Pirantel 250 mq N3 tablet

Təsiredici maddə: PYRANTEL
Təsiredici maddəPYRANTEL
Dərman formasıTablet
Farmakoloji təsirNematodozların müalicəsi üçün antihelmint (qurdqovucu) dərman preparatları, tetrahidropirimidin törəmələri
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PİRANTEL 250 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Pyrantel

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq pirantel (720 mq pirantel embonat şəklində) vardır. Köməkçi maddələr:etilsellüloza, povidon, susuz kolloidal silisium dioksid, maqnezium stearat, portağal aromatizatoru, kartof nişastası.

Təsviri

Dairəvi, hər iki tərəfdən yastı, üzərində bölmə xətti olan, boz-yaşılımtıl çalarlı qum-sarı rəngli, hiss olunmayan qırıntıları olan, portağal dadlı və qoxulu tabletlərdir. İşığın təsirindən rəngini sarımtıl- qəhvəyi rəngə qədər dəyişərək tündləşir.

Farmakoterapevtik qrupu

Nematodozların müalicəsi üçün antihelmint (qurdqovucu) dərman preparatları, tetrahidropirimidin törəmələri. ATC kodu: P02CC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Pirantel antihelmint dərman vasitəsi olub, həzm sistemində məskunlaşan nematodlara təsir göstərir. Pirantel ona həssas helmintlərin sinir-əzələ keçiriciliyini blokada edir və nəticədə hətta əlavə olaraq işlədici dərman vasitələri istifadə etmədən onlarin həzm sistemindən qovulmasını asanlaşdırır. Preparat parazit qurdlara (helmintlərə) onların erkən inkişaf fazasında olan formalarına və yetişmiş formalarına iflicedici təsir göstərir; toxumalara yerləşdiyi dövrdə süfrələrə təsir göstərmir. Pirantel aşağıdakı nematodlara təsir göstərir: – Enterobius vermicularis – Ascaris lumbricoides – Ancylostoma duodenale – Necator americanus – Trichostrongylus orientalis və Trichostrongylus colubriformis Farmakokinetikası Sorulması Pirantel praktik olaraq mədə-bağırsaq traktından sorulmur. 10 mq/kq bədən kütləsinə birdəfəlik dozanın daxilə qəbulundan sonra qan plazmasında preparatın konsentrasiyası 1-3 saat müddətində 0,05-0,13 mkq/ml təşkil edir. Раylanması Preparatın plasentadan keçməsinə və ana südünə nüfuz etməsinə, həmçinin preparatın orqanizmin toxuma və mayelərində paylanmasına dair məlumat yoxdur (nəzəri olaraq preparatın sorulması minimaldır). Metabolizmi Preparatın mədə-bağırsaq traktından sorulan minimal miqdarı qismən qaraciyərdə N-metil-1,3- propanediaminə qədər metabolizə olunur. Xaric olması Preparatın peroral dozasının 50%-ə yaxın hissəsi dəyişilməmiş şəkildə xaric olur və 15%-dən çox olmayan hissəsi sidiklə dəyişilməmiş şəkildə və ya N-metil-1,2-propanediamin metaboliti şəklində xaric olur.

İstifadəsinə göstərişlər

•Askaridoz (Ascaris lumbricoides) •Enterobioz (Enterobius vermicularis) •Onikibarmaq bağırsağın ankilostomidozla (Ancylostoma duodenale) və nekatorozla (Necator americanus) invaziyası.

Əks göstərişlər

• Preparatın təsiredici maddəsinə və köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. • Piperazinlə eyni zamanda istifadə. • Miasteniyanın müalicəsi zamanı istifadə. • 6 yaşdan aşağı uşaqlarda istifadəsi

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Pirantel preparatından istifadə edərkən aşağıdakı xəbərdarlıqları nəzərə almaq lazımdır. Aşağıda qeyd edilən pasiyentlərdə piranteli ehtiyatla istifadə etmək lazımdır. • qaraciyər çatışmazlığı olan pasiyentlərdə, belə ki, müalicə zamanı AST-nin səviyyəsini yüksəldə bilər; • zəif qidalanan və ya anemiyası olan pasiyentlərdə. Əgər yuxarıda göstərilənlər hətta keçmişdə yaranmış vəziyyətlərə aid olmuş olsa belə, həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyentin son vaxtlar qəbul etdiyi ( hətta reseptsiz buraxılan) preparatlar barədə həkimə məlumat verməsi vacibdir. – Piranteli piperazin ilə eyni vaxtda istifadə etmək olmaz, belə ki, bu vasitələr antaqonist təsir göstərir və hər iki dərman preparatının təsirinin zəifləməsinə səbəb ola bilər. – Teofilinlə eyni vaxtda istifadə edildikdə, teofilinin plazma konsentrasiyasının yüksəlməsi mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər pasiyent qadın hamilədirsə və ya südəmər uşağı varsa, əgər hamilə olmağına şübhəsi varsa və ya hamilə qalmağı planlaşdırırsa, o, bu preparatı istifadə etməyə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidir. Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlarda pirantel embonatın dölə zərərli təsiri aşkar edilməmişdir. Lakin, pirantel embonatın hamilə qadınlarda istifadəsinə dair nəzarət olunan klinik tədqiqatların aparılmaması ilə əlaqədar olaraq, ana üçün gözlənilən faydanın döl üçün potensial riskdən üstün olduğu hallar istisna olmaqla, bu preparatın hamiləlik dövründə istifadəsi tövsiyə olunmur. Laktasiya Pirantel embonatın ana südünə nüfuz etməsinə dair heç bir tədqiqat aparılmamışdır. Bununla əlaqədar olaraq, südəmər uşağı olan qadınlarda pirantelin istifadə edilməsi tövsiyə olunmur. Əgər müalicə zəruri olarsa, o zaman ana südü ilə qidalandırma dayandırılmalıdır. Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair heç bir tədqiqat aparılmamışdır.

İstifadə qaydası və dozası

Pirantel preparatını həkimin tövsiyələrinə əməl etməklə qəbul etmək lazımdır. Nəyəsə şübhə yaranarsa, həkimlə məsləhətləşmək lazımdır. Preparat yemək zamanı və ya yeməkdən sonra su ilə içilərək qəbul edilir. Tableti qəbul etməzdən əvvəl onu yaxşı çeynəmək və ya əzərək qəbul etmək lazımdır. Ascaris lumbricoides, Enterobius vermicularis, Ancylostoma duodenale və Necator americanus, tərəfindən törədilən invaziyalarda xəstənin yaşından və bədən kütləsindən asılı olaraq aşağıdakı dozalar tövsiyə olunur. Xəstənin yaşı 250 mq tabletlər Doza, mq 6 yaşdan 12 yaşa qədər 2 500 12 yaşdan yuxarı uşaqlar və bədən kütləsi 75 kq-dan yuxarı 3 750 olmayan böyüklər Bədən kütləsi 75 kq-dan yuxarı olan böyüklər 4 1000 Askaridoz və enterobioz zamanı (həmçinin bu helmintlərin qarışıq invaziyalarında) 10 mq/kq doza birdəfəyə qəbul edilir. Ankilostomidozda 10 mq/kq sutkalıq doza 3 gün müddətində qəbul edilir. Necator americanus ilə massiv invaziyalar zamanı 2 gün müddətinə 20 mq/kq/gün doza məsləhət görülür. Xüsusi göstərişlər 1. Enterobiozun müalicəsi zamanı bütün ailə eyni zamanda müalicə olunmalıdır. 2. Gigiyena qaydalarına ciddi əməl olunmalıdır. 3. Pirantel preparatı ilə 14 günlük müalicədən sonra kontrol parazitoloji müayinə aparmaq lazımdır. Pirantel preparatının dozasının qəbulu buraxılarsa Əgər Pirantel preparatı təyin edilmiş vaxtda qəbul edilməzsə, onu mümkün qədər tez qəbul etmək (əgər preparatın növbəti dozasının qəbuluna kifayət qədər çox vaxt qalıbsa) və ya preparatın müntəzəm qəbulunu davam etdirmək lazımdır. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza qəul etmək olmaz. Əgər preparatdan istifadə zamanı pasiyent preparatın təsirinin həddindən artıq güclü və ya zəif olduğunu düşünürsə, o, həkimə müraciət etməlidir.

Əlavə təsirləri

Hər bir preparat kimi, Pirantel də hər kəsdə olmasa da əlavə təsirlər törədə bilər. Piranteldən istifadə edərkən əlavə təsirlər nadir hallarda meydana çıxır və preparatın qəbulu dayandırıldıqdan sonra aradan qalxır. Əlavə təsirlər onların rastgəlmə tezliyinə görə aşağıdakı kimi təsnif olunur: çox tez-tez (≥1/10); tez- tez (≥1/100-dən <1/10-ə qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir (≥1/10000-dən <1/1000-ə qədər); çox nadir (<1/10000), məlum olmayan tezlikdə (mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün olmur). Mərkəzi və periferik sinir sistemində baş verən pozğunluqlar Nadir: baş ağrısı, başgicəllənmə, yuxululuq və ya yuxusuzluq. Məlum olmayan tezlikdə: hallüsinasiyalar, şüurun qarışması, paresteziyalar. Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozğunluqlar Məlum olmayan tezlikdə: eşitmənin pozulması. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Nadir: ürəkbulanma, qusma, qarında ağrı, diareya, iştahanın itməsi. Məlum olmayan tezlikdə: defekasiyaya çağırış. Qaraciyərdə və öd yollarında baş verən pozğunluqlar Nadir: “qaraciyər” fermentlərinin aktivliyinin qısamüddətli yüksəlməsi. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Nadir: səpgi. Ümumi pozğunluqlar və yeridilmə yerində reaksiyalar Nadir: уorğunluq. Məlum olmayan tezlikdə: hipertermiya. Bəzi pasiyentlərdə Pirantel preparatı ilə müalicə zamanı digər əlavə təsirlər də meydana çıxa bilər. Yuxarıda sadalanan və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsirlər meydana çıxarsa, bu barədə həkimə, əczaçıya və ya tibb bacısına məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Preparatın təyin edildiyindən artıq dozada qəbul edilməsi zamanı, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Doza həddi aşılmasının əsas simptomları Görmənin pozulması, dezorientasiya, başgicəllənmə, oturaq və ya uzanıqlı vəziyyətdən şaquli vəziyyətə keçən zaman bayılma, tərləmə, zəiflik, qeyri-müntəzəm nəbz, qıcolmalar və əzələ titrəməsi, hipoksiya (nəfəsalma zamanı çətinlik, şüurun itməsi). Doza həddi aşılmasının müalicəsi Xüsusi antidotu yoxdur. Doza həddinin aşılması zamanı, həkim simptomatik müalicə aparır (mədənin yuyulması,tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi və tənəffüs funksiyasının və arterial təzyiqin dəstəklənməsi).

Buraxılış forması

3 tablet, alüminium folqadan blisterdə. 1 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25˚C-dən aşağı temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Pharmaceutical Works POLPHARMA S.A., Poland. 19 Pelplińska Street 83-200 Starogard Gdański, Poland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pirantel 250 mq N3 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar