyər sirrozunun dekompensasiya mərhələsi; – 4 yaşa qədər uşaqlar; – preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək həssaslıq; – hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə Stimuloferon preparatı endokrinoloq nəzarəti altında istifadə edilməlidir. Qripin və KRVİ-nin (kəskin respirator virus infeksiyalarının) müalicəsi zamanı Stimuloferon preparatından əlavə simptomatik müalicə aparılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Stimuloferon preparatının istifadəsi, göstərilən xəstəliklərin müalicəsi üçün ənənəvi olaraq istifadə edilən bütün dərman preparatları (interferonlar, kimyəvi-terapevtik dərman preparatları və digər preparatlar) ilə uyğundur və pasiyentlər tərəfindən yaxşı keçirilir. Preparat interferonların və nukleozid analoqlarının təsirlərini gücləndirir. Kimyəvi-terapiyanın və interferonoterapiyanın əlavə effektlərinin azalmasına səbəb olur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Preparat uşaqların əli çatmayan yerdə saxlanılmalıdır və yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Stimuloferon preparatı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

İstifadə qaydası və dozası

Böyüklərdə Preparat, əsas sxem üzrə, əzələ daxilinə və ya vena daxilinə sutkada 1 dəfə istifadə edilir: günaşırı. Müalicə kursunun davametmə müddəti xəstəlikdən asılıdır. Herpes və sitomeqalovirus infeksiyası zamanı preparat əsas sxem üzrə 0,25 q dozada 10 inyeksiya şəklində təyin edilir. Ümumi doza 2,5 q təşkil edir. Xəstəliyin kəskinləşməsi qeyd olunan dövrdə müalicənin aparılması daha çox effektivdir. Neyroinfeksiyalar zamanı preparat əsas sxem üzrə istifadə edilir. Müalicə kursu etiotrop müalicə ilə müşayiət olunur və 0,25-0,5 q dozada 12 inyeksiya təşkil edir. Ümumi doza 3-6 q təşkil edir. Zərurət yarandığı hallarda təkrar müalicə kursları təyin olunur. Xlamidiya mənşəli infeksiyalar qeyd olunduqda, preparat əsas sxem üzrə istifadə edilir. Müalicə kursu 0,25 q dozada 10 inyeksiya təşkil edir. Ümumi doza 2,5 q təşkil edir. Təkrar müalicə kursu 10- 14 gündən sonra təyin olunur. Stimuloferon preparatının antibiotiklərlə eyni zamanda istifadəsi məqsədəuyğundur. Kəskin virus A, B, C və D hepatitləri zamanı və infeksiyanın qarışıq formalarında preparat əsas sxem üzrə 0,5 q dozada 10 inyeksiya şəklində istifadə edilir. Ümumi doza 5,0 q təşkil edir. Uzunmüddətli infeksiyalar zamanı 10-14 gündən sonra təkrar müalicə kursu təyin edilir. Xroniki virus B, C və D hepatitləri zamanı və infeksiyanın qarışıq formalarında preparat əsas sxem üzrə 0,5 q dozada 10 inyeksiya şəklində istifadə edilir və daha sonra, preparatın istifadəsi kompleks müalicənin tərkibində 3 ay müddətində həftədə 3 dəfə dəstəkləyici sxem üzrə davam etdirilir. Preparatın interferonlarla və kimyəvi-terapiya ilə eyni zamanda istifadəsi tövsiyə olunur. Təkrar müalicə kursu 10-14 gündən sonra təyin olunur. İİV-infeksiyası (2A-2B) zamanı preparat əsas sxem üzrə 0,5 q dozada 10 inyeksiya şəklində istifadə edilir və daha sonra, preparatın istifadəsi 2,5 ay müddətində hər 3 gündən bir dəstəkləyici sxem üzrə davam etdirilir. Təkrar müalicə kursu 10 gündən sonra təyin olunur. İmmunçatışmazlığı vəziyyətlərində preparatın istifadəsi ilə müalicə kursu əsas sxem üzrə 0,25 q birdəfəlik dozada 10 əzələdaxili inyeksiya təşkil edir. Ümumi doza 2,5 q təşkil edir. Təkrar müalicə kursu 6-12 aydan sonra təyin olunur. Revmatik xəstəliklər və birləşdirici toxumanın sistem xəstəlikləri zamanı preparat əsas sxem üzrə 0,25 q dozada 5 inyeksiya, 10-14 günlük fasilələrlə 4 müalicə kursu şəklində istifadə edilir. Həkim tövsiyəsi əsasında təkrar müalicə kursu aparıla bilər. Oynaqların degenerativ-distrofik xəstəlikləri zamanı preparat əsas sxem üzrə 0,25 q dozada 5 inyeksiya, 10-14 günlük fasilələrlə 2 müalicə kursu şəklində istifadə edilir. Həkim tövsiyəsi əsasında təkrar müalicə kursu aparıla bilər. Uşaqlarda Preparat, əsas sxem üzrə, əzələ daxilinə və ya vena daxilinə sutkada 1 dəfə istifadə edilir: günaşırı. Sutkalıq terapevtik doza 6-10 mq/kq bədən kütləsinə təşkil edir. Kəskin virus A, B, C və D hepatitləri zamanı və infeksiyanın qarışıq formalarında preparat əsas sxem üzrə 15 inyeksiya şəklində istifadə edilir. Uzunmüddətli infeksiyalar zamanı 10-14 gündən sonra təkrar müalicə kursu təyin edilir. Xroniki virus B, C və D hepatitləri zamanı preparat əsas sxem üzrə 10 inyeksiya şəklində istifadə edilir və daha sonra, preparatın istifadəsi kompleks müalicənin tərkibində 3 ay müddətində həftədə 3 dəfə dəstəkləyici sxem üzrə davam etdirilir. Preparatın interferonlarla və kimyəvi-terapiya ilə eyni zamanda istifadəsi tövsiyə olunur. İİV-infeksiyası (2A-2B) zamanı preparat əsas sxem üzrə 10 inyeksiya şəklində istifadə edilir və daha sonra, preparatın istifadəsi 3 ay müddətində hər 3 gündən bir dəstəkləyici sxem üzrə davam etdirilir. Təkrar müalicə kursu 10 gündən sonra təyin olunur. Herpes mənşəli infeksiya zamanı preparat əsas sxem üzrə 10 inyeksiya şəklində təyin edilir. Virusun replikativ aktivliyi saxlanıldığı halda, müalicə kursu 4 həftə müddətində hər 3 gündən bir dəstəkləyici sxem üzrə davam etdirilir.

Əlavə təsirləri

Allergik reaksiyaların inkişaf etməsi ehtimal edilir.

Buraxılış forması

2 ml, ampulda. 5 ampul, konturlu-yuvalı qablaşmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

0-25° C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Biofarm” SC Əczaçılıq şirkəti, Gürcüstan. Tbilisi, 0160, Qotua küç., №3. Tel.:/Faks: (+995 32) 252956. E-mail: [email protected]

Qeydiyyat vəsiqəsinin sahibi

Oxygen LTD, Republic of Georgia. Geogia, Tbilisi, Vaja Pshavela ave, III quarter, 21 building, app1. 0160.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Stimuloferon 125 mq 2 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar