Pirantel 250 mq 5 ml suspenziya

Təsiredici maddə: PYRANTEL
Təsiredici maddəPYRANTEL
Dərman formasıSuspenziya
Farmakoloji təsirAntihelmint preparatlar, nematodozun müalicəsi üçün istifadə olunan preparatlar, tetrahidro- pirimidin törəmələri
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PİRANTEL 250 mq/5 ml peroral istifadə üçün suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Pyrantel

Tərkibi

Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 250 mq pirantel (pirantel embonat şəklində) vardır. Köməkçi maddələr:natrium benzoat, karboksimetilsellülozanın natrium duzu, sorbitol 70%, qliserin, alüminium maqnezium silikat, polisorbat 80, povidon, simetikon emulsiya, limon turşusu monohidrat, natrium hidroksid, ərik dadlandırıcısı, təmizlənmiş su.

Təsviri

Açıq-sarı rəngli, xarakterik iyə malik suspenziyadır. Maye təbəqəyə və çöküntüyə ayrılmasına yol verilir, çalxalandıqdan sonra bircinsli suspenziya alınır.

Farmakoterapevtik qrupu

Antihelmint preparatlar, nematodozun müalicəsi üçün istifadə olunan preparatlar, tetrahidro- pirimidin törəmələri. ATC kodu: P02CC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Pirantel nematodlar tərəfindən törədilən bağırsaq infeksiyasının müalicəsi üçün istifadə edilir. O, bağırsaq parazitlərinin (nematodların) sinir-əzələ sinapslarını depolyarlaşdırmaqla onların əzələlərinə təsir göstərir. Pirantel nematodların sinir-əzələ sinapslarında miositlərin nikotinəhəssas reseptorları ilə birləşir və onda xolinesterazanı inhibə edir. Hərəkətsizləşmiş parazitlər bağırsağın peristaltik hərəkəti vasitəsilə bağırsaqdan xaric olur. Preparat bağırsağı qıcıqlandırmır və ya qurdların miqrasiyasına səbəb olmur. Preparat parazitlərə həm onların erkən inkişaf fazasında, həm də onların yetkin formalarına təsir göstərir, lakin toxumalara miqrasiya dövründə süfrələrə təsir göstərmir. Pirantel əsasən Enterobius vermicularis və Ascaris lumbricoides tərəfindən törədilən infeksiyalar zamanı istifadə edilir. О, ankilostoma tərəfindən törədilən invaziyaların müalicəsi üçün istifadə oluna bilər, lakin, Ancylostoma duodenale tərəfindən törədilən invaziyaya münasibətdə daha effektivdir, nəinki Necator americanus tərəfindən törədilən invaziyalarda. Farmakokinetikası Daxilə qəbul edildikdən sonra Pirantel dərman preparatı mədə-bağırsaq traktından pis və natamam sorulur. Pirantel embonat praktik olaraq suda həll olmur, ona görə də mədə-bağırsaq traktından minimal miqdarda sorulur. Sorulmuş pirantel embonat sürətlə metabolizə olunur və sidiklə və nəcislə xaric olur. Qaraciyərdə pirantel embonat çox sürətlə N-metil-1,3-propandia- minə qədər metabolizə olunur və sidiklə və nəcislə xaric olur. Pirantel embonatın 15%-dən az hissəsi dəyişilməmiş şəkildə və metabolitlər şəklində sidiklə xaric olur. 50%-dən çox hissəsi dəyişilməmiş şəkildə nəcislə xaric olur.

İstifadəsinə göstərişlər

• Uşaqlarda və böyüklərdə Enterobius vermicularis və Ascaris lumbricoides tərəfindən törədilən enterobioz və askaridoz. • Ancylostoma duodenale və Necator americanus invaziyaları.

Əks göstərişlər

• Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Piperazinlə eyni zamanda istifadə. • Miasteniyanın müalicəsi zamanı istifadə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Pirantel preparatından istifadə zamanı aşağıdakı xəbərdarlıqları nəzərə almaq lazımdır. • 2 yaşa qədər uşaqların müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır. • Böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatlı olmaq və AST-nin (aspartataminotransferaza) səviyyəsinə nəzarət etmək lazımdır. Dozanın azaldılması lazım gələ bilər (bax: “İstifadə qaydası və dozası”). • Tamdəyərli qidalanma almayan və ya anemiyalı pasiyentlərin müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır. • Daxilə qəbul üçün suspenziyanın tərkibində sorbitol vardır. O, fruktozaya qarşı nadir irsi dözümsüzlüyü olan pasiyentlərdə istifadə edilməməlidir. Sorbitol yüngül işlədici təsir göstərə bilər. Əgər yuxarıda göstərilən xəbərdarlıqlar hətta keçmişdə yaranmış vəziyyətlərə aid olsa belə, həkimlə məsləhətləşmək lazımdır

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, son zamanlar qəbul edilmiş bütün dərman preparatları barədə həkimə məlumat vermək lazımdır. • Yanaşı istifadə zamanı teofillinin plazma konsentrasiyasının artması mümkündür. • Piranteli piperazinlə eyni zamanda istifadə etmək tövsiyə olunmur, belə ki, bu preparatlar arasında antaqonist təsir mövcuddur ki, bu da hər iki dərman preparatının təsirinin zəifləməsinə gətirib çıxara bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər pasiyent qadın hamilədirsə və ya südəmər uşağı varsa, əgər hamilə olmasına şübhəsi varsa və ya hamilə qalmağı planlaşdırırsa, o,bu preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir. Hamiləlik Heyvanlar üzərində aparılmış tədqiqatlarda pirantel embonatın dölə zərərli təsiri aşkar edilməmişdir. Lakin, pirantel embonatın hamilə qadınlarda istifadəsinə dair nəzarət olunan klinik tədqiqatların aparılmaması ilə əlaqədar olaraq, müalicədən ana üçün gözlənilən faydanın döl üçün riskdən üstün olduğu hallar istisna olmaqla, bu preparatı hamiləlik dövründə istifadə etmək tövsiyə olunmur. Laktasiya Pirantel embonatın ana südünə nüfuz etməsinin öyrənilməsi üçün tədqiqat aparılmayıb. Ona görə də Pirantelin uşaq əmizdirən qadınlarda istifadəsi tövsiyə olunmur. Əgər laktasiya dövründə Pirantellə müalicə zəruri olarsa, o zaman müalicənin aparıldığı müddət ərzində ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri tədqiq edilməmişdir.

İstifadə qaydası və dozası

Pirantel preparatını həkimin tövsiyələrinə uyğun olaraq qəbul etmək lazımdır. Nəyəsə şübhə olarsa, həkimlə məsləhətləşmək lazımdır. Dozalar Ascaris lumbricoides tərəfindən törədilən askaridoz Вöyüklər və bədən kütləsi > 10 kq olan uşaqlar: birdəfəlik doza 11 mq/kq. Adətən, birdəfəlik dozanın qəbulu kifayətdir, lakin, effektivlik kifayət qədər olmazsa, preparatın dozasının qəbulunu 2-3 həftədən sonra təkrar etmək lazımdır. Enterobius vermicularis tərəfindən törədilən enterobioz Вöyüklər və bədən kütləsi > 10 kq olan uşaqlar: birdəfəlik doza 11 mq/kq. Preparatın dozasının qəbulunu 2-3 həftədən sonra təkrar etmək lazımdır. Ancylostoma duodenale və Necator americanus invaziyası Вöyüklər və bədən kütləsi > 10 kq olan uşaqlar: ardıcıl 3 gün müddətində gündə 1 dəfə 11 mq/kq dozada qəbul etmək lazımdır. Aşağıda göstərilən cədvəldə bədən kütləsindən asılı olaraq, Pirantel preparatının, daxilə qəbul üçün suspenziyanın dozası göstərilmişdir. Bədən kütləsi Birdəfəlik doza (ml) Birdəfəlik doza (mq) 11-16 kq 2,5 ml 125 mq 17-28 kq 5,0 ml 250 mq 29-39 kq 7,5 ml 375 mq 40-50 kq 10,0 ml 500 mq 51-62 kq 12,5 ml 625 mq 63-75 kq 15,0 ml 750 mq Вədən kütləsi> 75 kq olan 20,0 ml 1000 mq böyüklər Dəstin tərkibinə üzərində şkalası olan ölçü stəkanı daxildir. Qaraciyər çatışmazlığı olan pasiyentlər üçün dozalanma Qaraciyər çatışmazlığı olan pasiyentlər üçün daha aşağı dozalar nəzərdən keçirilə bilər, belə ki, dərman preparatı aspartataminotransferazanın səviyyəsinin müvəqqəti artmasına səbəb ola bilər. İstifadə qaydası Preparat yemək zamanı və ya yeməkdən sonra daxilə qəbul edilir. İstifadə etməzdən əvvəl bircinsli suspenziya alınana qədər çalxalamaq lazımdır. Pirantel preparatını, suspenziyanı qəbul etməzdən əvvəl işlədici vasitələrdən istifadə etməyə ehtiyac yoxdur. Əgər pasiyentə enterodioz diaqnozu qoyulmuşdursa, o zaman müalicə ailənin bütün üzvləri üçün təmin edilməlidir, həmçinin təkrar invaziyaya yol verməmək üçün sanitar-gigiyenik prosedura əməl etmək lazımdır. Preparatla 14 günlük müalicədən sonra kontrol parazitoloji müayinə aparmaq lazımdır. Pirantel preparatının dozasının qəbulu buraxılarsa Əgər preparat dəqiq təyin edildiyi vaxtda qəbul edilməzsə, onu mümkün qədər tez qəbul etmək (əgər preparatın növbəti qəbuluna qədər kifayət qədər vaxt qalmışdırsa) və ya preparatın müntəzəm qəbulunu davam etdirmək lazımdır. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz. Əgər preparatdan istifadə zamanı pasiyentə elə gəlirsə ki, preparatın təsiri həddindən artıq güclü və ya zəifdir, o, həkimə müraciət etməlidir.

Əlavə təsirləri

Hər bir preparat kimi, Pirantel də hər kəsdə olmasa da əlavə təsirlər törədə bilər. Pirantel рreparatı nadir hallarda arzuolunmaz təsirlər göstərir. İstifadə zamanı haqqında məlumat verilmiş arzuolunmaz təsirlər sistem-orqan sinfinə müvafiq olaraq aşağıda göstərilmişdir. Sinir sistemində baş verən pozğunluqlar Baş ağrısı, başgicəllənmə, yuxululuq və ya yuxusuzluq. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Ürəkbulanma, qusma, iştahanın azalması, qarında ağrı, tenezm, diareya, qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Dəridə allergik səpgi, qaşınma. Digər Qızdırma, qaraciyər aminotransferazalarının artması, stridor, Pirantel preparatı ilə müalicə zamanı bəzi pasiyentlərdə digər əlavə təsirlər meydana çıxa bilər. Yuxarıda göstərilə əlavə təsirlərdən hər hansı biri və ya bu içlik vərəqədə göstərilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Preparatın təyin edildiyindən yüksək dozada istifadəsi zamanı dərhal həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Doza həddi aşılmasının əsas simptomları Görmənin qeyri-dəqiqliyi, şüurun qarışması, başgicəllənmə, ortostatik bayılma, tərləmə, zəiflik, qeyri-müntəzəm ürəkdöyünmə, əzələ spazmları və tremor, hipoksiya (tənəffüsün çətinləşməsi, şüurun itməsi). Doza həddi aşılmasının müalicəsi Pirantelin xüsusi antidotu yoxdur. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq lazımdır (mədənin erkən yuyulması, tənəffüs yollarının keçiriciliyinin və tənəffüsün təmin edilməsi, arterial təzyiqin dəstəklənməsi).

Buraxılış forması

15 ml suspenziya, ilk açılışına nəzarət üçün halqası olan polietilen qapaqlı tünd şüşə flakonda. 1 flakon üzərində şkalası olan ölçü qabı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakonun ilk açılışından sonra preparatı 21 gün müddətində istifadə etmək lazımdır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Pharmaceutical Works POLPHARMA S.A. Medana Branch in Sieradz, Poland. Wł. Łokietka 10, 98-200 Sieradz, Poland

Qeydiyyat vəsiqəsinin sahibi

Pharmaceutical Works POLPHARMA S.A., Poland. 19 Pelplińska Street 83-200 Starogard Gdański, Poland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pirantel 250 mq 5 ml suspenziya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar