Resiprol 500 mq N14 tablet
| Təsiredici maddə | CIPROFLOXACIN |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Flüorxinolon qrupundan olan antibakterial preparat |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,20 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RESİPROL örtüklü tablet Beynəlxalq patentləşdirilməmiş adı: Ciprofloxacin
Tərkibi
Təsredici maddə: 1 tabletin tərkibində 500 mq siprofloksasinə ekvivalent olan 582 mq siprofloksasin hidroxlorid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, qarğıdalı nişastası, krospovidon, kroskarmelloza natrium, susuz kolloidal silisium dioksid, maqnezium stearat (E572), hidroksipropilmetilsellüloza (E464), titan dioksid (E171), polietilenqlikol 400 (E1521).
Təsviri
Ağ rəngli, bir üzü xətlə işarələnmiş, dairəvi, iki tərəfi qabarıq, örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Flüorxinolon qrupundan olan antibakterial preparat. ATC kodu: J01MA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Siprofloksasin müxtəlif qrammənfi və qrammüsbət mikroorqanizmlərə qarşı effektivdir, bakterisid təsir göstərir. Təsir mexanizmi bakteriya DNT – nun replikasiyası üçün vacib olan topoizomeraza II (DNT- giraza) və topoizomeraza IV fermentlərini inhibə etməsinə əsaslanır. Siprofloksasin aminoqlikozidlərlə, β- laktam antibiotiklərlə, tetrasiklinlərlə çarpaz rezistentlik nümayiş etdirmir. Farmakokinetiksı Əsasən nazik bağırsaqdan sürətlə və tez sorulur. Qəbulundan 1-2 saat sonra maksimal zərdab konsentrasiyasına çatır. Biomənimsənilməsi 70-80 % -dir. 12 saatdan bir 500 mq siprofloksasinin peroral qəbulundan alınan zərdab konsentrasiyası (AUC) 400 mq venadaxili infuziyadan alınan nəticə ilə eynidir. 20 -30 %-i plazma zülalları ilə birləşir.
İstifadəsinə göstərişlər
Böyüklərdə: tənəffüs yollarının infeksiyaları; uzun sürən və ya residivləşən qulaq infeksiyaları və sinusitlər; böyrəklərin və sidik yollarının infeksiyaları; adneksit (yumurtalıqların və uşaqlıq borularının kəskin və xroniki iltihabı); qonoreya, prostatit də daxil olmaqla cinsiyyət orqanlarının infeksiyaları; həzm sisteminin və qarın boşluğunun infeksiyaları (o cümlədən peritonit); dərinin və yumşaq toxumaların infeksiyaları; sümüklərin və oynaqların infeksiyaları; 18 yaşdan böyük şəxslərdə Neisseria meningitidis tərəfindən törədilən xəstəliklərin profilaktikası Ağır dərəcəli infeksiya və ya bir neçə növ bakteriya tərəfindən törədilən infeksiya zamanı müalicəyə digər bir antibiotik də əlavə edilə bilər. Uşaqlarda və yeniyetmələrdə ağır dərəcəli spesifik infeksiyaların müalicəsi üçün digər dərman preparatlarından istifadə etmək mümkün olmadıqda siprofloksasin həkim tərəfindən zəruri hesab edildikdə istifadə edilə bilər.
Əks göstərişlər
Siprofloksasinə, xinolon qrupundan olan digər antibiotiklərə, yaxud Resiprol -un köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. Tizanidin ilə eyni vaxtda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər sizdə aşağıdakı xəstəliklər varsa ehtiyatla qəbul edin: yaşınız 18-dən azdırsa, sizdə ishal varsa, sizdə qaraciyər və ya böyrək xəstəliyi olubsa, oynaq ətrafında ağrı, şişkinlik və ya vətər iltihabı vardırsa, yaxud əvvəllər antibiotiklə müalicə qəbul etdiyiniz zaman sizdə bu şikayətlər olubsa, ahıl yaşdaşınızsa və tərkibində kortikosteroidlər olan dərmanlar qəbul edirsinizsə, sizdə sinir sistemi xəstəliyi varsa, sizdə depressiya və ya psixoz varsa, dərmanın ilk qəbulundan sonra sinir sistemi tərəfindən reaksiyalar baş verirsə, tərkibində təsiredici maddə qismində teofillin, metilksantin, kofein, duloksetin, ropinirol, klozapin, olanzapin olan dərmanlardan birini qəbul edirsinizsə, yaşlısınızsa, sizdə böyrək çatışmazlığı varsa, sizdə qaraciyər çatışmazlığı varsa . Hətta dərmanın ilk dozasının qəbulu zamanı ağır dərəcəli allergik reaksiyanın inkişaf etməsinə kiçik bir ehtimal vardır, bu zaman meydana çıxan simptomlar döş qəfəsində sıxılma, başgicəllənmə, ürəkbulanma və ya bayılma, yaxud ayağa qalxarkən başgicəllənmədir. Bunlar baş verdikdə, Resiprol -un istifadəsini dayandırın və dərhal həkiminizlə əlaqə saxlayın. Siprofloksasin qəbul etdikdə dəriniz günəş şüalarına və ya ultrabənövşəyi (UB) şüalara qarşı daha həssas olur. Güclü gün işığından və ya solyarium kimi süni UB şüalardan qacınmaq lazımdır. İshal həmçinin Resiprol -un istifadəsindən həftələr sonra yarana bilər. Əgər ishal ciddi və davamlıdırsa, yaxud tərkibində qan və ya selik vardırsa, siz dərhal Resiprol ilə müalicəni dayandırmalısınız, çünki bu, həyat üçün təhlükəli ola bilər. Siz bağırsaqların peristaltikasını dayandıran və ya azaldan dərmanlar qəbul etməməlisiniz və dərhal həkiminizlə əlaqə saxlamalısınız. Əgər sizdə ürək xəstəliyi vardırsa, Resiprol ilə müalicə zamanı aşağıdakı hallarda ehtiyatlı olmalısınız: sizdə QT intervalının anadangəlmə uzanması və ya bununla əlaqədar ailə anamneziniz vardırsa (ürək fəaliyyətinin qeydiyyatı olan EKQ-də müəyyənləşdirilən vəziyyət), qanda duzların balansının pozulması (xüsusən də, qanda kaliumun və ya maqneziumun səviyyələrinin aşağı olması), ürək ritminin azalması, yaxud ürək çatışmazlığı, anamnezdə miokard infarktı vardırsa, EKQ-də qeyri-normal dəyişikliklərə səbəb olan dərmanlar qəbul edirsinizsə. Cinsiyyət yollarının (reproduktiv sistemin) bəzi infeksiyalarının müalicəsi üçün həkiminiz siprofloksasinə əlavə olaraq digər bir antibiotik də təyin edə bilər. Müalicənin 3-cü günündə heç bir yaxşılaşma müşahidə edilmirsə, həkiminizlə məsləhətləşin. Qan və ya sidik analizi verdikdə, Resiprol qəbul etdiyinizi bildirin. Resiprol -un istifadəsi zamanı ağrı, yanma, iynə batma, keyləşmə və / və ya zəiflik kimi neyropatiya simptomları baş verərsə, Resiprol – un istifadəsini dayandırın və həkiminizlə məsləhətləşin. Resiprol qaraciyərin zədələnməsinə səbəb ola bilər. Əgər sizdə iştahanın itməsi, sarılıq, sidiyin tündləşməsi, qaşınma və ya mədədə ağrı hissi kimi əlamətlər yaranmışdırsa, dərhal Resiprol -un istifadəsini dayandırın və həkiminizlə məsləhətləşin. Əgər sizdə və ya ailə üzvlərinizdən birində qlükoza-6-fosfat dehidrogenaza (G6PD) çatışmazlığı adlanan irsi xəstəlik vardırsa, Resiprol -un istifadəsi zamanı anemiya riski ilə üzləşə bilərsiniz. Bu səbəbdən də, sizdə qlükoza-6-fosfat dehidrogenaza çatışmazlığının olub-olmadığını həkiminizə söyləyin. Resiprol -un istifadəsi zamanı Mycobacterium tuberculosis kulturasına sınaqda yanlış mənfi nəticələr müşahidə edilə bilər. Resiprol –a həssas və ya rezistent olan mikroorqanizmlər barədə həkiminizlə məsləhətləşin. Resiprol preparatının süd məhsulları (məsələn, süd, yoğurt və ya pendir) ilə və ya tərkibində mineral olan içkilərlə (məsələn, kalsiumla zənginləşdirilmiş portağal şirəsi) birlikdə istifadəsi dərmanın sorulmasını azalda bilər. Preparat bu cür qida məhsulları ilə birlikdə istifadə edilməməlidir. Xüsusi hallar Böyrək çatışmazlığı: Əgər sizdə böyrək çatışmazlığı vardırsa, bu barədə həkiminizi məlumatlandırın, çünki müalicə dozasının müvafiq qaydada tənzimlənməsi tələb olunacaqdır. Böyrək çatışmazlığı olan uşaqlarda doza ilə əlaqədar tədqiqatlar aparılmamışdır. Qaraciyər çatışmazlığı: Həkiminiz tərəfindən tövsiyə edildiyi kimi istifadə edilməlidir. Qaraciyər çatışmazlığı olan uşaqlarda doza ilə əlaqədar tədqiqatlar aparılmamışdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Resiprol preparatını aşağıdakı dərmanlarla birlikdə qəbul edirsinizsə, bunu həkiminizə bildirin: Ürək ritmini tənzimləyən dərmanlar, trisiklik antidepressantlar, bəzi mikrob əleyhinə maddələr (makrolidlər) və bəzi antipsixotik dərmanlar, probenesid , metoklopramid , omeprazol, teofillin, metotreksat, qeyri-steroid iltihab əleyhinə preparatlar, siklosporin, qan durulducu dərmanlar (vitamin K antaqonistləri, məsələn, varfarin, asenokumarol, fenprokumon və ya flüindion), qanda qlükozanın səviyyəsini aşağı salan dərmanlar , ropinirol, klozapin, fenitoin Resiprol qanınızda aşağıdakı dərmanların səviyyələrini artıra bilər: Pentoksifillin , kofein və digər ksantin törəmələr, duloksetin , lidokain , sildenafil Bəzi dərmanlar Resiprol -un təsirini azalda bilər: – Antasidlər, omeprazol, mineral qida əlavələri, sukralfat, polimer fosfat birləşdirici, tərkibində maqnezium, kalsium, alüminium və ya dəmir olan dərmanlar və ya qida əlavələri. Bu dərmanların istifadəsi zəruridirsə, RESİPROL onlardan 2 saat əvvəl və ya 4 saat sonra qəbul edilməlidir. Resiprol tizanidinlə kombinasiyada istifadə edilməməlidir, çünki qan təzyiqinin aşağı düşməsi (hipotoniya) və yuxululuq kimi əlavə təsirlərə səbəb ola bilər. Əgər reseptlə və ya reseptsiz buraxılan hər hansı dərmandan istifadə edirsinizsə, yaxud əvvəllər istifadə etmisinizsə, bu barədə həkiminizi məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmandan istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. C kateqoriyasına aiddir. Resiprol preparatının hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz təqdirdə dərhal həkiminizlə məsləhətləşin. Bu dərmandan istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Resiprol ana südünə keçir və oynaqlarla əlaqədar zədələnmə riskindən asılı olaraq, süd verən analarda istifadəsi tövsiyə edilmir. Nəqliyyat vasitələrinin və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Resiprol nəqliyyat vasitələrini və ya mexanizmləri idarə etmək qabiliyyətinə mənfi təsir edə bilər. Bu vəziyyət, xüsusilə dərmanın alkoqolla birlikdə qəbulu zamanı müşahidə edilir.
İstifadə qaydası və dozası
Peroral yolla qəbul edilir. Bir qədər su ilə birlikdə bütöv udun. Həbləri acqarına və ya yeməkdən sonra qəbul etmək olar. Həbləri hər gün günün eyni vaxtında qəbul etməyə diqqət edin. Həblər süd məhsulları və ya mineral əlavə edilmiş içkilərlə (məsələn, süd, yoğurt, kalsiumla zənginləşdirilmiş portağal şirəsi) birlikdə qəbul edilməməlidir. Xəstəlik və ya digər səbəbdən həbləri qəbul edə bilməyən xəstələrə siprofloksasinin vena daxilinə təyin edilməsi tövsiyə olunur. Vena daxilinə yeridilmədən sonra, müalicə peroral yolla davam etdirilə bilər. Göstərişlər Sutkalıq doza Müalicə müddəti gündə 2 dəfə 500 mq və ya 750 Aşağı tənəffüs yollarının mq 7 – 14 gün infeksiyaları Xroniki sinusit gündə 2 dəfə 500 mq və ya 750 Xroniki orta otit mq 7 – 14 gün Ağırlaşmış xarici otit gündə 2 dəfə 500 mq və ya 750 mq Ağırlaşmamış sistit 7 – 14 gün (menopauza dövrü qadınlarda 500 mq yalnız bir dəfə) Ağırlaşmış sistit gündə 2 dəfə 500 mq 7 gün Ağırlaşmamış pielonefrit Kəskin vəziyyətlərdə gündə 2 dəfə 500 mq və ya 750 2 – 4 həftə Prostatit mq Xroniki vəziyyətlərdə 4 – 6 həftə gündə 1 dəfə 500 mq Urogenital qonoreya 1 gün gündə 2 dəfə 500 mq və ya 750 Epididimo – orxit və mq 14 gündən az olmayaraq çanaq orqanlarının iltihabı Diareyalar (bakteriya ilə bağlı, həmçinin gündə 2 dəfə 500 mq 1 günShigella spp. və Shigella dysenteriae 1 tip, o cümlədən ağır “səyyah” diareyası) İntraabdominal infeksiyalar gündə 2 dəfə 500 mq və ya 750 Qrammənfi bakteriyalar mq 5 – 14 gün tərəfindən törədilən gündə 2 dəfə 500 mq və ya 750 Dəri və yumşaq toxuma mq 7 – 14 gün infeksiyaları Müxtəlif yaş qrupları: Uşaqlarda istifadəsi: Həkiminizin tövsiyə etdiyi qaydada istifadə edilməlidir. Yaşlılarda istifadəsi: Həkiminizin tövsiyə etdiyi qaydada istifadə edilməlidir. Resiprol qəbul etməyi unutmusunuzsa Mümkün olan ən qısa müddətdə normal dozanı qəbul edin və daha sonra təyin edildiyi qaydada dərmanın qəbulunu davam etdirin. Lakin əgər növbəti dozanı qəbul etmək vaxtı gəlib çatmışdırsa, unutduğunuz dozanı qəbul etməyin və normal qaydada dərmanın qəbulunu davam etdirin. Müalicə kursunu tam bitirin. Unutduğunuz dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Resiprol ilə müalicəni dayandırdıqda yarana biləcək təsirlər Hətta bir neçə gün sonra özünüzü daha yaxşı hiss etməyə başlasanız belə, müalicə kursunu tam bitirməyiniz vacibdir. Bu dərmanın qəbulunu vaxtından əvvəl dayandırsanız, infeksiya tam müalicə olunmaya və infeksiyanın simptomları yenidən meydana çıxar və ya pisləşə bilər. Həmçinin, antibiotiklərə qarşı rezistentlik inkişaf edə bilər. Bu dərmanın qəbulu ilə əlaqədar hər hansı əlavə suallarınız vardırsa, həkiminizə müraciət edin. Bu istifadə təlimatında qeyd edilməmiş hər hansı əlavə təsir müşahidə edirsinizsə, həkiminizi və ya əczaçınızı məlumatlandırın.
Əlavə təsirləri
Siprofloksasin adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Bu günə qədər ciddi toksik təsirləri qeydə alınmışdır. Nadir hallarda müxtəlif sistemlər tərəfindən əlavə təsirlər müşahidə oluna bilər: Tez-tez (≥ 1/100 – < 1/10) – ürəkbulanma, diareya, uşaqlarda oynaqlarda ağrı. Bəzən (≥ 1/1000 – < 1/100) – göbələk infeksiyası, iştahanın itməsi, baş ağrısı, başgicəllənmə,yuxu pozulması, qusma,qarında ağrı, meteorizm, səpgi, qaşınma, bilirubinin artması, böyrək disfunksiyası, sümük -əzələ sistemində ağrı. Nadir hallarda (≥ 1/10000 – < 1/1000) – leykosit sayının artma və ya azalması, anemiya, allergik ödem, depressiya, qıcolma, həssaslığın azalması, görmənin pozulması, eşitmənin azalması və ya itməsi, arterial təzyiqin enməsi, qaraciyərin zədələnməsi, qanda şəkərin artması, böyrək çatışmazlığı, sidikdə qan. Çox nadir hallarda (< 1/10000) – bütün qan hüceyrələrinin azalması, allergik şok, kəllədaxili təzyiqin artması, miqren, qaraciyər çatışmazlığı, dəri nekrozu, əzələ zəifliyi. Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil) – periferik sinir zədələnmələri, ürək ritminin, pozulması, kəskin generalizə olunmuş ekzantematoz pustulyoz.
Doza həddinin aşılması
Təyin edildiyindən daha artıq qəbul etmisinizsə, həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın.
Buraxılış forması
7 tablet, bilisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılma şəraiti Resept əsasında buraxılır.
İstehsalçı
Biofarma İlaç San. ve Tic. A.Ş.
Qeydiyyat vəsiqəsinin sahibi
Biofarma İlaç San. ve Tic. A.Ş. Akpınar Mah. Osmangazi Cad. No: 156. Sancaktepe / İSTANBUL. Telefon : (0216) 398 10 63. Faks: (0216) 398 10 20. Ünvan Akpınar Mah. Osmangazi Cad. No: 156 . Sancaktepe / İSTANBUL. Telefon : (0216) 398 10 63 Faks: (0216) 398 10 20.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.