OLANZAPEL 5MG N28 TAB
| Təsiredici maddə | OLANZAPINE |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Psixoleptiklər, diazepinlər, oksazepinlər, tiazepinlər və oksepinlər |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OLANZAPEL 5 mq, 10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Olanzapine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq olanzapin vardır. Köməkçi maddələr: laktoza monohidrat, hidroksipropil sellüloza LF (Klucel-LF), krospovidon, mikrokristallik sellüloza PH 102, maqnezium stearat. Örtük: ağ opadri AMB (OY-B-28920) (polivinil spirt, titan dioksid (E171), talk (E553b), IP23100/IA63400 nisbəti 1/1 lesitin/talk, ksantan kitrə (E 415)).
Təsviri
Olanzapel 5 mq və 10 mq: oval, ağ rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Psixoleptiklər, diazepinlər, oksazepinlər, tiazepinlər və oksepinlər. ATC kodu: N05AH03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Olanzapin bir sıra reseptor sistemləri arasında geniş farmokoloji profil nümayiş etdirən antipsixotik, antimaniakal və əhval-ruhiyyəni sabitləşdirən bir maddədir. Klinikayaqədər tədqiqatlar zamanı olanzapin serotonin 5HT , 5HT , 5HT ; dofamin D , D ,2A/2C 3 6 1 2 D , D , D ; xolinergik muskarin reseptorları M -M ; α adrenergik; və histamin H reseptorlarına affinlik3 4 5 1 5 1 1 (yaxınlılıq) nümayiş etdirmişdir.Tədqiqatlar zamanı olanzapinin reseptora birləşmə profilinə müvafiq olaraq 5HT, dofamin və xolinergik reseptorlara qarşı antaqonistliyi aşkar edilmişdir. In vitro və in vivo tədqiqatlarda olanzapin daha çox serotonin 5HT reseptorlarına qarşı affinlik və aktivlik nümayiş etdirir,2 nəinki, dofamin D . Elektrofizioloji tədqiqatlar göstərdi ki, olanzapin motor funksiyalarını tənzimləyən2 striatal sinir yollarına qismən təsir göstərərkən, mezolimbik dofaminergik neyronların oyanıqlığını selektiv olaraq azaldır. Olanzapin katalepsiya (motor funksiyasına əlavə təsiri əks etdirən pozğunluq) yaradan miqdardan daha az dozada şərti müdafiə refleksini (antipsixotik aktivliyi xarakterizə edən test) azaldır. Digər bəzi antipsixotik maddələrdən fərqli olaraq, “anksiolitik” test zamanı olanzapinin effekti güclənir. Farmakokinetikası Absorbsiyası Olanzapin peroral təyinatı zamanı yaxşı sorularaq, yüksək plazma konsentrasiyasına 5-8 saata çatır. Sorulma qida qəbulundan asılı deyil. Venadaxili və peroral qəbul zamanı preparatın biomənimsənilməsi dəyişməmişdir. Paylanması 7-1000 nq/ml konsentrasiyada, olanzapinin plazma proteinlərinə birləşməsi 93 %-dir. Olanzapin, əsasən, albumin və α1-qlükoprotein turşusuna birləşir. Biotransformasiyası Olanzapin qaraciyərdə konyuqasiya və oksidləşmə yolu ilə metabolik transformasiyaya məruz qalır. Əsas metaboliti 10-N-qlükuroniddir, hematoensefalik baryeri keçmir. N-desmetil və 2-hidroksimetil metabolitləri sitoxrom P450-CYP1A2 və P450-CYP2D6 vasitəsilə formalaşır. Eliminasiyası Peroral təyin zamanı olanzapinin farmakokinetikası sağlam şəxslərdə yaş və cinsdən asılı olaraq dəyişir. Sağlam yaşlılarda (65 və yuxarı) cavanlarla müqayisədə, orta yarımparçalanma müddəti uzadılır (33,8 saatdan 51,8 saata yüksəlir), klirens isə azaldılır (18,2 l/saatdan 17,5 l/saata qədər). Yaşlılarda müşahidə edilən farmakokinetik dəyişikliklər, cavanlarda rast gəlinən dəyişikliklər səviyyəsindədir. 65 yaşdan yuxarı 44 şizofreniya xəstəsində, 5-20 mq/gün dozada təyini əlavə reaksiyalarda hər hansı fərq müşahidə edilməmişdir. Qadınlarda kişilərlə müqayisədə, orta eliminasiya yarımparçalanması müddəti qismən uzadılır (32,3 saatdan 36,7 saata yüksəlir), klirens isə azaldılır (27,3 l/saatdan 18,9 l/saata qədər). Lakin, olanzapin (5- 20 mq), qadınlarda da (n=467), kişilərdə (n=869) olduğu kimi müqayisə olunan təhlükəsizlik profili nümayiş etdirir. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi < 10 ml/dəq) sağlamlarla müqayisədə, orta eliminasiya yarımparçalanması müddətində (32,4 saatdan 37,7 saata yüksəlir) və ya klirensdə (25,0 l/saatdan 21,2 l/saata qədər) əhəmiyyətli fərq müşahidə edilməmişdir. Tədqiqatlar göstərdi ki, nişanlanmış olanzapinin 57 %-i sidikdə, əsasən də metabolitlər şəklində görünür. Siqaret çəkənlər Yüngül qaraciyər disfunksiyası olan, siqaret çəkən şəxslərdə, siqaret çəkməyən, sağlam şəxslərə analoji olaraq (müvafiq olaraq, 48,8 saat və 14,1 l/saat) orta eliminasiya yarımparçalanması (39,3 saat) uzanır və klirens (18,0 l/saat) azalır. Siqaret çəkməyən şəxslərdə siqaret çəkənlərlə müqayisədə (kişi və qadınlarda) orta eliminasiya yarımparçalanması (30,4 saatdan 38,6 saata yüksəlir) uzanır və klirens (27,7 l/saatdan 18,6 l/saata qədər) azalır. Cavanlarla müqayisədə yaşlılarda, kişilərlə müqayisədə qadınlarda və siqaret çəkənlərlə müqayisədə çəkməyənlərdə olanzapinin plazma klirensi aşağıdır. Lakin, yaş, cins və siqaret çəkmənin olanzapinin klirensi və yarımparçalanmasına təsir həcmi, fərdlər arasında olan müxtəlifliklə müqayisədə kiçikdir. Qafqazlı, Yapon və Çinlilərdə tədqiqat zamanı farmakokinetik parametrlərdə fərq ortaya çıxmamışdır.
İstifadəsinə göstərişlər
Böyüklər Olanzapin şizofreniyanın müalicəsi üçün təyin edilir. Olanzapin başlanğıc müalicəyə reaksiya vermiş xəstələrdə davamlı klinik yaxşılaşmanın dəstəkləməsində istifadə olunur. Olanzapin orta və ağır dərəcəli maniakal tutmaların müalicəsində təyin edilir. Olanzapinlə müalicə effektiv olan maniakal epizodlu xəstələrdə, preparat, bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün təyin edilir.
Əks göstərişlər
Olanzapinə və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslığı olanlara, bağlıbucaqlı qlaukomanın yaranma riski yüksək olan xəstələrə əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Antipsixotik müalicə zamanı xəstənin vəziyyətinin yaxşılaşması bir neçə gündən bir neçə həftəyə qədər çəkə bilər. Bu period müddətində xəstələr diqqətlə yoxlanılmalıdır. Demensiya ilə bağlı psixoz və/və ya davranış pozulması: Olanzapinin demensiya ilə bağlı psixoz və/və ya davranış pozulmasının müalicəsində istifadəsi tövsiyə edilmir və ölüm hallarının və serebrovaskulyar problemlərin yaranması riskini artırması ilə əlaqədar, bu qrup xəstələrdə istifadəsi məsləhət deyil. Parkinson xəstəliyi Olanzapinin Parkinson xəstələrində dofamin aqonistləri ilə bağlı psixozun müalicəsində istifadəsi məsləhət görülmür. Bədxassəli neyroleptik sindrom (BNS) BNS, antipsixotik dərman vasitələri ilə bağlı olan potensial həyat üçün təhlükəli haldır. Az hallarda qeydə alınmışdır ki, BNS, həmçinin, olanzapinlə də bağlı baş vermişdir. BNS-in klinik təzahürləri: yüksək temperatur, əzələ sərtliyi, psixi vəziyyətin dəyişməsi və vegetativ pozğunluqlar (qeyri-müntəzəm nəbz və ya qan təzyiqi, taxikardiya, həddindən çox tərləmə, aritmiya). Əlavə olaraq, kreatinin fosfokinazanın yüksəlməsi, mioqlobinuriya (skelet əzələlərinin kəskin nekrozu) və kəskin böyrək çatışmazlığı baş verə bilər. Əgər xəstədə BNS simptomları varsa və ya digər əlamətlər olmadan səbəbsiz yüksək temperatur varsa, olanzapin daxil olmaqla, bütün antipsixotik vasitələrin qəbulu dayandırılmalıdır. Hiperqlikemiya və diabet Hiperqlikemiya və/və ya bəzən ketoasidoz və koma ilə birlikdə diabetin inkişafı və kəskinləşməsi, ölüm halları da daxil olmaqla, bəzi hallarda qeydə alınmışdır. Bəzi hallarda, əvvəlcə bədən kütləsinin artması müşahidə edilmişdir ki, bu da belə halların baş verməsi üçün şərait yarada bilər. Müvafiq klinik kontrol diabet xəstələri üçün və qlükozanın yoxlanması şəkərli diabetin inkişafı üçün risk faktoru olan xəstələrdə məsləhətlidir. İstifadə olunan antipsixotik təlimatlara əsasən müvafiq klinik nəzarətin həyata keçirilməsi tövsiyə olunur, məsələn, olanzapinlə müalicəyə başladıqdan 12 həftə sonra və daha sonra hər il qanda qlükozanın səviyyəsinin ölçülməsi. Hər hansı antipsixotik dərman vasitəsi, eləcə də Olanzapel qəbul edən xəstələrdə hiperqlikemiya əlamətlərinin (polidipsiya, poliuriya, polifaqiya və zəiflik) olub- olmamasına nəzarət olunmalı, habelə şəkərli diabet xəstələri və yaxud şəkərli diabet xəstəliyinə tutulma riski olan xəstələrdə qlükoza səviyyəsinin pisləşməsinə nəzarət olunmalıdır. Çəkiyə mütəmadi olaraq nəzarət olunmalıdır, məsələn, olanzapin müalicəsinə başladıqdan 4, 8 və 12 həftə sonra, daha sonra isə üç aydan bir. Lipid dəyişməsi Plasebo kontrollu klinik sınaqlarda olanzapinlə müalicə alan xəstələrdə lipidlərin arzuolunmayan dəyişməsi müşahidə edilmişdir. Xüsusən dislipidemiya xəstələrində və lipid pozğunluqlarının inkişafı üçün risk faktoru olan xəstələrdə lipid dəyişməsi klinik müvafiq şəkildə aradan qaldırılmalıdır. Olanzapel də daxil olmaqla hər hansı antipsixotik dərman preparatı qəbul edən xəsətlərdə, istifadə olunan antipsixotik dərman təlimatlarına əsasən olanzapinlə müalicəyə başlayandan 12 həftə sonra və hər 5 ildən bir lipidlərə mütamadi olaraq nəzarət olunmalıdır. Antixolinergik aktivlik In vitro təcrübələrdə olanzapin antixolinergik aktivlik göstərsə də, klinik tədqiqatlar müddətində bununla bağlı az hallar aşkarlanmışdır. Lakin, yanaşı gedən xəstəlikləri olan xəstələrdə olanzapinlə klinik tədqiqatlar məhdud olduğu üçün, prostat hipertrofiyası və ya paralitik bağırsaq keçməzliyi və bununla bağlı hallar olan xəstələrdə təyini zamanı ehtiyatlı olmaq lazımdır. Qaraciyər funksiyası Qaraciyər transaminazalarının, ALT, AST-ın keçib gedən, qeyri-simptomatik yüksəlməsi çox tez-tez, xüsusən də, müalicənin əvvəlində müşahidə edilmişdir. Yüksəlmiş ALT və/və ya AST, qaraciyər çatışmazlığının əlamətləri olan xəstələrdə, əvvəlcədən məhdud qaraciyər funksiyası ilə əlaqədar mövcud olan hallarda və potensial hepatotoksik prepatlarla müalicə almış xəstələrdə təyini zamanı ehtiyatlı olmaq lazımdır. Müalicə zamanı ALT və/və ya AST-ın yüksəlməsi qeydə alınıbsa, doza azaldımalı və ALT və AST-ın miqdarı izlənməlidir. Hepatit (hepatosellular, xolestatik və ya qarışıq qaraciyər zədələnməsi daxil olmaqla) diaqnozu qoyulduğu hallarda olanzapinlə müalicə dayandırılmalıdır. Neytropeniya Hər hansı səbəbdən leykositlərin və/və ya neytrofillərin sayı aşağı olan xəstələrdə, neytropeniyaya səbəb olduğu bilinən dərman qəbul edən xəstələrdə, anamnezində dərmanla bağlı sümük iliyi tormozlanması/toksikliyi olan xəstələrdə, xəstəliklə bağlı sümük iliyi tənəzzülü /toksikliyi olan xəstələrdə, şüa terapiyası və ya kimyəvi terapiya qəbul edən xəstələrdə və hipereozinofiliyası və mieloproliferativ xəstəliyi olanlarda təyini zamanı ehtiyatlı olmaq lazımdır. Olanzapin və valproat birlikdə təyin olunduqda tez-tez neytropeniyanın yaranması qeydə alınmışdır. Müalicənin dayandırılması: Olanzapinlə müalicəni birdən-birə dayandırdıqda tərləmə, yuxusuzluq, tremor (əsmə), narahatlıq, ürəkbulanma və ya qusma kimi kəskin simptomlar nadir hallarda (≥ 0,01 % and < 0,1 %) qeydə alınmışdır. QT interval QT intervalını artırdığı bilinən dərmanlarla birlikdə təyin edildikdə, xüsusən, yaşlılarda, anadangəlmə uzanmış QT sindromu olan xəstələrdə, durğun ürək çatışmazlığı, ürək hipertrofiyası, hipokaliemiya və ya hipomaqneziemiya olan xəstələrdə təyini zamanı ehtiyatlı olmaq lazımdır. Tromboemboliya Olanzapin müalicəsi zamanı, müvəqqəti venoz tromboemboliyanın baş verməsi bəzi hallarda qeydə alınmışdır (≥ 0,1 % and < 1 %). Venoz tromboemboliyanın olanzapin müalicəsi ilə bağlı olduğu müəyyən edilməmişdir. Lakin, şizofreniya xəstələri tez-tez venoz tromboemboliya üçün risk faktorları ilə üz-üzə olduqlarından (məs: xəstələrin immobilizasiyası), bütün risk faktorları identifikasiya edilməli və qarşısını almaq üçün tədbirlər görülməlidir. Ümumi MSS aktivliyi Olanzapinin əsas təsirinin MSS-ə olduğunu nəzərə alaraq, digər mərkəzi təsirli dərmanlar və alkoqolla birgə qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. In vitro təcrübələrdə dofamin antaqonistliyi göstərdiyi üçün, birbaşa və dolayı dofamin aqonistlərinin effektinə antaqonist təsir göstərə bilər. Tutmalar (qıcolmalar) Anamnezində tutmalar və ya tutmalar arası intervalı azaldan faktorlar olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Olanzapinlə müalicə alan xəstələrdə bəzi hallarda tutmaların baş verdiyi qeydə alınmışdır. Bu halların çoxunda anamnezində tutmaların və ya risk faktorlarının olduğu müşahidə edilmişdir. Gecikmiş diskineziya Bir il və daha az müddətli, müqayisəli tədqiqatlar zamanı olanzapinlə müalicə, statistik cəhətdən əhəmiyyətli daha az diskineziya halının baş verməsi ilə müşahidə edilmişdir. Lakin, gecikmiş diskineziyanın baş verməsi riski dərmanın uzun müddətli istifadəsi zamanı artır, buna görə, olanzapin qəbul edən xəstədə gecikmiş diskineziya əlamətləri meydana çıxırsa, doza azaldılmalı və ya dərmanın qəbulu dayandırılmalıdır. Bu simptomlar müvəqqəti olaraq pisləşə və ya hətta, müalicə dayandırıldıqdan sonra baş verə bilər. Ortostatik hipotenziya Olanzapin müalicəsi alan yaşlılarda az hallarda postural hipotoniya müşahidə edilmişdir. Olanzapinlə müalicə zamanı da 65-dən yuxarı yaş qrupunda qan təzyiqinin periodik ölçülməsi məsləhət görülür. Qəfil ürək ölümü Olanzapin ilə postmarketinq hesabatlarında olanzapinlə müalicə olunan xəstələrdə ürək fəaliyyətinin dayanması hadisəsi barədə məlumat verilmişdir. Retrospektiv bir müşahidəedici koqort tədqiqatda, olanzapinlə müalicə olunan xəstələrdə ani ürək ölümü riski antipsixotik istifadə etməyən xəstələrdə olan riskdən təxminən iki dəfə çox olmuşdur. Bu tədqiqatda olanzapin riski, birləşdirilmiş analizə daxil edilən atipik antipsixotiklərin riski ilə müqayisə olunan olmuşdur. Uşaqlar Olanzapin uşaq və yeniyetmələrin müalicəsi üçün nəzərdə tutulmayıb. 13-17 yaş arası xəstələrdə aparılan araşdırmalar nəticəsində çəki artımı, metabolik parametrlərdə dəyişikliklər və prolaktin səviyyəsinin artması kimi müxtəlif əlavə təsirlər qeydə alınıb. Laktoza Olanzapel örtüklü tabletin tərkibində laktoza monohidrat vardır. Nadir irsi qalaktozaya dözümsüzlük problemi olan, Lapp laktaz çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan xəstələr preparatı qəbul etməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsir yalnız böyüklərdə keçirilmişdir. Olanzapinə təsir edən potensial qarşılıqlı təsirlər Olanzapin CYP1A2 vasitəsilə metabolik transformasiyaya məruz qaldığı üçün, bu izofermenti aktivləşdirən və ya blokada edən substansiyalar olanzapinin farmakokinetikasına təsir edə bilər. CYP1A2-in induksiyası (aktivləşdirilməsi) Siqaret çəkmək və karbamazepin qəbulu olanzapinin metabolik transformasiyasını sürətləndirə bilər, bu isə olanzapin konsentrasiyasının itkisinə yol aça bilər. Olanzapin klirensinin, yalnız, yüngül və orta yüksəlməsi müşahidə edilmişdir. CYP1A2-in blokadası Fluvoksamin spesifik CYP1A2 blokatorudur, olanzapin metabolik transformasiyasını əhəmiyyətli dərəcədə blokada etdiyi görünmüşdür. Fluvoksamin qəbulu ilə bağlı olanzapinin C göstəricisinin ortamax artımı, siqaret çəkməyən qadınlarda 54 %, siqaret çəkən kişilərdə 77 % olmuşdur. Olanzapin AUC göstəricisinin orta artımı, müvafiq olaraq, 52 % və 108 % olmuşdur. Fluvoksamin və ya siprofloksasin kimi, digər CYP1A2 blokatorları istifadə edən xəstələrdə olanzapin aşağı başlanğıc dozada istifadə edilməlidir. CYP1A2 blokatorları ilə müalicəyə başlandıqda olanzapin dozası azaldılmalıdır. Biomənimsənilmənin azalması Aktivləşdirilmiş kömür peroral qəbul edilən olanzapinin biomənimsənilməsini 50-60 % azaldır və olanzapin qəbulundan 2 saat əvvəl və ya sonra qəbul edilməlidir. Fluoksetin (CYP2D6 blokatoru), antasidlərin birdəfəlik dozası (alüminium, maqnezium) və ya simetidinin, olanzapinin farmakokinetikasına əhəmiyyətli təsir göstərdiyi müşahidə edilməmişdir. Olanzapinin digər dərman maddələrinə təsiretmə potensialı Olanzapin birbaşa və dolayı dofamin aqonistlərinin təsirinə antaqonistlik göstərə bilər. Olanzapin in vitro təcrübələrdə əsas CYP450 izofermentlərini (məs: 1A2, 2D6, 2C9, 2C19, 3A4) blokada etmir. Bu səbəbdən xüsusi qarşılıqlı təsir gözlənilmir. Bu, aşağıda sadalanan aktiv substansiyaların in vivo tədqiqatlarında da, metabolik transformasiya blokadasının baş verməməsi ilə təsdiqlənmişdir: tritsiklik antidepressant (CYP2D6 yolunun təmsilçisi), varfarin (CYP2C9), teofillin (CYP1A2) və ya diazepam (CYP3A4 və 2C19). Olanzapinin litium və ya biperidenlə birgə təyini zamanı qarşılıqlı təsir müşahidə edilmir. Valproatın plazma səviyyəsinin terapevtik monitorinqi, olanzapinlə birgə təyinə başlandıqdan sonra valproatın doza nizamlanmasına tələbat olduğunu göstərmədi. Ümumi MSS aktivliyi Alkoqol və ya MSS-in tənəzzülünə səbəb olan dərmanlar qəbul edən xəstələrdə təyini zamanı ehtiyatlı olmaq lazımdır. Parkinson xəstəliyi və demensiyası olan xəstələrdə Parkinson əleyhinə preparatlarla birgə təyini məsləhət görülmür. QT interval QT intervalını artırdığı bilinən dərmanlarla birlikdə ehtiyatla istifadə edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlar üzərində adekvat və müvafiq şəkildə nəzarət olunan araşdırmalar aparılmayıb. Xəstələrə olanzapinlə müalicə olunan zaman hamiləlik planlaşdırdıqda və yaxud hamilə qaldıqda öz həkimlərinə məlumat vermələri tövsiyə olunur. Bununla belə insanlar üzərində təcrübənin kifayət qədər olmaması səbəbindən potensial müsbət təsir döl üçün potensial təhlükəyə bəraət qazandırdığı təqdirdə olanzapinin hamiləlik dövründə istifadəsinə icazə verilir. Hamiləliyin üçüncü trimestrində antipsixotik dərman vasitələrinin (eləcə də olanzapin) təsirinə məruz qalan yeni doğulmuş körpələrdə doğumdan sonra dərəcəsinə və davam etmə müddətinə görə fərqlənən ekstrapiramid və yaxud abstinent sindromu simptomlarının meydana gəlməsi riski mövcuddur. Gərginlik, hipertoniya, hipotoniya, tremor, yuxululuq, respirator çatışmazlıq və yaxud yemək yemədə çətinlik kimi hallar qeydə alınmışdır. Nəticə etibarilə yenidoğulmuş körpələr mütəmadi olaraq nəzarət altında olmalıdırlar. Laktasiya Sağlam qadınlarda laktasiya zamanı aparılmış araşdırmalar zamanı olanzapinin südə keçdiyi məlum olmuşdur. Sabit şəraitdə yeni doğulmuş körpəyə ana südündəki olanzapin dozasının (mg/kg) 1.8%-i keçir. Analara olanzapinlə müalicə olunduqları dövrdə, körpəyə ana südü verməmək tövsiyə olunur. Fertillik Fertilliyə olan təsiri məlum deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Olanzapin yuxulama və başgicəllənməyə səbəb ola bildiyindən, xəstələr avtomobil və mexaniki cihazlar istifadə edərkən diqqətli olmalıdırlar.
İstifadə qaydası və dozası
Böyüklər Şizofreniya Məsləhət olunan başlanğıc doza 10 mq/gün. Maniakal epizod: Monoterapiya zamanı başlanğıc, birdəfəlik doza 15 mq/gün və ya kompleks müalicə zamanı 10 mq/gün. Bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün Məsləhət olunan başlanğıc doza 10 mq/gün. Maniakal epizodun müalicəsi üçün olanzapin qəbul etmiş xəstələrdə, təkrarlanmanın qarşısını almaq üçün müalicə eyni dozada davam etdirilir. Əgər yeni maniakal, qarışıq və ya depressiv epizod baş verirsə, klinik göstəricilərə əsasən, əhval-ruhiyyə simptomlarını müalicə etmək üçün əlavə terapiya ilə birlikdə olanzapin müalicəsi (optimal dozada) davam etdirilməlidir. Şizofreniyanın, maniakal epizodun müalicəsi və bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün gündəlik doza sonradan, fərdi klinik statusa əsaslanaraq 5-20 mq/gün arasında nizamlana bilər. Təyin olunan başlanğıc dozadan daha yüksək dozaya artırma, yalnız, müvafiq klinik qiymətləndirmədən sonra və bir qayda olaraq, 24 saatdan az olmayan intervallarda icazə verilir. Olanzapin sorulmasına qida qəbulunun təsiri olmadığı üçün, qida qəbulundan asılı olmayaraq təyin edilir. Olanzapin qəbulu, dozanı azaltmaqla dayandırılmalıdır. Yaşlılar Daha az başlanğıc doza (gündə 5 mq) adətən göstərilmir, lakin klinik amillərin tələbi zamanı 65 və yuxarı olnalar üçün nəzərə alınmalıdır. Böyrək və/və ya qaraciyər çatışmazlığı Belə xəstələr üçün aşağı başlanğıc doza (5 mq/gün) nəzərdə tutulmalıdır. Orta ağırlıqlı qaraciyər çatışmazlığı (sirroz, Child-Pugh təsnifatına görə A və ya B) hallarında başlanğıc doza 5 mq olmalıdır və yalnız, ehtiyatla artırılmalıdır. Siqaret çəkənlər Siqaret çəkənlərə nisbətən çəkməyənlərdə başlanğıc doza və doza artırma həddinin dəyişilməsinə ehtiyac yoxdur. Olanzapinin metabolizmasına siqarət çəkmək səbəb ola bilər. Klinik yoxlamalar aparılmalı və zərurət olarsa olanzapinin dozası artırıla bilər. Əgər metabolizmi zəiflədən birdən çox faktor mövcuddursa (qadın cinsi, heriatrik yaş, siqaret çəkməmək), başlanğıc dozanın azaldılması nəzərdən keçirilməlidir. Belə xəstələrdə dozanın artırılması göstəriş olduqda, ehtiyatlı olmaq lazımdır. 2,5 mq dozada artım zəruri hesab edildiyi hallarda, Olanzapel örtülmüş tabletlərdən istifadə edilməlidir. Uşaq populyasiyası Olanzapinin uşaqlarda və 18 yaşdan aşağı yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar az olduğu üçün, bu yaş qrupuna təyini məsləhət görülmür. Yeniyetmələrdə qısamüddətli tədqiqatlar zamanı böyüklərə nisbətən çəki artımının, lipid və prolaktin səviyyəsinin daha geniş həcmdə dəyişməsi qeydə alınmışdır.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin xülasəsi Böyüklər Klinik sınaqlar zamanı, olanzapin qəbulu ilə bağlı daha tez-tez rast gəlinən (xəstələrin ≥ 1 %-də görünüb) əlavə təsirlər: yuxululuq, çəki artımı, eozinofiliya, prolaktin, xolesterol, glükoza və triqliserid səviyyəsinin yüksəlməsi, qlükozuriya, iştahanın artması, başgicəllənmə, akatiziya, parkinsonizm leukopenia, neutropenia, diskineziya, ortostatik hipotoniya, antixolinergik effekt, qaraciyər transaminazalarının keçib gedən qeyri-simptomatik yüksəlməsi, səpgi, asteniya (zəiflik), yorğunluq, pireksiya, artralgiya, artan qələvi fosfotaza, qamma qlutamiltranferazanın yüksək səviyyəsi, yüksək sidik turşusu, yüksək kreatinfosfokinaza və ödemdir. Aşağıdakı cədvəldə klinik sınaqlar və spontan müşahidələr zamanı qeydə alınan əlavə reaksiyalar və laborator tədqiqatlar göstərilmişdir. Hər qrupda (baş vermə tezliyinə görə) əlavə reaksiyalar ciddiliyin azalması sırası ilə verilir. Əlavə təsirlərin baş vermə tezliyi göstəricisi belədir: Çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100-dən < 1/10-dək), bəzən (≥ 1/1000-dən < 1/100-dək), nadir (≥ 1/10000-dən < 1/1000-dək), çox nadir (< 1/10000); məlum deyil (mövcud məlumatlara əsasən müəyyən edilə bilməz). Qan və limfatik sistem tərəfindən pozulmalar: 10 10 Tez-tez: eozinofiliya, leykopeniya , neytropeniya . Nadir: trombositopeniya . İmmun sistemi tərəfindən pozulmalar: Bəzən: hiperhəssaslıq . Metabolizm və qidalanma tərəfindən pozulmalar: Çox tez-tez: çəki artımı . 2,3 4 Tez-tez: xolesterol səviyyəsinin yüksəlməsi , qlükoza səviyyəsinin yüksəlməsi , triqliserid səviyyəsinin 2,5 yüksəlməsi , qlükozuriya, iştahanın artması. Bəzən: bəzən ketoasidoz və ya koma ilə birlikdə diabetin inkişafı və ya kəskinləşməsi, ölüm halları da daxil olmaqla . Nadir: hipotermiya . Sinir sistemi tərəfindən pozulmalar: Çox tez-tez: yuxululuq. 6 6 6 Tez-tez: başgicəllənmə, akatiziya , parkinsonizm , diskineziya . Bəzən: tutmalar (bu halların çoxunda xəstənin anamnezində tutmaların və ya risk faktorlarının olduğu 11 11 11 9 qeydə alınmışdır) , distoniya (həmçinin okulogirasiya) , gecikmiş diskineziya , amneziya , dizartriya, kəkələmə, narahat ayaqlar sindromu 12 7, 12 Nadir: neytroleptik bədxassəli sindrom , kəsilmə sindromu . Ürək tərəfindən pozulmalar Bəzən: bradikardiya, QT intervalının uzanması. Nadir: ventrikulyar taxikardiya/fibrillyasiya, qəfil ölüm . Damar pozulmaları: Tez-tez: ortostatik hipotenziya . Bəzən: tromboemboliya (ağciyər emboliyası və dərin vena trombozu daxil olmaqla). Tənəffüs, torakal, mediastinal xəstəliklər Bəzən: epistaksis . Mədə-bağırsaq traktı tərəfindən pozulmalar: Tez-tez: yüngül, keçib gedən antixolinergik effekt, qəbizlik və quru ağız daxil olmaqla. 9 11 Bəzən: abdominal köp , ağız suyunun hipersekresiyası . Nadir: pankreatit . Hepatobiliar (qaraciyər-öd) pozulmalar: Tez-tez: xüsusilə erkən müalicədə müvəqqəti, asimptomatik qaraciyər transaminazlarının yüksəlməsi (ALT, AST). Nadir: hepatit (hepatosellular, xolestatik və ya qarışıq qaraciyər zədələnməsi daxil olmaqla) . Dəri və dərialtı toxuması tərəfindən pozulmalar: Tez-tez: səpgi. Bəzən: fotohəssaslıq reaksiyası, alopesiya. Məlum deyil: eozinofiliya və sistematik simptomlarla dərman reaksiyası (DRESS). Sümük-əzələ sistemi və birləşdirici toxuma tərəfindən pozulmalar: Tez-tez: artralgiya . Nadir: rabdomioliz . Böyrək və sidik sistemi pozulmaları: Bəzən: urinar inkontinensiya, urinar retensiya , sidiyəgetmə tərəddüdü. Hamiləlik, doğuşdan sonrakı dövr, perinatal vəziyyət Məlum deyil: neonatal dərman kəsilmə sindromu. Reproduktiv sistem və süd vəzisi pozulmaları: Tez-tez: kişilərdə erektil disfunksiya, kişi və qadınlarda libidonun azalması. Bəzən: amenoreya, sinənin böyüməsi, qadınlarda qalaktoreya, ginekomastiya/kişilərdə sinənin böyüməsi Nadir: priapizm . Digər ümumi pozulmalar Tez-tez: asteniya, yorğunluq, ödem, pireksiya . Tədqiqatlar Çox tez-tez: plazma prolaktini səviyyəsinin yüksəlməsi . 10 11 10 Tez-tez: qələvi fosfotazanın artması , yüksək kreatinfosfokinaza , yüksək qamma qlutamiltransferaza , yüksək sidik turşusu . Bəzən: ümumi bilirubinin yüksəlməsi. Bədən kütləsinin klinik əhəmiyyətli artımı Bədən Kütləsi İndeksi (BKİ) kateqoriyasının bütün əsas xətti boyu müşahidə edilmişdir. Qısa müddətli müalicədən sonra (orta hesabla 47 gün) bədən çəkisinin ≥ 7 % artmasına çox tez-tez (22,2 %), ≥ 15 % artmasına tez-tez (4,2 %), ≥ 25 % artmasına isə bəzən (0,8 %) rast gəlinir. Uzun müddət dərman qəbul edən xəstələrin (ən azı 48 həftə) öz çəkilərinin ≥ 7 %, ≥ 15 % və ≥ 25 % artması halına çox tez-tez rast gəlinir (müvafiq olaraq 64,4 %, 31,7 % və 12,3 %). Əsas xəttində lipid disrequlyasiyası olmayan xəstələrdə acqarına təyinat zamanı lipid göstəriciləri (ümumi xolesterin, ASL-xolesterin və triqliseridlər) çox yüksək olmuşdur. Acqarına təyinat zamanı əsas xətdə normal səviyyəsinin (< 5,17 mmol/l) yüksəlməsi (≥ 6,2 mmol/l) müşahidə edilmişdir. Acqarına ümumi xolesterin səviyyəsinin sərhəd xətdindən (≥ 5,17 mmol/l – < 6,2 mmol/l) daha yüksək göstəricilərə (≥ 6,2 mmol/l) dəyişməsi çox tez-tez rast gəlinmişdir. Acqarına təyinat zamanı əsas xətdə normal səviyyəsinin (< 5,56 mmol/l) yüksəlməsi (≥ 7 mmol/l) müşahidə edilmişdir. Acqarına qlükozanın sərhəd xətdindən (≥ 5,56 mmol/l – < 7 mmol/l) daha yüksəyə (≥ 7 mmol/l) dəyişməsi çox tez-tez rast gəlinmişdir. Acqarına təyinat zamanı əsas xətdə normal səviyyəsinin (< 1,69 mmol/l) yüksəlməsi (≥ 2,26 mmol/l) müşahidə edilmişdir. Acqarına triqliseridlərin sərhəd xəttindən (≥ 1,69 mmol/l – < 2,26 mmol/l) daha yüksək nəticələrə (≥ 2,26 mmol/l) dəyişməsi çox tez-tez rast gəlinmişdir. Klinik sınaqlar zamanı olanzapin müalicəsi alan xəstələrdə, rəqəmsal olaraq yüksək, lakin plasebodan statistik əhəmiyyətli fərqi olmayan, parkinsonizm və distoniya hallarının yüksəlməsi baş vermişdir. Olanzapin müalicəsi alan xəstələrdə, haloperidolun titrlənmiş dozası ilə müqayisədə daha az parkinsonizm, akatiziya və distoniya halları baş vermişdir. Xəstəlik tarixində kəskin və gecikmiş ekstrapiramidal hərəkət pozğunluqlarının əvvəlcədən mövcudluğu haqqında ətraflı informasiyanın olmaması, olanzapinin hal-hazırda, daha az gecikmiş diskineziya və/və ya digər gecikmiş ekstrapiramidal sindromlara səbəb olacağı nəticəsini vermir. Tərləmə, yuxusuzluq, tremor, narahatlıq halı, ürəkbulanma və qusma kimi kəskin simptomlar, olanzapin qəbulunun birdən-birə dayandırılması zamanı qeydə alınmışdır. 12 həftəyədək davam edən klinik araşdırmalar zamanı normal prolaktin səviyyəsinə malik olan və olanzapin qəbul edən xəstələrin təqribən 30%-də prolaktinin plazmada konsentrasiyası norma limitini keçmişdir. Bu xəstələrin çoxunda artma orta səviyyədə olmuş və normal dəyərin ikiqat yüksək səviyyəsindən aşağı olmuşdur. Əlavə təsirlər Olanzapin Birləşmiş Məlumat Bazasında aparılmış sınaqlar zamanı qeydə alınmışdır. Olanzapin Birləşmiş Məlumat Bazasında aparılmış sınaqların göstəricilərinə əsasən qiymətləndirilmişdir. Olanzapin Birləşmiş Məlumat Bazasında müəyyən edilmiş tezlikdə verilmiş post-marketinq hesabatları əsasında əldə olunmuş əlavə təsirlər. Olanzapin Birləşmiş Məlumat Bazasından istifadə etməklə güvənirlilik aralığının 95% yuxarı həddinə əsasən müəyyən edilmiş tezlikdə post-marketinq hesabatlarından əldə olunmuş əlavə təsirlər. Uzunmüddətli istifadə (ən az 48 həftə) Bədən kütləsinin, qlükozanın, ümumi/ASL/YSL-xolesterinin və ya triqliseridlərin klinik əhəmiyyətli dəyişməsi vaxtdan asılı olaraq artır. 9-12 aylıq müalicə almış böyüklərdə, qanda orta qlükoza səviyyəsinin artması təqribən 6 aydan sonra zəifləyir. Xüsusi qrup əhaliyə təsirilə bağlı əlavə məlumat Demensiyası olan yaşlı xəstələrdə klinik sınaqlar zamanı, olanzapinlə müalicə plasebo ilə müqayisədə daha çox ölüm və serebrovaskulyar problemlərin baş verməsinə səbəb olmuşdur. Olanzapin istifadəsi ilə əlaqəli, bu qrup xəstələrdə daha çox ümumi şəkildə rast gəlinən əlavə təsir, qeyri-normal yeriş və yıxılmadır. Pnevmoniya, yüksəlmiş bədən hərarəti, letargiya (əzginlik), eritema, vizual hallusinasiyalar və sidik saxlamamaq tez-tez rast gəlinmişdir. Parkinson xəstəliyi ilə əlaqəli, dərmanların (dofamin aqonistləri) yaratdığı psixozu olan xəstələrdə klinik tədqiqatlar zamanı, plasebo ilə müqayisədə Parkinson simptomatikasının və hallusinasiyaların daha çox ümumi şəkildə və tez-tez baş verdiyi qeydə alınmışdır. Bipolyar maniyası olan xəstələrdə aparılan bir klinik tədqiqat zamanı olanzapin valproatla birlikdə təyin edildikdə, neytropeniyanın baş verməsi 4,1 % olmuşdur, buna yol açan faktor plazmada valproat səviyyəsinin yüksəlməsi ola bilər. Olanzapinin litium və ya valproatla birlikdə təyini, tremor (≥ 10 %), ağızda quruluq, iştah artımı və çəki artımı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Nitq pozulması da tez-tez qeydə alınmışdır. Olanzapinin litium və ya divalproekslə birlikdə təyini zamanı bədən kütləsinin normadan ≥ 7 % artması, güclü müalicə zamanı (6 həftəyə qədər) xəstələrin 17,4 %-də rast gəlinmişdir. Bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün aparılan uzunmüddətli olanzapin müalicəsi (12 aya qədər), xəstələrin 39,9 %-də bədən kütləsinin normadan ≥ 7 % artması ilə müşahidə edilmişdir. Uşaqlar Olanzapin yaşı 18-dən aşağı uşaqlar və yeniyetmələrin müalicəsi üçün nəzərdə tutulmayıb. Bununla yanaşı yeniyetmələrə aid nəticələri böyüklərə aid nəticələrlə müqayisə etmək üçün heç bir klinik araşdırma aparılmamışdır, yeniyetmələr üçün olan sınaq nəticələri böyüklər üçün olan sınaq nəticələri ilə müqayisə olunmuşdur. Aşağıdakı cədvəldə böyüklərə nisbətən yeniyetmə xəstələrdə (13-17 yaşlı) daha böyük sıxlıqla rast gəlinən əlavə təsirlər, və yaxud yeniyetmələrdə aparılmış qısa müddətli klinik sınaqlarda müəyyən edilmiş əlavə təsirlər qeyd olunmuşdur. Belə məlum olur ki, klinik cəhəttən əhəmiyyətə malik çəki artımına (≥ 7 %) böyüklərlə müqayisədə yeniyetmələrdə daha çox rast gəlinir. Böyük ölçüdə çəki artımı və əhəməyyətli dərəcədə çəkisi artan yeniyetmələrin böyük əksəriyyətinə uzun müddətli müalicə zamanı (ən azı 24 həftə) rast gəlinib. Hər bir tezlik qrupu daxilində əlavə təsirlər ağırlıq dərəcəsinin azalması ardıcıllığı ilə verilib. Tezlik terminləri aşağıdakı kimi müəyyən edilib: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100 – < 1/10). Maddələr mübadiləsinin və qidalanma prosesinin pozulması 13 14 Çox tez-tez: çəki artımı , triqliserid səviyyəsinin yüksəlməsi , iştahanın artması. Tez-tez: xolesterol səviyyəsinin artması . Sinir sistemi pozğunluqları Çox tez-tez: sedasiya halı (hipersomniya, süstlük, yuxululuq). Mədə-bağırsaq sistemi pozğunluqları Tez-tez: ağızda quruluq. Hepatobiliyar sistem pozğunluqları Çox tez-tez: qaraciyərdə transaminaz səviyyəsində artım (ALT/AST). Araşdırmalar Çox tez-tez: ümumi bilirubinin azalması, QQT yüksəlməsi, plazmada prolaktin səviyyəsinin artması . Qısa-müddətli müalicədən sonra (orta hesabla 22 gün), ümumi çəkinin (kq) ≥ 7 % -də çəki artımı çox tez- tez (40,6 %); ümumi çəkinin ≥ 15 %-i qədər artım tez-tez (7,1 %) və ≥ 25 % bəzən (2,5 %). Uzun müddətli istifadə zamanı (ən azı 24 həftə), 89,4 % ümumi çəkisinin ≥ 7 %-i qədər çəki aldı, 55,3 % ümumi çəkisinin ≥ 15 % çəki aldı və 29,1 % ümumi çəkisinin ≥ 25 %-i qədər çəki aldı. Ac qarına normal dəyərlərin (< 1,016 mmol/l) yüksələrək dəyişməsi (≥ 1,467 mmol/l) və acqarına trigliserid səviyyəsinin normal dəyərlərdən (≥ 1,016 mmol/l – < 1,467 mmol/l) yüksələrək (≥ 1,467 mmol/l) dəyişməsi müşahidə olunmuşdur. Acqarına normal xolesterin səviyyəsinin (< 4,39 mmol/l) yüksəlməsi (≥ 5,17 mmol/l) halına tez-tez rast gəlinir. Acqarına ümumi xolesterin səviyyəsinin normal səviyyədən (≥ 4,39 – < 5,17 mmol/l) yüksəlməsi (≥ 5,17 mmol/l) halına çox tez-tez rast gəlinir. Plazmada prolaktin səviyyəsinin yüksəlməsinə yeniyetmə xəstələrin 47,4 % -də rast gəlinib. GÖZLƏNİLMƏYƏN ƏLAVƏ TƏSİR OLDUQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN.
Doza həddinin aşılması
Simptomları Yüksək dozalanma zamanı (> 10 % hallarda) daha çox tez-tez rast gəlinən simptomlara taxikardiya, oyanıqlıq/aqressivlik, dizartriya, müxtəlif ekstrapiramidal simptomlar və şüurluluq səviyyəsinin sedasiyadan komaya qədər azalması daxildir. Yüksək dozalanmanın digər tibbi əhəmiyyətli nəticələrinə sayıqlama, qıcolma, koma, neyroleptik bədxassəli sindrom, tənəffüs sisteminin tənəzzülü, aspirasiya, hipertoniya və ya hipotoniya, ürək aritmiyası (yüksək dozalanmanın < 2 %-də) və kardiopulmonar tutulma daxildir. 450 mq-a qədər doza həddinin aşılması zamanı ölüm hallarına da rast gəlinib, lakin təqribən 2 q yüksək dozada olanzapinin oral yolla qəbul edilməsi zamanı sağqalma halı da qeydə alınmışdır. Yüksək dozalanma halının müalicəsi Olanzapinin xüsusi antidotu yoxdur. Qusma induksiyası məsləhət görülmür. Yüksək dozalanma zamanı göstəriş olan standart prosedurlardan (məs: mədənin yuyulması, aktivləşdirilmiş kömür təyini) istifadə etmək olar. Aktivləşdirilmiş kömürün təyini olanzapin biomənimsənilməsini 50-60 % azaltmışdır. Klinik təzahürlərə əsasən simptomatik müalicə və həyat əhəmiyyətli orqanların funksiyasının monitorinqi, hipotoniya və sirkulator kollapsın müalicəsi və respirator funksiyanın saxlanması təyin edilə bilər. Epinefrin (adrenalin), dofamin və ya digər beta aqonist aktivliyə malik simpatomimetik agentləri təyin etmək olmaz, çünki, beta stimulyasiya hipotoniya halını pisləşdirə bilər. Mümkün ola biləcək aritmiyanı təyin etmək üçün kardiovaskulyar monitorinq vacibdir. Diqqətli tibbi nəzarət və monitorinq xəstə tam sağalana qədər davam etməlidir.
Buraxılış forması
Olanzapel 5 mq və 10 mq örtüklü tabletlər. 14 tablet, blisterdə. 2 blister (28 tablet), içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma şəraiti
25 ºC-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sancaklar 81100 Düzce/Türkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
Ümraniye 34768 İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.