Progesteron 2,5 % 1 ml N10 inyeksiya
| Təsiredici maddə | PROGESTERONE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Cinsiyyət vəzilərinin hormonları və cinsi sferanın patologiyaları zamanı istifadə olunan preparatlar. Gestagenlər. |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,62 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PROGESTERON inyeksiya üçün yağlı məhlul PROGESTERONЕ
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq və ya 25 mq progesteron vardır. Köməkçi maddələr:benzilbenzoat, rafinə olunmuş zeytun yağı.
Təsviri
Açıq-sarı rəngdən yaşılımtıl-sarı rəngə qədər şəffaf yağlı mayedir.
Farmakoterapevtik qrupu
Cinsiyyət vəzilərinin hormonları və cinsi sferanın patologiyaları zamanı istifadə olunan preparatlar. Gestagenlər. АТС kodu: G03DA04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Progesteron sarı cismin hormonudur; uşaqlığın selikli qişasının follikulyar hormonunun təsiri altında baş verən proliferasiya fazasından sekretor fazaya keçməsinə səbəb olur, mayalanmadan sonra isə onun mayalanmış yumurtalıq hüceyrəsinin inkişafı üçün lazım olan vəziyyətə keçməsinə səbəb olur. Eləcə də, uşaqlıq və uşaqlıq borusu əzələsinin oyanma və yığılma qabiliyyətini azaldır, süd vəzilərinin son elementlərinin inkişafını stimullaşdırır. Kiçik dozalarda qonadotropin hormonlarının sekresiyasını stimullaşdırır, böyük dozalarda isə zəiflədir. Aldosteronun təsirini tormozlayır ki, bu da, natrium və xlorun sidiklə sekresiya olunmasına səbəb olur. Katabolik və immunodepressiv təsir göstərir. Farmakokinetikası Əzələdaxili və dərialtı yeridildikdən sonra sürətlə və praktiki olaraq tam sorulur. Konyuqatlar və kükürd turçusu əmələ gətirməklə qaraciyərdə metabolizmə uğrayır. Progesteronun əsas çevrilmə məhsulu bioloji aktiv preqnandioldur. Qlükuron turşusu ilə konyuqasiyadan sonra preqnandiol qaraciyərdən qana, sonra isə sidiyə keçir. Progesteronun az hissəsi preqnanolola və preqnandiona çevrilir. Progesteronun sidiklə xaric olan bütün metabolitləri qeyri-aktivdir. Yarımxaricolma dövrü bir neçə dəqiqə təşkil edir. 50-60 %-i sidiklə, 10%-dən çox hissəsi ödlə xaric olur. Sidiklə xaric olan metabolitlərin miqdarı sarı cismin fazasından asılı olaraq dəyişir.
İstifadəsinə göstərişlər
Аmenoreya, anovulyator uşaqlıq qanaxmaları, endokrin sonsuzluğu, o cümlədən, sarı cismin çatışmazlığı nəticəsində baş verən, hamiləliyə dözümsüzlük, oliqomenoreya, alqodismenoreya (hipoqanadizm zəminində).
Əks göstərişlər
Qaraciyər xəstəlikləri, qaraciyər funksiyalarının pozulması, hepatit, qaraciyər və böyrək çatışmazlığı; hamiləlik dövründə xolestatik sarılıq (anamnezdə), xoşxassəli hiperbilirubinemiya; süd vəzilərinin və cinsiyyət orqanlarının törəmələri; taxikardiya, trombozlara meyillik, aktiv venoz və ya arterial tromboemboliya, ağır tromboflebit və ya anamnezdə bu cür vəziyyətlərin olması; depressiya təzahürlərilə sinir pozulmaları; porfiriya; 36 həftəlikdən sonra hamiləlik, uşaqlıqdankənar hamiləlik və ya baş tutmayan hamiləlik (anamnezdə); uşaqlıq yolunun naməlum genezli qanaxmaları, abortdan sonrakı vəziyyət, preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək-damar sisteminin xəstəliklərində, arterial hipertoniyada, xronik böyrək çatışmazlığında, şəkərli diabetdə, bronxial astmada, epilepsiyada, miqrendə, depressiyalarda, hiperlipoproteinemiyada ehtiyatla istifadə etmək lazımdır. Progesteron, eləcə də, anamnezdə psixi pozğunluqlar olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır, depressiyanın ilk əlamətləri meydana çıxdıqda, preparatın istifadəsini dayandırmaq lazımdır. Şəkərli diabeti olan xəstələrdə qanda qlükozanın səviyyəsinə ciddi nəzarət etmək lazımdır. Progesteronun istifadəsi zamanı tromboemboliyanın erkən simptomlarına qarşı diqqətli olmaq, onlar meydana çıxdıqda isə preparatla terapiyanı dayandırmaq vacibdir. Steroid hormonların metabolizmi qaraciyərdə baş verdiyindən qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə Progesteronu istifadə etmək olmaz. Progesteronun uzun müddət yüksək dozalarda istifadəsi zamanı menstruasiyanın kəsilməsi mümkündür. Preparatı cinsiyyət yollarından gələn səbəbi müəyyən edilməyən qanaxmalar zamanı və anamnezində periferik xəstəliklər qeyd edilən qadın pasiyentlərdə istifadə etmək olmaz. Müalicə zamanı tezliyi və həcmi fərdi təyin edilən mütəmadi müayinələrin aparılması məsləhət görülür. Progesterondanasılı hər hansı şişin, məsələn, keçmişdə meningiomanın olması və/ya onun hamiləlik dövründə proqressivləşməsi və ya əvvəlki hormonal terapiya alan qadın pasiyentlər ciddi həkim nəzarəti altında olmalıdırlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Progesteron uşaqlıq əzələsinin yığılmasını stimullaşdlıran preparatların (oksitosin, pitiutrin), anabolik steroidlərin (retabolil, nerobol), hipofizin qonadotrop hormonlarının təsirini zəiflədir. Oksitosinlə qarşılıqlı təsir zamanı laktogen effekt azalır. Diuretiklərin, hipotenziv preparatların, immunodepressantların, bromkriptinin və sistem koaqulyantların təsirini gücləndirir. Antikoaqulyantların effektivliyini azaldır. Barbituratlarla eyni vaxtda istifadəsi zamanı progesteronun təsiri zəifləyir. Hipoqlikemik vasitələrin effektini dəyişir. Qaraciyər fermentlərinin induktorları ilə eyni vaxtda istifadəsi zamanı progesteronun qan plazmasında konsentrasiyasının yüksəlməsi və ya enməsi mümkündür. Uyuşmazlıq Preparatı digər dərman vasitələrilə qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparat, yalnız düşük təhlükəsinin profilaktikası və müalicəsi üçün istifadə edilir. 36 həftəlik hamiləlikdən sonra preparatın istifadəsi əks göstərişdir. Preparatı yaxın zamanlarda hamiləlik planlaşdıran qadınlara təyin etmək olmaz. Hamiləlik zamanı ekzogen progesteronun hər iki cinsdən olan uşaqlarda cinsi anomaliyalar da daxil olmaqla, anadangəlmə anomaliya riski tam müəyyən edilməmişdir. Progesteron ana südünə nüfuz edir, bu səbəbə görə laktasiya dövründə progesterondan istifadə etmək olmaz. Pediatriyada istifadəsi Preparat pediatrik praktikada istifadə edilmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat başgicəllənməyə və yuxululuğa səbəb ola bilər. Müalicə dövründə yüksək diqqət və sürətli psixmotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
İstifadə etməzdən əvvəl içərisində preparat olan ampul su hamamı üzərində yüngülcə (30-40˚С-yə qədər) qızdırılır. Kristalların çökməsi baş verdikdə, ampul qaynar su hamamı üzərində kristallar tam həll olana qədər qızdırılır. Preparat əzələ daxilinə və ya dəri altına yeridilir. Anovulyator qanaxma zamanı preparat 6-8 gün ərzində hər gün 5-15 mq təyin edilir. Əvvəlcədən uşaqlıq boşluğunun selikli qişasının qaşınıb təmizlənməsi həyata keçirildikdə, o zaman inyeksiya 18- 20 gün sonra başlanılır. Selikli qişanın qaşınması mümkün olmadıqda, preparat qanaxma vaxtı da yeridilir. Bu zaman qanaxma müvəqqəti olaraq güclənə bilər (3-5 gün); mülayim və ağır dərəcəli anemiyalı pasiyentlərə əvvəlcədən qan köçürülməlidir (200-250 ml). 6-8 günlük müalicədən sonra qanaxma kəsilmədiyi halda, progesteronun sonrakı yeridilməsi məqsədəuyğun deyildir. Qanaxma dayandığı zaman müalicəni 6 gündən tez dayandırmaq olmaz. Hipoqonadizm və amenoreya zamanı 6-8 gün ərzində hər gün 5 mq (estrogen preparatların istifadəsindən dərhal sonra) və ya günaşırı 10 mq təyin edilir. Sarı cismin funksional çatışmazlığı nəticəsində yaranan və həyat üçün təhlükəli olan düşüklərin profilaktikası və müalicəsi zamanı düşük riski tam aradan qalxana qədər hər gün və ya günaşırı 10-25 mq yeridilir. Vərdişəçevrilmiş düşük zamanı preparat hamiləliyin 4-cü ayına qədər yeridilir. Alqodismenoreya zamanı ağrıları azaltmaq və ya aradan qaldırmaq üçün preparat menstruasiyaya 6-8 gün qalmış 6-8 gün müddətində gündə 5-10 mq yeridilir. Müalicə kursunu bir neçə dəfə təkrar etmək olar. Əzələdaxili yeridilmək üçün yüksək birdəfəlik və sutkalıq doza 25 mq təşkil edir (1%-li məhluldan 2,5 ml və ya 2,5%-li məhluldan 1 ml). Uşaqlığın inkişaf etməməsi əlaqədar alqodismenoreyanın Progesteronla müalicəsi əvvəlcədən estrogen preparatların təyini ilə birləşdirilə bilər.
Əlavə təsirləri
Adətən progesteron pasiyent tərəfindən yaxşı keçirilir, nadir hallarda aşağıdakı əlavə təsirlər mümkündür: ürək-damar sistemində baş verən pozğunluqlar: taxikardiya, qan dövranının pozulması, arterial təzyiqin yüksəlməsi, venoz tromboemboliya. Sinir sistemində baş verən pozğunluqlar: başağrı, başgicəllənmə, yuxululuq, depressiya, yuxusuzluq. Reproduktiv sistemdə və süd vəzilərində baş verən pozğunluqlar: şişmə, yüksək həssaslıq və süd vəzilərində ağrı; yanma, quruluq kimi xarici cinsiyyət orqanları tərəfindən baş verən pozğunluqlar, genital qaşınma, vaginal ifrazatın dəyişməsi, qanaxma, vaginal mikoz, predmenstrual sindrom, menstrual siklin pozulması, asiklik qanabənzər ifrazat, amenoreya, oliqomenoreya, hirsutizm, libidonun azalması, uşaqlığın spazmı. Həzm sistemində baş verən pozğunluqlar: köpmə, qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, qəbizlik, diareya, meteorizm. Endokrin pozğunluqlar: qlükozaya qarşı pis dözümsüzlük. Tənəffüs sistemində baş verən pozğunluqlar: təngnəfəslik. Hepatobiliar sistemdə baş verən pozğunluqlar: qaraciyər funksiyasının pozulması və qaraciyər sınaqlarının funksional dəyişməsi; xolestatik sarılıq. Metabolik və alimentar pozğunluqlar: iştahanın dəyişməsi, bədən kütləsinin artması və ya azalması, ödem, albuminuriya. Dəri və yumşaq toxumada baş verən pozğunluqlar: dəridə allergik təzahürlər, multiformalı eritema, qaşınma, övrə, dəri səpgisi, akne, xloazma, alopesiya, hirsutizm. Ümumi pozğunluqlar inyeksiya nahiyəsində dəyişikliklər: yüksək yorğunluq, zəiflik, qızdırma, hiperhəssaslıq reaksiyaları, o cümlədən, anafilaktik reaksiyalar; mayenin ləngiməsi, paresteziya; yeridilmə nahiyəsində dəyişiklik, ağrı və şişkinlik daxil olmaqla. Laborator göstəricilər: plazmanın lipid profilinin dəyişməsi. Dölə təsiri: həddindən artıq progesteronun miqdarı qadın cinsindən olan dölün virilizasiyasına səbəb ola bilər (cinsiyyətin qeyri-müəyyənliyinə qədər).
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı müvafiq bölmədə qeyd edilən əlavə təsirlər yaranır. Əlavə təsirlər yarandıqda, preparatla müalicəni dayandırmaq, onlar aradan qalxdıqdan sonra isə kiçik dozalarda davam etdirmək lazımdır. Ehtiyac olduqda, simptomatik müalicə aparılır.
Buraxılış forması
1 ml məhlul, ampulda. 5 ampul, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 ºС-dən aşağı temperaturda, işıqdan qorumaq məqsədilə orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
«Pharmaceutical plant «BIOFARMA» MMC, Ukrayna Ünvan Ukrayna, 09100, Kiyev vilayəti, Belaya serkov ş., Kiyevskaya k., 37.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.