Reosorbilakt 200 ml infuziya
| Təsiredici maddə | SODIUM CHLORIDE + SORBITOL + SODIUM LACTATE + POTASSIUM CHLORIDE + MAGNESIUM CHLORIDE + ... |
|---|---|
| Dərman forması | İnfüziya məhlulu |
| Farmakoloji təsir | Eketrolit balansına təsir göstərən məhlullar. Digər preparatlarla kombinasiyada elektrolitlər |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
REOSORBİLAKT infuziya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibinə 60,0 mq sorbitol, 19,0 mq natrium laktat (100% maddə hesabı ilə), 6,0 mq natrium xlorid, 0,1 mq kalsium xlorid dihidrat (kalsium xlorid hesabı ilə), 0,3 mq kalium xlorid, 0,2 mq maqnezium xlorid heksahidrat (maqnezum xlorid hesabı ilə) vardır. Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir. Nəzəri osmolyarlığı 891 mOsm/l; pH 6,0-7,6; ion tərkibi: 1ml preparatın tərkibinə 272,20 mmol + + 2+ 2+ – – Na , 4,02 mmol K , 0,90 mmol Ca , 2,10 mmol Mg , 112,69 mmol Cl , Lac 169,55 mmol.
Farmakoterapevtik qrupu
Eketrolit balansına təsir göstərən məhlullar. Digər preparatlarla kombinasiyada elektrolitlər. ATC kodu: B05BB04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Reosorbilakt reoloji, şokəleyhinə, dezintoksikasiyaedici, qələviləşdirici və bağırsağın peristaltikasını stimullaşdırıcı təsirlərə malikdir. Preparatın əsas farmakoloji aktiv maddələri sorbitol və natrium laktatdır. Sorbitol qaraciyərdə əvvəl fruktozaya çevrilir ki, bu da, sonra qlükozaya və daha sonra qlikogenə çevrilir. Sorbitolun bir hissəsi təcili enerji ehtiyacı üçün istifadə edilir, digər hissəsi isə ehtiyat kimi qlikogen şəklində toplanır. Sorbitolun izotonik məhlulu dezaqreqat təsirə malik olub, toxumaların perfuziya və mikrosirkulyasiyasını yaxşılaşdırır. Bikarbonat məhlulundan fərqli olaraq natrium laktat vasitəsilə metabolik asidozun korreksiyası onun maddələr mübadiləsinə qoşulması ilə tədricən keçir, pH-ın kəskin dəyişiklikləri baş vermir. Natrium laktatın təsiri yeridilmədən 20-30 dəqiqə sonra yaranır. Natrium xlorid rehidratasiyaedici təsirə malikdir, müxtəlif patoloji hallarda natrium və xlor ionlarının çatışmazlığını aradan qaldırır. Kalsium xlorid kalsium ionlarının çatışmazlığını aradan qaldırır. Kalsium ionları sinir impulslarının keçirmə prosesinin baş verməsi, skelet və saya əzələlərin yığılması, miokardın fəaliyyəti, sümük toxumasının formalaşması, qanın laxtalanması üçün lazımıdır. Hüceyrələrin və damar membranların keçiriciliyini azaldır, iltihabı reaksiyaların əmələ gəlməsinin qarşısını alır, infeksiyalara qarşı orqanizmin müqavimətini artırır. Kalium xlorid su-elektrolit balansını bərpa edir. Mənfi xrono- və batmatrop təsir, yüksək dozalarda mənfi ino- , dromotrop və mülayim diuretik təsirlər göstərir. Sinir impulslarının keçirmə prosesində iştirak edir. Asetilxolinin səviyyəsini artırır və vegetativ sinir sisteminin simpatik hissəsinin oyanıqlığına gətirir. Əzələ distrofiyası və miasteniya zamanı skelet əzələlərinin yığılmasını yaxşılaşdırır. Farmakokinetikası Sorbitol ümumi metabolizmə tez qatılır, onun 80-90%-i qaraciyərdə utilizasiya edilir və qlikogen şəklində, 5%-i beyin toxumalarında, ürək əzələsində və skelet əzələlərində toplanır. 6-12%-i sidiklə xaric olunur. Qan damarına yeridilərkən natrium laktatdan natrium, CO və H 02 2 azad olur ki, bu da, bikarbonat natrium əmələ gətirir, bunun nəticəsində qanın qələvi ehtiyatının artmasına səbəb olur. Yeridilmiş natrium laktatın, yalnız yarısı aktiv hesab edilir (izomer L), digər hissəsi isə (izomer D) metabolizmə uğramır və sidiklə xaric olur. Natrium xlorid, yalnız dövr edən qan həcmini müvəqqəti artıraraq, qan dövranından tez xaric olur. Diurezi gücləndirir.
İstifadəsinə göstərişlər
Travmatik, cərrahi, hemolitik, toksik və yanıq şokun müalicə və profilaktikası məqsədi ilə kapillyar qan dövranının yaxşılaşması üçün, kəskin qanaxmalar, yanıq xəstəliyi; intoksikasiya ilə müşayiət edilən infeksion xəstəliklər, xroniki hepatitin kəskinləşməsi; sepsis; əməliyyata hazırlıq üçün və əməliyyatdan sonraki dövr; tromboz, tromboflebit, endarteriit, Reyno xəstəliyinin profilaktikası məqsədi ilə arterial və venoz qan dövranının yaxşılaşması üçün.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Reosorbilakt preparatını alkaloz zamanı, eləcə də, böyük maye həcmlərinin yeridilməsinə əks göstərişlər olduğu hallarda (beyinə qansızma, tromboemboliya, ürək-damar dekompensasiyası, III dərəcəli arterial hipertenziya, ürəyin dekompensasiyalı qüsuru, terminal böyrək çatışmazlığı), susuzlaşma, oliquriya zamanı istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat qanda turşu-qələvi vəziyyətinin və elektrolitlərin, qaraciyərin vəziyyətinin və arterial təzyiqin göstəricilərinə nəzarət etməklə istifadə edilir. Kalkulyoz xolesistiti olan pasiyentlərə ehtiyatla yeridilir. Preparatın tərkibində sorbit vardır, bu səbəbə görə fruktozaya qarşı dözümsüzlük kimi nadir irsi xəstəlikdən əziyyət çəkən pasiyentlərdə preparatdan istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri üçün həlledici-daşıyıcı məhlul kimi istifadə etmək olmaz. Uyuşmazlığı Reosorbilakt preparatını fosfat- və karbonattərkibli məhlullarla qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə əks göstərişlər üzrə məlumat yoxdur. Pediatriyada istifadəsi Uşaqlarda istifadə təcrübəsi barədə kifayət qədər məlumat yoxdur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat stasionar şəraitdə istifadə edildiyi üçün bu təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Reosorbilakt böyüklərə venadaxili damcı üsulu ilə 40-60 damcı/dəqiqə sürətlə yeridilir. Ehtiyac olduğu halda preparatın şırnaq üsulu ilə yeridilməsi 30 damcı/dəqiqə sürətlə damcı üsulu ilə yeritmə yolu ilə keçirilmiş testdən sonra mümkündür. 15 damcı yeridildikdən sonra preparatın infuziyası dayandırılır, reaksiya olmadığı hallarda Reosorbilakt 3 dəqiqən sonra şırnaq üsulu ilə yeridilir. Travmatik, cərrahi əməliyyatdan sonraki, hemolitik və yanıq şok zamanı böyüklərə birdəfəlik 600-1000 ml (10-15 ml/kq pasiyentin bədən çəkisinə) və təkrar 600-1000 ml (10-15 ml/kq pasiyentin bədən çəkisinə) əvvəlcə şırnaq, sonra damcı üsulu ilə yeridilir. Xroniki hepatit zamanı böyüklərə 400 ml (6-7 ml/kq bədən çəkisinə) damcı üsulu ilə təyin edilir. Kəskin qanaxmalar zamanı 1500-1800 ml (25 ml/kq bədən çəkisinə qədər). Belə hallarda preparatın infuziyasını klinikayaqədərki mərhələdə xüsusiləşdirilmiş tibbi yardım maşınında keçirmək məsləhət görülür. Müxtəlif cərrahi əməliyyatlardan əvvəlki və sonraki dövrlərdə 3-5 gün ərzində 400 ml (6-7 ml/kq bədən çəkisinə) damcı üsulu ilə təyin edilir. Qan damarlarının trombobliterasiyaedici xəstəliklərində 8-10 ml/kq bədən çəkisinə hesabla damcı üsulu ilə yeridilir, bir gündən sonra təkrar yeridilir, müalicə kursu 10 infuziyalara təşkil edir.
Əlavə təsirləri
Immun sistedə baş verən pozğunluqlar: anafilaktoid reaksiyalar, angionevrotik ödem, hipertermiya. Kardial poğunluqlar: arterial təzyiqin yüksəlməsi və ya enməsi, taxikardiya, təngnəfəslik, akrosianoz. Nevroloji pozğunluqlar: tremor, baş ağrısı, başgicəllənmə, ümumi zəiflik. Dəri və dərialtı toxumalarda baş verən dəyişikliklər: dəri səpgiləri, övrə, qaşınma. Ümumi pozğunluqlar: ağrı və yanma hissi daxil olmaqla, yeridilmə nahiyəsində dəyişikliklər.
Doza həddinin aşılması
Alkaloz əlamətləri yaranır ki, bu da, preparatın dərhal ləğv olunması zamanı öz-özünə tez keçib gedir, bəzən kollaps, susuzlaşma (diurezin güclənməsi hesabına) əmələ gəlir. Yeritmə sürəti artırıldıqda, taxikardiya, arterial təzyiqin yüksəlməsi, təngnəfəslik, baş ağrısı, sinə arxasında və qarın nahiyəsində ağrılar mümkündür. Göstərilən simptomlar preparatın ləğv olunması və ya məhlulun sürətinin xeyli azaldılması zamanı öz-özünə tez keçib gedir.
Buraxılış forması
200 ml və ya 400 ml məhlul, flakonda. Müəyyən sayda flakon müvafiq sayda içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz. Yararlılıq müddət 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 18030, Çerkassk vil., Çerkassı ş., Kobzarskaya k., 108. Tel.: +38 (044) 281-01-01.
Qeydiyyat vəsiqəsinin sahibi
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.