Rotanat 100 mq 5 ml N10 inyeksiya

Təsiredici maddə: MELDONIUM
Təsiredici maddəMELDONIUM
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirÜrək xəstəliklərinin müalicəsi üçün digər preparatlar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,98 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ROTANAT inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Meldonium

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq meldonium dihidrat vardır. Köməkçi maddələr:inyeksiya üçün su.

Təsviri

Şəffaf rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Ürək xəstəliklərinin müalicəsi üçün digər preparatlar. ATC kodu: C01EB22.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Meldonium, bir karbon atomu azot atomu ilə əvəz olunmuş, γ-butirobetainin struktur analoqu olan karnitinin sələfidir. Karnitinin biosintezinə təsiri Meldonium γ-butirobetainhidroksilaza fermentini geridönən inhibə edərək, γ-butirobetaindən (QBB-dən) karnitinin biosintezini zəiflədir və uzun zəncirli yağ turşularının hüceyrə örtüyündən nəql olunmasına mane olur və beləliklə, hüceyrə daxilində güclü detergentlərin – yağ turşularının oksidləşməmiş aktivləşdirilmiş formalarının toplanmasının qarşısını alır. Bununla da, hüceyrə membranlarının zədələnmələrinin qarşısı alınır. İşemiya şəraitində karnitinin konsentrasiyası aşağı düşdükdə, yağ turşularının β-oksidləşməsi ləngiyir və hüceyrələrdə oksigenə olan tələbat optimallaşır, qlükozanın oksidləşməsi stimullaşır və ATF-in, biosintez sahələrindən (mitoxondrilərdə) sərfiyyat sahələrinə qədər (sitozolda) nəqlolunması bərpa olunur. Nəticədə, hüceyrələr qida maddələri ilə və oksigenlə təchiz olunur və həmçinin, həmin maddələrin istifadə olunması optimallaşır. Öz növbəsində, karnitin sələfinin – QBB-nin biosintezi yüksəldikdə, NO-sintetaza fermenti aktivləşir və bunun nəticəsində qanın reoloji xüsusiyyətləri yaxşılaşır və periferik damar müqaviməti aşağı düşür. Meldoniumun konsentrasiyası aşağı düşdükdə, karnitinin biosintezi təkrar güclənir və hüceyrələrdə yağ turşularının miqdarı tədricən bərpa olunur. Hesab edilir ki, meldoniumun təsirinin effektivliyi nəticəsində hüceyrələrin yüklənməyə qarşı tolerantlığı yüksəlir (hüceyrə daxilində yağ turşularının miqdarının azalması nəticəsində). Ürəyə və qan-damar sisteminə təsiri Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, meldonium miokardın yığılma aktivliyinə müsbət təsir göstərir, preparat miokarda qoruyucu təsirə malikdir (o cümlədən, alkoqol və katexolaminlərlə əlaqədar), ürək ritminin pozulmasının qarşısını ala bilər, miokard infarktının sahəsinin azalmasına səbəb ola bilər. Ürəyin koronar xəstəliyi (stabil gərginlik stenokardiyası) Stabil gərginlik stenokardiyasının müalicəsində meldoniumun digər antianginal preparatlarla kombinasiya şəklində kurs istifadəsinin klinik məlumatlarının təhlili göstərilmişdir ki, preparat stenokardiya tutmalarının tezliyini və intensivliyini aşağı salır və həmçinin, istifadə edilən qliseriltrinitratın miqdarının azalmasına səbəb olur. Ürəyin koronar xəstəliyi (ÜKX) və ürək ekstrasistoliyası qeyd olunan pasiyentlərdə meldonium güclü aritmiya əleyhinə təsir göstərir, supraventrikulyar ekstrasistoliyalar qeyd olunan pasiyentlərdə isə təsirin bir qədər aşağı olması müşahidə edilir. Preparat sakitlik vəziyyətində orqanizmin oksigen tələbatını aşağı salmaq qabiliyyətinə malikdir ki, bu da ÜKX-nin antianginal müalicəsinin effektiv göstəricisi hesab edilir. Meldonium qan zərdabında xolesterinin ümumi səviyyəsini və aterogen indeksi aşağı salmaqla, koronar və periferik damarlarda aterosklerotik proseslərə müsbət təsir göstərir. Xroniki ürək çatışmazlığı Nisbətən çoxsaylı klinik tədqiqatlarda ÜKX-yi nəticəsində yaranan xroniki ürək çatışmazlığının müalicəsində meldoniumun rolu təhlil edilmişdir və onun ürək çatışmazlığı olan pasiyentlərdə fiziki iş yükünə qarşı tolerantlığı yüksəltmək qabiliyyəti və eləcə də, pasiyentin gördüyü işin həcmi qeyd olunmuşdur. Mərkəzi sinir sisteminə təsiri Meldoniumun antihipoksik təsiri və beyin qan dövranına təsiri müəyyən edilmişdir. Preparat beyin qan dövranının həcminin işemik ocaqların xeyrinə yenidən paylanmasını optimallaşdırır, neyronların hipoksiyaya qarşı davamlılığını yüksəldir. Preparat mərkəzi sinir sisteminə stimullaşdırıcı təsirə malikdir: hərəki aktivliyi və fiziki dözümlülüyü yüksəldir, davranış reaksiyalarını stimullaşdırır və həmçinin, antistressor təsir göstərir (simpatoadrenal sistemin stimullaşdırılması, baş beyində və böyrəküstü vəzilərdə katexolaminlərin toplanması, daxili orqanların stress nəticəsində baş verən zədələnmələrdən qorunması). Beyin qan dövranının pozğunluqlarında və nevroloji xəstəliklər zamanı preparatın effektivliyi Meldoniumun beyin qan dövranının kəskin və xroniki pozğunluqlarının (işemik insult, beyin qan dövranının xroniki çatışmazlığı) kompleks müalicəsi üçün effektiv vasitə olması təsdiq edilmişdir. Meldonium, beyin kapillyarlarının və arteriollarının tonusunun və müqavimətinin normalaşmasına səbəb olur. Meldoniumun nevroloji xüsusiyyətlərə malik pozğunluqları (beyin qan damarlarının xəstəliklərindən, baş beyində aparılan əməliyyatlardan, travmalardan, keçirilmiş gənə ensefallitindən sonra) olan pasiyentlərdə reabilitasiya proseslərinə təsiri öyrənilmişdir. Meldoniumun terapevtik aktivliyinin qiymətləndirilməsinin nəticələrində, preparatın fiziki dözümlülüyə və sağalma mərhələsində pasiyentin funksional aktivliyinin bərpasına dozadanasılı pozitiv təsirə malik olması təsdiq edilmişdir. Müəyyən edilmişdir ki, meldonium rekonvalessentlərin həyat keyfiyyətini yaxşılaşdırır və pasiyentlərdə psixi pozğunluqların aradan qalxmasına səbəb olur. Nevroloji çatışmazlıq qeyd olunan pasiyentlərdə meldonium, sağalma mərhələsində sinir sisteminin funksiyalarının bərpa edilməsinə səbəb olur. Pasiyentlərin ümumi nevroloji vəziyyəti yaxşılaşır (kəllə-beyin snirlərinin zədələnməsinin və refleks patologiyasının azaldılması, parezlərin geriləməsi, hərəkətlərin koordinasiyasının və vegetativ funksiyaların yaxşılaşdırılması). Farmakokinetikası Meldoniumun farmakokinetikası sağlam subyektlərdə preparatın venadaxili və peroral istifadəsi zamanı öyrənilmişdir. Sorulması Preparatın çoxsaylı dozalarının venadaxili istifadəsindən sonra, qan plazmasında meldoniumun maksimal konsentrasiyası (C ) 25,50 ± 3,63 mkq/ml-ə çatmışdır.max Qaraciyər sirrozundan əziyyət çəkən pasiyentlərdə və ağır böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə preparatın C , “konsentrasiya-zaman” əyrisi altındakı sahə (AUC) vəmax yarımxaricolma dövrü (T ) göstəricilərinin artması ilə subyektlərdə preparatın biomənimsənilməsi1/2 yüksəlmişdir. Venadaxili istifadəsi zamanı (birdəfəlik və təkrar yeridilmədən sonra), meldoniumun AUC göstəriciləri fərqlənir. Bu nəticələr qan plazmasında meldoniumun toplanmasının mümkünlüyünü təsdiq edir. Paylanması Sistem qan dövranına daxil olduqdan sonra meldonium periferik toxumalarda sürətlə paylanır, xüsusilə, preparat ürək əzələsi/miokard/ürək toxumaları ilə yüksək oxşarlığa malikdir. Dozanın istifadəsindən sonra, qan plazmasının zülalları ilə birləşməsi, zamandan asılı olaraq yüksəlir. Meldonium və onun metabolitləri plasentar baryerdən qismən keçir. Heyvanlar üzərində aparılan tədqiqatlarda meldoniumun ana südünə nüfuz edilməsi nümayiş etdirilmişdir. Metabolizmi Meldonium əsasən, qaraciyərdə metabolizmə məruz qalır. Xaric olması Meldoniumun və onun metabolitlərinin orqanizmdən xaricolmasında əhəmiyyətli rol böyrək ekskresiyasına məxsusdur. Meldoniumun 250 mq, 500 mq və 1000 mq dozalarının venadaxili birdəfəlik istifadəsindən sonra, meldoniumun erkən yarımxaricolma dövrü 5,56-6,55 saat, son yarımxaricolma dövrü isə 15,34 saat təşkil edir. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Preparatın biomənimsənilməsinin yüskəlməsini nəzərə alaraq, qaraciyər və ya böyrək funksiyasının pozğunluqları olan yaşlı pasiyentlərdə meldoniumun dozasını aşağı salmaq lazımdır. Böyrək funksiyasının pozğunluqları olan pasiyentlər Preparatın biomənimsənilməsinin yüskəlməsi qeyd olunan böyrək funksiyasının pozğunluqları olan pasiyentlərdə meldoniumun dozası aşağı salınmalıdır. Meldonium və ya onun metabolitləri (məsələn, 3-hidroksimeldoniumun) və karnitin arasında qarşılıqlı təsir mövcuddur ki, bunun nəticəsində də karnitinin böyrək klirensinin yüksəlməsi müşahidə olunur. Meldoniumun, QBB-nin və meldonium/QBB kombinasiyasının renin-angiotenzin-aldosteron sisteminə birbaşa təsiri mövcud deyildir. Qaraciyər funksiyasının pozğunluqları olan pasiyentlər Preparatın biomənimsənilməsinin yüskəlməsi qeyd olunan qaraciyər funksiyasının pozğunluqları olan pasiyentlərdə meldoniumun dozası aşağı salınmalıdır. Siçovullar üzərində aparılan preparatın 100 mq/kq-dan yüksək dozalarının toksikliyinin öyrənilməsi tədqiqatında qaraciyərin sarı rəngə boyanması və yağların denaturasiyası müşahidə olunmuşdur. Histopatoloji tədqiqatlarda meldoniumun yüksək dozalarının (400 mq/kq və 1600 mq/kq) istifadəsindən sonra, qaraciyər hüceyrələrində lipidlərin toplanması nümayiş etdirilmişdir. Preparatın 400-800 mq dozalarının istifadəsindən sonra, insanlarda qaraciyər funksiyalarının göstəricilərində heç bir dəyişiklik müşahidə olunmamışdır. Buna baxmayaraq, qaraciyər hüceyrələrinin piy infiltrasiyasının mümkünlüyünü istisna etmək olmaz. Uşaqlar Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə meldoniumun istifadəsinin təhlükəsizliyi və effektivliyinə dair məlumat yoxdur və bu səbəbdən, uşaqlarda və yeniyetmələrdə göstərilən preparatın istifadəsi əks göstərişdir.

İstifadəsinə göstərişlər

Kombinəolunmuş terapiyanın tərkibində aşağıdakı hallarda: ˗ ürək-damar xəstəlikləri (stabil stenokardiya, xroniki ürək çatışmazlığı (NYHA təsnifatı üzrə I-III sinif), kardiomiopatiya, ürək-damar sisteminin fəaliyyətinin funksional pozğunluqları); ˗ beyin qan dövranının kəskin və xroniki işemik pozğunluqları; ˗ iş qabiliyyətinin azalması, fiziki və psixoemosional gərginlik; ˗ beyin qan dövranının pozğunluğundan, başın travması və ensefalitdən sonra sağalma dövrü.

Əks göstərişlər

˗ Təsiredici maddəyə və ya preparatın tərkibində olan hər-hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq; ˗ ağır qaraciyər və/və ya böyrək çatışmazlığı (təhlükəsizliyinə dair kifayət qədər məlumat olmadığından); ˗ hamiləlik və laktasiya; ˗ uşaqlar və 18 yaşa qədər yeniyetmələr (meldoniumun bu yaş qrupunda istifadəsinin təhlükəsizliyi barədə məlumat olmadığından).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər və böyrəyin xroniki xəstəliyi olan pasiyentlərdə preparatın uzunmüddətli istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur (qaraciyər və/və ya böyrək funksiyasının monitorinqi tələb olunur).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Meldonium stabil stenokardiyanın müalicəsi üçün nəzərdə tutulmuş uzunmüddətli təsirə malik nitratlarla və digər antianginal preparatlarla, ürək çatışmazlığının müalicəsi üçün istifadə edilən ürək qlikozidləri və diuretiklər ilə uyğun gəlir. Meldonium mikrosirkulyasiyanın yaxşılaşmasına səbəb olan antikoaqulyantlarla, antiaqreqantlarla və aritmiya əleyhinə preparatlarla kombinasiya şəklində istifadə edilə bilər. Meldonium qliseriltrinitrat və nifedipin tərkibli preparatların, beta-blokatorların, digər hipotenziv preparatların və periferik vazodilatatorların effektlərini gücləndirə bilər. Xroniki ürək çatışmazlığı olan pasiyentlərdə meldoniumu və lizinoprili eyni zamanda istifadə etdikdə, kombinəolunmuş müalicənin müsbət təsiri (maqistral arteriyaların vazodilatasiyası (genişlənməsi), periferik qan dövranının və həyat keyfiyyətinin yaxşılaşması və həmçinin, psixi və fiziki stressin azalması) müşahidə olunmuşdur. İşemiya/reperfuziya səbəbindən yaranan zədələnmələrin aradan qaldırılması məqsədi ilə meldoniumu və orot turşusunu kombinasiya şəklində istifadə etdikdə, əlavə farmakoloji təsir qeyd olunmuşdur. Dəmir çatışmazlığı ilə əlaqəli anemiyası olan pasiyentlərdə meldoniumun dəmir preparatları və askorbin turşusu ilə eyni zamanda istifadəsi, eritrositlərin daxilində yağ turşularının tərkibinin yaxşılaşmasına səbəb olur. Meldonium, azidotimidinin (AZT) ürəkdə törətdiyi patoloji dəyişiklikləri aradan qaldırmağa kömək edir və AZT-in təsiri nəticəsində mitoxondrilərin disfunksiyasına gətirib çıxaran oksidləşdirici stress reaksiyalarına dolayı təsir göstərir. Meldoniumun AZT ilə və ya qazanılmış immunçatışmazlığı sindromunun (QİÇS-in) müalicəsi üçün istifadə edilən digər preparatlarla kombinasiya şəklində istifadəsi, QİÇS-in müalicəsinə müsbət təsir göstərir. Etanolun istifadəsi səbəbindən tarazlıq refleksinin itkisi testində, meldonium yuxunun davametmə müddətinin azalmasına səbəb olmuşdur. Pentilentetrazolun istifadəsinin səbəb olduğu qıcolmalar zamanı meldoniumun əhəmiyyətli qıcolma əleyhinə təsiri müəyyən edilmişdir. Öz növbəsində, meldoniumun istifadəsi ilə müalicəyə başlamazdan əvvəl α -adrenoblokator olan yoximbinin 22 mq/kq dozada və azot oksid sintaza (AOS) fermentinin inhibitoru olan N-(G)-nitro-L-argininin 10 mq/kq dozada istifadəsi nəticəsində, meldoniumun qıcolma əleyhinə təsiri tamamilə blokadaya alınır. Meldoniumun istifadəsi ilə əlaqəli doza həddinin aşılması, siklofosfamidin törətdiyi kardiotoksikliyin güclənməsinə səbəb ola bilər. D-karnitin (farmakoloji çəhətdən qeyri-aktiv izomer)-meldoniumun istifadəsi nəticəsində yaranan karnitin çatışmazlığı, ifosfamidin törətdiyi kardiotoksikliyi gücləndirə bilər. Meldonium, indinavirin törətdiyi kardiotoksikliyin və efavirenzin törətdiyi neyrotoksikliyin yarandığı hallarda, qoruyucu təsir nümayiş etdirir. Əlavə təsirlərin yaranma riskinin yüksəlməsini nəzərə alaraq, preparatın meldonium tərkibli digər dərman vasitələri ilə eyni zamanda istifadəsi tövsiyə edilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Meldoniumun hamiləliyə, embrional/fetal inkişafa, doğuşa və postnatal inkişafa təsirini qiymətləndirmək üçün heyvanlar üzərində aparılan tədqiqatlar kifayət qədər deyil. İnsan üçün potensial riskləri məlum deyil, bu səbəbdən Rotanat preparatı hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya Meldonium heyvanlarda ana südünə nüfuz edir. Qadınlarda meldoniumun ana südünə nüfuz etməsi məlum deyil. Yenidoğulmuşlar/körpələr üçün risk istisna edilmir, bu səbəbdən Rotanat preparatı laktasiya dövründə istifadə edilməməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Rotanat preparatının reaksiya sürətinə arzuolunmaz təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Venadaxili yeridilmə üçün məhlul. Preparatın oyadıcı effektininin inkişaf etməsinin mümkünlüyünü nəzərə alaraq, günün birinci yarısında yeridilməsi tövsiyə olunur. Böyüklər Sutkada 500-1000 mq venadaxili təyin edilir. Sutkalıq doza birdəfəlik yeridilə bilər və ya iki dəfəyə bölünə bilər. Müalicənin müddəti adətən 10-14 gün təşkil edir, sonradan müalicə peroral dərman formasına keçirilir. Müalicənin ümumi kursu: 4-6 həftədir. Təkrar kurslar fərdi olaraq, ildə 2-3 dəfə təyin edilir. Yaşlı pasiyentlər Qaraciyər və/və ya böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə meldoniumun dozasının azaldılması tələb oluna bilər. Uşaqlar və yeniyetmələr Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə meldoniumun təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur, bu səbəbdən preparatın uşaqlarda və yeniyetmələrdə istifadəsi əks göstərişdir. Böyrək çatışmazlığı olan pasiyentlər Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlər meldoniumun daha kiçik dozasını qəbul etməlidirlər. Qaraciyər çatışmazlığı olan pasiyentlər Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlər meldoniumun daha kiçik dozasını qəbul etməlidirlər.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sisteminin pozğunluqları: tez-tez- allergik reaksiyalar; nadir hallarda – hiperhəssaslıq, allergik dermatit, övrə, angiodistrofiya, anafilaktik reaksiya. Psixikanın pozğunluqları: nadir hallarda – ajitasiya, qorxu hissi, beyindən çıxmayan fikirlər, yuxu pozğunluğu. Sinir sisteminin pozğunluqları: tez-tez – başağrı; nadir hallarda – paresteziya, tremor, hipesteziya, qulaqlarda küy, vertiqo, başgicəllənmə, yerişin pozulması, presinkope, huşun itməsi. Ürək pozğunluqları: nadir hallarda – ürək ritminin dəyişməsi, ürəkdöyünmə hissi, taxikardiya/sinus taxikardiyası, qulaqcıq fibrillyasiyası, aritmiya, sinədə diskomfort hissi/sinədə ağrı. Damar pozğunluqları: nadir hallarda – arterial təzyiqin dəyişməsi, hipertenziv kriz, hiperemiya, dəri örtüyünün avazıması. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları:nadir hallarda – boğazın iltihabı, öskürək, dispnoe, apnoe. Mədə-bağırsaq sisteminin pozğunluqları: tez-tez – dispepsiya; nadir hallarda – disgevziya (ağızda metal dadı), iştahanın itməsi, gəyirmə, ürəkbulanma, qusma, meteorizm, diareya, qarın nahiyəsində ağrı. Dəri və dərialtı toxumalarının pozğunluqları: nadir hallarda – səpgi, ümumi/makulyoz/papulyoz səpgilər, qaşınma. Skelet-əzələ sisteminin və birləşdirici toxumalarının pozğunluqları: nadir hallarda – k ürəkdə ağrı, əzələ zəifliyi, əzələ spazmları. Böyrəklər və sidikçıxarıcı yollarının pozğunluqları: nadir hallarda – pollakiuriya. Ümumi və yeridilmə nahiyəsinin pozğunluqları: nadir hallarda – ümumi halsızlıq, əsmə, asteniya, ödem, üzün ödemi, ayaqlarda ödem, istilik hissi, soyuqluq hissi, soyuq tər. Laborator və instrumental tədqiqatların nəticəsinə təsiri: nadir hallarda – elektrokardioqramda (EKQ) kənaraçıxmalar, ürək yığılmalarının tezliyinin dəyişməsi, eozinofiliya. Meldoniumun istifadəsi zamanı miqren barədə məlumatlar vardır. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Preparatın qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Pasiyentdə ciddi əlavə təsir və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir baş verdikdə, Milli farmakonəzarət sisteminə uyğun olaraq məlumat verilməlidir.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları barədə məlumat bildirilməyib. Meldonium az toksikdir və pasiyentin sağlamlığına zərər yetirə biləcək əlavə təsirlərə səbəb olmur. Arterial təzyiqi aşağı olan pasiyentlərdə başağrı, başgicəllənmə, taxikardiya, ümumi halsızlıq mümkündür. Müalicəsi Simptomatikdir. Doza həddinin ağır aşılması zamanı qaraciyər və böyrək funksiyasına nəzarət edilməlidir. Preparatın zülallarla əhəmiyyətli dərəcədə bağlanması ilə əlaqədar hemodializ az effektivdir.

Buraxılış forması

5 ml məhlul rəngsiz şüşə ampulda. 5 ampul konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. A.Ş.”, TURKEY. ÇOSB G.O. Paşa Mah. 6. Cad. No: 30 Çerkezköy/Tekirdag.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Rotanat 100 mq 5 ml N10 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar