Kardioteks 100 mq 5 ml N10 inyeksiya
| Təsiredici maddə | MELDONIUM |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Metabolik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,55 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KARDİOTEKS venadaxili və parabulbar yeridilmə üçün məhlul Beynalxalq patentləşdirilməmiş adı: Meldonium
Tərkibi
Təsiredici maddə: 1 ampulda 500 mq meldonium dihidrat (tərkibində absorbsiya olunmuş rütubət yoxdur) – (401,05 mq susuz meldonium) vardır. Köməkçi maddə: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Metabolik vasitə. ATC kodu: C01EB. Farmakoloji xüsisiyyətləri Farmakodinamikası Meldonium – insan orqanizminin hər bir hüceyrəsində mövcud olan qamma-butirobetainin struktur analoqudur. Meldonium qamma-butirobetainhidroksigenazanı inhibə edir, karnitinin sintezini və uzunzəncirli yağ turşularının hüceyrə membranından daşınmasını azaldır, asilkarnitin və asilkoenzim A törəməsi olan –oksidləşməmiş yağ turşularının aktiv formalarının hüceyrədə toplanmasının qarşısını alır. İşemiya zamanı oksigenin hüceyrələrə çatdırılması və hüceyrələr tərəfindən mənimsənilməsi nisbətini bərpa edir, adenozintrifosfat turşusunun (ATF) daşınmasındakı pozğunluqların qarşısını alır. Bununla yanaşı, oksigenin əlavə istifadəsi olmadan həyata keçən qlikolizi aktivləşdirir. Karnitinin konsentrasiyasının aşağı düşməsi nəticəsində vazodilatativ xassəyə malik qamma-butirobetainin sintezi güclənir. Təsir mexanizmi onun çoxtərəfli farmakoloji effektlərini müəyyən edir: iş qabiliyyətinin yüksəlməsi, əqli və fiziki gərginlik əlamətlərinin azalması, humoral və toxuma immunitetinin aktivləşməsi, kardioprotektor təsir. Miokardın kəskin işemik zədələnməsi zamanı nekroz ocaqlarının əmələ gəlməsini zəiflədir, reabilitasiya dövrünü qısaldır. Ürək çatışmazlığı zamanı miokardın yığılmasını yaxşılaşdırır, fiziki gərginliyə dözümlülüyü artırır, stenokardiya tutmalarının tezliyini azaldır. Beyin qan dövranının kəskin və xroniki işemik pozğunluqları zamanı işemik ocaqda qan dövranını yaxşılaşdırır. Göz dibinin damar patologiyalarında da effektlidir. Preparat abstinensiya dövründə olan xroniki alkoqolizm xəstələrində sinir sisteminin funksional pozğunluqlarını aradan qaldırır. Farmakokinetikası Preparat yeridildikdən dərhal sonra qan plazmasında maksimal konsentrasiyada toplanır. Orqanizmdə metabolizmə uğrayaraq iki əsas metabolit şəklində böyrəklər vasitəsilə xaric olur. Yarımparçalanma dövrü 3-6 saat təşkil edir.
İstifadəsinə göstərişlər
– Ürəyin işemik xəstəliklərinin (stenokardiya, miokard infarktı) kompleks müalicəsinin tərkibində; xroniki ürək çatışmazlığı, dishormonal kardiomiopatiya; – beyin qan dövranının kəskin pozğunluqlarının (işemik insult, serebrovaskulyar çatışmazlıq) kompleks müalicəsinin tərkibində; – iş qabiliyyətinin zəifləməsi; fiziki gərginliyin artması (o cümlədən idmançılarda); – xroniki alkoqolizmdən əziyyət çəkən xəstələrdə abstinensiya sindromu (spesifik müalicə ilə birgə); – hemoftalm və gözün torlu qişasının müxtəlif etiologiyalı qansızmalarında, torlu qişanın mərkəzi və perefirik damar trombozu, müxtəlif etiologiyalı retinopatiyalar (diabetik, hipertonik).
Əks göstərişlər
– Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; – kəllədaxili təzyiqin artması (venoz axının pozğunluqları zamanı və kəllədaxili şişlərdə); – 18 yaşadək uşaqlar (preparatın təhlükəsizliyi və effektivliyi təyin olunmamışdır). Qaraciyər və/və ya böyrək xəstəlikləri zamanı ehtiyyatla istifadə olunmalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kardioteks kəskin koronar sindromda ilk növbədə istifadə edilən dərman vasitəsi deyil.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kardioteks antianginal, antikoaqulyant, antiaqreqant, antiaritmik, diuretik, bronxolitik vasitələrlə birgə istifadə edilə bilər. Preparat ürək qlikozidlərinin təsirini gücləndirir. Arterial hipotenziya və taxikardiyanın yarana bilmə ehtimalını nəzərə alaraq, preparatın nitroqliserin, nifedipin, α-adrenoblokatorlar, periferik vazodilatatorlar və hipotenziv preparatlarla kombinasiyası zamanı ehtiyatlı olmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın qəbulunun təhlükəsizliyi tədqiq olunmadığına görə dölə mümkün zərərli təsirlərin baş verməməsi üçün hamilə qadınlara preparatın təyini məsləhət görülmür. Ana südünə nüfuz etməsi haqda məlumat yoxdur. Laktasiya dövründə Kardioteks-in qəbulu mütləq göstərişdirsə, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın psixomotor reaksiyaların sürətinə təsiri yoxdur.
İstifadə qaydası və dozası
Preparatın oyandırıcı təsirinin əmələ gəlmə ehtimalına görə Kardioteks günün birinci yarısı təyin edilməlidir. Ürək- damar xəstəlikləri Kompleks müalicədə – venadaxili 500mq-1q dozasında (venadaxili və parabulbar yeritmək üçün 5-10 ml məhlul 100mq/ml dozada) təyin edilir; doza birdəfəlik tam şəkildə və ya yarıya bölməklə iki dəfəyə yeridilir. Müalicə kursu 10-14 gün təşkil edir. Təkrar kurslar (adətən ildə 2-3 dəfə) həkim məsləhəti ilə tətbiq edilir. Beyin qan dövranının pozğunluqları Beyin qan dövranının pozğunluqlarının kəskin fazasında –gündə 1 dəfə 500 mq olmaqla 10 gün ərzində venadaxili yeridilir (venadaxili və parabulbar yeritmək üçün 5 ml məhlul 100 mq/ml dozada). İş qabiliyyətinin zəifləməsi, fiziki gərginliyin artması (o cümlədən idmançılarda) Fiziki və əqli gərginlik zamanı (həmçinin idmançılarda) gündə 1 dəfə 500 mq venadaxili yeridilir (venadaxili və parabulbar yeritmək üçün 5 ml məhlul 100 mq/ml dozada ). Müalicə kursu – 10-14 gün təşkil edir. Xroniki alkoqolizm xəstələrində abstinensiya sindromu (spesifik müalicə ilə birgə) Abstinensiya sindromu zamanı 500 mq-dan gündə 2 dəfə venadaxili yeridilir (venadaxili və parabulbar yeritmək üçün 5 ml məhlul 100 mq/ml dozada). Müalicə kursu – 10-14 gün təşkil edir. Göz patologiyaları Hemoftalm və gözün torlu qişasının müxtəlif etiologiyalı qansızmalarında, torlu qişanın mərkəzi və perefirik damar trombozu, müxtəlif etiologiyalı retinopatiyalar (diabetik, hipertonik). Preparat parabulbar yolla gündə 1 dəfə 50 mq olmaqla 10 gün ərzində (venadaxili və parabulbar yeritmək üçün 0,5 ml məhlul 100mq/ml dozada) təyin edilir; o cümlədən kombinə edilmiş müalicənin tərkibində də təyin edilə bilər. Əlavə təsrirləri Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Ürək-damar sisteminə: nadir hallarda – taxikardiya, arterial təzyiqin artması və ya azalması. Mərkəzi sinir sisteminə: nadir hallarda – psixomotor oyanıqlıq. Həzm sisteminə: nadir hallarda – dispeptik pozğunluqlar. Allergik reaksiyalar: nadir hallarda – dəri qaşınmaları, səpgilər, dəridə hiperemiya, angionevrotik ödem; çox nadir hallarda – eozinofiliya. Digər: çox nadir hallarda – ümümi zəiflik.
Doza həddinin aşılması
Simptomları: baş ağrıları, taxikardiya, başgicələnmə və ümümi zəifliklə müşayiət olunan arterial təzyiqin düşməsi. Müalicəsi: simptomatik.
Buraxılış forması
Venadaxili və parabulbar yeritmək üçün 100 mq/ml məhlul. 5 ml məhlul, rəngsiz neytral şüşə (I tip şüşə) ampullarda. Ampulların üzərinə rəngli sınma halqası və ya rəngli nöqtə və xətt çəkilmişdir. Ampulların üzərinə əlavə olaraq bir, iki və ya üç halqa və/və ya ştrix- kod, və/və ya hərf-rəqəm kodlaşması çəkilir və yaxud da ampulların üzərinə heç bir halqa, ştrix-kod, hərf- rəqəm kodlaşması çəkilmir. 5 ampul, konturlu yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma (5 və ya 10 ampul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Donmaya yol verilmir.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
QSC “FarmFirma “Soteks”, Rusiya. 141345, Moskva vilayəti, Sergiyevo-Posad rayonu, Belikovo qəs., ev 11.
Qeydiyyat vəsiqəsinin sahibi
QSC “FarmFirma “Soteks”, Rusiya. 141345, Moskva vilayəti, Sergiyevo-Posad rayonu, Belikovo qəs., ev 11. Azərbaycan Respublikası ərazisi üzrəistehlakçıların müraciətini qəbul edən təşklat Referans Pharmaceuticals MMC, Azərbaycan 1020, Bakı şəh., Mirəli Qaşqay küç. 150A, Tel./faks: +994 (12) 541 55 79.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.